Məhkəmə qərarları › İş №2(102)-1603/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1603/2023

16.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1603/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: fərdi yaşayış evinə sahiblik və istifadə hüququnun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evinə sahiblik və istifadə hüququnun tanınması, cavabdehlərin fərdi yaşayış evindən çıxarılması və iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 2(103)-6786/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb və evə dair hər hansı bir hüquq müəyyənedici sənəd yoxdur. Evdə hal-hazırda cavabdehlər yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evinə sahiblik və istifadə hüququnun tanınması, fərdi yaşayış evinin boşaldılıb təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ün van 1 ünvanında yerləşən fərdi yaşayış evinə sahiblik və istifadə hüququnun tanınması, cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun mərhum atası X1 və istifadəsində olmuşdur. Belə ki, həmin fərdi yaşayış evi özbaşına tikili olsa da, ilkin hüquq müəyyənedici sənədləri olmasa da, 2000-ci illərdə X6 öz ailə üzvləri ilə birgə həmin ünvanda yaşamağa başlamışdır. 2009-cu ildə onun atası vəfat edəndən sonra o, ailəsi ilə birlikdə müvəqqəti olaraq Azərbaycan Respublikasını tərk etmişdir. Həmin dövrdə onun qohumu Şahid1 həmin fərdi yaşayış evində yaşamışdır. 2021-ci ilin yay aylarınd a onlar Bakı şəhərinə qayıdıb öz evlərinə daxil olmaq istəyən zaman orada onlara məlum olmayan şəxs olmuş və onları öz evlərinə buraxmamışdır. Aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh1 (AZE №********), Cavabdeh2 (AA*******) və Cavabdeh3 (AA*******) yaşayırlar. Onlar hər üçü Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi, 23/40 ünvanında qeydiyyatda olsalar da, hüquqlarını təmsil etdiyi şəxsin sahibliyində və istifadəsində olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Belə ki, Nizami rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edilmiş, müraciəti araşdırılması üçün Nizami RPİ-nin 23-cü Polis Bölməsinə göndərilmişdir. Məhz həmin araşdırma zamanı Cavabdeh1 (AZE №********), Cavabdeh2 (A A*******) və Cavabdeh3 (AA*******) mübahisəli fərdi yaşayış evində yaşaması müəyyən edilmişdir. Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 2114 nömrəli xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, o, onun arvadı X15, oğlu X21 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar. Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Keşlə Bələdiyyəsi tərəfindən verilən 207-K nömrəli xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, bələdiyyələr yarandığı vaxt Keşlə Bələdiyyəsi tərəfindən aparılmış inventarizasiya zamanı Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi ev 23/41 ünvanında yerləşən 12 kv.metr yaşayış evinin mərhum X2 istifadəsində olduğu aşkar olunmuşdur. Bu fakt bir daha təsdiq edir ki, ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair sahiblik və istifadə hüquqları onun mərhum atasına məxsus olmuşdur. Onun atası vəfat etdikdən sonra həmin ev ona məxsus olmuşdur. Qanunvericiliyin tələblərindən və işin faktiki hallarından aydın olur ki, onun mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüquqları olmasa da, sahiblik və istifadə hüquqları mövcud olmuşdur. Cavabdehlər Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi,23/41 ünvanında yerləşən fərdi yaşayış evinə özbaşına daxil olmuş və heç bir hüquqi əsas olmadan həmin fərdi yaşayış evində yaşayır. Bu da iddiaçının qanunla qorunan mülkiyyət (sahiblik və istifadə) hüquqlarının pozulmasına səbəb olur.

4. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 etirazla məhkəməyə müra ciət edərək qeyd etmişlər ki, mübahisə predmeti olan həmin fərdi yaşayış evi özbaşına tikintidir və heç bir hüquq müəyyənedici sənədləri yoxdur. Həmin fərdi yaşayış evini orada qeydiyyatda olan Şahid1 almışlar. İddiaçı evi satın aldığı X16 dayısıdır. Ailəsi ilə birlikdə 2001-ci ildə Azərbaycan Respublikasını tərk edərək xaricə getmiş və 2021-ci ildə Azərbaycan Respublikasına qayıdıb sonra isə yenidən xaricə getmişdir. İndi də yenə xaricdə yaşayır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlər həqiqəti əks etdirmir. İddiaçının həmin mübahisəli fərdi yaşayış evinə qeydiyyatı yoxdur. Bakı şəhəri 5 saylı Asan xidmət mərkəzinin xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda ünvan 1 ünvanında qeydiyyatda olanların siyahısında iddiaçının adı yoxdur. İddiaçı ünvan 11 küçəsi 1 27 saylı ünvana Nizami rayon Polis İdarəsinin inzibati binasına qeydiyyatdadır. Bunu DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışı təsdiq edir. Bundan başqa, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli 087-23106-1219 saylı məktubunda göstərilir ki: “Hörmətli İddiaçı! Nizami RPİ-nin X4 ünvanladığınız ərizənizə cavab olaraq bildiririk ki, göstərilən ünvana yaşayış yeri üzrə qeydiyyata alınmağınız üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədləri QMB-yə təqdim etməlisiniz. Həmin sənədləri X4 təqdim etdikdən sonra Sizin inzibati bina ünvanına qeydiyyata alınmağı məsələsinə baxıla bilər”. Həmin məktubdan görünür ki, iddiaçı yuxarıda göstərilən ünvana qeydiyyata düşmək istəsə də, Nizami RPİ tərəfindən imtina edilmişdir. Beləliklə, id diaçının onların göstərilən ünvandan çıxarılması üçün mülkiyyətçi hüququna malik olmalıdır. Köçürülməsi üçün isə həmin fərdi yaşayış evinə qeydiyyatı olmalıdır. Onların isə heç biri yoxdur. Ona görə də, İddiaçı onların göstərilən fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinə köçürülməsi barədə iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyil. Qeyd edilənlərə əsasən iddia rədd edilməlidir.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı hazırda Almaniya Federativ Respublikasındadır. Belə ki, iddiaçı 2001-ci il tarixindən Almaniya Federativ Respublikasına getmişdir. Şahid ifadələrində də təsdiq edilir ki, ev mübahisəsiz olaraq iddiaçıya məxsusdur. 2019 -cu ildə iddiaçı Bakıya gəldiyi zaman mübahisəli evdə yaşamışdır. İddiaçının mübahisəli evdə sahiblik və istifadə hüququ var. Keçən məhkəmə iclasında dindirilmiş Şahid1 qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahidi, iddiaçının baldızını tanımır, lakin toy kaseti bunun əksini sübut edir. Bundan başqa, işin mübahisəsiz halı ilə müəyyən edildi ki, mübahisəli ev iddiaçını atasının sahibliyində olmuş və 2019-cu ildən də cavabdehlərin sahibliyindədir. Şahid1 evi cavabdehlərə satmaq hüququ yox idi.

6. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyib izahat verərək bildirmişdir ki, o, mübahisəli evdə bu günə kimi yaşayır. Mübahisəli evin bir sahibi olmuşdur. Ev bölünmüşdür. Mübahisəli evə dair bələdiyyədən aldığı texniki pasportu var. O, Kərim Məmmədovu tanıyır, iddiaçını isə tanımır. Kərim Məmmədov, onun arvadı və qızı vəfat etdikdən sonra mübahisəli evin yuxarı hissəsində yanğın hadisəsi olmuşdur. O, evi 12000 manata Kərim Məmmədovun nəvəsi Şahid1 almışdır.

7. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, iddiaçını tanıyır, iddiaçı onun bacının həyat yoldaşıdır. Cavabdehləri isə tanımır. İddiaçı ilə münasibətləri yaxşıdır. Bacısı iddiaçı ilə 1999-cu ildə ailə həyatı qurmuş və Buzovna qəsəbəsində yerləşən evə gəlin köçmüşdür. Həmin ev 4 otaqdan ibarət idi. Həmin ev satıldıqdan sonra iddiaçı Keşlə qəsəbəsində ev almışdır. Bacısı ilə həyat yoldaşı Keşlə qəsəbəsindəki evdə illərlə yaşamışlar. Keşlə qəsəbəsindəki evi iddiaçı onun atası və həyat yoldaşı ilə birlikdə 2000-ci il də gedib baxıb almışlar. Keşlə qəs əbəsindəki evdə bacısı iddiaçı ilə birlikdə 2 il yaşadıqdan sonra Almaniya Federativ Respublikasına köçmüşlər. Bacısının ailəsi ilə birlikdə Almaniya Federativ Respublikasına köçməsinin səbəbi ailədə tez-tez söz-söhbət olması idi. Belə ki, bir evdə baldız, onun övladı ilə birlikdə qalırdılar. Bacısı anasıgilə qonaq kimi gəlib 2-3 gün qalırdı. Sonra öz evinə qayıdırdı.

8. Məhkəmə iclasında şahid kimi dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o, iddiaçını tanıyır, iddiaçı onun bacının həyat yoldaşıdır. Cavabdehləri isə tanımır. İddiaçı ilə münasibətləri yaxşıdır. Bacısı iddiaçı ilə 1999-cu il tarixində ailə həyatı qurmuş və Buzovna qəsəbəsində yerləşən evə gəlin köçmüşdür. Həmin ev 4 otaqdan ibarət idi. İddiaçının bacısı Tamilla xanım gəlib demişdir ki, Buzovnadakı evdə onun da payı var. B una görə də, həmin ev satılmışdır. Ev satıldıqdan sonra iddiaçı Keşlə qəsəbəsində yerləşən evi almışdır. İddiaçının bacısı övladının həmin evə qeydiyyata alınmasını xahiş etmiş və onun övladı Keşlə qəsəbəsindəki evə qeydiyyata alınmışdır. 2009-cu ildə mərhum Kərim dayının yas mərasimində iştirak etmişdir. Bacısının övladının bir yaşı olanda Almaniya Federativ Respublikasına köçmüşlər. İddiaçı Bakıya 2017-ci il tarixində qayıdıb gəlmişdir. Sabir Bakıya gəldiyi zaman Keşlə qəsəbəsində yerləşən evdə qalmaq istədiyini bildirsə də, bacısı oğlu ona demişdir ki, evdə qutular var. Buna görə də, Sabir ora getməsin.

9. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, iddiaçını tanıyır, onun anasının dayısı oğludur. Cavabdehləri isə tanımır. İddiaçı ilə münasibətləri yax şıdır. İddiaçı 2021-ci il tarixində Bakıya qayıtdığı zaman kirayə ev axtardığını bilirdi. 2019-cu il tarixində də Bakıya gəlmişdir. O, anasından eşitmişdir ki, Sabir əmi Bakıya gəlmişdir.

10. Məhkəmə iclasında şahid kimi dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, cavabdehləri tanıyır, cavabdehlər onun qonşularıdır. İddiaçını isə tanımır. Cavabdehlərlə münasibətləri yaxşıdır. O, cavabdehləri 1997-ci il tarixindən tanıyır. Cavabdehlər 23/41 ünvanında yerləşən evdə yaşayırlar. Kərim dayının nəvəsinin Cavabdeh1 evi nə vaxt satdığını bilmir. Sabir adlı şəxsi tanımır. Kərim dayının nə vaxt öldüyü yadında deyil.

11. Məhkəmə iclasında şahid kimi dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, tərəfləri tanıyır, tərəflərlə münasibətləri yaxşıdır. Cavabdehlər onun mərhum babasıgillə qonşu olmuşlar. Babasının evinə gəlib-getmişdir. Babası Buzovnadakı evi satdıqdan sonra Keşlə qəsəbəsində yerləşən evi almışdır. Keşlə qəsəbəsində yerləşən evdə babası, xalası və xalasının oğlu yaşamışlar. Xalası oğlu evi cavabdehlərə 12000 manata satdığını demişdir. Keşlə qəsəbəsində yerləşən evdə 2001-ci ildən Elman yaşayır. Elman usta işləyir. Babası dəfələrlə deyirmiş ki, ev xalası oğlu olan Elmana məxsusdur.

12. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, tərəfləri tanıyır, iddiaçı onun dayısı, cavabdeh isə qonşusudur. Tərəflərlə münasibətləri yaxşıdır. O, evi Cavabdeh1 2019-cu il tarixində 12000 manata satmışdır. O, mübahisəli evdə 2001-2019-cu il tarixinə qədər anası və babası ilə yaşamışdır. Mübahisəli mənzili əvvəlki evlərini sataraq almışlar. Babası Buzovnada yerləşən evlərini 6500 ABŞ dollarına satmışıdır. Hazırkı mübahisəli evi isə 1800 dollara almışlar. Qalan pul məbləğini İddiaçı götürərərək Almaniya Federativ Respublikasına getmişdir. O, babasının himayəsində böyümüşdür. Mənzilin pulunu babası özü ödəmişdir. Evdə yanğın olduqdan sonra evi özü təmir etdirmişdir. Evə damı örtmək üçün tol çəkdirmişdir. 2016-cı il tarixində iddiaçı Almaniyadan Azərbaycana qayıtmışdır. Ev satıldıqdan sonra iddiaçı ona bildirmişdir ki, evin pulu ona ödəməlidirlər.

13. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfinfən verilmiş xx.xx.2021-ci il tarixli arayışından görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi 23/41 ünvanında qeydiyyatdadır;

14. ASAN 3 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* saylı a rayışının surətindən görünür ki, İddiaçı, Cavabdeh4, X10, X11, X5, Şahid1 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi 23/41 ünvanında qeydiyyatdadırlar;

15. ASAN 5 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* saylı arayışının surətindən görünür ki, Şahid1, X18, Cavabdeh4, X12, X5, X14, X8, X10, X19 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi 23/41 ünvanında qeydiyyatdadırlar;

16. Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiyanın 26 fevral 2020-ci il tarixdə keçirilmiş iclasının 05 saylı protokolundan çıxarışın surətindən görünür ki, Cavabdeh1 fəaliyyət qabiliyyəti olmayan Cavabdeh3 üzərində qəyyum təyin edilmişdir;

17. Nizami RPİ-nin Qeydiyyat məsələləri bölməsinin xx.xx.2019-cu il tarixli Rəyinin surətindən görünür ki, İddiaçı inzibati bina ünvanına qeydiyyata alınması ilə əlaqədar müraciəti əsasənda toplanmış material nəzərdən keçirilərkən müəyyən olundu ki, o, qeydiyyatda olduğu Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi, 23/41 ünvanından qeydiyyatdan çıxarılmışdır. Tərtib etdiyi arayışa əsasən onun hal-hazırda həmin ünvanda qeydiyyatsız yaşadığı sübuta yetirilmişdir. Yuxarıda qeyd olunanlarla və AR NK-nin 055 saylı Qərarına əsasən vətəndaş İddiaçı ünvan 11 küçəsi 127-də yerləşən inzibati bina ünvanına qeydiyyata alınması məqsədə müvafiq hesab edilmişdir; 18. "xxxx" MMC tərəfindən tərtib olunmuş hesabat cədvəlindən görünür ki, tikintinin sahibi Cavabdeh3 sifarişi əsasında ünvan 12 ünvanı 11 aprel 2019-cu il tarixdə inventarlaşdırılmış, əmlakın inventar dəyəri 21700 manat mü əyyən edilmişdir;

19. Azərbaycan Respublikası Nizami rayon İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03/132 saylı xx.xx.2021-ci il tarixli məlumatının surətindən görünür ki, Keşlə qəsəbədi, Ə.Əzimzadə küçəsi 23/41 saylı evdə vətəndaş İddiaçı və Şahid1 daimi pasport qeydiyyatındadırlar. Vətəndaş İddiaçı qeydiyyatda olduğu 23/41 saylı ev özbaşına tikilidir, həmin evin kimə məxsus olması, hər hansı başqa bir vətəndaşa satılıbsatılmaması barədə nümayəndəlikdə heç bir məlumat yoxdur;

20. Azərbaycan Respublikası Keşlə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 207-k saylı məlumatının surətindən görünür ki, bələdiyyələr yarandığı vaxt Keşlə bələdiyyəsi tərəfindən o dövrdə aparılmış inventarizasiya zamanı tərtib olunmuş siyahıda Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi ev 23/1 ünvanında 12 kv.m ev mərhum X2 istifadəsində olduğu aşkar edilmişdir;

21. ASAN 5 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, Şahid1, X14, X19, X8, X12 və X5 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi 23/41 ünvanında qeydiyyatdadırlar;

22. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfinfən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı ünvan 11 küçəsi, 127, inzibati bina, Nizami RPİ ünvanında qeydiyyatdadır.

23. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) e-2(007)-1176/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X25) iddia tələbi rədd edilmişdir.

24. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmış dır ki, mübahisələndirilən ünvan 12 ünvanı əvvəllər mərhum X2 istifadəsində olsa da, həmin əmlak iddiaçıya məxsus deyil. Belə ki, iddiaçı əmlak üzərində istifadə və sahiblik hüquqlarının tanınmasını xahiş etsə də, məhkəmə tərəfindən onun mübahisəli fərdi yaşayış evinə sahiblik etməsi halı öz təsdiqini tapmamışdır. Müəyyən olunmuşdur ki, iddiaçı atasının vəfatından sonra ailəsi ilə birlikdə ölkəni tərk etmiş, əmlaka faktiki olaraq sahiblik etməmiş, hazırda da xaricdə yaşamağa davam edir. Eyni zamanda, məhkəmə iclasında şahid kimi dindirilmiş şəxslərin ifadələri ilə müəyyən edildi ki, həqiqətən də mübahisələdirilən ev mərhum X2 istifadəsində olmuş, lakin onun vəfatından sonra oğlu, hazırkı iş üzrə iddiaçı öz ailəsi ilə birlikdə həmin evdə deyil, ölkəni tərk edərək Almaniya Federativ Respubli kasında yaşamağa başlamışdır. Qeyd etmək lazımdır ki, iddia tələbində göstərilmişdir ki, 2000-ci illərdə X6 öz ailə üzvləri ilə birgə həmin ünvanda yaşamağa başlamış, iddiaçı atasının vəfatından sonra ailəsi ilə birlikdə müvəqqəti olaraq ölkəni tərk etmişdir. Məhkəmə iclasında izahat verən iddianın nümayəndəsi və vəkili isə qeyd etmişdir ki, iddiaçı 2001-ci ildən ölkəni tərk etmiş, lakin sonra bir neçə dəfə Azərbaycan Respublikasına gəlmiş, hazırda isə Almaniya Federativ Respublikasındadır. Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərə, mübahisələndirilən fərdi yaşayış evinə sahiblik etməsinə, əmlakdan istifadə etməsinə, ümumiyyətlə əmlakın onun sahiblik və istifadəsinə olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin, iddiaçı mübahisələndirlən ünvan 12 ünvanında qeydiyyatda olmasına istinad edərək iddiasının dəlillərini əsaslandırsa da, müəyyən olundu ki, İddiaçı mübahisəndirilən ünvanda deyil, ünvan 11 küçəsi 127 ünvanında qeydiyyatdadır.

25. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasını və fərdi yaşayış evinin ona təhvil verilməsini xahiş etsə də, məhkəmənin yuxarıda gəldiyi nəticəyə əsasən həmin fərdi yaşayış evi iddiaçıya məxsus olmamaqla, o, əmlaka sahiblik etməmiş və əmlakdan istifadə etməmişdir. Həmin ev Cavabdeh3 məxsus olmaqla, onun istifadəsində və sahibliyindədir. Qeyd edilməlidir ki, Cavabdeh3 fəaliyyət qabil iyyəti olmayan şəxs olsa da, Cavabdeh1 onun üzərində qəyyum təyin edilmişdir. Həmçinin, iddiaçı tərəf mübahisəli evin 2019-cu ildən cavabdehlərin sahibliyində olmasını qeyd edərək, Şahid1 tərəfindən əmlakı cavabdehlərə satmaq hüququnun olmamasına istinad etmişdr. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, həmin evin Cavabdeh3 kim tərəfindən verilməsi, əmlakın 20092019-cu illər ərzində kim tərəfindən istifadə edilməsi müəyyən edilməsə də, ehtimal olunur ki, həmin müddət ərzində əmlakdan mərhum X2 nəvəsi Şahid1 istifadə etmişdir

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1, 152.2, 152.3, 180.1, 180.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 119.1, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası m əhkəməsində icraat

27. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq nomralarını düzgün tətbiq etməyərək iddiaçının iddiasını sübut edə bilməməsini qeyd etmişdir. Halbuki, şahid ifadələri ilə müəyyən olundu ki, iddiaçı atasının vəfatından sonra 2015-2019-cu illər ərzində Azərbaycan Respublikasına gəlmiş, həmin fərdi yaşayış evinə sahiblik etmişdir. Həmçinin şahidlər ifadəsində bildirmişlər ki, həmin fərdi yaşayış evinin saxlanılması üçün iddiaçı və onun ailə üzvləri yaşadıqları ölkədən pul vəsaiti göndərmiş, iş üzrə şahid qismində dindirilən Şahid1 vermişlər ki, həmin evə yenidənqurma işləri həyata keçirilsin. Məhkəmə isə şahid ifadələrinə düzgün hüquqi qiymət verməmişdir.

29. Bundan başqa, məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, guya iddiaçı ünvan 11 küçəsi 127 ünvanında qeydiyyatdadır. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında xx.xx.2022-ci il tarixli məhkəmə iclasının protokolları və audio yazısı mövcuddur. Tərəfimizdən iddia ərizəsinə əlavə edilən DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfinfən verilmiş xx.xx.2021-ci il tarixli arayışından görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi 23/41 ünvanında qeydiyyatdadır. Cavabdeh tərəfindən sonuncu məhkəmə baxış iclasında təqdim edilmiş MAPS arayışında isə iddiaçının ünvan 11 küçəsi 127 ünvanında qeydiyyatda olması göstərilmişdir. Məhkəməyə şifahi vəsatətlə müraciət edilərək, məhkəmə b axış iclası olduğu və həmin sübutun qəbul edilməməsi xahiş edilsə də, məhkəmə öz qətnaməsində sübut qismində həmin sənədə istinad etmişdir. Bundan başqa, iddiaçının qeydiyyat ünvanı mübahisəli olduğundan, məhkəmə iclasına sədrlik edən hakim “Elektron Məhkəmə İnformasiya” sistemi vasitəsi ilə iddiaçının qeydiyyat ünvanını yoxlamış və qeydiyyat ünvanının ünvan 17ilmişdir. Lakin nədənsə bu fakt məhkəmə qətnaməsində öz təsdiqini tapmamışdır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasının audio yazısında bu hal öz təsdiqini tapır.

30. Həmçinin qeyd edilmişdir ki, Şahid1 ehtimal edilən sahib olmamışdır. Belə ki, Mülki Məcəllənin vərəsəlik bölməsini tənzimləyən müddəalardan aydın olur ki, hüquq özü vərəsəlik qaydasında ötürülür. Əmlaka sahiblik və istifadə hüququ da iddiaçıya ötürülmüş və iddiaçı ö z hərəkətləri ilə əmlaka sahiblik etmişdir.

31. Bununla yanaşı iddia ərizəsinə əlavə edilən MAPS arayışından aydın olur ki, cavabdehlərin qeydiyyat ünvanı ünvan 18abdehlər iddiaçının fərdi yaşayış evinə yaxın qonşuluqda yaşayırlar və 2019-cu ildə özbaşına həmin mənzilə daxil olmuşlar. Məhkəmə iddiaçının iddia tələbini rədd edən zaman iddiaçının mübahisəli ünvanda qeydiyyatda olmamasını əsas gətirsə də, nədənsə bu halı cavabdehlərə şamil etməmişdir.

32. Apellyasiya icraatı zamanı Şahid1 cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçün şəxs kimi tanınmışdır. O, izahatında apellyasiya şikayətinin əsassız oluduğunu bildirmişdir.

33. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6786/2022 nömrəli 18 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

34. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının evə sahiblik və istifadə hüququnun tanınması üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı 2021-ci ilin dekabr ayında (20 il əvvəl) ailəsi (arvadı və övladı) ilə birlikdə Azərbaycanı tərk edərək Almaniyaya gedib. Bunu iddiaçının özü və nümayəndəsi (arvadı Mahirə Məmmədova) etiraf edirlər. Yəni iddiaçı 20 ildən artıqdır ki, həmin evdə yaşamır. Bu müddətdə iddiaçının evə sahiblik etdiyini təsdiq edən heç bir hal müəyyən olunmur. Yəni evdə iddiaçıya məxsus olan hər hansı əşya yoxdur, evin giriş qapısının açarı iddiaçıda deyil, habelə evin su, qaz və elektrik enerjisi ilə təmin edilməsinə dair müqavilələr iddiaçının adına deyil. İddiaçı Almaniyaya gedənə qədər, yəni 2001-ci ilin dekabr ayına qədər evdə 11 ay yaşayıb. Ev 2001-ci ilin yanvar ayında əldə olunub, bundan sonra evdə iddiaçı, iddiaçının ailəsi, iddiaçının mərhum atası və iddiaçının bacısı oğlu (üçüncü şəxs Şahid1) yaşayıblar. İddiaçı Almaniyaya getdikdən sonra isə evdə onun atası və bacısı oğlu yaşamaqda davam edib. Evin iddiaçının adına əldə olunması barədə heç bir sənəd yoxdur. O cümlədən evin iddiaçının vəsaiti hesabına alındığını və iddiaçı evi t ərk edənə qədər evin məhz iddiaçının sahibliyində olduğunu təsdiq edən sübut yoxdur. Cavabdehlər bildirirlər ki, onlar evi 2019-ci ildə iddiaçının bacısı oğlundan (üçüncü şəxs Şahid1) 12.000 manata satın alıblar, alqı-satqı barədə sənədləşmə olmayıb, alqı-satqı şifahi razılıq əsasında həyata keçirilib. Bunu üçüncü şəxs Şahid1 da təsdiq edir. O, bildirir ki, evi 12.000 manata Cavabdeh1 satıb.

35. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 159, 162, 164-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti apellyasiya ş ikayətinin məzmununa uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

39. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

40. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

41. Maddə 162 Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir.

42. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

43. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

44. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

45. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ ə ldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Prosessual Məcəllə

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi t ərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul e dilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin lə ğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.

60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6786/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar