Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1607/2021 18.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin cavabdeh X1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı-nın vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1510/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, QSC İddiaçı və Cavabdeh arasında xx.xx.2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/113675/15 saylı müqavilə bağlanmış, Həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 27 (iyirmi yeddi) faiz ödənilməsi şərti ilə 12 (on iki) ay müddətinə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 1604.95 manat məbləğində əsas borc, 100.19 manat məbləğində faiz borcu, 1657.74 manat cərimə borcu, 235.18 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə 3598.06 manat məbləğində borcu qalmışdır. Ona görə də, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/113675/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən Banka 1604.95 manat məbləğində əsas borc, 100.19 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 1657.74 manat məbləğində cərimə borcu, 235.18 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 3598.06 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun İddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şabran rayon Məhkəməsinin xx xxxxxx 2016-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov, iş № 2(031)-45/2020) iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin cavabdeh X1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi qismən təmin edilib, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/113675/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh 680.42 manat məbləğində əsas və 3.87 manat faiz olmaqla, ümumilikdə 684.29 manat məbləğində borc və 30 manat dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2015-ci il tarixli, 1xx/xx/113675/15 saylı kredit müqaviləsindən görünür ki, QSC İddiaçı tərəfindən Cavabdeh illik 27 (iyirmi yeddi) faiz ödənilməsi şərti ilə 12 (on iki) ay müddətinə, 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. xx xxxx 2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh QSC İd diaçı tərəfindən kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 23829 saylı rəyi ilə iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx xxxx 2015-ci il tarixli, 1xx/xx/113675/15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2019-cu il tarixinə (maliyyə arayışı üzrə tarixə) Ləğv Prosesində olan QSC «Bank Standart» KB olan borcu 684.29 manat, həmin borc üzrə 680.42 manat əsas borc, 3.87 manat faiz borcu, xx xxxx 2015-ci il tarixli, 1xx/xx/113675/15 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanma sı göstərilmədiyindən Cavabdeh cərimə hesablanmamışdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vax t üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kr editora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra etməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1. maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci ma ddəsinə əsasən müvafiq olaraq borclu öz üzərinə düşən öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin kreditor qarşısında borclu ilə birgə, eyni həcmdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/113675/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh 680.42 manat məbləğində əsas və 3.87 manat faiz olmaqla, ümumilikdə 684.29 manat məbləğində borc və 30 manat dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulmalı və iddianın qalan hissəsi əsassız olduğundan təmin olunmamalıdır. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova, iş № 2(105)-1510/2020) İddiaçı-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi F.A.Əliyevin apelyasiya şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-45/2020 saylı qətnaməsi qismən ləğv edilmiş, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/113675/15 saylı k redit müqaviləsi üzrə Cavabdeh 1350,03 manat əsas borc, 100,19 manat faiz borcu, 70 manat cərimə borcu və 203,11 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 5 faiz borcu olmaqla, ümumilikdə 1723,33 (min yeddi yüz iyirmi üç manat, otuz üç qəpik) manatın tutulub, İddiaçı-na ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat pulun 119,74 manat hissəsinin Cavabdeh, 130,26 manat hissəsi isə İddiaçı-dan alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2015-ci il tarixli, 1xx/xx/113675/15 saylı kredit müqaviləsinə görə, QSC İddiaçı tərəfindən Cava bdeh illik 27 (iyirmi yeddi) faiz ödənilməsi şərti ilə 12 (on iki) ay müddətinə, 2500 (iki min beş yüz) manat məbləğində kredit kartı verilmişdir. xx xxxx 2019-cu il tarixli bildiriş məktubuna görə, Cavabdeh QSC İddiaçı tərəfindən kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 23829 saylı rəyi ilə iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx xxxx 2015-ci il tarixli, 1xx/xx/113675/15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2019-cu il tarixinə (maliyyə arayışı üzrə tarixə) Ləğv Prosesində olan QSC «Bank Standart» KB olan borcu 684.29 manat, həmin borc üzrə 680.42 manat əsas borc, 3.87 manat faiz borcu, xx xxxx 2015-ci il tarixli, 1xx/xx/113675/15 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə hesablanmamışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digə r əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtın da icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə ə sasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsai tini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tən asüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinin tələbindən də göründüyü kimi məhkəmə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Apellyasiya instansiya məhkəməsi tərəfindən təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və kredit müqaviləsinin qüvvədə olduğu müdət ərzində mövcud hesablama yolu ilə cavabdehin bank qarşısında olan borcu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/3105 saylı rəyi ilə iş materiallarında olan hesabdan çıxarış,maliyyə arayışı məlumatları və xx xxxx 2015-ci il tarixli, 1xx/xx/113675/15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh x x.xx.2016-cı il tarixə (müqavilə müdətinin sonunadək) Ləğv Prosesində olan QSC «Bank Standart» KB olan borcu 2473,83 manat, həmin borc üzrə 2373,64 manat əsas borc, 100,19 manat faiz borcu olaraq müəyyən edilmişdir. Həmçinin hesabdan çıxarış məlumatları ilə müəyyən olunmuşdur ki, xx.xx.2016-cı il tarixdə 300 manat məbləğində ödəniş olmuş, xx.xx.2019-cu il tarixdə isə 723,61 manat məbləğində cari hesaba kompensasiya mədaxil olunmuşdur. Lakin banka olan borc məbləği xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin sonunadək) hesablandığından həmin tarixdən sonrakı ödənişlər nəzərə alınmamışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə tələb edilən cərimə borcunu ümumiyyətlə təmin etməmişdir. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrası nın təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/113675/15 saylı kredit müqaviləsi üzrə 1657,74 məbləğində cərimə borcu 70 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbindən görünür ki, iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB 235.18 manat gecikdirilmiş vax t üçün hesablanmış faiz məbləği tələb etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla ödənilməli pul məbləği 203 (iki yüz üç) manat 11 (on bir) qəpik müəyyən edilməlidir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1510/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilərək yeni qərar qəbul edilməsini və ya mübahisələndirilən hissədə ləğv edilərək mülki işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kasasiya şikayətində göstərilmişdir ki, ekspertiza rəyi tədqiqatın obyektiv, hərtərəfli və tam həcmdə aparılmaması səbəbindən, kifayət qədər aydın deyil, onda boşluqlar var, ekspert qarşısında qoyulmüş məsələlər tam həll edilməmişdir, onun əsaslandığı sübutlar qeyri mötəbərdir, bu rəy düzgün nəticəyə gəlməyə imkan vermir və iş üzrə sübut kimi qəbul edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı-nın vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1510/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilərək yeni qərar qəbul edilməsini və ya mübahisələndirilən hissədə ləğv edilərək mülki işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiya sı onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edi lərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməmə sinə istinad etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessual hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası mə hkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1510/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.