Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1607/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı2 və Cavabdeh1 vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12542/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-3059/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.Ə.Səmədov) id diaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri, 14 saylı Notariat Kontoruna qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” barədə iddiası rədd edilib. İddiaçılar qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12542/2019 saylı qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov sədrlik edən, məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçılar qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1la İddiaçı2 arasında imzalanmış xx xxxxxx 2018-ci il tari xli, 3M-1397 reyestr nömrəli və eyni tarixli, 3M-1395 reyestr nömrəli kredit müqavilələrinin, 3M-1396 reyestr nömrəli və 3M-1398 reyestr nömrəli ipoteka müqavilələrinin, Cavabdeh1la İddiaçı1 arasında imzalanmış xx xxxxxx 2018-ci il tarixli, 3M-1399 reyestr nömrəli kredit müqaviləsinin və 3M1400 reyestr nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib və tələblərini onunla əsaslandırıblar ki, xx xxxxxx 2018-ci ildə Aydın Əhmədovun zənginə əsasən, iddiaçılar 14 saylı notariat kontoruna gəliblər. Aydın Əhmədov təcili 680.000 manat pul lazım olduğunu və həmin məbləğin müqabilində əmlak qoyulmasını xahiş edib. İddiaçı2 Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, 6-cı döngədə yerləşən 15 “C” saylı evini və 0,12 ha torpaq sahəsini müqavilə əsasında ipoteka qoyaraq Cavabdeh1 guya 452.000 manat pul götürməsi ilə bağlı kredit müqaviləsini imzalayıb. İddiaçı2 pul ödənilməyib, həmin gün İddiaçı1 isə Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, 4-cü döngədə yerləşən 18 “C” saylı evini müqavilə əsasında ipotekaya qoyaraq Cavabdeh1 guya 452.000 manat pul götürüb. Həmin gün ümumilikdə Cavabdeh1 götürüldüyü iddia olunan 676.000 manat pul iddiaçılara ödənilməyib. Bundan sonra, Aydın Əhmədov həmin puldan 120.000 ABŞ dollarını Arif Kiçikbəyov, 20.000 ABŞ dollarını isə İddiaçı1 vasitəsilə qaytarıb. Yalan əqdlər olduğundan mübahisələndirilən müqavilələr etibarsız hesab olunmalıdır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş ediblər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏ LİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 vəkili xxx kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələbini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı1, vəkili Kamandar Nəsibov, cavabdehlər Cavabdeh1 və Bakı şəhəri, 14 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh1 vəkili xxxnın izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsini n maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddia ərizəsinin əsassız olmasına, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 324.1, 337.1, 340.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Cavabdeh1la İddiaçı2 arasında bağlanmış notarial qaydada təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 İddiaçı2 222.000 manat pul borc verməyi, sonuncu isə həmin pulu xx xxxxxx 2018-ci il tarixədək Cavabdeh1 qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda onlar arasında notarial qaydada bağlanmış digər xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı2 230.000 manat borc pul verməyi, sonuncu isə həmin pulu xx xxxxxx 2018-ci il tarixədək Cavabdeh1 ödəməyi öhdəsinə götürüb. Həmçinin, İddiaçı1la İddiaçı2 arasında bağlanmış notarial qaydada təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 İddiaçı2 222.000 manat borc pul verməyi, sonuncu isə həmin pulu xx xxxxxx 2018-ci il tarixədək Hənifə Babayevə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda, sözügedən kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün eyni tarixli ipoteka müqavilələrinə əsasən, İddiaçı2 məxsus olan ünvan ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi 6-cı döngədə yerləşən 15 “C” saylı fərdi yaşayış evi, həmçinin İddiaçı1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, 4-cü döngədə yerləşən 18 “C” saylı fərdi yaşayış evi Cavabdeh1 xeyrinə ipoteka hüququ ilə yüklü edilib və yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Daha sonra “xxxx” ASC tərəfindən xx xxxxxx 2018-ci il tarixdə İddiaçı2 409399 saylı çekə əsasən 230.000 manat, 409398 saylı çekə əsasən 222.000 manat, İddiaçı1 409.396 saylı çekə əsasən 222.000 manat pul ödənilib. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi n əticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb, Mülki Məcəllənin 324.1, 324.2, 329.1, 329.2, 331.1, 337.1, 337.3, 339.2, 340.2, 347.1, 347.2 və 390.1-ci maddələrinin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb düzgün olaraq qeyd edib ki, iddiaçılar öz iradə ifadələrini azad şəkildə bildirərək, eyni zamanda başqa əqdi pərdələmək məqsədi olmadan Cavabdeh1la müqavilələr bağlamışlar. Bu səbəbdən də iddia tələblərini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlil ləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, apelyasiya şikayətinin dəlilləri mülki iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsassızdır. Çünki iddiaçılar apelyasiya şikayətində hazırki mülki iş üzrə kredit müqavilələrinin mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla və (ya) başqa əqdi pərdələmək niyyəti ilə bağlanmasını və beləliklə də həmin müqavilələrin etibarsız əqd olmalarını təsdiqləyən hər hansı sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etm əlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bundan başqa, polis orqanının xx xxxxxx 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarından görünür ki, İddiaçı2 həmin araşdırma zamanı v erdiyi izahatında özünün və oğlu İddiaçı1 Cavabdeh1 borc götürdüyünü etiraf etmişdir. Hazırki işə birinci instansiya məhkəməsində baxılması zamanı İddiaçı2 ona verilmiş bütün sənədlərə imza etdiyini, həmçinin İddiaçı1 da müqavilələri imzaladığını təsdiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi işin həqiqi hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, hazırki mülki iş üzrə iddia tələbi kredit və ipoteka müqavilələrinin etibarsızlığı ilə bağlıdır. Kredit müqaviləsinin predmeti olan pul məbləğinin borc verənə təqdim edilməməsi faktı özü-özlüyündə kredit müqaviləsinin etibarsızlığı üçün deyil, həmin müqavilənin ləğvi üçün əsas ola bilər. Bu baxımdan birinci instansiya məhkəməsi iş üzrə kassa məxaric orderlərindəki imzaların iddiaçılar tərəfindən icra, imza edilib-edilməməsinə dair ekspertiza keçirilməsi barədə onların vəsatətini rədd etməkdə haqlı olmuşdur. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorların kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsas sız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 kasasiya şikayətitəmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12542/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1607/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1607/2020
05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver