Məhkəmə qərarları › İş №2(102)-1608/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-1608/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1608/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5521/2022 saylı mülki iş üzrə 12 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bi rinci instansiya məhkəməsində icraat

1. İddiaçı məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borcalan və zamindən onun xeyrinə 2.949,5 ABŞ dolları əsas və 1.115,2 ABŞ dolları faiz borcunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir.

2. Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 9 iyun 2022-ci il tarixli 2(001)-1849/2022 saylı qətnaməsi ilə (hakim Məhəmməd Rüstəmli) iddia qismən təmin edilmiş, kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 2.513,82 ABŞ dolları məbləğində əsas borc, 634,6 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 3.148,42 ABŞ dolları məbləğində borc ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Bankın xeyrinə tutulması və iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5521/2022 nömrəli iş üzrə 12 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışınski (sədrlik edən və məruzəçi), A.N.İmanov və Q.A.Əsgərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

5. İddiaçı (vəkil Nümayəndə2) ka ssasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

6. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırmışdır ki, apellyasiya icraatı zamanı keçirilən ekspertiza zamanı eskpert düzgün nəticəyə gəlməmişdir. Belə ki, hakim məhkəmə iclasında da hesabdan çıxarışı nəzərdən keçirərək birinci instansiyada keçirilən icraat zamanı verilən rəydə ekspertin hesablama apararkən cərimə hissəsinin nəzərə almadığını açıq aydın görmüşdür. Lakin hər iki rəydə ekspertlər hesablanma apararkən xx.xx.2014-cü il tarixli MK/25289/39/25 saylı müqavilənin tərkib hissəsi ilə də tanış olmamışlar və rəy verərkən bunu da nəzərə almamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Kassasiya şi kayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

8. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

9. Maddə 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kass asiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

10. Maddə 417.1.7. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya baxışının hədləri

11. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələ rək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-1608/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir.

13. Bununla belə, müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsində iddiaçının cəmi 4.064,7 ABŞ dolları məbləğində pul tələbi 3148,2 ABŞ dolları hissəsində təmin olunmuş, iddia qalan (916,5 ABŞ dolları) hissədə rədd edilmiş, həmin qətnamə dən iddiaçının apellyasiya şikayəti təmin olunmamış, məhkəmə aktı dəyişdirilmədən saxlanılmışdır.

14. Göründüyü kimi, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır.

15. MPM-in 402.1.-ci maddəsində isə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilməsi imkanı nəzərdə tutulmamışdır.

16. Belə olan halda kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının 13 mart 2023-cü il tarixli qərardadı ləğv edilərək, iş kassasiya baxışından çıxarılmalı, kassasiya şikayəti geri qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

17. Göstərilənlərə əsasən və MPM-in 1 12.1.3, 402.1 və 417.1.7-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5521/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının 13 mart 2023-cü il tarixli qərardadı ləğv edilsin. 2(102)-1608/2023 nömrəli mülki iş kassasiya baxışından çıxarılsın və Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar