Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1605/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qızının Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin və çıxarışın etibarsız hesab edilməsi, borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması, borclunun mülkiyyətindəki əmlakın bağışlama müqaviləsinin borcverən tərəfindən etibarsız hesab olunması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil3, Cavabdeh1 vəkili Vəkil2 iştirakla rı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 sentyabr 2020-ci il tarixli, 2(103)5146/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri 5 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 14 mart 2017-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı qızı Cavabdeh1 180000 ABŞ dolları məbləğində borc pul vermiş, Cavabdeh1 həmin pul məbləğini 14 mart 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 511,6 kv.m. olan əmlak kompleksi kimi müəssisə və ümumi sahəsi 0,1511 ha olan torpaq sahəsi Cavabdeh1 mülkiyyətində olmuş və 24 yanvar 2019-c u il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə həmin əmlak Cavabdeh2 bağışlanmışdır. Hazırda həmin əmlak üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı qızı Cavabdeh1 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 da cavabdeh qismində cəlb edilməklə, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 511,6 kv.m olan əmlak kompleksi kimi müəssisə və ümumi sahəsi, 0,1511 ha olan torpaq sahəsi ilə bağlı cavabdehlər arasında bağlanmış 23 yanvar 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Cavabdeh2 adına verilmiş RX seriyalı, ******* saylı 25 yanvar 2019-cu i l tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh1 180000 ABŞ dolları borcun, borcun vaxtında qaytarılmamasına görə 37440 ABŞ dolları faizin, 20000 manat mənəvi və maddi ziyanın, hüquqi yardıma görə ödənilmiş 3000 manatın və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 14 mart 2017-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh1 180000 ABŞ dolları borc vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən, cavabdeh borcun 14 mart 2018-ci il tarixədək qaytarılması öhdəliyini üzərinə götürmüşdür. Lakin, həmin tarixdən 1 il 3 ay keçməsinə baxmayaraq, cavabdeh borcu qaytarmamı şdır. Cavabdeh dəfələrlə bildirmişdir ki, onun Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində (3-cü mikrorayon bazarının yanında) böyük torpaq sahəsi vardır, həmin torpaq sahəsi ilə bağlı onun şəriki ilə məhkəmə mübahisəsi davam edir və həmin mübahisə tezliklə başa çatacaq və o, torpağını sataraq borc götürdüyü pulları qaytaracaqdır. 2018-ci ilin sonlarında xəbər tutmuşdur ki, cavabdehin məhkəmə mübahisəsi artıq başa çatmışdır. Lakin cavabdeh yenə də borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytında dərc olunmuş uçot faiz dərəcələrinə uyğun ötən dövr üçün faiz uçot dərəcəsi illik 9,62% təşkil etmişdir. Hər gecikdirilmiş ay üçün faiz dərəcəsi 0,8% (9,62%/12=0,8%) təşkil edir. Borcun qaytarılması məhkəmədə işə baxıl anadək azı 26 ay gecikdirildiyinə görə borcun üzərinə əlavə 20,8% (0,8%x26=20,8%) və yaxud 37440 ABŞ dolları (180000x20,8%=37440) əlavə edilməlidir. Bundan başqa, cavabdehin borcu vaxtında qaytarmaması və məhkəmə iclasının əsassız yerə uzadılması nəticəsində mənəvi sarsıntı, iztirab keçirmiş, sağlamlığı pozularaq xəstələnmiş və müalicə almaq məcburiyyətindədir. Cavabdehin bu hərəkətləri nəticəsində ona 20000 manat mənəvi ziyan dəymişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 2(004)110/2020 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 180000 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun, hüquqi yardıma görə 50 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı qızına ö dənilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 2(004)-110/2020 nömrəli qətnaməsinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tamamilə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 sentyabr 2020-ci il tarixli, 2(103)-5146/2020 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və İ.Ə.Kərimlidən ibarət tərkibdə) İddiaçı qızının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 2(004)-110/2020 nömrəli qətnaməsi İddiaçı qızının apellyasiya şikayəti üzrə mübahisələndirilə n hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən əqd tərəflərin iradə ifadəsinə uyğun olmuşdur. Həmçinin, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən mübahisələndirilən bağışlama müqaviləsi görünüş üçün bağlanan uydurma əqd hesab oluna bilməz. Belə ki, müqavilənin tərəfi olan şəxslər bu müqaviləni hansısa formada heç vaxt mübahisələndirməmişdir. Tərəflər arasında kredit müqaviləsi bağlanarkən və bu müqavilənin müddəti bitdikdən sonra da bağışlanan əmlak Cavabdeh1 tam mülkiyyətində olmamışdır. Bununla bağlı məhkəmə mübahisəsi davam etmişdir. Cavabdeh əmlakı satıb kredit borcunu qaytaracağını söz verməsi təsdiq olunsa belə, bu hal bağışlama müqaviləsinin etibarsızlığı üçün əsas ola bilməz. Çünki, qeyd olunan əmlak bağışlanarkən kredit müqaviləsinin tərəfləri arasında bununla bağlı məhkəmə mübahisəsi mövcud deyildi. Borcla bağlı iddia bağışlama müqaviləsi bağlandıqdan 5 ay sonra qaldırılmışdır. Buna görə də cavabdehin borc öhdəliyini yerinə yetirməkdən yayınmaq, qərəzli boyun qaçırmaq məqsədi güdməsi və bağışlama müqaviləsinin formal xarakter daşımaqla uydurma (əhəmiyyətsiz) əqd olması sübuta yetirilməlidir. Bu halları sübut etmək yükü isə iddiaçı tərəfin üzərinə düşür. İddiaçının gətirdiyi dəlillər isə mötəbər hesab edilə bilməz. Borcun vaxtında qaytarılmamasına görə 37440 ABŞ dolları faizin təmin olunması hissəsi o vaxt ədalətli olardı ki, cavabdeh öhdəliklərin icrasından qərəzli olaraq boyun qaçırsın, borcunu ödəməməsi ilə əlaqədar hər hansı bir maneələr yaratsın, yəni real pul vəsaiti olduğu halda, bunu ödəmə sin. Lakin işdən cavabdehin bu hallara yol verməsi görünmür. Buna görə də, hazırki iddianın bu hissəsinin təmin edilməsi cavabdehin onsuz da real pul vəsaitini ödəmək iqtidarında olmayan vəziyyətini bir qədər də ağırlaşmasına səbəb ola bilər. Cavabdehin Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, eləcə də vurulmuş ziyana görə mülki hüquqi məsuliyyət daşıması üçün qeyd olunan hallar və real ziyan vurulması iddiaçı tərəfindən sübuta yetirilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı qızı kassasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavə verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 sentyabr 2020-ci il tarixli, 2(103)5146/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və apell yasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində göstərilən işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdehlər arasında bağlanmış bağışlama müqaviləsi borc öhdəliyinin icra etməkdən boyun qaçırmaq üçün uydurma əqd olmuş, cavabdeh qəsdən ödəmə qabiliyyətini aşağı salaraq mülkiyyətində olan yeganə daşınmaz əmlakı oğluna bağışlamış və bu səbəbdən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə əsasən ondan faizlər tutulmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayə tinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Vəkil3 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etm işdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisə nin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri qismən təmin olunsa da, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayətini iddiaçı vermiş və apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmamış hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil etmişdir. Hazırki kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etsə də, kassasiya şikayətinin dəlilləri iddianın cavabdehlər arasında bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab olunmasının və borc məbləğinə hesablanmış faizlərin tutulmasının rədd edilməsinin əsassız olmasından ibarətdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin müb ahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər c ür hərəkətlərdən çəkinməlidirlər. 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya baş qa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəl i gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatan adək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını 04020məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatla r sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq nor malarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların p rosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında izah edilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu h ər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir.... Hüq uqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlər arasında bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab olunması hissəsində apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilərkən maddi və prosessual hüquq normalarına riayət olunsa da, borc məbləğinə faizlərin tutulması hissəsində mübahisəli hüqu q münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmişdir. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, cavabdehlər arasında bağlanmış müqavilənin əhəmiyyətsiz (uydurma) əqd kimi tanınması üçün əsaslar mövcud deyildir. İzah olunmalıdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadəsi. İddiaçı bağışlanma müqaviləsini görünüş üçün bağlanmas ını, onun tərəflərin iradəsinə uyğun olmamasını bildirsə də, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, müqavilənin tərəfi olan şəxslər bu müqaviləni mübahisələndirməmişlər. Cavabdehin borc öhdəliyini yerinə yetirməkdən yayınmaq, qərəzli boyun qaçırmaq məqsədi güdməsi və bağışlama müqaviləsinin formal xarakter daşımaqla uydurma (əhəmiyyətsiz) əqd olması sübuta yetirilmək yükü iddiaçı üzərinə düşdüyü halda, bununla bağlı hər hansı sübut təqdim olunmamışdır. Cavabdehin iddiaçıya əmlakını satıb kredit borcunu qaytaracağını söz verməsi qəbul olunsa belə, bu hal bağışlama müqaviləsinin etibarsızlığı üçün əsas deyildir. Belə ki, mübahisələndirilən əmlak qanunvericiliyə uyğun olaraq iddiaçının xeyrinə yüklü olunmamış, bağışlanma müqaviləsi bağlanılarkən isə kredit müqavilə sinin tərəfləri arasında bununla bağlı məhkəmə mübahisəsi mövcud olmamışdır. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, iddianı faizin tutulması hissəsində rədd edən məhkəmələr mövqelərini onunla əsaslandırmışlar ki, cavabdehin Mülki Məcəllənin 449-cu maddəsinə uyğun öhdəliklərinin icrasından qərəzli olaraq boyun qaçırması, borcunu ödəməməsi ilə əlaqədar hər hansı bir maneələr yaratması, yəni real pul vəsaiti olduğu halda, bunu ödəməməsi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmır. Qeyd olunmalıdır ki, iddiaçı tələbində cavabdehdən borcun tutulması ilə yanaşı, öhdəliyinin icra etməməsi nəticəsində faizin ödənilməsini xahiş etmiş və həmin faizin MMin 449.1 və 449.2-ci maddələrinə uyğun hesablayaraq tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın həmin hissəsinin Mülki Məcəllənin 449.1-ci maddəsinə uyğun olaraq əsassız olduğu qənaətinə gəlsə də, Məcəllənin 445.7-ci maddəsinə əsasən tutulması məsələsini müzakirə etməmişdir. Halbuki ki, prosessual qanunvericiliyində “Jura novit curia”, yəni “Məhkəmə qanunları bilir” prinsipi tətbiq olunur ki, iddiaya baxan məhkəmə iddia tələbinin əsaslandırılmasından asılı olmayaraq təqdim olunmuş sübutlara əsasən tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etmək və Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən həmin münasibətlərə uyğun olaraq maddi hüquq normanı tətbiq etməklə, mübahisəni həll etməlidir. Məhz həmin prinsipə uyğun olaraq Azərbaycan Respublikası 26 may 2009-cu il tarixli Qanunu ilə Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 149.2.3-cü maddəsindən iddia ərizəsində “qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif”in göstərmə vəzifəsinin iddiaçının üzərinə qoyulmasına dair müddəa çıxarılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 sentyabr 2020-ci il tarixli, 2(103)-5146/2020 nömrəli qətnaməsi qismən, yəni cavabdehin borcu ödəməyi gecikdirdirməsinə görə faizin tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hi ssələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1605/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1605/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver