Məhkəmə qərarları › İş №2(102)-1597/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1597/2020

05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1597/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)11874/2019 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-179/2019 saylı qətn aməsi ilə (sədrlik edən, hakim N.T.Tağıyeva) iddiaçı Ləğv prosesində olan “xxxx” ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun geri qaytarılması” barədə iddiası qismən təmin edilərək, cavabdehdən əsas borca görə 168.423 manat, faiz borcuna görə 26.199,13 manat, hesablanmış dəbbə puluna görə 756 manat, cəmi 195.378,13 manat pulun tutulub iddiaçı təşkilata ödənilməsi qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)11874/2019 saylı qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov sədrlik edən, məruzəçi, X.A.Cəmilova və İ.Ə.Kərimli) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxl anılıb. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı “kredit borcunun geri qaytarılması” barədə iddia qaldıraraq, cavabdehdən əsas borca görə 168.423 manat, faiz borcuna görə 26.199,13 manat, hesablanmış cəriməyə görə 7.560,33 manat, cəmi 202.182,46 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayə tində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili xxxxx məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh və vəkili Siracəddin Kərimov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiy ası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçı Ləğv prosesində olan “xxxx” ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili xxxxx un izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətinin yaranmasına, cavabdehin həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsinə, onun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş əsas və faiz borcunun olmasına, cərimənin miqdarı azaldılarkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərin nəzərə alınmasına istinad edib. Kasasiya instansiyası məhkəməsi faiz borcunun tutulmasına aid hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin hissədə iddianı yuxarıda göstərilən məbləğdə təmin edərkən maddi hüquq nor malarının tələblərini pozub və düzgün tətbiq etməyib. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 12 ay müddətinə, illik 16 faiz ödəmək şərti ilə 168.423 manat kredit verilib. İşə əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışına görə, cavabdehin xx xxxxxx 2017-ci il tarixə iddiaçı təşkilata ödənilməmiş 168.423 manat əsas, 26.199,13 manat faiz, 7.560,33 manat cərimə olmaqla, cəmi 202.182,46 manat kredit borcu vardır. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2019-cu il tarixli ekspert rəyindən isə görünür ki, cavabdehin xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxxxxx 2015-ci il tarixə iddiaçı təşkilata ödənilməmiş əsas borcu 168.423 manat, faiz borcu 22.082,1 manat, cəmi 190.505,1 manat; xx xxxxxx 2017-ci il tarixə iddiaçı təşkilata ödənilməmiş əsas borcu 168.423 manat, faiz borcu 79.046,5 manat, cəmi 247.468,5 manat təşkil edir. Göründüyü kimi tərəflər arasındakı öhdəlik hüquq münasibətləri xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən əmələ gəlib və həmin müqavilə 12 ay müddətinə bağlanmaqla, müqavilənin müddəti xx xxxxxxx 2015-ci il tarixdə bitib. Lakin cavabdeh sözügedən kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. İddiaçı təşkilatın maliyyə arayışından və sözügedən ekspert rəyindən görünür ki, xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin iddiaçı təşkilata ödənilməmiş 168.423 manat əsas borcu vardır və dəfələ rlə tələb edilməsinə baxmayaraq cavabdeh öhdəliklərini yerinə yetirməyib. Mülki qanunvericiliyə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci maddəsi). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Mülki Məcəllənin 739.2-ci maddəsi). Öhdəliyin icra edilmə məsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdərilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Mülki Məcəllənin 442-ci maddəsi). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (Mülki Məcəllənin 445.2.1-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi əsas borcun tutulmasına aid hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdehin xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı təşkilata ödənilməmiş 168.423 manat əsas borcunun olması mülki iş materialları, maliyyə arayışı və ekspert rəyi ilə tam təsdiq edildiyindən və cavabdeh məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübut təqdim etmədiyindən, bu hissədə iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və bu hissədə kasasiya şikayətinin dəlilləri sadalanan maddi hüquq normalarının tələbləri baxımından tam əsassızdır. Digər tərəfdən iddia ərizəsindən görünür ki, kredit müqaviləsi ilə müəyyənləşdirilən öhdəliklərini icra etmədiyinə və ya icranı gecikdirdiyinə görə iddiaçı təşkilat tərəfindən cavabdeh barəsində 7.560,33 manat dəbbə pulu hesablanıb. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1 və 467-ci maddəsinin tələblərinə istinad edərək, iddiaçı təşkilatın həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surə tdə yüksək dəbbə pulunu 765 manata azaltmışdır. Apelyasiya instansiyası məhkəməsi isə bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Əvvəla, sadalanan maddələrin tələblərinə görə hüquqi mənada dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora cərimə və ya peniya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Digər tərəfdən, dəbbə pulunun miqdarı öhdəliyin əhəmiyyəti və onun pozulduğu halda dəyə biləcək mümkün zərərin miqdarını nəzərə a lmaqla tərəflərin razılaşması əsasında müəyyən edilir. Belə razılaşma zamanı mümkün pozuntuya mütənasib olmayan dəbbə pulunun müəyyən edilməsi istisna olunur. Buna görə də şərh olunan maddələrdə tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunun məhkəmə tərəfindən azaldıla bilməsi nəzərdə tutulmuşdur. Məhkəmə yüksək məbləğdə təyin edilmiş dəbbə pulunu azaldarkən kreditorun həm əmlak mənafeyini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Kasasiya instansiyası məhkəməsi bu hissədə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, işə baxan məhkəmələrin gəldiyi nəticə sadalanan maddələrin tələblərinə uyğundur və kasasiya şikayətinin bu hissədə təmin edilməsi üçün əsaslar yoxdur. Daha sonra, işdən görünür ki, cavabdehlə bağlanmış kredit müqaviləs inin müddəti xx xxxxxxx 2015-ci il tarixdə bitməsinə və həmin tarixə cavabdehin iddiaçı təşkilata olan faiz borcu 22.082,1 manat təşkil etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi faiz borcunu xx xxxxxx 2017-ci il tarixədək hesablamaqla 26.199,13 manat məbləğdə tutumuş, apelyasiya instansiyası məhkəməsi isə bu hala diqqət yetirmədən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələblərinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrıayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə də, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaramasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtın ı tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranın öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutumuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı döv r üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunan maddələrin mənasına və formalaşmış məhkəmə təcrübəsinə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutumuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının faizlərini, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərərin və ya əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəz ifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425-ci maddəsi). Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qan unvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Göründüyü kimi sözügedən kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə iddiaçı təşkilat cavabdehdən mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış i llik 5 faiz formasında zərərin əvəzinin (real zərərin və ya əldən çıxmış faydanın) ödənilməsini tələb etmək əvəzinə, həmin müqavilə üzrə xx xxxxxx 2017ci il tarixədək cavabdehdən faiz borcunun ödənilməsini tələb etməsi, əslində hüquqdan suiistifadə sayılmaqla, iddiaçı təşkilat tərəfindən ona ziyan vurmaq niyyəti ilə həyata keçirilən hərəkət kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 417.1.2-ci maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Beləliklə, kasasiya instansiyası məhkəməsi faiz borcunun tutulmasına aid hissədə kasasiya şikayətinin dəlillərini əsaslı hesab edir və belə qənatə gəlir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməs inin qətnaməsinə- cavabdehdən faiz borcuna görə 26.199,13 manat pulun tutulub iddiaçı təşkilata ödənilməsi hissəsində dəyişiklik edilməli, həmin məbləğ 22.082,1 manat müəyyən edilməli, qalan hissədə qətnamə cavabdehin kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh kasasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-11874/2019 saylı qətnaməsinəCavabdeh faiz borcuna görə 26.199,13 manat pulun tutulub iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi hissəsində dəyişiklik edilsin, hə min məbləğ 22.082,1 manat müəyyən edilsin və qalan hissədə qətnamə kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar