Məhkəmə qərarları › İş №2(102)-1596/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1596/2025

02.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1596/2025 02.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, tapşırıq müqaviləsi üzrə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-164/2025 nömrəli 15 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 02 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 saylı evin, 63 saylı mənzili (bundan sonra “mübahisəli mənzil”) İddiaçı mülkiyyətində olub.

2. İddiaçı 21 aprel 2020-ci il tarixdə Cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisində etibarnamə vermişdir.

3. Cavabdeh (İddiaçı əvəzinə) mübahisəli mənzili 21 aprel 2020-ci il tarixdə 39000 manata qardaşı X1.

4. X9 isə mübahisəli mənzili 50000 manata X6, əmlak hal-hazırda sonuncunun mülkiyyətindədir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2(102)-2377/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-815/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi mübahisəli mənzilin alqı-satqısına dair İddiaçı ilə X9 arasında bağlanmış 21 aprel 2020-ci il tarixli müqavilənin etibarsız sayılmasının rədd edilməsi hissəsində ləğv olunmuş, həmin hissədə iddia təmin edilərək, mübahisəli mənzilin alqı-satqısına dair İddiaçı ilə X9 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) 39000 manat pulun, 11000 manat maddi ziyanın əvəzinin, 5850 manat gecikdirilmiş icra üçün faizin və 258 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. İddiaçı 2020-ci ili n əvvəllərində həmin mənzili satmaq üçün müxtəlif şəxslərə, maklerlərə müraciət etmişdir. İddiaçı 21 aprel 2020-ci il tarixdə cavabdehə Bakı şəhəri 21 saylı Notariat Ofisində etibarnamə vermişdir. İddiaçı cavabdehi həmin günə qədər tanımamış, ilk dəfə idi ki, görürmüş. Lakin iddiaçıya cavabdehin əri Xin makler fəaliyyəti ilə məşğul olduğunu demişdilər. İddiaçının cavabdehə etibar etməsinin səbəbi isə Nizami RİH-in MİİS rəisi X3 Məmmədov adlı şəxsin təkidi olmuşdur. İddiaçı cavabdehə etibarnaməni 21 aprel 2020-ci il tarixdə saat 12:56-da vermiş, cavabdeh isə mənzili təxminən 3-4 saatdan sonra, saat 16:28-də Bakı şəhəri 51 saylı Notariat Ofisində öz dəyərindən 2 dəfə aşağı qiymətə qardaşı X2a 39000 manata satmışdır. Mənzilə görə ödənilmiş pul depozitə qoyulsa da, pul cavabdeh tərəfindən etib arnamədən istifadə edilərək götürülmüş və iddiaçıya verilməmişdir. Bundan sonra iddiaçı aldadıldığını görüb məhkəmədə əqdin etibarsız hesab edilməsinə dair iddia qaldırmışdır. Məhkəmə prosesi zamanı məlum olmuşdur ki, həmin mənzil 1 ay sonra 50000 manata başqa şəxsə satılmışdır. Uzun sürən məhkəmə çəkişmələrindən sonra iddia tələbi qismən təmin edilmiş, iddiaçıya vurulmuş ziyanla (pul tələbi) bağlı cavabdehə qarşı yenidən məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 445.7, 449.1, 560.1, 777.1, 777.2, 778.1, 778.3, 779.1, 782.1 və 782.2-ci maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsində cavabdehin vəkili və nümayəndəsi iddiaya etiraz olaraq göstərib ki, iddiaçı ilə X3 adlı şəxs sahibsiz mənzili iddiaçının adına keçirib lər. Sonra pandemiya dövrü olduğundan iddiaçı 2 saatdan artıq çıxa bilmədiyi üçün cavabdehə etibarnamə vermişdir ki, cavabdeh mənzili öz qardaşına satsın. Çünki 2 saata alqı-satqı etmək mümkün deyildi. Mənzilin satışından əldə olunan 39000 manatı cavabdeh iddiaçıya verib. Cavabdeh pulu verəndə X3, oğlu, cavabvdehin qardaşı Seyfəddin orada olublar. Sonra cavabdehin qardaşı Seyfəddin kosmetik təmir edib mənzili 50000 manata Taleh adlı şəxsə satıb.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1422/2023 nömrəli 01 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehdən mənzilin satışından əldə edilmiş 39000 manat, maddi ziyanın əvəzi 11000 manat, gecikdirilmiş icra üçün 5850 manat faiz və ödənilmiş dövlət rüsumu kimi 258 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilm işdir. (hakim Ülkər Yusifova)

11. Birinci instansiya məhkəməsi iddia tələbinin 39000 manat pulun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)2377/2023 saylı qərarına əsasən mübahisəli mənzilin alqı-satqısına dair iddiaçı ilə X9 arasında bağlanmış 21 aprel 2020-ci il tarixli müqavilə etibarsız sayılmışdır. 21 aprel 2020ci il tarixli müqavilə etibarsız hesab edildiyi üçün iddiaçı cavabdehə qarşı iddia qaldırmaqla mənzilin dəyərini və düşdüyü zərərin əvəzinin ödənilməsini tələb edir. Cavabdeh mənzilin dəyərini iddiaçıya ödədiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Lakin sözügedən alğı-satqı müqavilələri bağlanarkən notariusun Bankda olan depozit hesabına X2 tərəfindən 39000 manat, Taleh Ağayev tərəfindən isə 50000 manat pul köçürülüb və işdə bunun əksini təsdiq edən heç bir yazılı sübut yoxdur. Odur ki, iddiaçı mənzilin satışından əldə olunan 39000 manat məbləğində pulu tələb etməkdə haqlıdır.

12. Birinci instansiya məhkəməsi iddia tələbinin “cavabdehdən 11000 manat maddi ziyanın əvəzinin ödənilməsi” hissəsinə münasibətdə göstərmişdir ki, mübahisəli mənzilə dair ikinci dəfə bağlanan alqı-satqı müqaviləsinə əsasən mənzil 50000 manata satılmışdır. Cavabdehin Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində iddiaçıya maddi zərər vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi zərərin əvəzini, Mülki Məcəl lənin 21-ci maddəsinə əsasən həmin maddi zərərin əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir.

13. Dəymiş maddi zərərin həcmi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddiaçı mübahisəli mənzili satmaq üçün cavabdehə etibarnamə vermiş, o da öz növbəsində mənzili qardaşı X7 mənzilin real dəyərindən aşağı qiymətə 39000 manata satmışdır. İşin hallarından göründüyü kimi qısa müddət ərzində (xx.xx.2020xx.xx.2020 yəni 39 gün) X9 mənzili X12 50000 manata satmışdır. Odur ki, iddiaçıya dəymiş 11000 manat (50000-39000=11000) manat məbləğində maddi zərər cavabdehdən tutulmalıdır.

14. Birinci instansiya məhkəməsi iddia tələbinin “cavabdehdən 5850 manat gecikdirilmiş icra üçün faiz tutulması” hissəsinə münasibətdə hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsa slı olduğundan, Mülki Məcəllənin 445.7, 449.1-ci maddələrinə və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsasən təmin edilməlidir.

15. Birinci instansiya məhkəməsi 5 faizin məbləği ilə bağlı qeyd etmişdir ki, tələbi ilə bağlı mübahisəli mənzilin satışından əldə olunan 39000 manat pul məbləğinin ödənilməsini gecikdirdiyi xx.xx.2020-ci il tarixdən (mənzilin satıldığı) xx.xx.2023-cü il tarixədək (məhkəməyə müraciət etdiyi) müddət üçün illik 5% (39000x5%=1950x3=5850) olan 5850 cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 445.7, 449.1, 449.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında mövcud etibarnamə əsasında verilmiş tapşırıq münasibətlərini müəyyən etmiş, lakin mübahisə ilə bağlı halları tam aydınlaşdırmadığından, həmçinin tərəflərə aid qanuni qüvvədə olan məhkəmə aktında artıq müəyyən edilmiş halları tam nəzərə almadığından iş üzrə düzgün nəticəyə gələ bilməmişdir. Mənzil son əldə edən olaraq X2. Sonuncu ilə alqısatqı müqaviləsi isə cavabdeh ilə deyil, X9 arasında bağlanmışdır və həmin alqı-satqı zamanı iddiaçı tərəfindən verilmiş etibarnamədən istifadə edilməmişdir. Adı çəkilən etibarnamə əsasında bağlanmış və sonradan etibarsız hesab edilm iş müqavilə ilə bağlı mövcud məhkəmə qərarı ilə müəyyən edilmiş mövqe baxımından həmin müqavilə üzrə hər hansı bir məbləğin, o cümlədən 39.000 manat pulun alındığından söz gedə bilməz. Həmin müqavilə əsasında cavabdehin 39.000 manat pul aldığına dair məhkəmənin gəldiyi qənaət doğru deyil və bununla bağlı Ali Məhkəmənin qərarında müəyyən edilən mövqeyə ziddir. Nəticə etibarı ilə ortada etibarnamə ilə hərəkət və onun əsasında pulun alınması yoxdur. Mənzilin X12 X9 tərəfindən satıldığı və ondan 50.000 manat pul aldığı, ondan əvvəl də mənzili əldə edən X2un mənzili təmir edib, yaxşılaşdırandan sonra satdığı hallar mövcuddur və bunlar iş üzrə mübahisə olunmur. Göründüyü kimi, hazırkı mübahisə ilə bağlı ziyan vurma etibarnamə əsasında hərəkət etməklə deyil, əsassız varlanma ilə müşayiət olunur. Əsassız varlanma X2a aiddir və əsassız varlanma məbləği mənzilin satıldığı məbləğdən onun təmir edilməklə yaxşılaşdırmasına çəkdiyi xərci çıxmaqla yaranan fərq həcmində müəyyən edilməlidir. Məhz həmin məbləğ mənzilə görə iddiaçıya vurulmuş ziyandır və cavabdehlik daşıyan şəxs də hazırki iş üzrə cavabdeh deyil, X2dur.

19. Apellyasiya baxışı zamanı qiymətləndirmə təyin edilmiş, "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 0140 saylı hesabata əsasən mübahisəli mənzilin 2020-ci il üçün real bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 76.350 manatdır.

20. Apellyasiya baxışında cavabdehin nümayəndəsi və vəkili əlavə olaraq bildirmişdir ki, ekspert rəyi ilə razı deyillər. Evin təmirsiz olduğunu tərəflər də etiraf edib. Ev 39.000 manata alınmış, 50.000 manata satılmışdır. Bütü n danışıqlar X2la aparılıb. Cavabdeh də o, seçilməli idi.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-164/2025 nömrəli 15 yanvar 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1422/2023 nömrəli 01 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid edilmişdir. (hakimlər Fuad Babayev (sədrlik edən, məruzəçi), Cəmilə Musayeva, Fuad Abdiyev)

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdəki materiallara əsasən mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh (iddiaçının əvəzinə) həmin mənzili 39000 manata X7, sonuncu isə xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 50000 manata X5.

23. Bu da o deməkdir ki, iddiaçının mülkiyyətində olan və yuxarıda adı çəkilən mübahisəli mənzil üzərində olan hüquqları qanun qarşısında tam olaraq tanınmışdır və onun həmin mülkiyyətdən irəli gələn hüquqlarının müdafiəsi ilə bağlı tam şəkildə səlahiyyətləri vardır.

24. Mübahisəli mənzilin cavabdeh tərəfindən ona verilmiş etibarnamə əsasında özgəninkiləşdirilməsi ilə əlaqədar əldə etdiyi pul vəsaitinin iddiaçı tərəfindən tələb edilməsinin mümkünlüyünə münasibətdə apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Lakin nəzərə alınmalıdır ki, təmsilçiliklə bağlanılan əqdlər üçün ən vacib şərtlərdən biri də məhz etibar edənin mənafelərinin əks olunması və etibar edilənin edilən səlahiyyətlərdən vicdanla istifadə edilməsidir. Belə ki, Mülki Məcəllənin tapşırıq hüquq münasibətlərini tənzimləyən normalarına müvafiq olaraq tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürsə də, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Əgər tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyə nləşdirilir. Vəkalət alan vəkalət verənin göstərişlərindən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.

25. Eyni zamanda əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

26. İş materiallarına əsasən iddiaçı cavabdehə 21 aprel 2020-ci il tarixdə, saat 12:56-da etibarnamə vermiş, cavabdeh isə mənzili təxminən 3-4 saatdan sonra, saat 16:28-də Bakı şəhəri 51 saylı Notariat Ofisində 39000 manata X3. Bu hal istər məhkəmə üçün, istərsə də əmlakı alacaq digər şəxslər üçün şübhə doğura bilən bir məqamdır. İddiaçının hələ bir neçə saat öncə notariusa yaxınlaşaraq etibarnamə verməsi ilə ona məxsus əmlakın iştirakı olmadan dəyərindən olduqca aşağı qiymətə satması, o cümlədən həmin pulu mənimsəməyə cavabdehə icazə verməsi ilə bağlı tapşırıqlarının olması işin heç bir halı ilə öz təsdiqini tapmamış və həmin əqdin iddiaçının tapşırığına uyğun formada bağlanmasını şübhə altına salmağa əsas yaratmışdır.

27. Vəkalət alan vəkalət verənin göstərişlərindən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. İşin mübahisəsiz halıdır ki, iddiaçı özünə məxsus əmlakın özgəninkiləşdirməsinin nəticəsi olaraq əldə edilmiş pul vəsaitinin cavabdeh tərəfindən mənimsənilməsini tapşıra bilməzdi və bu cür mənimsənilmə qanunvericiliyin normalarına görə əsassız olacaqdı. Bu isə o deməkdir ki, cavabdehə etibarnamə verilməsi ilə bağlı iddiaçının tapşırığı həmin pul vəsaitlərinin onun özünə qaytarılması olmuş, bu tapşırıqdan kənaraçıxmaya icazə verilməsi barədə isə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən hal öz təsdiqini Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)- 2377/2023 saylı qərarında da tapmış, həmin məhkəmə prosesləri gedişatında da cavabdehin nümayəndəsi pulun iddiaçıya verildiyini isr arla bildirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir və mülki prosessual qanunvericiliyin mövcud prinsiplərinə görə, cavabdehin 39000 manatı alması mübahisə predmeti olmadığından onun iddiaçıya verilməsini sübutetmə yükü məhz cavabdehin üzərinə düşür. Vəkalət alan olan cavabdeh vəkalət verən olan iddiaçının göstərişlərindən yalnız o halda kənara çıxa bilərdi ki, işin hallarına görə buna müvafiq icazə ala bilmədiyini və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsasları olduğunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edərdi.

28. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, iddiaçının sözügedən alğı-satqı müqaviləsi bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyl i dərəcədə məhrum olması, yəni onun iddia etdiyi kimi dəyəri 65.000 manat olan mənzilin 39.000 manata satılması, habelə təmsilçi olan cavabdehin həmin pulu ona ödəməməsi halları, əqdin etibarsızlığı üçün deyil, ləğvi üçün əsas ola bilər. Buna görə də iddiaçı cavabdehə qarşı iddia qaldırmaqla mənzilin dəyərini və yaxud düşdüyü zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

29. Mülki Prosessual Məcəllənin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

30. Beləliklə, istər qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə, istərsə də hazırki işin halları ilə müəyyən olunmuş faktlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçı tərəfindən ona verilmiş səlahiyyət əsasında şifahi tapşırıq müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, tapşırığın icrası nəticəsində əldə etdiklərini vəkalət verənə vermədiyindən və bununla da müqavilənin şərtlərini pozduğundan, iddia tələbi alqı-satqı müqavilələri əsasında əldə olunan pul vəsaitlərinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia əsaslı olduğundan birinci instansiya məhkəməsinin bu barədə mövqeyi haqlı olmuşdur.

31. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin 11000 manat maddi ziyanın əvəzinin ödənilməsi barədə iddianın əsassız olması ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi mübahisəli mənzil X9 tərəfindən xx.xx.2020-ci il tarixli, AN-İ ser iyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 50000 manata X4.

32. Mülki Məcəllənin 778.3-cü maddəsinə əsasən əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Həmin məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə d əyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

33. İşin mübahisəsiz halıdır ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh (iddiaçının əvəzinə) həmin mənzili 39000 manata X7, sonuncu isə xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 50000 manata X4.

34. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə belə qısa müddət aralığında mübahisəli əmlakın 11.000 manat fərqlə başqa şəxsə satılması artıq mənzil ü çün ilkin olaraq müəyyən edilmiş qiymətin olduqca aşağı olması və iddiaçının mənafelərinə uyğun olmamasını deməyə əsas verir. O cümlədən həmin əmlakın sözügedən müqavilələr bağlanılan zaman, yəni 2020-ci ildə mövcud olan dəyəri qiymətləndiricinin hesabatına əsasən 76.350 manatdır. Ekspert rəyindən də göründüyü kimi mübahisəli əmlakın ümumi bazar qiyməti ilə cavabdehin digər şəxslə bağladığı müqavilə ilə müəyyənləşdirdikləri qiymət arasında kifayət qədər böyük fərq mövcuddur və həqiqətən, iddiaçının adından bu əqdin bağlanması ilə onun üçün son dərəcə əlverişsiz nəticələr yaranmış olacaqdı.

35. Apellyasiya instansiyası məhkəməsi mübahisəli əmlak xx.xx.2020-ci ildə 39.000 manata, xx.xx.2020-ci il tarixdə isə 50.000 manata satıldığından, həmin vaxt müqavilə tərəflərinin tələb və təklifləri mə hz həmin qiymətlərdən ibarət olduğundan və faktiki olaraq alqı-satqı sırf həmin məbləğlərlə baş tutduğundan cavabdeh tərəfindən tapşırığın düzgün icra edilməməsi nəticəsində iddiaçıya dəymiş zərəri hesablanarkən məhz həmin rəqəmlərlə əmlakların ilkin satış qiymətləri arasındakı fərqin, yəni iddiaçının tələbinə uyğun olaraq 11.000 manat pulun cavabdeh tutularaq iddiaçıya ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaətini əsaslı hesab etmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli əmlakın ilkin olaraq satılması ilə bağlı əldə edilmiş 39.000 manat pulun və sonradan satışı nəticəsində dəymiş 11.000 manat zərərin ödənilməsi ilə bağlı tələbi əsaslı olduğundan və iddiaçının Mülki Məcəllənin 445.7, 449.1-cu maddələrinə və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsasən tərəflər arasında yaranmış münasibət üzrə borclunun öhdəliklərinin icra edilməli olduğu vaxtdan illik 5% dərəcəsi ilə faiz məbləğinin hesablanmasını tələb etmək hüququnun olduğu qənaətinə gəlmiş və bu hissədə iddianı təmin edən birinci instansiya məhkəməsini mövqeyi razılaşmışdır.

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 359.1, 360.1, 362.1, 425.1, 777.1, 778.1, 778.2, 778.3, 779.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 82.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. Cavabdeh (vəkili X10) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-164/2025 nömrəli 15 yanvar 2025 il tarixli qətnaməsinin ləğv edilməsi, işi təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

39. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, bir daha qeyd edilmişdir ki, mənzili onun sahibi olan iddiaçıdan razılaşıb faktiki alıb-satan X9 olmuşdur. Etibarnamə cavabdehin adına verildiyindən, həmin etibarnamə ilə hərəkət etməsi tam qanuni əsaslarla olmuşdur. Bundan başqa cavabdeh həmin etibarnamə ilə hərəkət etsə də, mülkiyyətçi ilə razılaşma cavabdehlə deyil, qardaşı X2la olmuşdur. Cavabdehin bu məsələdə qanunsuz hərəkətə yol verməklə hər hansı vəsaitin əldə etməsi müəyyən edilmir. Lakin apellyasiya məhkəməsi tərəflərin əmlakla bağlı münasibətlərinin ardıcıllığını düzgün müəyyən etmədiyindən, maddi hüquq normalarının tətbiqində də yanlışlığa yol veril mişdir. Nəzərə alınmalı idi ki, iddiaçı tərəfindən cavabdeh olaraq Cavabdeh göstərilsə də, o, hazırkı iddia tələbinə cavab verməli olmayan şəxs olduğundən iddia təmin edilə bilməzdi. Lakin məhkəmə qətnamə qəbul edərkən, MPM-nin 50, 51-ci maddələrinin tələblərini nəzərə almamışdır. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkm əli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həm in əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bun dan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlar dan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edil ən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellya siya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

46. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2236-cı bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır.

47. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbləri üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələblər üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticə yə gəlmiş, sübut etmə yükünü düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

48. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

49. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər cavabdehin iddia tələbinə etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Belə ki, cavabdeh əsas dəlil kimi hazırki iş üzrə onun cavabdeh qismində qoyulmasının düzgün olmamasını, əslində cavabdehin mənzili birinci alan şəxsin olmasını bildirir. Həmin dəlillərə də hər iki instansiya məhkəməsi qiymət verməklə, cavabdehin dəlillərini rədd etmişlər.

50. Məhkəmə kollegiyas ı da öz növbəsində qeyd edir ki, münasibətlərin iddiaçı ilə cavabdeh arasında yaranması, iddiaçının adından mənzilin satışını məhz cavabdehin həyata keçirməsi, cavabdehin mənzili real bazar dəyərindən aşağı qiymətə satması, satışdan əldə etdiyi pulu iddiaçıya verməməsi artıq məhkəmə qətnamələri müəyyən edilib. Buna görə də hazırki iş üzrə cavabdeh qismində əslində mənzilin birinci alıcısı olmuş şəxsin olmalı olması barədə kassasiya şikayətini dəlilləri əsassızdır.

51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cava bdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-164/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar