Məhkəmə qərarları › İş №2(102)-1601/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1601/2019

13.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1601/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 18 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim C.Tağıyev, iş № 2(021)-160/2018) iddia qismən təmin edilmiş, Cavabdeh1 16 yanvar 2014-cü il tarixli, ******** *nömrəli kredit müqaviləsi üzrə 9522,85 manat əsas, 1269,20 manat faiz, 6,35 manat cərimə olmaqla, cəmi:- 10798,4 (on min yeddi yüz doxsan səkkiz manat 40 qəpik) manat kredit borcu ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 31 manat məbləğində xərc tutularaq «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilmiş, tutma 16 yanvar 2014-cü il tarixli, ******* saylı ipoteka müqaviləsi üzrə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda 0,01361 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 52,3 kv.m ümumi, 44,9 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 38 nömrəli mənzilə yönəldilməklə, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 28500 (iyirmi səkkiz beş yüz) manat məbləğində qiymətlən dirilməklə, tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 16 yanvar 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə «xxxx» Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitdən artıq qalan hissəsi ipotekaqoyan Cavabdeh1 qaytarılması, mənzilə tutma yönəldikdə və satıldıqda ən geci bir ay ərzində mənzilin boşaldılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən L.Süleymanov, hakimlər İ.Şəfiyev və A.Babayev, İş № 2(104)-2258/2018) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək Bərdə Rayon Məhkəmə sinin 01 fevral 2018-ci il tarixli, 2(021)-160/2018 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 2 ünvanda 0.01361 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 52.3 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 38 nömrəli mənzilin ilkin satış qiyməti 30.000 (otuz min) manat məbləğində müəyyən olunması, qətnamənin digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 «xxxx» ASC-in xeyrinə 16 yanvar 2014-cü il tarixli, ******** nömrəli kredit müqaviləsi üzrə 9522,85 manat məbləğində əsas, 1269,20 manat kreditdən istifadəyə görə faiz, 2106,35 manat cərimə, cəmi:-12898,40 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun və bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 31 manat məbləğində xərcin tutulmasına, tutmanın ipoteka predmeti olan Cavabdeh1 mülkiyətində olan ünvan 1 ünvanda istifadədə olan 0,01361 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 52,3 kv.m ümumi, 44,9 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 38 nömrəli mənzilə yönəldilməsinə, mənzilin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 «xxxx» ASC-yə olan borcunun ödənilməsinə, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada tutulmasına, ipoteka qoyulmuş fərdi yaşayış evinə tutm a yönəldikdə və həmin mənzil hərracda satıldıqdan bir ay sonra mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməsində işdə olan sübutları sadalamaqla və qətnamənin əsaslandırıcı hissəsində sadaladığı bu sübutları bir daha qısa formada bir daha sadalamaqla kifayətlənmiş, işin müəyyən edilmiş hansı halına hansı hüquq normasının tətbiq edildiyi və bununla da, hansı hüquqi nəticəyə gəldiyini qətnaməsində göstərməmiş, sübutları sadala dığı kimi tətbiq etdiyi maddi hüquq normalarını da sadəcə olaraq sadalamaqla kifayətlənmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırki işə mahiyyəti üzrə baxarkən prosessual hüquq normalarının tətbiq və təfsirində yalnışlığa yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də Gəncə Apellyasiya Məhkəməsininn 18 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kolleg iyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 18 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı «xxxx» ASC ilə Cavabdeh1 arasında 16 yanvar 2014-cü il tarixli, **********saylı kredit müqaviləsi bağlanaraq cavabdehə 36 ay müddətinə illik faiz dərəcəsi 23 faiz olmaqla 15.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliyin i crasının təmin edilməsi üçün «xxxx» ASC ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda 0,01361 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 52,3 kv.m ümumi, 44,9 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 38 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyin bir qismini icra edərək qalan öhdəliyi yerinə yetirməyərək müqavilənin şərtlərini pozduğu üçün iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, cavabdeh tərəf iddiaçı «xxxx» ASC-ti ilə kredit müqaviləsi bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşaraq, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Bank Cavabdeh1 16 yanvar 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 9522,85 manat əsas, 1269,20 manat faiz, 6,35 manat cərimə olmaqla, cəmi- 10798,4 manat kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 31 manat məbləğində pulun tutulması tələbində haqlı olmuşdur. Cavabdeh1 apellyasiya şikayətində onların mənzildən çıxarılmalarının yeni mülkiyyətçiyə aid olan məsələ olması və iddiaçının bununla bağlı subyektiv hüququnun olmamasına dair dəlil irəli sürmüşdür. Birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin mənzilin açıq h ərracda satılması, mənzilə tutma yönəldikdə və satıldıqda ən geci bir ay ərzində mənzilin boşaldılması nəticəsinə gəlməkdə haqlı olmuşdur. İpoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 28.500 manat müəyyən etməklə, mənzilə həddindən artıq aşağı qiymət qoyulmasına dair apellyasiya dəlili ilə bağlı isə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işə 01.02.2018-ci il tarixdə baxıb qərar qəbul edərkən, 16 yanvar 2014-cü il tarixdə müəyyən edilmiş qiyməti əsas götürməklə, Cavabdeh1 məxsus ünvan 1 ünvanda 0.01361 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 52.3 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 38 nömrəli mənzilin ilkin satış qiymətini 28.500 manat dəyərində müəyyən etməkdə haqlı olmamışdır. Göründüyü kimi, tərəflər arasında ipoteka müqaviləsi bağlanılan vaxta görə ipoteka predmeti Cavabdeh1 məxsus ünvan 1 ünvanda 0.01361 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 52.3 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 38 nömrəli mənzilin ilkin satış qiyməti 28.500 manat dəyərində müəyyən edilmişdir. Həmin dövrdən hazırki vaxta 4 ilə yaxın müddət keçdiyindən, məhkəmə kollegiyası həmin əmlakın dəyərinin hazırkı vaxta uyğun müəyyənləşdirilməsi üçün 07 iyun 2018-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və müstəqil qiymətləndirici olan “xxxx” MMC-nin 24 avqust 2018-ci il tarixli, 0719/18/AGB nömrəli rəyi əldə edilmişdir. Həmin rəydən görünür ki, Cavabdeh1 məxsus Bərdə şəhəri Zöhrabbəyov küçəsi 0.01361 ha torpaq sahəs ində yerləşən 1 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 52.3 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 38 nömrəli mənzilin ilkin satış qiyməti 30.000 manat dəyərində müəyyən edilmişdir. İpoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanda 0.01361 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 52.3 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 38 nömrəli mənzilin ilkin satış qiyməti 30.000 manat müəyyən edilməlidir. Beləliklə apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(021)-160/2018 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanda 0.01361 ha torpaq sa həsində yerləşən 1 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 52.3 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 38 nömrəli mənzilin ilkin satış qiyməti 30.000 (otuz min) manat məbləğində müəyyən olunmalı və qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ v ardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 443.1.-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcə llənin 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəlləsinin 317-ci maddəsinə əsasən, əgər b orclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipote ka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarıdır. Həmin Qanunun 36-cı maddəsinə görə isə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 37-ci maddəsinə əsasən, ipoteka qoyan bildirişi aldıqda n sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər; ipoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımın ca icra etmədikdə, həmçinin faizlərin ödənilməsini iki dəfə ardıcıl olaraq pozduqda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh1 k assasiya şikayətinin dəlili ilə əlaqədar olaraq kollegiya qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Beləliklə kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməm əsinə görə məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kоllеgiyаsı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdı r. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 18 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar