Məhkəmə qərarları › İş №2(102)-1601/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1601/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1601/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1601/21 (Açar sözlər: məhkəmə qətnaməsi ilə müəyyən edilmiş kredit borcunun hesablanması tələbi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyətinə qarşı artıq hesablanmış kredit məbləğinin silinməsi və evin girovdan azad olunması tələbinə dair Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107 )-1638/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 2008-ci ildə cavabdeh təşkilatdan 50.000 ABŞ dolları kredit götürməsinə dair müqavilə bağlamış və vəsaiti götürmüşdür. Borcun təminatı olaraq evini ipoteka müqaviləsi əsasında girov qoymuşdur. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli 2-214/2010 saylı qətnaməsi ilə kredit müqaviləsinə xitam verilmiş, onun borclu olduğu 45032 ABŞ dollar borcu müəyyən edilmiş və girov qoyduğu evin ilkin satış qiyməti 90000 ABŞ dolları müəyyən edilməklə satılаraq borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini alm ış və icra olunması üçün göndərilmişdir. İddiaçı bildirir ki, həmin qətnamənin icrası olaraq ev iki dəfə hərraca çıxarılmış, lakin hərrac baş tutmamış, cavabdeh təşkilat da evi öz balansına götürməmişdir. Bundan sonra xx xxxxxx 2012-ci il tarixdə sığorta təşkilatı tərəfindən onun kredit borcunun əsas borc hissəsindən 31620 ABŞ dolları cavabdeh təşkilata ödənilmişdir. Buna görə də onun cavabdeh təşkilata 35660-31620=4049 ABŞ dolları əsas borcu, 8335 ABŞ dolları faiz borcu və 1027 ABŞ dolları cərimə borcum qalmışdır. Həmin borcun əsas borc hissəsinə Prezidentimizin fərmanı əsasında Problemli kreditlərin kompensasiyası olaraq 3443 manat silinmiş və cavabdehə ödənilmişdir. Lakin cavabdeh təşkilat X3 Palatasına düzgün məlumat verməmiş və onun borclarını şirşirdərək əvvəlki kimi saxlamışlar. Ona görə iddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli İK 115/FM/15 nömrəli kredit müqaviləsinə əsasən, xx xxxx 2008-ci il tarixli CaZag20342/08 saylı cavabdehlə bağlanmış kredit müqaviləsi üzrə qalmış borcun (əsas, faiz və cərimə) müəyyənləşdirilməsi və ünvan 1 ünvanda yerləşən evin girovdan azad edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdeh təşkilatdan 2008-ci ildə 50000 ABŞ dolları kredit götürmüşdür. Evini ipoteka müqaviləsi əsasında girov qoymuşdur. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli 2-214/2010 saylı qətnaməsi ilə kredit müqaviləsinə xitam veril miş, onun cavabdehə borclu olduğu 45032 ABŞ dollar borcu, yəni 35669,54 ABŞ dolları kreditin əsas məbləği 8335,86 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, 1027.18 ABŞ dolları hesablanmış cərimə borcu olduğu müəyyən edilmiş və girov qoyduğu evin ilkin satış qiyməti 90000 ABŞ dolları müəyyən edilməklə satılması qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin qətnaməsi Ali Məhkəmənin qətnaməsi ilə qüvvədə saxlanılmışdır. Qətnamənin icrası olaraq ev iki dəfə hərraca çıxarılmış, lakin hərrac baş tutmamış, cavabdeh təşkilat da evi öz balansına götürməmişdir. Bundan sonra xx xxxxxx 2012-ci il tarixdə sığorta təşkilatı tərəfindən onun kredit borcunun əsas borc hissəsindən 31620 ABŞ dolları cavabdeh təşkilata ödənilmişdir. Buna görə də onun cavabdeh təşkilata 3566031620=4049 ABŞ dolları əsas borcu, 8335 ABŞ dolları faiz borcu və 1027 ABŞ cərimə borcum qalmışdır. Həmin borc əsas borc hissəsinə Prezidentimizin fərmanı əsasında Problemli kreditlərin kompensasiyası olaraq 3443 manat silinmiş və cavabdehə ödənilmişdir. Lakin cavabdeh təşkilat X3 Palatasına düzgün məlumat verməmiş və onun borclarını şirşirdərək sığorta tərəfindən ödənilmiş pulları gizlətmişdir. Belə ki, Mərkəzləşdirilmiş Kredit Reyestrindən verilmiş xx xxxxxxx 2017-ci il tarixli çıxarışda onun əsas borcunun 4049 ABŞ dollar, faiz isə 22863 ABŞ dollar olduğu qeyd edilmişdir. Həmin çıxarışa əsasən borc sığorta tərəfindən ödənilmiş pullar nəzərə alınmaqla göstərilmişdir. Lakin faiz borcu isə qətnamə çıxan gündən sonra həmin tarixədək hesablanıb yazılıb. Bu düz deyil, qətnamə ilə kredit müqaviləsinə xitam verilmişsə qətn amədə göstərilən faiz məbləği artmalı deyildir. Bundan başqa, Mərkəzləşdirilmiş Kredit Bürosundan verilmiş xx xxxxx 2019-cu il tarixli Çıxarışda isə kreditin əsas borc qalığı 35669 ABŞ dolları, faizi isə 9363 ABŞ dolları göstərilmişdir. Bu çıxarışda faiz ilə cəriməni faiz ilə toplayıb göstəriblər, lakin əsas borcdan sığorta təşkilatının ödədiyi pulu çıxmadan göstərmişdir. 2017-ci ildə onun 4000 manat borcu olduğu halda 2019-cu ildə 35000 göstərilib. Deməli cavabdeh təşkilat borcu olan şəxslərə istədiyi kimi borcu olduğunu göstərə bilir. Məhkəmənin qətnaməsinə əsasən kredit müqaviləsinə xitam verildiyinə görə qətnamədə göstərilən, əsas borca qətnamə çıxarılan gündən sonra heç bir faiz hesablana bilməz. Lakin cavabdeh bu günədək həmin borca faiz hesablayır. Evi isə hərracda satılmayıb. Lakin, girov olaraq bu günədək yüklüdür. Ev daşınmaz əmlakdır, həmin evdə yaşayır və ev Zaqatalada yerləşir. Borcu isə artıq azalmış və cəmi məbləğ 10000 ABŞ dolarından və 17 000 manatdan az təşkil edir. Prezidentin Problemli kreditlərlə bağlı Fərmanı əsasında qalan borc məbləği güzəştli şərtlə ona 5 illik müqavilə əsasında ödəmək üçün cavabdeh tərəfindən şərait yaradılmalıdır. Belə olan halda evin girovda saxlanılmasına ehtiyac yoxdur.

4. Zaqatala Rayon Məhkəməsinin (sədrlik edən hakim Tural Həsənov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyətinə qarşı xx xxxx 2008-ci il tarixli CaZag 20342/08 saylı kredit müqaviləsi üzrə qalmış borcun müəyyənləşdirilməsi və ünvan 1 ünvanda yerləşən evin girovdan azad edilməsi tələbinə dair iddiası təmin edi lməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.

5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 448, 739-cu maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Şəki Apelyasiya Məhkəməsi MK-nın xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- İ.Şükürov (sərlik edən və məruzəçi), A.Eyvazov və R.Əliyev) iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-26/2020 saylı qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən, onun apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri dəlilləri, məhkəmə icraatı

8. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan faktiki hallarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləmə mişdir.

12. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq olunan hüquq

13. Azərbaycan Respublikası Prezidentin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərə fli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instans iya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. İddiaçının iki tələbi var. 1-ci tələbi onun banka olan borcunun hesablanması, 2-ci tələbi isə ipoteka ilə yüklü edilmiş evinin ipotekadan azad edilməsi. İddiaçı tələbini onunla əsaslandırır ki, onun banka borcunun müəyyən edilməsinə dair məhkəmə qətnaməsi çıxarıldıqdan sonra sığorta şirkəti onun borcunun bir hissəsini ödəmiş, eyni zamanda qalıq borcuna görə ona Azərbaycan Respublikası Prezidentin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə b ağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə bağlı kompensasiya ödənilmiş və borcunun məbləği azaldılmışdır.

21. Zaqatala Rayon Məhkəməsinin 2(033)-214/2010 nömrəli xx xxxx 2010-cu il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh İddiaçı ilə «xxxx» Qeyri Bank Kredit Təşkilatı arasında bağlanmış xx xxxx 2008-ci il tarixli Kredit müqaviləsinə xitam verilməsi, cavabdeh İddiaçı ilə «xxxx» Qeyri Bank Kredit Təşkilatı arasında bağlanmış 09 iyun 2008-ci il tarixli Kredit müqaviləsinin təminatı olaraq İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı 52.5 kvm yaşayış 160.7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evi hərracda 90 000 ABŞ dolları müəyyən edilməklə satılması, cavabdeh İddiaçı məxsus ünvan 3 ünvanda 0.035 ha torpaq sahə sində yerləşən 2 mərtəbə 2 otaqlı 52.5 kvm yaşayış. 160,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda İddiaçı və X1 tutduqları yaşayış sahənin ən geci bir ay müddətinə tərk etməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş puldan 35669,54 ABŞ dolları kreditin əsas məbləği 8335,86 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, 1027.18 ABŞ dolları hesablanmış cərimə borcu, cəmi 45032.58 (qırx beş min otuz iki ABŞ dolları əlli səkkiz sent) ABŞ dolları və 20 manat dövlət rusumu iddiaçı «xxxx» Qeyri Bank Kredit Təşkilatının hesabına keçirilməsi, iddianın cavabdehləri evdən qeydiyyatdan çıxarılmalarına və ipoteka predmetinin satışından götürüləcək məbləğin tələbin ödənilməsi üçün kifayət etmədiyi halda ödəmənin digər əmlaka yönəldilməsinə dai r hissəsi təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2011-ci il tarixli qərarı Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

22. Deməli, iddiaçının borcu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və hazırda icra mərhələsindədir. Həmin vaxtdan ipoteka ilə yüklü edilmiş ev də satılmamışdır (iddiaçının deməsinə görə). Belə olan təqdirdə borcun məbləğinin yenidən hesablanması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmələrin həmin məsələ ilə bağlı araşdırma aparması absurddur. Ona görə ki, artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən çıxış edərək borc məbləğindən aparılmış bütün ödənişləri icra qurumu həyata keçirməlidir. Qətnamə ilə müəyyən edilmiş borcdan sığorta şirkəti (iddiaçının dedi yi kimi) hər-hansı bir məbləğ ödəmişdirsə, icra məmuru onu hesaba almalı və tələbin məbləğini azaltmalıdır, və yaxud Azərbaycan Respublikası Prezidentin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə həmin borca hansısa güzəştlər edilmişdirsə, yenə də bunu icra qrumu həyata keçirməli idi(hansıki həmin fərmanda 2012-ci ildən bağlanmış kredit müqavilələrindən söhbət gedir, ondan əvvəlki kredit müqavilələrinə şamil olunma barədə qeyd yoxdur).

23. Məhkəmə gedişi zamanı iddiaçı onun borcunun bir hissəsinin (əsas hissəsinin 31620 ABŞ dolları) sığorta şirkəti tərəfindən bağlanması, ödəniş etməsinə dair heç bir sübut təqdim edə bilməmiş, ziddiyyətli məlumatlar vermişdir (sığorta şirkətinin rəhb ərinin cinayət məsuliyyətinə cəlb edilməsi, ona verilməli olan sığorta məbləğinin mənimsənilməsi və.s.).

24. İddiaçıya hansısa sığorta şirkəti vəsait ödəməliydisə və onu ödəməyibsə, və yaxud ödəyibsə və bunu təsdiq edən sübutu ona təqdim etmirdisə, iddiaçı həmin sığorta şirkətini məhkəməyə verə bilər, sığorta məbləğinin ödənilməsi, və yaxud onu banka olan borcunun əvəzi olaraq ödəməsinə dair sübutun ona təqdim edilməsini tələb edə bilər. Özü də söhbət kiçik məbləğdən deyil, 31620 ABŞ dolları məbləğdən gedir.

25. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun bir hissəsinin Azərbaycan Respublikası Prezidentin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının hansı bəndi ilə silinməli olması, hansı bəndi ilə onunla güzəştli şərtlərlə yeni müqşavilə bağlanmalı olması dəlili aydın deyil.

26. Çünki qeyd olunan Fərmanın 8.6. bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. İddiaçının borcu xx xxxx 2008-cı ıl tarixli kredit müqaviləsi əsasında yaranmışdır.

27. Bundan başqa, iddiaçı evi ilə bağlı qeydə alınmış ipotekaya xitam verilməsini tələb edir. Və bu tələbini də borcun bir hissəsinin ödənilməsi ilə əsaslandırır. Eyni zamanda qeyd edir ki, məhkəmə qətnaməsi əsasında onun evinin satılması üçün iki dəfə hərrac keçirilmiş, lakin ev hərracda alınmamış və bank da onu m ülkiyyətinə qəbul etməmişdir.

28. İddiaçıya izah edilir ki, borcun məbləğinin azalması ipotekaya xitam verilməsi üçün əsas ola bilməz. Lakin ipoteka ilə yüklü edilmiş evi iki dəfə hərracda satılmadıqdan sonra bank onu mülkiyyətinə qəbul etməmişdirsə, həmin əmlakın banka təklif olunduğu gündən (2-ci hərracdan sonra) 30 gün sonra ipotekaya xitam verilir. Ona görə bununla bağlı həmin əsasla iddia irəli sürə bilər.

29. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarda aparılmış bir sıra mövqelər Apelyasiya Məhkkəməsinin əsaslanmasından fərqlənsə də, nəticə etibarı ilə hazırkı tələb təmin olunmayan tələb olduğundan qətnamənin ləğv edilməsi məqsədəmüvafiq deyil. Kollegiya məhkəməyə qənaət edilməsi prinspindən çıxış edərək hazırkı mübahisə ilə bağlı qəbul edilmiş məhkəmə qərarları ilə razılaşır. Kollegiyanın mövqeyi ondan ibarətdir ki, iddia (iddiaçının istəyi) hər bir halda təmin olunmayan olduğundan və məhkəmə qərarları nəticə etibarı ilə onu ehtiva etdiyindən, kollegiya hazırkı qərarda qeyd edilən dəyərləndirmədən çıxış edərək tərəfləri yeni məhkəmə baxışlarına cəlb edilməsini məqsədəmüvafiq hesab etmir. Hazırkı qərarda qeyd edilən halları nəzərə alaraq tərəfləri yenidən apelyasiya icraatına qaytarmaq heç bir tərəfin mənafeyinə uyğun deyil. Bu hal nəticə etibarı ilə tərəflər üçün əlavə vaxt, maddi və digər itkiyə məruz qala biləcəkləri prorsesdən başqa bir şey olmayacaq.

30. Məhkəmə kollegiyası o məntiqdən çıxış edir ki, məhkəmə müdafiəsi fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq üçün həyata keçirilir. Hazırkı işin yuxarıda qeyd olunan əsas larla yenidən qiymətləndirilməsi üçün təkrar apelyasiya baxışına qaytarılması məhkəmə müdafiəsinin qarşıya qoyduğu məqsədə xidmət etmir, ancaq məhkəmə qərarının formal olaraq başqası ilə əvəz edilməsinə xidmət etmiş olacaq, bu isə tərəflərin nəticəsi olmayan daha iki instansiya məhkəməsinə cəlb edilmələri ilə (2-ci apellyasiya və kassasiya) nəticələnəcək.

31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1638/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar