Məhkəmə qərarları › İş №2(102)-1598/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1598/2019

22.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1598/2019 22.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 22 yanvar 2019-cu il № 2(102)-1598/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 və iddiaçı “xxxx” İKB ASC-nin vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 avqust 2018-ci il tarixli, 2(103)-5250/2017 saylı qərardadından Cavabdeh2 və vəkili xxxoğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 avqust 2018-ci il tarixli, 2(103)-5250/2017 saylı qərardadı ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, S.F.Hacıyev və R.Ə.Eyvazov) Cavabdeh2 həmin məhkəmənin 02 may 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytırlmışdır. Cavabdeh2 və vəkili xxx qərardaddan kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İşdən görünür ki, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” İKB ASC-nin Cavabdeh2 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” barədə iddiası qismən təmin edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəm əsinin 28 oktyabr 2016-cı il tarixli qətnaməsinə qismən əsas və faiz borcunun tutulmasına aid hissədə dəyişiklik edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “xxxx” İKB ASC və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 18 aprel 2018-ci il tarixdə Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2017-ci il tarixli qətnaməsindən təkrar kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2018ci il tarixli qərarı ilə Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2017-ci il tarixli qətnaməsindən təkrar verdiyi kassasiya şikayəti üzrə icraat qeyri-mümkün hesab edilərək, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi onun qətnamədən verdiyi kassasiya şikayətini geri qaytararkən prosessual normaların tələblərini pozaraq, iş üzrə düzgün olmayan qərardad qəbul etmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək, kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayə tinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı “xxxx” İKB ASC-nin vəkili Natiq Məmmədov kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadanın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh2, vəkili xxx və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçı “xxxx” İKB ASC-nin vəkili xxx izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzak irə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 qətnamədən verdiyi kassasiya şikayətini geri qaytararkən, həmin qətnamədən iddiaçı “xxxx” İKB ASCnin verdiyi kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığının artıq kassasiya qaydasında tam yoxlanılmasına, işə Cavabdeh2 kassasiya şikayətinə əsasən təkrar baxılması üçün prosessual əsasların olmamasına istinad etmiş və hüquqi mövqeyini MPM-nin 420ci maddəsinin və digər prosessual normaların tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2017-ci il tarixli qərarı ilə iddiaçı “xxxx” İKB ASC-nin kassasiya şikayətinə əsasən iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2017-ci il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmış və qətnamə dəyişdirilmədən saxlanılmışdır. 18 aprel 2018-ci il tarixdə Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2017-ci il tarixli qətnaməsindən təkrar kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti üzrə icraat qeyri-mümkün hesab edilərək, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 408.1-408.1.6-cı maddələrinin mənasına görə, kassasiya şikayəti həmin maddələrdə nəzərdə tutulan hallarda və be ləliklə də işə kassasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadıqda geri qaytarılır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alıb, hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan və işdə, qərardadın kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar olmadığından və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya ins tansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara sadalanan prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri də əsassız hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavab deh2 və vəkili xxxoğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 avqust 2018-ci il tarixli, 2(103)-5250/2017 saylı qərardadı onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərarqəbul edildiyiandan qüvvəyəminir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar