Məhkəmə qərarları › İş №2(102)-1602/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1602/2020

28.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1602/2020 28.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X4 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı və vəkili x oğlunun iştirakı ilə, Cavabdeh5 Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 02 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim C.F.İmanov) x nömrəli, 16 may 2018-ci il tаrixli qətnaməsi ilə İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanı nda Milli gəlirlər Departamentinin X7 Qeydiyyatı İdarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi, cavabdehlər “xxxx” MTK-ya, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “xxxx” MTK-nın ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 65545 manat borcun, əldən çıxmış faydaya görə 6554,50 manatın və 30 manat dövlət rüsumunun, cəmi 72129,50 manat pulun alınıb özünə ödənilməsi barədə iddiası təmin edilməməsi, məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim İ.Ş.Vəliyev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) xnömrəli, 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaç ı İddiaçı apellyasiya şikayəti qismən təmin edilməsi, Yasamal Rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, X1, X2, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 65.545(altmış beş min beş yüz qırx beş) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər Ə.M.Rüstəmov (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və Ə.G.Nurməmmədov) X nömrəli iş üzrə 27 may 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın 04 oktyabr 2018-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apelyasiya Məh kəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.Ə.Kərimli) x nömrəli, 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin x saylı, 16 may 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 65545 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 65575 (altmış beş min beş yüz yetmiş beş) manat pul tutularaq İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər “xxxx” Mənzil-Tikinti Kooperativinə və qeyrilərinə qarşı (üçü ncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X7 Qeydiyyatı İdarəsi) kooperativin ləğv edilməsi və maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kooperativin ləğv olunması və onun üzvləri olan digər cavabdehlərdən müştərək qaydada maddi zərərin əvəzi kimi 65545 manat pul, 6554,5 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə əsasən hesablanmış faiz, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 72129,5 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh5 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ni ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı və vəkili x oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh5 nümayəndəsi və vəkili X3 teleqram göndərərək xəstəliyi ilə bağlı işin baxılmasını təxirə salmasını xahiş etsə də, həmin halı təsdiq edən heç bir sübut təqdim etmədiyindən, işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın x nömrəli iş üzrə 02 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarından müəyyən edilir ki, Kooperativ Bakı şəhəri XDS İK-in 27.03.1991-ci il tarixli, 3/103 nömr əli qərarı ilə “xxxx Mənzil Kooperativi” adı altında ilkin dövlət qeydiyyatına alınmışdır. 08.11.2006-cı il tarixdə Kooperativ “xxxx Mənzil Tikinti Kooperativi” adı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X7 qeydiyyatı üzrə Bakı bölgə şöbəsində dövlət qeydiyyatına alınmış və bu zaman Kooperativin təsisçiləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 olmuşlar. Kooperativin ümumi yığıncağının 31.10.2006-cı il tarixli iclasında 50 nəfər yeni üzv qəbul edilmiş, bununla bağlı Nizamnaməyə dəyişiklik edilmiş, dəyişiklik 08.11.2006-cı ildə X7 reyestrində qeydə alınmışdır. Həmçin iş materiallarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.03.2016-cı il tarixli qətnaməsi ilə “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış 12.06.2013-cü il tarixli müqavi lə etibarsız hesab edilmiş, sonuncu tərəfindən ödənilmiş 65500 manat pul və 45 manat dövlət rüsumu olmaqla, cəmi 65545 manat pulun “xxxx” MTK-dan tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə 14.12.2016-cı il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Ruslan Əsgərovun “İcra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəmə və digər orqana qaytarılması haqqında” 15.08.2017-ci il tarixli qərarı ilə, məcburi icra hərəkətləri zamanı borclunun adına heç bir əmlak və gəlir aşkar edilmədiyindən icra sənədi onu vermiş məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır (109.1). Kooperativin üzvlərinin vəzifələrindən biri Mülki Məcəllənin 110.4-cü maddəsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativdə əmələ gəlmiş zərərin ödənilməsində iştirak etməkdir (1094.4.3). Kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir (110-3). Kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəz ifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar (110.4). Baxılan iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən, Kooperativdən iddiaçının xeyrinə 65545 manat pul tutulmalıdır. Pulun tutulması üçün icra sənədinin icrası qaydasında görülmüş tədbirlər nəticə vermədiyindən icra sənədi icra məmuru tərəfindən onu vermiş məhkəməyə qaytarılmışdır. Kooperativin ləğvi tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 110.4- cü maddəsi kooperativin fəaliyyəti nəticəsində üçüncü şəxslərə vurulmuş zərər üzvlər tərəfindən ödənilməd iyi halda kreditorun tələbi ilə kooperativin məhkəmə qaydasında ləğvini mümkün saysa da, həmin tələbi kooperativin ləğvi üçün birmənalı əsas kimi müəyyən etməmişdir. Belə bir tələb mülki qanunvericiliyin hüquqi şəxsin və ya kooperativlərin ləğvi ilə bağlı hüquq münasibətlərini tənzimləyən xüsusi normalarına uyğun olaraq qiymətləndirilməlidir. Həmin müddəalarda nəzərdə tutulan əsaslar olduğu və prosedurlara riayət edildiyi halda belə tələb təmin oluna bilər. Baxılan iş üzrə Mülki Məcəllənin 59-61-ci maddələrində müəyyən edilmiş hallar müəyyən edilmir və prosedurlara riayət edilməmişdir. Bu baxımdan iddia Kooperativin ləğvi hissəsində təmin oluna bilməz. Mülki qanunvericilik kooperativ üzvlərinin onun öhdəliklərinə görə birgə subsidiar məsuliyyətini nəzərdə tutur və üzvlərin üzərinə əmələ gə lmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəmək vəzifəsi qoyur. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iş üzrə Kooperativin öhdəliklərinin ödənilməsi üçün kifayət qədər vəsaiti olmadığından 14.12.2016-cı il tarixdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı görülmüş icra tədbirləri müsbət nəticə verməmiş, icra sənədi bununla bağlı olaraq məhkəməyə qaytarılmışdır. İş üzrə cavabdeh olan Kooperativin üzvləri tərəfindən üzvü olduqları hüquqi şəxsin öhdəliyi icra etmək üçün vəsaitə malik olduğu barədə sübutlar təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin sübut etmə ilə bağlı müddəalarına müvafiq olaraq həmin halı sübut etmək yükü cavabdehlərin üzərində olmuşdur. Mövcud vəziyyətdə qanunu n birbaşa göstərişinə əsasən Kooperativin üzvlərinin əmələ gəlmiş zərəri növbəti illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəmək öhdəliyi yaranmış, lakin yerinə yetirilməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi sözügedən hissədə əsaslıdır və təmin edilməlidir. Eyni zamanda iddiaya uzun müddətdir Kooperativ üzvlüyündən çıxması əsası ilə etiraz edən Cavabdeh5 bununla bağlı heç bir sübut təqdim etməmiş, X7 reyestri orqanından tələb olunaraq işə əlavə edilmiş sənədlərdə sonuncunun hal-hazırda da Kooperativin üzvü olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak et məyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Göstərilən Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Kooperativin ilkin təsisçilər və hal-hazırda da üzvü olan cavabdehlər Kooperativin məsuliyyətinə görə birgə məsuliyy ət daşıdıqlarından iddiaçı öhdəliyin icrasını onlardan tələb etməkdə haqlıdır və həmin şəxslər öhdəliyi icra etdikləri halda qalan borclulardan onların paylarına mütənasib surətdə, lakin öz payları çıxılmaqla reqres qaydasında tələb irəli sürə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 449-cu maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsi nə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edi lmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə gəldikdə qeyd edir ki, iddianın Kooperativ üzvlərindən yalnız beşinə qarşı yönəlm əsinin qanuniliyi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi düzgündür və onunla razlışır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 02 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhk əmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 02 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh5 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar