Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1602/2019 30.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsəgr oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı Ləğv prosesində olan “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil və Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2018-ci il tarixli, 2(104)820/2018 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Samux rayon məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli, 2(058)-1784/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.X.Hümbətov) iddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetindən istifadə hüququnun itirilmiş hesab edilməsi, ipoteka predmetindən çıxarılma, ipoteka predmetinin boşaldılması” barədə iddiası qismən təmin edilərək, cavabdeh Xdən əsas borca görə 12.490,54 manat, faiz borcuna görə 916,06 manat, hesablanmış cəriməyə görə 50 manat olmaqla, cəmi 13.456,60 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Samux rayonu, Ziyadlı kəndində yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 161,4 kv.metr, yaşayış sahəsi 79,9 kv.metr, yardımçı sahəsi 81, 5 kv.metr olan fərdi yaşayış evinəyönəldilməsi, ipoteka ilə yüklü edilmiş həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 42.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, fərdi yaşayış evi satıldıqdan 1 ay sonra cavabdehlərin həmin yaşayış evindən istifadə hüquqlarının itirilməklə yaşayış evindən çıxarılmaları, yaşayış evinin boşaldılaraq iddiaçı təşkilata təhvil verilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunub. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2018-ci il tarixli, 2(104)820/2018 saylı qətnaməsi ilə (hakimlər R.Ş.Muradov sədrlik edən, məruzəçi, Ş.M.Əliyeva və Ə.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Samux ra yon məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh1 qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetindən istifadə hüququnun itirilmiş hesab edilməsi, ipoteka predmetindən çıxarılma, ipoteka predmetinin boşaldılması” barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, 12 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 6 faiz ödəmək şərti ilə 15.000 manat kredit verilib. 12 noyabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi digər Cavabdeh2 məxsus olan Sa mux rayonu, Ziyadlı kəndində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 161,4 kv.metr, yaşayış sahəsi 79,9 kv.metr və yardımçı sahəsi 81,5 kv.metr olan fərdi yaşayış evi iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilib. İpoteka ilə yüklü edilmiş ipoteka predmeti müstəqil qiymətləndirici tərəfindən 42.000 manat dəyərində qiymətləndirilib. İddiaçı təşkilatın maliyyə arayışına görə, Cavabdeh1 26 may 2017-ci il tarixə iddiaçı təşkilata ödənilməmiş 12.490,54 manat əsas, 916,06 manat faiz, 5.053,77 manat cərimə olmaqla, cəmi 18.460,37 manat kredit borcu vardır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apel lyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı Ləğv prosesində olan “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Ca vabdeh2 məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh1, vəkili X1, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçı Ləğv prosesində olan “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, Cavabdeh1 kredit müq aviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsinə, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yo xdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 12 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 6 faiz ödəmək şərti ilə 15.000 manat kredit verilib. 12 noyabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi digər Cavabdeh2 məxsus olan Samux rayonu, Ziyadlı kəndində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 161,4 kv.metr, yaşayış sahəsi 79,9 kv.metr və yardımçı sahəsi 81,5 kv.metr olan fərdi yaşayış evi iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilib. İpoteka ilə yüklü edilmiş ipoteka predmeti müstəqil qiymətləndirici tərəfindən 42.000 manat dəyərində qiymətləndirilib. İddia ərizəs indən görünür ki, Cavabdeh1 26 may 2017-ci il tarixə iddiaçı təşkilata ödənilməmiş 12.490,54 manat əsas, 916,06 manat faiz, 5.053,77 manat cərimə olmaqla, cəmi 18.460,37 manat kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digə rşərtləri pozmaqla icra edilməsi) başadüşülür. Həmin Məcəllənin 443.1.-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.2.1 və 445.2.2 maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, tərəflər arasında kredit, ipoteka hüquq münasibətlərinin yaranması, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsi, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsi, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti tə min edilmədən saxlanılıb və sadalanan maddi hüquq normalarının tələbləri hazırki mülki mübahisəyə düzgün tətbiq edilib. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsini və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmayıb və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya ins tansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə q ənatə gəlir ki,kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2018-ci il tarixli, 2(104)-820/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1602/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1602/2019
30.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver