Məhkəmə qərarları › İş №2(102)-1606/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1606/2020

22.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1606/2020 22.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsindən iddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” barədə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə əsas borc üzrə 99.942,28 ABŞ dolları (doxsan doqquz min doqquz yüz qırx iki dollar iyirmi səkkiz sent), faiz borcu üzrə 102.952,34 ABŞ dolları (bir yüz iki min doqquz yüz əlli iki dollar otuz dörd sent) ABŞ dolları, cərimə borcu üzrə 47.929,09 ABŞ dolları (qırx yeddi min doqquz yüz iyirmi doqquz dollar doqquz sent), cəmi 250.823,71 ABŞ dolları (iki yüz əlli min səkkiz yüz iyirmi üç dollar yetmiş bir sent) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 1 (bir) manat bank xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan “xxxx” ASC iddia tələbini onunla əsaslandırır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanılmış C276/12 nömrəli 27 noyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən istehlak xərclərinin ödənilməsi üçün cavabdehə 12 ay müddətinə, illik 32%-lə,100.000 ABŞ dolları məbləğində Visa Platinum kart vasitəsilə kredit verilmişdir. Cavabdeh həmin müqavilənin şərtlərini pozaraq öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Məhkəmədən kənar formada cavabdehə şifahi və yazılı xəbərdarlıqlar olunsa da cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Kamran Əsədov) 29 iyun 2017-ci il tarixli X5 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 99.942,28 ABŞ dolları əsas, 102.952,34 ABŞ dolları faiz, 4700 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 207.594, 62 ABŞ dolları (manatın ödəniş gününə olan məzənnəsi ilə) pul məbləğinin tutularaq ləğv prosesində olan “xxxx” ASC-nə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Şərafət Məmmədova- sədrlik edən və məruzəçi, Vüqar Həsənov və Xəyal Sarıyev) 31 oktyabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2017-ci il tarixli X5 nömrəli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmiş, ekspertiza tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat iddiaçıya aid edilmişdir. İddiaçı Ləğv prosesində olan “xxxx” ASC və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasını n 31.10.2019-cu il tarixli X5 saylı qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən yalnız 06.08.2019cu il tarixli, 18337 saylı ekspert rəyinə əsaslanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsinin imzalanması, lakin borc məbləğinin başqa bir şəxs tərəfindən əldə edilmiş olması, ağlabatan deyildir. Hər bir halda şəxs kredit məbləği əldə etmək istəyini kredit müqaviləsini imzalamaqla ifadə etmişdir. Faktiki olaraq şəxs müqaviləni imzalayıb, vəsaiti əldə etməmişdirsə, müqaviləyə müvafiq dəyişiklik e də bilər və ya xitamını “xxxx” ASC-dən tələb edə bilərdi. Eyni zamanda şəxs öhdəliklərini icra etmək üçün müvafiq ödənişlər də etmişdir. Heç bir halda iddia oluna bilməz ki, imza Cavabdeh məxsus deyil. 2012-ci ildən etibarən şəxs əgər imzaladığı müqavilə üzrə vəsait əldə etməmişdisə, hər bir halda müqavilənin xitamını bankdan tələb edə bilərdi. Şəxs heç bir tədbir görməmişdirsə, bu o deməkdir ki, kassa məxaric orderlərini şəxsən imzalamış və vəsaiti əldə etmişdir. Təkrar məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət təqdim edilsə də təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Prosessual məsələlər: İddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazım i qaydada xəbərdar edilmiş cavabdeh X2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı arasında C276/12 nömrəli 27 noyabr 2012-ci il tarixli kredit müqaviləsinin bağlanıldığı müəyyən olunsa da, həmin kredit müqaviləsi üzrə iddiaçının hazırki iş üzrə tələb etdiyi kredit məbləğinin cavabd ehə faktiki verilməsi iş üzrə materiallarla sübut olunmamışdır. Belə ki, iş materiallarında olan 06 avqust 2019-cu il tarixli 18337 nömrəli ekspert rəyindən görünür ki, 27 noyabr 2012-ci il tarixli C276/12 saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsində “Borc alan Cavabdeh” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur və iş materiallarında olan ekspertizaya təqdim olunmuş, X5 nömrəli mülki işin 88-ci vərəqəsində olan 03 iyul 2015-ci il tarixli, i/v 89-da olan 13 iyul 2015-ci il tarixli, i/v 90-da olan 30 iyun 2015-ci il tarixli, i/v 91-də olan 19 iyun 2015-ci il tarixli, i/v 92-də olan 22 iyun 2015-ci il tarixli, i/v 93-də olan 03 iyun 2015-ci il tarixli, i/v 94-də olan 19 iyun 2015-ci il tarixli, i/v 95-də olan 17 iyun 2015-ci il tarixli, i/v 96-da olan 22 ap rel 2015-ci il tarixli, i/v 97-də olan 28 aprel 2015-ci il tarixli, i/v-98-də olan 30 aprel 2015-ci il tarixli i/v 99-da olan 14 aprel 2015-ci il tarixli, i/v 100-də olan 16 aprel 2015-ci il tarixli i/v 101-də olan 01 iyul 2015-ci il tarixi kassa məxaric orderlərində “təhvil aldım” qrafasındakı imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin bankdan kredit məbləğini götürdüyü sübut olunmadığından onun iddiaçının qarşısında hər hansı öhdəliyi yaranmamışdır və iddiaçı 27 noyabr 2012-ci il tarixli C276/12 nömrəli kredit müqaviləsi üzrə borc məbləğini cavabdehdən tələb etməkdə haqlı deyil. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd edir ki, məhkə mə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, işin materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh arasında bağlanılmış C276/12 nömrəli 27 noyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən istehlak xərclərinin ödənilməsi üçün cavabdehə 12 ay müddətinə, illik 32%-lə, 100.000 ABŞ dolları məbləğində Visa Platinum kart vasitəsilə kredit verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 fevral 2016-cı il tarixli, 2-1(81)-1404/2016 nömrəli qərarının surətindən görünür ki, ərizəçi Azərbaycan Respublikası Mərkəzi Bankının “xxxx” ASC-nin iflas prosedurunun başlanmasına dair ərizəsi təmin edilməklə “xxxx” ASC müflis el an edilmiş və iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu “xxxx” ASC-nin ləğvedicisi təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında istinad olunan müqavilənin bağlanmasının mübahisəsiz olmasını düzgün qeyd etsə də, müqavilənin bağlanmasının mübahisəsiz fakt olduğu halda pul məbləğinin cavabdehə verilməsini kassa mədaxil orderləri ilə təsdiq olunmaması kimi qənaəti işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamışdır. İddiaçı tərəfin mövqeyinə görə müqavilə bağlanmış və müqavilədə göstərilən pul məbləği cavabdehin hesabına köçürülmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən bank borcalana 12 ay müddətinə 100000 ABŞ dolları məbləğində Visa Platinum kartı vasitəsilə bə rpa olunan kredit xətti verir və kredit müvafiq məbləğin borcalanın bankdakı kart hesabından ödənildiyi gündən verilmiş sayılır. İş materiallarından görünür ki, 27 noyabr 2012-ci il tarixli kredit müqaviləsi bir il müddətinə bağlansa da, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş hesab çıxarış məlumatları və kassa məxaric orderləri 2015-ci ilə aid olan sənədlərdir. Həmçinin həmin sənədlərdə 1-32553-1, 32553-8 və 1-32553-9 saylı hesab nömrələri üzrə pul vəsaitlərinin hərəkəti müşahidə olunur. Cavabdeh özü də, həmin bankdan başqa kredit məbləğləri götürdüyünü və onları bağladığını bildirmişdir. Lakin bu barədə cavabdeh hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi müqavilənin bağlanması və cavabdeh tərəfindən imzalaması müəyyən edildiyi və kre dit kart hesabına köçürülməklə verildiyi halda, kredit kartından kimin istifadə etdiyi, həmin kreditə görə cavabdehin başqa hesablarından ödəniş edilibedilməməsini araşdırmamışdır. Halbuki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquq ları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-in 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülm əlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranması faktı mövcud və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməli olduğu halda apellyasiya instansiyası məhkəməsi tərəflər arasında göstərilən müqavilənin bağlanmasını qeyd etsə də, kredit müqaviləsində nəzərdə tutulmuş məbləğin cavabdehə verilməsi və onun tərəfindən həmin məbləğin qəbul edilməsinin təsdiq olunmamasına dair qənaətini mötəbər və tutarlı sübutlarla əsaslandırmadığı üçün gəldiyi nəticələri qanuni və əsaslı sayıla bilməz. Bunda başqa, iş materiallarından görünür ki, iddiaçı iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə razılaşmayaraq təkrar ekspertizanın keçirilməsi barədə apelyasiya məhkəməsinə müvafiq yazılı vəsatət versə də, həmin vəsatət məhkəmə iclasında müzakirə edilməmiş və məhkəmə tərəfindən vəsatətə qiymət verilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 377-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağ lı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, lakin kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPMnin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərba ycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar