Məhkəmə qərarları › İş №2(102)-1596/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1596/2020

16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1596/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-15676/2019 saylı 19 dekabr 2019cu il tarixli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı-nın Cavabdeh1 və Cav abdeh2 qarşı 22.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 212,94 ABŞ dolları əsas, 118,18 ABŞ dolları cərimə, 134,55 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 465,67 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3287/2019 saylı, 04 sentyabr 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-15676/2019 saylı 19 dekabr 2019-cu il tarixli qərardadı ilə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)3287/2019 saylı 04 sentyabr 2019-cu il tarixli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilərək şikayətin mülki işlə birlikdə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-15676/2019 saylı 19 dekabr 2019-cu il tarixli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil oğlu kassasiya şikayəti vermişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müəyyənləşdirilmiş qaydada dövlət rüsumu tərəflərindən ödənilmiş və iş materiallarına əlavə edilmişdir. Belə ki, şikayətin qoşma hissəsində dövlət rüsumunun əlavə edilməsi göstərilm işdir. Bununla yanaşı Sabunçu Rayon Məhkəməsi qeyd olunan şikayətə aidiyyatı üzrə baxmış və 03.10.2019-cu il tarixli 2(008)-3287/2019 saylı qərardadla şikayəti təmin etməyərək aiddiyyatı üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Ona görə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-15676/2019 saylı iş üzrə 19 dekabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillər ini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-15676/2019 saylı iş üzrə 19 dekabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab etmişdir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıd ır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikayətə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini, yaxud onun dövlət rüsumu ödəməkdən azad olunmasını təsdiq edən sənəd əlavə olunmamışdır. Yaranmış vəziyyət isə iddiaçı ləğv prosesində olan İddiaçı-nin şikayəti əsasında işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.4-cü maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış sa xlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (maddə 361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.2). Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.4.2.-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanmasından şikayət verilərkən 20 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı tərəfindən verilmiş şikayətə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənil məsini, yaxud onun dövlət rüsumu ödəməkdən azad olunmasını təsdiq edən sənəd əlavə olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1 və 363.1.2-ci maddələrinin tələblərinə istinad edərək hazırki işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün hesab etməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadı hüquq normalarının tələblərinə uyğun, qanuni və əsaslı olmaqla iş üzrə düzgün hüquqi nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri məhkəmə qərardadının ləğv olunmasına əsas vermir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası mə hkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-15676/2019 saylı 19 dekabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar