Məhkəmə qərarları › İş №2(102)-1597/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1597/2019

05.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1597/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 05 mart 2019-cu il İş № 2(102)-1597/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili Dadaşov Qabil Ziyadxan oğlu, cavabdehlər Cavabdeh vəkili Vəkil2, “xxxx” ASC-nin vəlkili Vəkil1 iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11090/2018 nömrəli iş üzrə 01 noyabr 2018ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏ YYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim A.Ə.Rzayev) 2(001)-3357/2018 nömrəli iş üzrə 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və “xxxx” ASC-yə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üşüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 6 saylı Notariat Kontoruna qarşı çıxarışın torpaq sahəsinə aid hissədə ləğv olunmasına dair ididanın təmin edilməsi, ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 25 may 2016-cı il tarixdə “xxxx” ASC-yə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın 0,01653 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi, ünvan1 ünvanda yerləşən, 252,9 m2 sahəsi olan qeyri-yaşayış sahəsinə və yerləşdiyi 0,01653 ha torpaq sahəsinə dai r “xxxx” ASC ilə Cavabdeh arasında 10 yanvar 2017-ci il tarixdə 6 saylı notoriat kontorunda bağlanmış AN-İ xxxxxx saylı alqısatqı müqaviləsinin 0,01653 ha torpaq sahəsinə aid hissəsində etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh verilmiş çıxarışın 0,01653 ha olan torpaq sahəsinə aid hissədə ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi) X.A.Mərdanova və E.Y.Şamayev ) 2(103)-11090/2018 nömrəli iş üzrə 01 noyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3357/2018 saylı iş üzrə 09 iyul 2018-cı il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh və “xxxx” ASC-yə qarşı “alqı-satqı müqaviləsinin torpaq sahəsinə aid hissədə etibarsız, çıxarışların isə torpaq sahəsinə aid hissədə ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh və “xxxx” ASC-yə (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və Bakı şəhəri 6 saylı notariat kontoru üçüncü şəxslər kimi göstərilməklə) qarşı “alqı-satqı müqaviləsinin torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi, çıxarışların həmin hissədə ləğv olunması” tələblərinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, ünvan1 şossesi 224C ünvanında yerləşən 0,01653 ha torpaq sahəsi və 252,9 m2 olan qeyri-yaşayış sahəsini X2 09.02.2006-cı il tarixdə özəlləşdirdiyi xxxxx Təsərrüfat Birliyi inzibatı binasının 365,5 m2 sahəsi olan özəl torpaq sahəsinin üzərində tikdirmiş, qeyri-yaşayış sahəsinin “Texniki Pasportu”nda və “Torpaq sahəsinin təsnifatı cədvəli”nin torpaq ayırma sənədləri üzrə qrafasında həmin sahə 0,0365 ha qeyd edilmiş, 01.05.2012-ci il tarixdə isə X2 ümumi sahəsi 252,9 m2 olan qeyri-yaşayış sahəsini və ayrıca onun yerləşdiyi 0,01653 ha torpaq sahəsini bağışlama müqaviləsi əsasında doğma bacısı kimi ona bağışlamışdır. Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə “xxxx” ASC-nin onlara qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” iddia ərizəsi əsasında 16 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə 200 000 manat əsas borcun, 56 630 manat məbləğində faiz borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun girov qoyu lmuş əmlaka yönəldilməsi və açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumu ödənildikdən sonra satışdan artıq qalan məbləğin cavabdehlərə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, 15 aprel 2016-cı il tarixdə “xxxx” MMC tərəfindən ünvan1 şossesi 224C ünvanda yerləşən 252,9 m2 olan qeyri-yaşayış sahəsi Nərimanov rayon İcra Şöbəsinin sifariş məktubu əsasında hərraca çıxarılmış, hərracın nəticələri haqqında yekun protokolla mənzil ilkin qiymətindən 150 437 manat aşağı qiymətə, yəni 264 563 manata bankın mülkiyyətinə verilmiş, ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeyri-yaşayış sahəsi və yerləşdiyi torpaq sahəsi 25 may 2016-cı il tarixdə **********5606301 reyestr nömrə ilə “xxxx” ASC-nin adına qeydiy yata alınmış, ona ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. 10 yanvar 2017-ci il tarixdə cavabdehlər arasında Bakı şəhəri 6 saylı notariat kontorunda qeyri-yaşayış sahəsinin 373 721 manat məbləğində satılmasına dair alqı-satqı müqaviləsi bağlanmış, AN-1 xxxxxxx saylı həmin alqı-satqı müqaviləsinə əsasən Bank hərrac yolu ilə mülkiyyətinə keçirildiyi 252,9 m2 qeyri-yaşayış sahəsini və ona məxsus 0,01653 ha torpaq sahəsini Cavabdeh satmışdır. Bank çıxarış alarkən Reyestr xidmətinin əməkdaşları ilə əlbir olaraq ona məxsus olan 0,01653 ha torpaq sahəsini mənimsəmişdir, çünkü qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin banka heç bir aidiyyatı olmamış, Bank yalnız qeyriyaşayış sahəsinə mülkiyyət hüququ əldə etmişdir; nə məhkəmə qətnaməsində, nə icra sənədində, nə də hərrac keçirilməsi barədə protokolda qeyri-yaşayış sahəsinin altındakı torpağın da girov predmeti olması barədə heç bir qeyd yoxdur. Bütün bunlara baxmayaraq alqı-satqı müqaviləsi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçirilərkən bu amil nəzərə alınmamış və nəticədə Bank saxtakarlıq edərək torpaq sahəsini də sata bilmişdir. Halbuki, torpaq sahəsini girov qoymamış, həmin torpaq öz mülkiyyətində qalmış, torpaqla bağlı qiymətləndirmə belə aparılmamış, reyestr xidməti tərəfindən “xxxx” ASC-yə düzgün çıxarış verilməmişdir. Bankın mülkiyyətində yalnız girov qoyulduqda 415 000 manat olaraq qiymətləndirilmiş 252,9 m2 qeyri-yaşayış sahəsi, yəni tikili ola bilərdi. Torpaq sahəsi isə onun mülkiyyəti kimi özündə qalmalıdır; çünki torpaq girov qoyulmamış, heç kim tərəfindən qiymətlənd irilməmiş, öz mülkiyyəti kimi özündə qalmışdır. Göstərilənlərə əsasən ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 25 may 2016-cı il tarixdə “xxxx” ASC-yə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın 0,01653 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi, ünvan1 ünvanda yerləşən, 252,9 m2 sahəsi olan qeyri-yaşayış sahəsinə və yerləşdiyi 0,01653 ha torpaq sahəsinə dair “xxxx” ASC ilə Cavabdeh arasında 10 yanvar 2017-ci il tarixdə 6 saylı notoriat kontorunda bağlanmış AN-İ N-0498650 saylı alqı-satqı müqaviləsinin 0,01653 ha torpaq sahəsinə aid hissəsində etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh verilmiş çıxarışın 0,01653 ha olan torpaq sahəsinə aid hissədə ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkə mə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11090/2018 nömrəli iş üzrə 01 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yenidən mahiyyəti üzrə araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına İddiaçı kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştiarak edən İddiaçı vəkili Dadaşov Qabil Ziyadxan oğlu kassasiya şikayətinin dəlillərini müdafiə ed ərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştiarak edən cavabdehlər Cavabdeh vəkili Vəkil2, “xxxx” ASC-nin vəlkili Vəkil1 kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-11090/2018 nömrəli iş üzrə 01 noyabr 2018-ci il tarixli qətnaməsi d əyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarından görünür ki, ünvan1 şossesi 224C ünvanda yerləşən ümumi sahəsi 252,9 m2 olan qeyri-yaşayış sahəsi (həmçinin onun yerləşdiyi 0,01653 ha torpaq sahəsi) 11.04.2012-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X1 adına ilkin qeydiyyatdan keçmiş, Bakı şəhəri 6 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 01.05.2012-ci il tarixli “qeyri-yaşayış sahəsinin bağışlanma müqaviləsi”nə əsasən o, tam mülkiyyət hüququ əsasında özünə məxsus həmin əmlakı İddiaçı (iddiaçı) bağışlamış, sonuncunun daşınmaz əmlak üzərindəki mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmaqla ona müvafiq çıxarışlar verilmiş, 22.02.2013-cü il tarixdə Bakı şəhəri 21 saylı dövlət notariat kontorunda bağlanmış “mənzil bağışlama müqaviləsi”nə əsasən isə iddiaçı, ümumi sahəsi 252,9 m2 olan həmin qeyri-yaşayış sahəsinin 132.1 m2 hissəsini oğlu X4 bağışlayaraq qalan 120.8 m2 hissəni özündə saxlamış, 15.03.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində bu barədə müvafiq qeydiyyat aparılmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, 16.04.2013-cü il tarixdə “xxxx” ASC-nin Monolit filialı ilə X7 arasında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi üzrə X7-in öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə “xxxx” ASC-nin Mono lit filialı, X7 və İddiaçı arasında Bakı şəhəri 28 saylı notariat kontorunda eyni tarixli ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən ünvan1 şossesi 224C ünvanda yerləşən qeyri-yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından aydın olur ki, X7 16.04.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən bank ona və İddiaçı qarşı “kredit məbləğinin qaytarılması və ipoteka predmetinə tutmanın yönəlməsi” tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 08.10.2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, X7-dən kredit borcunun tutulması, tələbin cavabdehlərin paylı mülkiyyətində olan ünvan1 şossesi 224C ünvanda yerləşən ümumi sahəsi 252,9 m2 olan qeyri-yaşayış sahəsinə yönəld ilməsi, onun açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun və dövlət rüsumunun ödənilməsi, borc ödənildikdən sonra satışdan artıq qalan məbləğin ipoteka qoyanlara qaytarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 415 000 manat müəyyən edilməsi qət olunmuşdur. İş materiallarından həmçinin aydın olur ki, 15.04.2016-cı ildə keçirilmiş hərracın nəticəsində sözügedən qeyri-yaşayış sahəsi 264 563 manata “xxxx” ASC-nin özünə satılmış (“İpoteka haqqında” qanunun 43.7-ci və 42.4-cü maddələrinə əsasən), bu barədə “Hərracın nəticələri haqqında yekun protokol” tərtib edilmiş, 04.05.2016-cı il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunun notariusu tərəfindən banka bu barədə müvafiq şəhadətnamə verilmiş və ardınca ümumi sahəsi 252,9 m2 olan həmin qeyri-yaşayış s ahəsi (altında yerləşən və fəaliyyətini təmin edən 0,01653 ha torpaq sahəsi ilə birlikdə) “xxxx” ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alınmış, 10.01.2017-ci il tarixdə isə bank, həmin əmlakı (ümumi sahəsi 252,9 m2 olan qeyri-yaşayış sahəsini və altında yerləşməklə onun fəaliyyətini təmin edən 0,01653 ha torpaq sahəsini) Cavabdeh 373 721,34 manata satmış, sonuncunun əmlak üzərindəki mülkiyyət hüququ 26.01.2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmaqla ona müvafiq çıxarış verilmişdir. İddiaçı, 16.04.2013-cü il tarixli ipoteka müqaviləsinə görə sadəcə qeyri-yaşayış sahəsinin bankın xeyrinə ipoteka ilə yüklü edildiyini, bankın da hərrac yolu ilə sadəcə qeyri-yaşayış sahəsini əldə etdiyini, onun yer ləşdiyi torpaq sahəsinin isə banka heç bir aidiyyatının olmadığını, bankın yalnız qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdiyini, nə məhkəmə qətnaməsində, nə icra sənədində, nə də hərrac keçirilməsi barədə protokolda qeyri-yaşayış sahəsinin altındakı torpağın ipoteka predmeti olması barədə heç bir qeydin olmadığını, bütün bunlara rəğmən bankın reyestr xidmətinin əməkdaşları ilə əlbir olaraq həm qeyri-yaşayış sahəsini, həm də altında yerləşən torpağı mülkiyyətinə keçirdiyini, sonradan saxta çıxarış əsasında əmlakın tamamını Cavabdeh satdığını irəli sürməklə torpaq sahəsinə münasibətdə alqısatqı müqaviləsinin etibarsız hesab olunmasını, çıxarışların isə həmin hissədə ləğv edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi də ipoteka müqaviləsi əsasında 0,01653 ha olan torpaq sahəsin in bank qarşısında ipoteka ilə yüklü edilməməsinə, buna baxmayaraq bankın qeyri-yaşayış sahəsi ilə birgə həmin torpaq sahəsini də mülkiyyətinə keçirərək Cavabdeh satmış olmasına əsaslanmaqla iddia tələblərinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Apellyasiya instnasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə maddi hüquq normalarını düzgün tətbiq etməməsi, habelə tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməməsi səbəbindən gəlməklə, bununla həm də qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmış, hüquqi mövqeyini Mülki Məcəllənin 337.1-ci maddəsinə istinadla izah etməyə çalışsa da, bu qənaətini əsaslandıra bilməmişdir. Mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün apellyasiya məhkəməsi ilk növ bədə ünvan1 şossesi 224C ünvanında yerləşən və ümumi sahəsi 252,9 m2 olan qeyri-yaşayış sahəsinin altında yerləşməklə onun fəaliyyətini təmin edən 0,01653 ha torpaq sahəsinin bank, X7 və İddiaçı arasında bağlanmış 16.04.2013-cü il tarixli ipoteka müqaviləsinin predmetini təşkil edib-etmədiyinin, başqa sözlə yüklülüyün həmin torpağa aid olub-olmadığının, eləcə də bankın hərrac yolu ilə onu da əldə edibetmədiyinin araşdırılmasını məqsədəmüvafiq hesab etmişdir. İş materiallarından məlum olur ki, ünvan1 ünvandakı 0,01653 ha torpaq sahəsi ümumi sahəsi 252,9 m2 olan sözügedən binanın (qeyri-yaşayış sahəsi) tam altında yerləşməklə onunla vahid bir əmlakı təşkil edir; onları bir-birindən dağıdılmadan və ya zədələmədən ayırmaq mümkün deyildir. Xüsusilə sözügedən torpaq sahəsinin həmin binanın tam a ltında yerləşdiyi nəzərə alındıqda, onların ayrı-ayrılıqda əşya hüququnun müstəqil predmetini təşkil etdiyini qəbul etmək mümkün olmamaqla yanaşı, belə yanaşma tərəflər arasında yaranmış hüquq münasibətlərinin mahiyyətinə də uyğun deyildir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər; təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. Həmin Məcəllənin 276.2-ci maddəsinə əsasən, bölünməz əşyalar hissə-hissə girov qoyula bilməz. Həmçinin nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 7.2-ci maddəsinə görə, bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipotekaya qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 89-cu maddəsinin 5-ci bəndinə görə də, bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Bankın hərrac vasitəsilə 252,9 m2 olan qeyri-yaşayış sahəsini onun altında yerləşməklə fəaliyyətini təmin edən 0,01653 ha torpaq sahəsi ilə birlikdə əldə edib-etməməsinə münasibətdə kollegiya həmçinin qeyd edir ki, Mülki Məcəllənin 245-ci maddəsinə görə, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərə flərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. İş materiallarından göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar, yəni 16.04.2013-cü il tarixli ipoteka müqaviləsi ilə sadəcə qeyri-yaşayış sahəsinin bankın xeyrinə ipoteka ilə yüklü edilməsi, bankın da hərrac yolu ilə sadəcə onu əldə etməsi, əmlakın yerləşdiyi torpaq sahəsinin isə banka heç bir aidiyyatının olmaması, bankın yalnız qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmiş olması arqumentləri öz təsdiqini tapmamaqdadır. Bundan başqa nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gə lən iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, mübahisəli əmlakı alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ ilə əldə edən Cavabdeh onu vicdanlı əldə etmişdir və onun həmin əmlak üzərində mülkiyyət hüquqlarının yaranması nın əsasını təşkil edən alqı-satqı müqavisinin qismən (binanın altındakı torpağa münasibətdə) etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər ümumiyyətlə mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 149.2-ci maddəsinin tələblərinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldı ra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hətta ünvan1 ünvanda yerləşən ümumi sahəsi 252,9 m2 olan qeyri-yaşayış sahəsinin altında yerləşməklə onun fəaliyyətini təmin edən 0,01653 ha torpaq sahəsi ipoteka müqaviləsinin predmetini təşkil etməsə və bununla həmin torpağa münasibətdə bankın adına aparılmış qeydiyyat əsassız olsa idi belə, iddiaçının pozulmuş hüquqları bu mübahisəli əmlakı vicdanla əldə etmiş şəxsin (Cavabdeh) hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməzdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası A li Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktla rının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.10.2004-cü il tarixli qərarına görə isə, “əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir”. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddia tələblərinin təmin edilməsi (mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğvi) vicdanlı alıcı olan Cavabdeh əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-ta raz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 25 may 2016-cı il tarixdə “xxxx” ASC-yə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın 0,01653 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi” tələbinə münasibətdə isə apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli əmlakın (binanın və onun altında yerləşməklə fəaliyyətini təmin etdiyi torpağın) Cavabdeh satılması, bunun əsasında onun adına qeydiyyatdan keçməsi və həmin əmlaka dair ona müvafiq çıxarış verilməsi (hazırda da onun mülkiyyətində olması) işin mübahisəsiz hallarındandır. Başqa sözlə, bu hissədə iddiaçının ləğv edilməsini tələb etdiyi müvafiq çıxarış (reyestrdəki qeydlər) artıq ümumiyyətlə mövcud deyildir. Bu isə qeyd edilən tələbin predmetinin ümumiyyətlə olmaması deməkdir. Kollegiya, “xxxx” ASC-nin əməkdaşlarının əməllərində cinayət tərkibi olduğundan xüsusi qərardad çıxarılması” barədə iddiaçının xahişinə münasibətdə qeyd etmişdir ki, bu xahiş hüquqi mahiyyəti etibarilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər; məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə müvafiq qərarı qəbul etməsi mü mkündür. Apellyasiya baxışı zamanı isə, “xxxx” ASC-nin əməkdaşlarının hərəkətlərində cinayət əlamətləri aşkar edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin göstərilən mövqeyi qanun tələblərinə söykəndiyindən onunla razılaşır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasə n, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edil ir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11090/2018 nömrəli iş üzrə 01 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanı lmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11090/2018 nömrəli iş üzrə 01 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar