Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1606/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: istifadə hüququnun tanınması, evə köçürülmə 29.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1050/2020 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 29 aprel 2021-ci il tarixdə Ali M əhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və oğlu X1 ünvan 1ndə yerləşən bağ evinə istifadə hüquqlarının tanınaraq həmin bağ evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İşin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh ilə İddiaçı 10.03.2000-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan onların 5 yanvar 2001-ci ildə M adlı övladları dünyaya gəlmişdir
3. Həmçinin o da mübahisə edilmir ki, birgə nikah dövründə tərəflər ünvan 1 ünvanında yerləşən 0.1612 ha torpaq sahəsini alaraq orada bağ evi inşa etmişlər. Həmin torpaq sahəsi və bağ evi xüsusi mülkiyyət hüququ əsasında 21.06.2011-ci ildə Cavabdeh adına qeydiyyata alınmışdır.
4. Eyni zamanda işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 05.11.2013-cü ildə ləğv edilmişdir.
5. Bundan başqa o da mübahisə edilmir ki, 06.01.2015-ci il tarixli ipoteka müqaviləsi ilə mübahisə predmeti olan əmlak X ilə “xxxx” MMC arasında bağlanmış 25.12.2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin məktubundan görünür ki, ünvan 1ndə yerləşən bağ evi X xeyrinə ipoteka ilə yüklü edilmişdir və müvəqqəti nəzarət vardır.
7. Bundan başqa işin mübahisə edilməyən hallarına görə İddiaçı ayrıca bir icraatda X və Cavabdeh arasında bağlanmış 06 yanvar 2 015-ci il tarixli, xxxxx saylı ipoteka müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmş və 21.06.2011-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış ünvan 1ndə olan 0.1612 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 293.24 kv.m. ümumi, 219.62 kv.m. yaşayış, 73.62 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı bağ evinin bölünməsi tələbinə dair iddia ərizəsi vermişdir.
8. Abşeron Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 21.06.2011-ci il tarixdə, **********13-11301 reyestr nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmış ünvan 1ndə olan 0.1612 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 293.24 kv.m. ümumi, 219.62 kv.m. yaşayış, 73.62 kv.m. yardımçı sahədən ibarə t 7 otaqlı bağ evinin 2/3 hissəsinə (tərəflərin birgə nikahlarından anadan olan bir uşağın iddiaçının himayəsində olduğu nəzərə alınmaqla) İddiaçı 1/3 hissəsinə isə Cavabdeh payları müəyyən edilmiş, X və Cavabdeh arasında bağlanmış 06 yanvar 2015-ci il tarixli, 170/02/3031/13-170/02/3502/14 saylı ipoteka müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
9. Qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 06.11.2018-ci il tarixli qətnaməsi ilə X apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddianın t əmin edilməməsi qət edilmişdir. Məhkəmə kollegiyası qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli əmlak tərəflərin birgə nikahı dövründə əldə edilmiş və iş üzrə cavabdehin, iddiaçının sabiq əri Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı ilə Cavabdeh arasındakı nikah 04 sentyabr 2013-cü il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur, keçən 5 il ərzində, tərəflər arasında əmlak bölgüsü ilə bağlı, payların müəyyən edilməsi barədə tələb olmamışdır. İddiaçının hazırki tələblə bağlı iddia müddətinin axımı həmin gündən başlamışdır. İddiaçı isə məhkəməyə iddia müddəti bitdikdən təxminən il yarım sonra müraciət etmişdir və beləlikiə mülki (ailə) qanunvericiliyin mübahisələndirmə ilə bağlı müəyyən etdiyi üç illik iddia müddəti ötürülmüşdür.
10. İddiaçı bildirir ki, Cavabdeh ilə 10 mart 2000-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar və birgə nikahlarından 5 yanvar 2001-ci il tarixdə M adlı övladları dünyaya gəlmişdir. Cavabdeh ilə birgə nikahları dövründə, 2003-cü ildə yaşadıqları mənzili sataraq ünvan 1ndə torpaq sahəsi almışlar və elə həmin ildən qeyd olunan torpaq sahəsində bağ evi inşa etməyə başlamışlar. Mübahisəli torpaq sahəsi 21.06.2011-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi idarəsində Cavabdeh adına **********13-11301 reyestr nömrəsi ilə qeydə alınmışdır. Yəni, onun həmin torpaq sahəsi və üzərində inşa edilmiş bağ evinə olan hüquqları cavabdehlə birgə nikah dövründə artıq rəsmi şəkildə qeydə alınmışdır. Cavabdeh ilə aralarında olan nikah Binəqədi rayon Məhkəməsinin 04 sentyabr 2013-cü il tarix li qətnaməsinə əsasən pozulmuşdur. Həmin dövrdə birgə nikah dövründə əldə etdikləri əmlakın bölünməsi ilə bağlı onun tələb irəli sürməyinə baxmayaraq, cavabdeh tərəfindən evə dair heç bir mübahisə yaranmayacağına və əmlakın bölünməyərək övladları M qalacağına dair inandırılmışdır. Bu hadisədən sonra bağ evi tərəflərin ümumi istifadəsində qalmış və evin istifadəsi, satılması, paylarda bölünməsi ilə bağlı tərəflər arasında heç vaxt mübahisə yaranmamışdır. O, dəfələrlə həm təkbaşına, həm də oğlu ilə birlikdə həmin bağ evinə gedərək orada təsərrüfat işləri ilə məşğul olmuş, hətta müəyyən dövrlərdə bu əmlaka aid olan kommunal xərcləri ödəmişdir. Yəni, həmin əmlakın tərəflərin hər ikisinin istifadəsində olduğuna tamamilə əmin olmuşdur. Lakin 2018-ci ilin əvvəlində onun maddi vəziyyəti həddindən artıq aşağı olduğundan və övladının təhsil alması üçün pul lazım olduğundan, Cavabdeh evi satmağı, alınan vəsaiti isə aralarında bölməyi təklif etmiş, lakin cavabdeh buna razı olmamışdır. O, bu məlumatı aldıqdan dərhal sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X arasında 2015-ci ildə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş ünvan 1ndə yerləşən bağ evinin Cavabdeh ilə aralarında bölünməsi və həmin evdə yetkinlik yaşına çatmayan X1 da mənafeyi nəzərə alınaraq, İddiaçı payının 2/3, Cavabdeh payının isə 1/3 hissədə müəyyən edilməsinə dair iddia tələbi təmin edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli qətnaməsi ilə həmin qət namə ləğv olunaraq iddianın təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.04.2019-cu il tarixli yekun qərarı ilə isə apellyasiya instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsinə əlavə olunan məhkəmə aktlarından göründüyü kimi, mübahisəli bağ evinin cavabdehlə iddiaçının birgə mülkiyyətində olduğu məhkəmə araşdırması zamanı təsdiq olunmuş, lakin birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair iddia müddətini itirdiyinə görə, iddiaçının iddiası rədd edilmişdir. Nəzərə alınmalıdır ki, işə baxan məhkəmə yalnız əmlak üzərindəki payların bölünməsindən imtina etmişdir. Həmin bağ evinin cavabdehlə iddiaçının birgə mülkiyyətində olduğu və onun həmin əmlak üzərində olan hüquqları isə mübahisəsiz şəkildə tanınmışdır. Hazırda cavabd ehin onu aldatmağı ucbatından, əmlak bölgüsünə dair iddiaçı iddia müddətini itirmiş olsa da, onun həmin yaşayış sahəsinə olan istifadə və sahiblik hüquqları hələ də qalmaqdadır. Hazırda oğlu X2 ilə birlikdə mübahisəli bağ evində yaşayır, ondan istifadə edir və zəruri xərclərini təkbaşına ödəyir. Həmin bağ evi faktiki olaraq onun istifadəsindədir. Onun əmlaka olan birgə mülkiyyət hüququ məhkəmə aktları ilə təsdiqlənmiş olsa da hazırda cavabdehin hərəkətləri ucbatından hesab edir ki, həmin yaşayış sahəsinə istifadə hüququnun da tanınması zəruridir.
11. Cavabdeh heç bir üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişdir.. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. Abşeron Rayon Məhkəməsinin 2( 012)-3766/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, nə qədər ki, qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)3564/2018 saylı, 06.11.2018-ci il tarixli qətnaməsi ilə işin faktiki halları qiymətləndirilərək İddiaçı mübahisəli əmlaka dair hüquqları rədd edildiyindən və hazırki iddia tələbi Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi ilə müəyyən edilmiş işin faktiki halları ilə birbaşa bağlı olduğundan iddia təmin oluna bilməz, nəzərə alsaq ki, ünvan 1ndə yerləşən bağ evi QSC “xxxx” KB “Korporativ” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
14. Məhkəmə öz mövqeyini Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 82.3, 106.1, 217.4-cü ma ddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1050/2020 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova-sədrlik edən və məruzəçi, T.Quliyev və G.Tağızadə) apellyasiya şikayəti təmin olunmamış, Abşeron Rayon Məhkəməsinin 2(012)-3766/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır
17. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 06.11.2018-ci il tarixli qətnaməsi İddiaçı mübahisəli əmlaka dair hüquqları rədd edilmişdir. Bundan başqa iddia təl əbi Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi ilə müəyyən edilmiş işin faktiki halları ilə birbaşa bağlıdır. Bu səbəbdən də hazırki iddia ərizəsi təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxilması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 06.11.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının mübahisə predmeti olan əmlak üzərində hüquqları tanınmış və yalnız iddia müddəti ötürüldüyünə görə qeyd edi lən əmlakın bölünməsi barədə iddiası rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamış və Sumqayıt Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 06.11.2018-ci il tarixli qətnaməsi ilə mübahisə predmeti olan əmlak üzərində iddiaçının hüquqlarının tanınmadığını vurğulamaqla səhv nəticəyə gəlmişdir.
20. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İddiaçı və vəkili izahat verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxilması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər.
23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
25. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsn a olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edil miş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
28. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (maddə 152.1) Mənzil Məcəlləsi
29. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin hima yəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. (maddə 30.1)
30. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. (maddə 30.2.) Mülki Prosessual Məcəllə
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Hər bir tərəf öz tələblərinin və etiraz larının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
33. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (maddə 82.3)
34. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
35. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
36. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, h əmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
38. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır
40. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (31)
41. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 06.11.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı mübahisəli əmlaka dair hüquqları rədd edilmişdir. Bundan başqa iddia tələbi Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi ilə müəyyən edilmiş işin faktiki halları ilə birbaşa bağlıdır. Bu səbəbdən də hazırki iddia ərizəsi təmin edilməməlidir.
42. Bununla bağlı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi Mülki Prossesual Məcəllənin 82.3-cü maddəsi nə istinad edərək qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 06.11.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş halları hazırkı işə tətbiq etməklə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
43. Belə ki, iş materiallarından görünür ki, qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 06.11.2018-ci il tarixli qətnaməsi ünvan 1 ünvanında yerləşən 0.1612 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş bağ evi üzərində mülkiyyət hüququnun, o cümlədən mülkiyyət hüququna münasibətdə payın müəyyən edilməsi ilə bağlı olmuşdur.
44. Hazırkı iş üzrə tələb isə qeyd edilən əmlak üzərində istifadə hüququnun əldə edilməsi ilə bağlıdır. Belə olan halda hazırkı mübahisəyə, qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 06.11.2018-ci il tarixli qətnaməsinin tət biq edilməsi ilə iddianın rədd edilməsi qanuni və əsaslı deyildir.
45. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə görə istifadə hüququ mülkiyyət hüququnun üç elementindən biri kimi çıxış etməklə bərabər Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə uyğun olaraq yaşayış evinin mülkiyyətçisi ilə birgə yaşamaqla əldə edilən bir hüquq kimi də çıxış edir. (28-29)
46. Ona görə də iddiaçının yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərində (ər-arvad) olması və həmin evin məhz bu münasibətlərin olduğu dövrdə inşa edilməsi, iddiaçının sabiq əri ilə birlikdə həmin evdə yaşaması araşdırma predmeti olduğu və qeyd edilən hallara qiymət verilməklə iddianın qanuni və əsaslı olduğuna qiymət verilməli olduğu halda işə baxan məhkəmələr qanuni qüvvədə olan qətnaməyə istinad etməklə iddia tələbini rədd etmi şlər.
47. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır.
48. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
49. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1050/2020 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Sum qayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.