Məhkəmə qərarları › İş №2(102)-1595/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1595/2025

20.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1595/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddialara dair iş üzrə QƏRARİ Açar sözlər: dəymiş maddi ziyanın əvəzinin ödənilməsi; əsassız hesablanmış borcun silinməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi” qarşılıqlı iddia tələbinə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-687/2025 nömrəli iş üzrə 14 yanvar 2025 il tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayətinə dair işə 20 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı (bundan sonra mətndə ilkin iddia üzrə iddiaçı İB) ilə Cavabdeh (bundan sonra mətndə-ilkin iddia üzrə cavabdeh) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 11/5316 nömrəli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilə nin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir.

2. Abonent saldosu əsasında, **********00001 abonent kodu olan ilkin iddia üzrə cavabdehə qazdan istifadə nəticəsində qalıq və aktlar üzrə 2018-ci ilin mart ayında 1101,2 manat, 2023-cü ilin yanvar ayında 4147,2 manat və 2024-cü ilin yanvar ayında isə 2073,6 manat borc hesablanmışdır. Qeyd edilən borc məbləğindən 2018-ci ilin sentyabr ayında 1101,2 manat ödəniş edilmişdir.

3. İlkin iddia üzrə cavabdehə təbii X1nın pozulması haqqında iddiaçı İB tərəfindən aktlar tərtib edilmiş, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1101,20 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4147,20 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 2073,60 manat, cəmi 7322 (yeddi min üç yüz iyirmi iki) manat dəymiş zərər hesablanmış, fotoşəkillər çəkilmişdir. 4. 30.03.2018-ci il tarixli ******* nömrəli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həcmində itirilmiş qaz hər bir tələbnaməyə görə cəmi 5506 kub metr hesablanmışdır. 5. 31.01.2023-cü il tarixli ******* nömrəli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həcmində itirilmiş qaz hər bir tələbnaməyə görə cəmi 34560 kub metr hesablanmışdır. 6. 26.01.2024-cü il tarixli ******* nömrəli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həcmi ndə itirilmiş qaz hər bir tələbnaməyə görə cəmi 17280 kub metr hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı İB cavabdehə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı İB-yə vurulmuş 6628,4 manat məbləğində zərərin və 86,29 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 6714,69 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İlkin iddia tələbi onunla əsaslandırılmış dır ki, İB ilə abonent cavabdeh arasında xx.xx.2017-ci il tarixində 11/5316 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Əliyev küçəsindəki fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0001 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”-nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələb lərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərə findən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1101,2 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4147,2 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 2073,6 manat; cəmi 7322 məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdeh 1101,20 manat zərərdən 693,60 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin SALDO və Gazrep üzrə ümumi 6628,40 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsi ndə İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

9. İddiaçı Cavabdeh İB-nə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi ilə müraciət edərək ilkin iddia tələbi üzrə iddiaçı İB-nin ilkin iddia üzrə cavabdeh olan o, Cavabdeh qarşı "Azəriqaz” İstehsalat Birliyinə vurulmuş 6628,4 manat məbləğində zərərin və 86,29 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 6714,69 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbə üzrə bank hesabına ödənilməsi barədə iddia tələbini tamamilə rədd edilməsi, qarşılıqlı iddia üzrə tələbi üzrə istifadəsində olan ünvan 2 ünvanındakı abonent kodu **********00001 olan fər di yaşayış evinə “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* N-li Akt əsasında dəymiş ziyan kimi hesablanmış 1101.2 (min yüz bir manat, iyirmi qəpik) manat borcun, 26.01,2023-cü il tarixli ******* N-li Akt əsasında dəymiş ziyan kimi hesablanmış 4147,2 manat borcun və xx.xx.2024-cü il tarixli ******* N-li Akt əsasında dəymiş ziyan kimi hesablanmış 2073,6 manat borcun silinməsinə və onun smart karta ödədiyi pullardan xx.xx.2018-ci il tarixli ******* N-li akt əsasında borca görə tutulmaların onun özünə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia ərizəsi onunla əsandarılmışdır ki, ünvan 2 ünvanındakı fərdi yaşayış evinə abonent kodu **********00001 olan qaz sayğacı quraşdırılmışdır. Həmin sayğac onun adınadır. Uzu n müddətdir ki, smart karta ödənişlər etməklə sayğacdan istifadə edir. Onların evindən sonra ümumi qaz xətti davam etməsinə baxmayaraq, onların hasarından sonrakı evlərin qaz sayğacı olmadığı üçün həmin evlər qaz xəttinə qanunsuz olaraq qoşulmuşdur. Bu səbəbdən də “Azəriqaz" İstehsalat birliyinin əməkdaşları həmin əraziyə gələrək onun evinin hasarından sonra davam edən əsas qaz xəttini kəsdmişlər. Beləliklə, əsas qaz xəttinin üzərindəki sonuncu sayğac onun sayğacı olmuşdur. Bir müddət sonra onun evindən sonrakı qonşusu əsas qaz xəttinin qurtaracağında olan dirəyin içərisindən qanunsuz müdaxilə edərək özünə qaz xətti çəkmişdir. Bu barədə ərazinin qaz nəzarətçisi xəbərdar olsa da, həmin qanunsuz müdaxilənin qarşısını almamışdır. Artıq uzun müddətdir ki, smart karta ödəniş edən zaman kartına ödədiyi məbləğdən az miqdarda qaz yüklənirdi. Elə düşünmüşdür ki, qazın qiyməti qalxdığı üçün kartına az qaz yüklənir. Lakin bu yaxınlarda İB-nin tərəfindən ona borc yazıldığını öyrənmişdir. Bu səbəbdən də dərhal İB-nə borcun hansı səbəbdən yazıldığını öyrənmək istəmişdir. Orada ona fotoşəkillər və aktlar verilərək borcun yazılma səbəbinin qanunsuz müdaxilə olduğunu bildirdilər. O, şəkillərə baxdıqda görmüşdür ki, onun hasarının sonunda qonşusu dirəyin içindən özünə qanunsuz xətt çəkib. Bunun da nəticəsində İB ona xx.xx.2018-ci il tarixli ******* N-li Akt, 26.01,2023-cü il tarixli ******* N-li Akt və xx.xx.2024-cü il tarixli ******* N-li Akt tərtib etmişdir. O, İB-nin əməkdaşlarına bildirmişdir ki, həmin qanunsuz müdaxiləni qonşusu edib. Bu fakt fotoşəkillərdən də aydın görünür. Onun büt ün qaz avadanlıqlarına qaz xəttin sayğacdan gedir. Heç bir qanunsuz müdaxilə etməmişdir. Lakin İB-nin əməkdaşı ona bildirmişdir ki, qonşunun sayğacı olmadığı üçün cərimə ona yazılıb. O isə bunun ədalətsizlik və qanunsuzluq olduğunu bildirmiş və ona xx.xx.2018-ci il tarixli, ******* N-li Akt əsasında 1101,2 manat borcun, xx.xx.2023-cü il tarixli ******* N-li Akt əsasında yazılmış 4147,2 manat borcun və xx.xx.2024-cü il tarixli ******* N-li Akt əsasında yazılmış 2073,6 manat borcun silinməsini tələb etmişdir. Hətta orada ona bildirmişlçr ki, artıq bu günə kimi xx.xx.2018-ci il tarixli ******* N-li Akt əsasında dəymiş ziyan kimi hesablanmış 1101,2 manat borcdan ondan xəbərsiz olaraq smart karta ödədiyi pullardan 693,6 manat pul tutulmuşdur. Lakin borc silinmədi və onun məhkəməyə müraciət etmə yi məsləhət görüldü. O da sənədlərini hazırlayaraq xx.xx.2024-cü il tarixində ona yazılmış borcların silinməsi və borca görə onun smart kart hesabına ödədiyi pullardan tutulmaların ona qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməyə müraciət edən zaman İB-nin ona qarşı ödəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət etdiyini öyrənmişdir. Qaz sayğacına qanunsuz müdaxilə etmədiyi üçün, xx.xx.2018-ci il tarixli ******* N-li Akt, xx.xx.2023-cü il tarixli ******* N-li Akt və xx.xx.2024-cü il tarixli ******* N-li Akt tərtib edərək, ondan ümumilikdə 6628,4 manat dəymiş ziyan pulunun tələb olunması, həmçinin əvvəlki xx.xx.2018-ci il tarixli ******* N-li Akt əsasında ona yazılmış dəymiş ziyan tələbinə görə onun kartından pulların tutulması ona qarşı haqsızlıqdır. O, qaz sayğacına, nə də ki, qaz xəttinə müdaxilə etməmişdir. Yuxarıda göstərdiyi səbəblərdən ilkin iddia üzrə iddiaçı İB-nin iddia tələbinin əsassız olduğu üçün rədd olunmasını və ona yazılmış bütün borcların silinməsini, borca görə ödədiyi pullardan tutulmaların ona qaytarılmasını istəyir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

11. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçı qanunsuz qaz xəttinə qoşulmanın onun tərəfindən deyildə qonşusu tərəfindən edildiyini, aktlara əlavə edilmiş fotoşəkillərdə görünən evin ona məxsus deyil, qonşuya məxsus olduğunu bildirərək ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını məhkəmədən xahiş etmişdir.

12. Bakı şəhəri Sabunçu Rayon Mə hkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) xx.xx.2024-cü il tarixli e-2(008)-3675/2024 nömrəli qətnaməsi ilə ilk iddianın rədd edilməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid olunması, qarşılıqlı iddianın qismən təmin edilməsi, Birlik tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 4147,2 manat, xx.xx.2024cü il tarixli akt əsasında hesablanmış 2073,6 manat məbləğində borcun silinməsi, Birlik tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmış 1101,2 manat məbləğində borcun 550,6 manat hissəsinin silinməsi, həmin akt əsasında cavabdehin ödədiyi puldan 550,6 manat iddiaçı Birlikdən tutularaq cavabdehə qaytarılması, qarşılıqlı iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi iş ü zrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlar xx.xx.2022-ci il tarixdən sonrakı dövrdə tərtib edildiyindən, aşkar edilmiş faktlar üzrə təhqiqat və ya istintaq aparılmasından ötrü materiallar “Azəriqaz" İstehsalat Birliyi tərəfindən aidiyyatı üzrə göndərilmədiyindən və istehlakçı – cavabdeh təhqiqat və ya istintaq orqanı tərəfindən məsuliyyətə cəlb edilmədiyindən sözügedən aktlar əsasında hesablanmış cərimələrin ödənilməsinin təmin ounması üçün əsaslar müəyyən olunmamışdır. Ona görə də ilk iddia həmin hissədə rədd edilməli, qarşılıqlı iddia isə xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlar əsasında hesablanmış borcun silinməsi hissəsində təmin edilməlidir. 14. xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmış 1101,2 0 manat borcun tutulması hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Cavabdeh sayğacdan kənar qaz xəttindən onun tərəfindən deyil, qonşu tərəfindən istifadə edildiyini bildirsə də, bu halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Lakin, iddiaçı Birliyin həmin akt əsasında hesabladığı borcun məbləği real deyildir, şişirdilmişdir. Belə ki, qeyd olunan aktda itirilmiş qazın həcminin 5506 kub metr olduğu müəyyən edilir. 5506 kub metrin hər kub metri tərəflər arasında bağlanan “Qaz alğı-satqısı müqaviləsinin” 3.1-ci bəndinə əsasən 0,1 manatdan hesablandıqda akt üzrə dəymiş ziyanın məbləğinin 550,6 manat olduğu müəyyən edilir.

15. İddiaçı Birlik bildirir ki, cavabdeh həmin akt əsasında cəmi 693,6 manat məbləğində ödəniş etmişdir. Lakin Birliyin özü tərəfindən tərtib edilmiş, Rayon Məhkəməsinə təqdim olunmuş və mülki iş materiallarına əlavə edilmiş “Abonentin saldosundan” da görünür ki, xx.xx.2018-ci il tarixli akt əsasında cavabdeh tərəfindən iddiaçı Birliyə 1101,2 manat ödənilmişdir.

16. Göstərilənlərə əsasən qəbul edilməlidir ki, borcun 550,6 manat hissəsi cavabdehə aid edilməli, qalan 550,6 manat məbləğində isə pul Birlikdən tutularaq cavabdehə qaytarılmalıdır.

17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2 və 1097.1-ci, “Qaz təchizatı haqqında” qanunun 6.2 və 13.81-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»-nın 6.5-ci maddəsinə, Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 25.02.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa 13.8-1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2,76.1, 76.2., 77.1, 88, 101.3,119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

18. Qətnamədən narazı qalan iddiaçı və qarşılıqlı iddia üzr cavabbeh “Azəriqaz" İstehsalat Birliyi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2024cü il tarixli e-2(008)-3675/2024 nömrəli qətnaməsinin qismən, yəni ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə qismən təmin edil ən hissəsində ləğv olounması və ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin isə qismən təmin edilən hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti ilk iddia ərizəsinin və qarşılıqlı iddiaya etirazın əsasları ilə eynilik təşkil etməklə əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin işin müəyyən edilmiş halları üzrə səhv nəticəyə gələrək iddianı rədd, qarşılıqlı iddianı qismən təmin etməklə maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) Mülki kollegiyasının 2(103)-687/2025 saylı, xx.xx.2025-ci il tarixli (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş.Talışın ski, A.N.İmanov) qətnaməsi ilə, iddiaçı İB-nin apellyasiya şikayəti təmin edilməmişdir və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş 14 avqust 2024-cü il tarixli e-2(008)-3675/2024 nömrəli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı İB tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir.

21. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh “Azəriqaz" İstehsalat Birliyi əməkdaşlarının tərtib etdikləri və xx.xx.2023-cü il tarixli ******* saylı və xx.xx.2024-cü il tarixli ******* saylı aktlar xx.xx.2022-ci il tarixdən sonrakı dövrdə tərtib edildiyindən iddiaçı İB istehlakçının (hazırki halda – cavabde hin) təbii qazın talanmasında təqsirli olmasını müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarının mövcudluğu ilə sübuta yetirməli və cavabdehdən dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməlidir. Lakin iddiaçı Birlik cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsini, yəni təbii qazın talanmasını sübuta yetirilmədən yuxarıda qeyd edilən məbləğdə zərərin ödənilməsini cavabdehdən tələb etdiyi üçün qarşılıqlı iddia həmin aktlar əsasında yazılmış cərimənin silinməsi hissəsində əsaslıdır.

22. Məhkəmə ilk iddianın xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmış 1101,2 manat borcun tutulması hissəsinə münasibət bildirir ki, cavabdehin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi və iddiaçı Birliyə ziyan vurduğu iş materiallarına əsasən müə yyən edilir. Cavabdeh sayğacdan kənar qaz xəttindən onun tərəfindən deyil, qonşu tərəfindən istifadə edildiyini bildirsə də bu halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçı Birlik həmin akt əsasında sayğacdan kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.

23. Lakin həmin akt əsasında hesablanmış borcun məbləği tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə uyğun hesablanmamışdır. Belə ki, xx.xx.2018-ci il tarixli aktda itirilmiş qazın həcminin 5506 kub metr olduğu müəyyən edilir. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən təbii qazın hər 1 kub metrin qiyməti 0,1 qəpikdir. Belə olan halda müəyyən edilir ki, qeyd edilən akt əsasında hesablanmalı olan borcun məbləğ i 1101,2 manat deyil, (5506 x 0,10=) 550,6 manat təşkil edir.

24. Qeyd edilənlərə əsasən qəbul edilməlidir ki, birinci instansiya məhkəməsi xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmış borcun yalnız 550,6 manat məbləğində olan hissəsini əsaslı hesab etməkdə haqlı olmuşdur.

25. Məhkəmə həmçinin qarşılıqlı iddianın xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında yazılmış borca görə tutulmaların qaytarılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edərək qeyd edib ki, iddiaçı İB ilk iddia ərizəsində cavabdehin həmin akt əsasında cəmi 693,6 manat məbləğində ödəniş etməsini bildirsə də, yuxarıda artıq qeyd edildiyi kimi, İB özü tərəfindən tərtib edilmiş “Abonentin saldosundan” görünür ki, həmin akt əsasında cavabdeh tərəfindən iddiaçı Birliyə 1101,2 manat ödənilmişdir.

26. Qeyd edilənlərə əsasən qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi borcun 550,6 manat hissəsi cavabdehə aid edilməsi, qalan 550,6 manat məbləğində isə pul Birlikdən tutularaq cavabdehə qaytarılması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1, 21.2 və 1096-cı maddələrinə, “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanunun 29-cu maddəsinə, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanunu 13-8-1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 6.5-6.7-ci bəndlərinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2, 77.1, 88., 119.1 və 385.2-ci maddələrinə istinad edərək əsas landırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

28. İiddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh “Azəriqaz" İstehsalat Birliyi (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-687/2025 saylı qətnaməsinin qismən, yəni ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə qismən təmin edilən hissəsində ləğv edilməsinə, ilk iddia tələbinin təmin edilməsinə və qarşılıqlı iddia tələbinin isə qismən təmin edilən hissədə də rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. 29.Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırmışdır ki, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etm əmiş, nəticədə də qətnamə qəbul edərkən yanlış nəticəyə gəlmişdir. Belə ki, iddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçıya məxsus ünvanda qaz xəttinə sayğacdan kənar özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyriqanuni şəkildə təbii qazın talanması faktları aşkar olunmuş, faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X1nın pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş və fotoşəkillər çəkilmişdir (iş materiallarında vardır). Cavabdeh tərəfin qanunsuz çəkdiyi qaz xətti İB əməkdaşları tərəfindən dərhal qazpaylayıcı şəbəkədən ayrılmış, təbii qazın verilişi isə dayandırılmışdır. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr tə sdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmış və istehlakçıya məxsus abonent hesabına onun tərəfindən könüllü ödənilməsi məqsədi ilə yerləşdirilmişdir. Qeyd olunan qanunvericilik normalarına əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, iddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamə, abonent saldosu) cavabdeh tərəfindən Birliyə vurulmuş zərəri süb ut edir. Bildirmək istəyirəm ki, iddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir. Bundan əlavə olaraq əməkdaşlarımız tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, istehlakçı tərəfindən qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bildirilir ki, apellyasiya instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə ki, tərəflərindən təqdim edilmiş sübutlar (akt, fotoşəkillər, tələbnamələr, abonent saldosu) iddia tələbimizin əsaslı olduğunu sübut edir. Həmçinin ilk iddia üzrə cavabdehə məxsus ünvanda təbii qazdan qeyri-qanuni birləşmə vas itəsilə istifadə halları aşkar edilən zaman çəkilmiş fotoşəkillər tərəfimizdən məhkəməyə təqdim edilmişdir. Xüsusilə Məhkəmə Kollegiyasının nəzərinə çatdırılıb ki, həm birinci, həm də apellyasiya instansiya məhkəməsi xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə qanunsuz qoşulmanı qəbul etmiş, lakin həmin akt üzrə hesablanmış dəymiş ziyan məbləğini azaldaraq 550,6 manat müəyyən etmişdir. Daha sonra isə yenə də iş materiallarında olan abonent saldosuna düzgün hüquqi qiymət verməmiş və qətnamələrində qeyd etmişdirlər ki, cavabdeh abonent tərəfindən 2018-ci ilin sentyabr ayında xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 1101.20 manat dəymiş ziyan məbləği ödənilmişdir. Məhkəmələrin bu mövqeyi ilə bağlı olaraq bildiririk ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə hes ablanmış 1101,2 manat dəymiş ziyan məbləği cavabdeh tərəfindən ödənilməmişdir, həmin məbləğ kart hesabına etdiyi ödənişlərdən hissə-hissə tutulması üçün 2018-ci ilin sentyabr ayında cavabdeh abonent smart kart hesabına keçirilmişdir və həmin məbləğ iş materiallarında olan GASREP çıxarışında (istehlakçının smart kart hesabında) 2018-ci ilin sentyabr ayında yenə də borc kimi öz əksini tapmışdır. Sadəcə olaraq qeyd olunan borc məbləği bir proqram təminatından digər proqram təminatına keçirildiyi üçün həmin məbləğ bir proqram təminatında olan abonent saldosunda ödəniş qrafasına düşür, lakin elə həmin elə həmin tarixdə (köçürüldüyü tarixdə) digər proqram təminatından olan GASREP çıxarışında yenə də borc məbləği kimi öz əksini tapır. Həmin məbləğin ödənilməsi ilə bağlı qarşılıqlı iddia üzrə iddi açı Cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda isə apellyasiya instansiya məhkəməsi qeyd olunan hallara düzgün hüquqi qiymət vermədiyi üçün səhv nəticəyə gələrək həmin məbləğin bir hissəsinin istehlakçıya geri qaytarılmalı olmasını qət etdmişdir.

30. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1, 21.2, 386, 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarına təsdiq edilmiş “X1”nın 6.5-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 76, 77.1, 88 və 217.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

32. Kassasiya şikayətinə eti raz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

33. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

34. Maddə 21.2. Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

35. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu:

36. Maddə

29. Enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanunu:

37. Maddə 13-8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və h əmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan ist ifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”-nın 6.5-6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğ un əsaslandırılmalıdır

45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Laki n apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı İB tərəfindən qarşılıqlı iddia tələbinin qismən təmin və ilk iddia tələbinin rədd olunması hissədə mübahisələndirilsə də dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyaçı məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası mər uzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. İddiaçı və qarşılıqlı iddia üzrə cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hə rtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

52. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 4 07.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

53. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq nor masının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-687/2025 nömrəli iş üzrə 14 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar