Məhkəmə qərarları › İş №2(102)-1604/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1604/2019

27.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1604/2019 27.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2018-cı il tarixli 2(104)203/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor “xxxx” KB ASC borclu Cavabdeh qarşı Gəncə şəhəri Ni zami Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, borcludan 4481,32 ABŞ dolları əsas, 683,31 ABŞ dolları faiz, 44,85 ABŞ dolları cərimə, cəmi 5209,48 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manatın alınaraq “xxxx” KB ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli 2(044)-8494/2016 nömrəli məhkəmə əmri ilə Cavabdeh “xxxx” KB ASC-nin xeyrinə 4481,32 ABŞ dolları məbləğində əsas borcun, 683,31 ABŞ dolları məbləğində faiz borcunun, 44,85 ABŞ dolları cərimə borcunun, cəmi 5209,48 ABŞ dolları məbləğində borcun əmr icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Borclu Cavabdeh məhkəmə əmrinə etiraz verdiyindən Gəncə şə həri Nizami Rayon Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli 2(044)-664/2017 nömrəli qərardadı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli 2(044)-8494/2016 nömrəli məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakim A.Eyvazov) 15 fevral 2017-ci il tarixli 2(044)-664/2017 nömrəli (qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 4481,32 ABŞ dolları əsas borc, 683,31 ABŞ dolları faiz borcu, 4 ABŞ dolları cərimə borcu, cəmi 5168,63 ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” KB ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh 10 manat məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə keçirilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Rəhman Muradov - sədrlik edən və məruzəçi, Şəfiqə Əliyeva, Ədil Məmmədov) 13 iyun 2018-ci il tarixli 2(104)-203/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-664/2017 nömrəli 30 15 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2018-ci il tarixli 2(104)-203/2018 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, cavabdeh banka olan borcunun bir qismini ödəmiş, hətta devalvasiya baş verdikdən sonrada ödənişlər etmiş lakin iddiaçı tərəfindən əsas və faiz borcu düzgün hesablanmamışdır. Prosessual məsələlər İş üzrə tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya məhkəməsinin iş materialları üzrə müəyyən etdiyi faktiki hallardan görünür ki, iddiaçı “xxxx” KB ASC ilə Cavabdeh arasında 25 iyun 2014-cü il tarixli 7101nkGNDJ/14 nömrəli kredit müqaviləsi bağlanılmış və sonuncuya 31 faiz olmaqla, 48 ay müddətinə 6000 ABŞ dolları kredit verilmişdi r. Müqavilənin şərtlərinə görə, borcalan aldığı kredit məbləğini və kreditə görə razılaşdırılmış faizləri müəyyən edilmiş cədvələ əsasən ödəmək öhdəliyini, bu öhdəliyə əməl etmədiyi halda cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilə üzrə kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, lakin borcalan müqavilə öhdəliyinə vaxtında və lazımi qaydada əməl etməmişdir. Apellyasiya icraat zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Həmin Mərkəzin 17 may 2018-ci il tarixli 2326 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 25 iyun 2014-cü il tarixli 7101nkGNDJ/14 nömrəli kredit müqaviləsi üzrə 20 iyul 2016-cı il tarixə borcalanın kreditora 4481,32 ABŞ dolları əsas, 683,31 ABŞ dolları faiz borcu yaranmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş ü zrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllə nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassator borcun düzgün hesablanmaması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə ekspert rəyi ilə cavabdehdən tələb olunan əsas və faiz borcu kreditor tərəfindən düzgün hesablandığı müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazı rkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnam ə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2018-ci il tarixli 2(104)203/18 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar