Məhkəmə qərarları › İş №2(102)-1603/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1603/2020

12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1603/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əhmədov Əhməd Abbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı İKB (Yelo Bank) ASC-nin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsindən İddiaçı İKB (Yelo Bank) ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim F.Qasımov) xx.xx.2019-cu il t arixli, 2(001)****/2019 nömrəli qətnaməsi ilə İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək,Cavabdeh1 və Cavabdeh2 6266.14 ABŞ dolları məbləğində əsas, 2298.44 ABŞ dolları məbləğində faiz, 100 ABŞ dolları məbləğində cərimə borcu, eləcə də 318.85 ABŞ dolları əldən çıxmış fayda qismində olmaqla, ümumilikdə 8978.43 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi ilə tutularaq İddiaçı İKB ASC-yə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 24 manat məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı İKB ASC-yə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 160 mana t məbləğində hissəsinin müştərək qaydada Cavabdeh1 və Cavabdeh2, 40 manat məbləğində hissəsinin İddiaçı İKB ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Səmədov, İ.Şirinov, E.Kazımov) xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsi ilə İddiaçı İKB ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-****/2019 nömrəli qətnaməsinin cavabdehlərdən əsas, faiz və cərimə borcunun tutulması hissəsində, iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı İKB (Yelo Bank) ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətn aməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydadaİddiaçı İKB ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 6881.84 ABŞ dolları əsas, 3738.86 ABŞ dolları faiz borcu və 1194.9 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 11815.6 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı İKB ASC iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydadaİddiaçı İKB ASC-nin xeyrinə xx.xx.2015ci il tarixli kredit müqaviləsi üzrə 6881.84 ABŞ dolları əsas, 2914.14 ABŞ dolları faiz borc u, 1194.9 ABŞ dolları cərimə borcu və kredit müqavilə üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 313.85 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 11304.74 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı İKB (Yelo Bank) ASC-nin vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə cavabdehin borcunu müəyyən edərkən iş materiallarında olan ekspert rəyinə istinad etmişdir. Lakin ekspert rəyi ilə cavabdehin borcu düzgün hesablanmamışdır. Hesab edirlər ki, təkrar ekspertiza təyin edilməli və ekspert rəyi təqdi m etdikləri sübutlarla yanaşı qiymətləndirilməlidir. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı İKB (Yelo Bank) ASC-nin vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhk əmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasına dair 2xx.xx.2019-cu il tarixli, ******** saylı rəyində göstərilmişdir ki, Cavabdeh1 müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə banka 6266.14 ABŞ dolları məbləğində əsas, 3738.86 ABŞ dolları məbləğində faiz borcunun olduğu müəyyən edilir. Eyni zamanda xx.xx.2017-ci il tarixdən sonrakı dövr ərzində Cavabdeh1 tərəfindən 615.7 ABŞ dolları məbləğində ödəniş edilmişdir. İşin halları ilə müəyyən olunmuşdur ki, ekspert rəyi ilə müəyyən edilmiş faiz borcunun məbləği iddia tələbində göstərilən faiz borcunun məbləğindən çoxdur. Bu səbəbdən işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddianın əsas borca münasibətdə ekspert rəyinə, faiz borcuna münasibətdə iddia tələbinə uyğun təmin edilməsində tələbdən kənara çıxma halı mövcud deyildir. Həmçinin, məhkəmə hesab etmişdir ki, kredit müqaviləsinin müddəti bitdikdən sonra Cavabdeh1 tərəfindən ödənilmiş 615.7 ABŞ dolları məbləğində pul vəsaiti ondan tutulmalı olan 2914.14 ABŞ dolları məbləğində faiz borcundan çıxılmalı və onun banka olan fa iz borcunun məbləği 2298.44 ABŞ dolları müəyyən edilməlidir. Eyni zamanda işdən görünür ki, birinci instansiya məhkəməsi borcun vaxtında ödənilməməsinə görə 1194.9 ABŞ dolları məbləğində cərimə pulunun alınması tələbini qismən təmin edərək, tələb olunan cərimə məbləğinin ödənilməsini tənasübsüz hesab edərək, tələb olunan məbləğin 100 ABŞ dolları məbləğinədək azaldılması qənaətinə gəlmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apelyasiya şikayətində olduğu kimi, kassasiya şikayəti də formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı ekspert rəyi ilə borcun düzgün hesablanmadığını apellyasiya şikayətində də dəlil olaraq göstərmiş, apellyasiya baxışı zamanı da borcun ekspert rəyi ilə düzgün hesablanmamasına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Hazırda da iddiaçı məhkəməyə təkrar ekspertizanın keçirilməsini zəruri edə biləcək hər hansı sübutu təqdim etməmişdir. Kassasiya yoxlaması zamanı isə apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasə n isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlik lə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İKB (Yelo Bank) ASC tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar