Məhkəmə qərarları › İş №2(102)-1603/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1603/2019

06.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1603/2019 06.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 08 yanvar 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakim G.Şirinov) iddiaçı “xxxx” ASC-nin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 əsas borc üzrə 2217.04 ABŞ dolları, faiz borcu üzrə 1097.45 ABŞ dolları, cəmi 3314.49 (üç min üç yüz on dörd dollar qırx doqquz sent) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və dövlət rüsumu kimi ödənilmiş 20 manat iddiaçı “xxxx” ASC-nin xeyrinə tutlması; Cavabdeh1 dövlət rüsumunun ödənilməmiş 10 (on) manat hissəsinin tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 08 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Muradov, hakimlər Ş.Əliyeva və F.Mehtiyev) Gəncə Şəhər Məhkəməsinin 29 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılm ışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 08 yanvar 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Kreditor “xxxx” ASC borclu Cavabdeh1 qarşı iddia verərək, borcludan 2217,04 ABŞ dollarıəsas, 1097,45 ABŞ dollarıfaiz borcu olmaqla, cəmi 3314,49 ABŞ dolları borc və dövlət rüsumu olara q ödənilmiş 20 manatın alınaraq “xxxx” ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 noyabr 2015-ci tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə, illik 27 faiz ödəmək şərtilə 2260 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsi üzrə kreditor üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirsə də, lakin b orcalan müqavilə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun banka 2217,04 ABŞ dollar əsas, 1097,45 ABŞ dollar faiz borcu olmaqla, cəmi 3314,49 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsində nəzərdə tutulmuş borcu Cavabdeh1 vermək lə, müqavilə üzrə vəzifəsini yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 aldığı krediti müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Yuxarıda gö stərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 08 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar