Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1597/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Ordubad rayonu Notariat Ofisinə və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınması, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Ordubad rayonu Notariat Ofisinə və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, müqavilənin bağlanmış hesab olunması, torpaq sahəsinə və yaşayış evinə birgə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-124/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı 00725 6 nömrəli çıxarışa əsasən Naxçıvan MR, Ordubad rayonu, Dəstə kəndində yerləşən 0,1196 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına 2 sentyabr 2020-ci il tarixdə qeydə alınmışdır.
2. Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış 3 sentyabr 2020-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Naxçıvan MR, Ordubad rayonu, Dəstə kəndində yerləşən 0,1196 ha torpaq sahəsini Cavabdeh2 satmışdır.
3. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən Naxçıvan MR, Ordubad rayonu, Dəstə kəndində yerləşən 0,1196 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 7 dekabr 2020-ci il tarixdə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Ordubad rayonu Notariat Ofisinə və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə Cavabdeh2 arasında Ordubad rayon Dəstə kəndində yerləşən 0.1196 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş 0074203nömrəli, xx.xx.2020-ci il qeydiyyatlı çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinə Cavabdeh3 ilə aralarında müqavilənin bağlanmış hesab olunması, torpaq sahəsinə və onun üzərində yerləşən yaşayış evinə X6 ilə onun birgə mülkiyyət hüququn un tanınması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 onun qaynanasıdır. Cavabdeh2 oğlu Cavabdeh4 ilə 2007ci ildə nikah qeydiyyatında keçməklə evlənmişdir. 2020-ci ildə aralarındakı nikah pozulmuşdur. Cavabdeh4 ilə birgə nikahda olduqları dövrdə-2011-ci ildə Ordubad rayonu, Dəstə kəndindən Cavabdeh3 3.500 manata torpaq sahəsi almışlar. Lakin torpaq sahəsinin rəsmi alqı-satqısını sonra edəcəklərini qərarlaşdırmışlar. 2013-cü ilədək həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edərək ailəsi ilə birlikdə həmin evə köçmüşlər. O, vaxt iki uşağı ilə birlikdə birgə nikah dövründə qazandığı vəsait hesabına 2011-ci ildə satın aldığı torpaq sahəsi üzərində inşa etd ikləri fərdi yaşayış evində yaşayırlar. 2020-ci ildə ona məlum olmuşdur ki, onun birgə nikah dövründə satın aldığı torpaq sahəsi Cavabdeh3 tərəfindən Cavabdeh2 satılmışdır. Cavabdeh3 həyat yoldaşı Cavabdeh4 adına etibarnamə vermiş, o həmin etibarnamə əsasında torpaq sahəsini Cavabdeh2 adına keçirmişdir. Məqsəd isə birgə nikah dövründə əldə etdikləri torpaq sahəsinin onların tərəfindən alınmasını ört-basdır etmək olmuşdur. Həmin torpaq sahəsi əri ilə birgə nikah dövründə qazandıqları vəsait hesabına alınıb eləcə də həmin torpaq sahəsi üzərində inşa edilmiş üç otaqdan ibarət yaşayış evi onun qazancı hesabına inşa edilmişdir. Cavabdehlər arasında alqı-satqı edilən Ordubad rayonu, Dəstə kəndində yerləşən torpaq sahəsi ilə Cavabdeh2 heç bir əlaqəsi olmamışdır. Belə ki, həmin torpaq sahəsinin pulu onun və ərinin birgə qazancı hesabına 2011-ci ildə satıcıya ödənilmişdir. Müvafiq sənədlər qaydasında olmadığından rəsmi alqı-satqının sonradan həyata keçiriləcəyi razılaşdırılmışdır.
6. Cavabdeh X17 və vəkili Vəkil2 Əlamdar oğlu iddiaçı tərəfindən qaldırılmış iddianın əsassız olduğunu və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X16 ifadəsində bildirmişdir ki, İddiaçı qaynanasıdır. İddiaçı oğlu Lətiflə 2020-ci ilədək ailəli olub sonra boşanıblar, ailəli olduqları dövrdə torpağı əri ilə birlikdə Cavabdeh3 almışlar, buna görə Cavabdeh3 həyat yoldaşı 3000 manat pul vermişdir.
7. Cavabdeh3 ifadəsində bildirmişdir ki, tam olaraq tarixi xatırlaya bilməmiş, torpağı X1, X7 torpağı özünə ev tikmək üçün almışdı, çünki onun hal-hazırda qaldığı ev yaşamaq üçün yararlı olmamışd ır.
8. Cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon idarəsinin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatda olan çıxarışlarda MH-0074203 seriya nömrəli daşınmaz əmlak xx.xx.2020-ci ilədək çıxarış seriya nömrəsi MH-0072239 olmaqla X9 mülkiyyətində olmuşdur. Daha sonra xx.xx.2020-ci il tarixdə çıxarış seriya nömrəsi MH0072561 olmaqla torpaq Cavabdeh3 mülkiyyətində keçmiş, son olaraq isə xx.xx.2020-ci il tarixindən çıxarış seriya nömrəsi MH-0074203 olmaqla Cavabdeh2 mülkiyyətindədir.
9. Culfa rayonu notariat ofisin nümayəndəsi X11 izahatında bildirmişdir ki, 2020-ci ildə Ordubad rayonunda notariat xidməti göstərmişdir. 2020-ci ilin notariat sənədlər ini araşdıraraq o dövrdə, yəni 2020-ci ilin dekabr ayında iddia olunan boş torpaq sahəsi satıcısı X10 ilə alıcı X16 arasında sənədləşdirilmiş və aralarında olan alqı-satqı müqaviləsi Ordubad rayon notariat ofisində təsdiqlənmişdir.
10. İddiaçı tərəfindən şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o ev təmiri və tikintisi ustasıdır və onların bir kollektivi var iş olanda bu kollektiv ilə birlikdə təmir işlərinə gedirlər, kollektiv üzvləri onun əmiləri Oktay, Müşfiq və əmisi oğlu Hənifədir. O, X2 yaşadığı evin təmir işlərini görən əmisi Oktay və Müşfiqə kömək məqsədi ilə iki gün həmin evdə işləmişdir. Əmisi oğlu Hənifə xəstə olduğu üçün iki gün işləmişdir. İki gün işlədiyi işin əmək haqqını istəməmiş, Anabəyimin xalasının həyat yoldaşı olduğu üçün təmənnasız işləmişdir.
11. İddiaçı tərəfindən şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o ev təmiri və tikintisi ustasıdır və onların bir kollektivi var. İş olanda bu kollektiv ilə birlikdə təmir işlərinə gedirlər, kollektiv üzvləri onun özü, oğlu və onun qardaşıdır. 2014-2015-ci illərdə X2 evində təmir işlərini görmək üçün razılaşdıqdan sonra onun yaşadığı evə getmiş və orada alçı, gəc və tavan işlərini görmüşdür. Gördüyü işlərə qarşılıq olaraq əmək haqqını ona X5 vermişdir.
12. İddiaçı tərəfindən şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki ev təmiri tikintisi ustasıdır. O, X2 yaşadığı evdə 2013-2015-ci illərdə işləmişdir. Bəzən özü ilə fəhlə aparmış, bəzən oğlunu aparmışdır ki, ona kömək etsin. Həmin evdə günü 40 manata tavan və gəc ustası kimi işləmişdir. Apardığı ustanın gü nlük pulu isə 25 manat idi. Gördüyü işlərə qarşılıq olaraq əmək haqqını ona X5 vermişdir.
13. Naxçıvan MR Ordubad Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(080)-29/2022 nömrəli iş üzrə 10 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Tural Haqverdiyev) iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, 03 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Ordubad rayonu, Dəstə kəndində yerləşən 0.1196 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilədə satıcı qismində X10 alıcı qismində isə X16 olmuş, İddiaçı isə həmin alqı-satqı müqaviləsi üzrə satıcı və ya alıcı qismində iştirak etməmişdir. İddiaçı isə 03 sentyabr 2020-ci il tarixli alqı- satqı müqaviləsi üzrə tərəf kimi iştirak etmədiyindən, Cavab deh3 ilə Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2021-ci il tarixli alqı-satqı müqavilənin etibarsız hesab edilməsini mübahisələndirə bilməz.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(108)-124/2022 nömrəli mülki iş üzrə 18 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Vera Kuimova (sədrlik edən və məruzəçi), Yusifəli Qurbanov və Mehman Allahverdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmə miş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
18. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, 03 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Ordubad rayonu, Dəstə kəndində yerləşən 0.1196 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilə Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmışdır. İddiaçı isə həmin alqı-satqı müqaviləsi üzrə nə satıcı, nə də alıcı qismində iştirak etməmişdir. İddiaçı 3 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə tərəf kimi iştirak etmədiyindən, o, müvafiq subyektiv hüquqa malik olmamışdır və Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2020-ci il tarixli alqı-satqı müqavilə sinin etibarsız hesab edilməsini mübahisələndirə bilməz.
19. Kollegiya İddiaçı mübahisələndirilən torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş ******* nömrəli 07 dekabr 2020-ci il qeydiyyatlı çıxarışın ləğv edilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı müvafiq subyektiv hüquqa malik olmadığından 03 sentyabr 2020ci il tarixli alqı-satqı müqaviləsini mübahisələndirə bilmədiyi halda həmin alqı-satqı müqaviləsi əsasında aparılan qeydiyyatlı çıxarışın ləğv edilməsini tələb edə bilməz.
20. Kollegiya mübahisələndirilən torpaq sahəsinə Cavabdeh3 ilə aralarında müqavilənin bağlanmış hesab olunması, torpaq sahəsinə və onun üzərində yerləşən yaşayış evinə Cavabdeh4 ilə onun birgə mülkiyyət hüquqlarının tanınması ilə bağlı qeyd etmişdir ki, İddiaçı mübahisələndirən torpaq sahəsini 2011-ci ildə sabiq h əyat yoldaşı Cavabdeh4 ilə birlikdə Cavabdeh3 aldığını göstərsə də, qanunvericilikdə nəzərdə tutulan daşınmaz əmlakla bağlı tələblərə əməl etməmişlər.
21. Kollegiya apellyasiya şikayətində qeyd olunan kommunal xərclərin ödənilməsi, tikililərin aparılmasında iddiaçının bilavasitə iştirak etməsi, fəhlə və usta pullarının iddiaçı tərəfindən ödənilməsi ilə bağlı halların aydınlaşdırılmaması dəlilinə münasibətdə həmin məsələlərə qiymət verilməsində zərurət olmadığını qeyd etmişdir.
22. Kollegiya apellyasiya şikayətində Cavabdeh3 həyat yoldaşı Cavabdeh4 adına etibarnamə verməsi, onun, həmin etibarnamə əsasında torpaq sahəsini Cavabdeh2 adına keçirərək, birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinin alınmasını ört-basdır etməsi məqsədinin olduğunu, halbuki həmin evin iddiaçının və onun həyat yoldaşının vəsaiti hesabına tikilməsi dəlilinə münasibətdə qeyd etmişdir ki, mülki işin materiallarında belə bir etibarnamə mövcud olmamışdır.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 146, 337-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının orada yaşadığı, həmin sahəni həyat yoldaşı ilə birgə nikah dövründə alıb yaşayış evi inşa etdiyi, haliyyədə azyaşlı uşaqlarla birlikdə həmin evdə yaşadığı üçün iddia qaldırmaqda subyektiv hüququna malik olduğundan apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 oktyabr 2012-ci il tarixli qərarı iş üzrə düzgün tətbiq edilməmişdir.
26. Kassator qeyd etmişdir ki, iddia ərizəsində və apellyasiya şikayətində Cavabdeh3 Cavabdeh4 adına - etibarnamə verməsi texniki səhvdir. Cavabdeh3 həyat yoldaşı X3 adına verdiyi etibarnamə iş materıallarına əlavə edilmişdir. Məhz həmin etibarnamə əsasında X8 mübahisələndirilən əmlakı həyat yoldaşı Cavabdeh2 adına notarial qaydada keçirməklə birgə nikah dövründə əmlak əldə etmişlər ki, həmin etibarnamə əsasında notariat kontoru alqı-satqı əməliyyatını apara bilməzdi.
27. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 16-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
30. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
31. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestr ində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin maddələrin məzmunundan göründüyü kimi, daşınmaz əmlakla bağlı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunmalıdır.
32. Maddə 337.1. Bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqa bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin iş in faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı mübahisələndirilən torpaq sahəsinə dair Cavabdeh2 ilə Guşvər Məmmədova ilə bağlanmış müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik olmamışdır.
44. Bununla yanaşı işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr mübahisəli torpaq sahəsinin tərəflərin birgə nikah müddətində əldə edilmiş vəsait əsasında əldə edilməsinin sübut olunmadığını müəyyən etmişlər. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçının payların müəyyən edilərək bölünməsini tələb etdiyi tikili daşınmaz əmlakın dövlət reyestrində onun və ya nikahda olduğu şəxsin adına mülkiyyət hüququ əsasında qeydə alınmam ışdır.
45. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2022-ci il i tarixli, 2(108)-124/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.