Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1596/2024 29.03.2024 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2819/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 MMC-nin kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2819/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Mülki Prosessual Məcəllənin 407.4-cü maddəsinə görə şikayətə vəkilin orderi və dövlət rüsumunun ö dənilməsini sübut edən sənəd əlavə olunur. Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinə görə isə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Hazırki kassasiya şikayəti və ona əlavə edilmiş sənədlərdən görünür ki, şikayət Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən imzalansa da, şikayətə əlavə edilmiş 27 oktyabr 2023-cü il tarixli – barəsində şikayət verilən qətnamədən xeyli əvvəl tərtib edilmiş – vəkil orderində tapşırığın yerinə yetirildiyi təşkilat kimi Bakı Apellyasiya Məhkəməsi, tapşırığın məzmunu kimi isə inzibati prosesdə hüquqların müdafiəsi qeyd edilmişdir. Halbuki kassasiya şikayəti Azərbaycan Re spublikası Ali Məhkəməsinin Mülki kollegiyasına ünvanlanıb və baxılan iş mülki işdir. Başqa sözlə, cavabdehin vəkilinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasında təmsilçilik səlahiyyətlərini təsdiq edən orderi yoxdur. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə görə vəkil orderi – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sən əddir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 409-cu maddəsi apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin həmin Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 409-cu maddəsinin tələblərinə əməl etmədən cavabdehin kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından (vəkil orderi olmadığı üçün), onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 407, 408.1.3 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2819/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayətinin qaytarılması məsələsinin həlli
Məhkəmə qərarları › İş №2(102)-1596/2024
Ali Məhkəmə Qərardad — İş №2(102)-1596/2024
29.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver