Məhkəmə qərarları › İş №2(102)-1595/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1595/2019

12.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1595/2019 12.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 12 mart 2019-cu il İŞ № 2(102)-1595/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 2(107)-2366/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili xxx qızının kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ağsu rayon məhkəməsinin 01 may 2018-ci il tarixli, 2(016)-593/2018 saylı qətnam əsi ilə (sədrlik edən, hakim T.A.İsmayılov) İddiaçı Cavabdeh qarşı “25.000 manat pul tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehdən 10.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 2(107)-2366/2018 saylı qətnaməsi ilə (hakimlər M.M.Hüseynov sədrlik edən, məruzəçi, R.Ə.Əliyev və İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Ağsu rayon məhkəməsinin 01 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “25.000 manat pul tələbinə dair” iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə qohumluq əlaqəsi vardır. Cavabdeh 2016-cı ildə Ağsu şəhəri, S.Vurğun küçəsində yerləşən “Elit” mağazasını işlətmişdir. Həmin mağazada ərzaq məhsullarının satışı həyata keçirilirdi. Həmin vaxtlar mağazanı işlədə bilmədiyindən və külli miqdarda xərcə düşdüyündən ona müraciət edərək 25.000 manat borc pul istəmişdir. Onunla qohumluq münasibətləri olduğundan, həmçinin dost olduqlarından 25.000 manat pulu borc vermişdir. Cavabdeh həmin pulu almasına dair ona yazılı sənəd (iltizam) vermiş, imzası ilə də həmin sənədi təsdiq etmişdir. Bundan başqa, cavabdeh həmin məbləği istədiyi vaxt qaytaracağına da söz vermişdir. Lakin iki ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan yayınır. On a görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin 8.500 manat pul tələbinə aid hissədə təmin edilməməsi və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İdd iaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləməmişdir. Cavabdeh və vəkili xxx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıda kılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında borc müqaviləsi üzrə öhdəlik hüquq münasibətlərinin yaranmasına, cavabdehin həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsinə, sonuncunun iddiaçıya 10.000 manat məbləğində ödənilməmiş borcunun qalmasına, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin d üzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 740-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi qismən 10.000 manat məbləğində təmin edilməsinə və apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə dəyişdirilmədən saxlanılmasına baxmayaraq, iddiaçı qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə kassasiya şikayəti verməmişdir, cavabdeh isə kassasiya şikayətində qətnaməni iddia ərizəsinin təmin edilməsi hissədə mübahisələndirmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı cavabdehin kassasiya şikayətinin dəlilləri hüdud larında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, cavabdeh iddiaçıdan istədiyi vaxt qaytarmaq şərti ilə 12 aprel 2016-cı il tarixdə 25.000 manat borc pul almış, qəbz cavabdeh tərəfindən yazı lmaqla imzalanmışdır. Bundan başqa iddiaçı tərəfindən yazılaraq imzalanmış digər bir qəbzdən görünür ki, cavabdeh ondan aldığı 25.000 manat borcdan 15.000 manatını ona geri qaytarmışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mülki qanunverciliyin tələbinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci maddəsi). Mübahisənin yarandığı zamanı qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-ci maddəsinə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Mülki Məcəllənin 386.1-ci maddəsi). Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir (Mülki Məcəllənin 427.3-ci ma ddəsi). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (Mülki Məcəllənin 442-ci maddəsi). Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (Mülki Məcəllənin 448.1-ci maddəsi). Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında 12 aprel 2016-cı il tarixli borc müqaviləsi üzrə borc hüquqi münasibətləri yaranmış və cavabdeh həmin müqavilə üzrə götürdüyü 25.000 manat borcu iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin müqavilə üzrə borcundan 15.000 manat pulu qaytarmış, qalan 10.000 manat pulu qaytarmamışdır. Hazırda cavabdehin iddiaçıya ödənilməmiş 10.000 manat məbləğində borcu vardır. Cavabdeh kassasiya şikayətində sözügedən borcun 8.500 manat hissəsini müxtəlif vaxtlarda dörd dəfəyə hissə-hissə x adlı satıcı vasitəsi ilə iddiaçıya qaytarmasını, eyni zamanda iddiaçının onun işlətdiyi mağazadan 1.500 manat dəyərində ərzaq məhsulları və tikinti materialları almasını, eləcə də onun iddiaçıya borcunun qalmamasına dair telefon danışıqlarının olmasını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mənasına görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları özləri sübut etməlidirlər. Ona görə də kassasiya instansiya sı məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh və vəkili xxx qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 2(107)-2366/2018 saylı qətnaməsi onun kassasiya şika yətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar