Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-161/2022 03.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" BOKT ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1713/2021 nömrəli iş üzrə 29 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 fevral 2022-ci il tarixdə Ali Məhkəm ənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, 12 oktyabr 2012-ci il tarixdə bağlanmış 230/Ş saylı kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən X2 heyvandarlığın inkişafı məqsədilə 60 ay müddətinə, illik 7% olmaqla 160000 manat məbləğində kredit verilmişdir.
2. Həmin kredit müqaviləsinin təminatı olaraq X7 12.10.2012-ci il tarixli ipoteka müqaviləsi ilə mülkiyyətində olan X kəndində X1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli Liter A-173,8 kv.m ümumi, 120,4 kv.m yaşayış və 53,4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evini və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) 1 mərtəbəli Liter 1 və 2 cəmi - 54,7 kv.m sahəni "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etmişdi r.
3. Həmçinin Cavabdeh 06 aprel 2012-ci il tarixdə bağlanmış ipoteka (girov) müqaviləsi ilə mülkiyyətində olan X məhəllədə, 0,0731 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 15 mərtəbəli binanın 3-cü girişində, 13-cü mərtəbəsində, ümumi sahəsi 159,2 kv.m olan 4 otaqlı, 62 nömrəli mənzili "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etmişdir.
4. X7 28 dekabr 2014-cü il tarixdə ölmüşdür. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarı ilə "xxxx" ASC-nin məcburi ləğv edilməsi barədə qərar qəbul olunmuşdur. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 avqust 2016-cı il tarixli qərarı ilə məcburi ləğv prosesində olan "xxxx" ASC-nin hüquq varisliyi qaydasında yenidən təşkil olunmaqla Bank Olmayan Kredit Təşkilatına çevrilməsi, məcburi ləğv prosesində olan "xxxx" A SC-nin öhdəliklərinin və aktivlərinin yenidən təşkil olunan Bank Olmayan Kredit Təşkilatına köçürülməsinin (ötürülməsinin) bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması, məcburi ləğv prosesində olan "xxxx" ASCnin Bank Olmayan Kredit Təşkilatına çevrilməsi ilə əlaqədar qeydiyyat orqanına verilməli olan müvafiq sənədlərin təqdim edilməsinin Bankın səhmdarlarına və ləğvedicisinə həvalə edilməsi qərara alınmışdır. 7. "xxxx" BOKT ASC-nin 10 iyul 2018-ci il tarixli maliyyə arayışına əsasən X1 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 74124,04 manat əsas borcu, 45206,70 manat faiz borcu, 180585,73 manat dəbbə pulu olmaqla, ümumilikdə 299916,47 manat borcu vardır.
8. Məhkəmə mühasibatlıq ekspertizasının 28 mart 2020-ci il tarixli rəyinə əsasən təqdim olunmuş hesa bdan çıxarış məlumatları, 12 oktyabr 2012-ci tarixli, 230/Ş saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi 12 oktyabr 2017-ci il tarixə X1 "xxxx" ASC-yə olan borcu 75845,23 manat məbləğində müəyyən olunur, o cümlədən əsas kredit borcu 74898,59 manat, faiz borcu 946,64 manat. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarında qeyd olunan 20 fevral 2019-cu il tarixdə aparılmış 5000,0 manat məbləğində ödəniş ekspertiza tədqiqatı zamanı nəzərə alınmamışdır. 9. "xxxx" MMC-nin Əmlakın qiymətləndirilməsi barədə 01 iyun 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 494-cü məhəllədə, 0,0731 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 15 mərtəbəli binanın 3-cü girişində, 13-cü mərtəbəsində, ümumi sahəsi 159,2 kv.m olan 4 otaqlı, 62 nömrəli mənzilin hazırki dövrə olan orta bazar dəyəri 308000 manat təşkil edir.
10. Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna əsasən "xxxx" MMC tərəfindən verilmiş cavabda qeyd olunur ki, 24 iyun 2021-ci il tarixdə ipoteka predmeti olan əmlakın likvid dəyəri- 293.000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı "xxxx" BOKT ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 iddiaçıya 12 oktyabr 2012-cı il tarixli 230/Ş №-li kredit müqaviləsi üzrə 74124,04 manat əsas, 45206,70 manat hesablanmış faiz, 180585,73 manat dəbbə pulu, cəmi 299916,47 manat, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, borcun əvəzinin ilkin satış qiymət i 35000 manat müəyyən edilməklə X kəndində X1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli Liter A-173,8 kv.m ümumi, 120,4 kv.m yaşayış və 53,4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinin və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) 1 mərtəbəli Liter 1 və 2 cəmi - 54,7 kv.m sahəsinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, borcun əvəzinin ilkin satış qiyməti 176000 manat müəyyən edilməklə, X məhəllədə Cavabdeh mülkiyyətində olan 0,0731 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 15 mərtəbəli binanın 3-cü girişində, 13-cü mərtəbəsində 159,2 kv.m ümumi, 101,8 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 62 nömrəli mənzilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, X kəndində X1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsi ndə yerləşən 1 mərtəbəli Liter A-173,8 kv.m ümumi, 120,4 kv.m yaşayış və 53,4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evində yaşayan - X8, X9, X10, X5 çıxarılmaları, fərdi yaşayış evinin və onun tərkibindəki həyətyanı tikili və qurğuların boşaldılması, X məhəllədə Cavabdeh mülkiyyətində olan 0,0731 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 15 mərtəbəli binanın 3-cü girişində, 13cü mərtəbəsində 159,2 kv.m ümumi, 101,8 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 62 nömrəli mənzildə yaşayan - Cavabdeh çıxarılması, fərdi yaşayış evi və onun tərkibindəki həyətyanı tikili və qurğuların boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 oktyabr 2012-ci il tarixdə bağlanmış 230/Ş saylı kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən X2 he yvandarlığın inkişafı məqsədilə 60 ay müddətinə, illik 7% olmaqla 160000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi X kəndində X1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli Liter A-173,8 kv.m ümumi, 120,4 kv.m yaşayış və 53,4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinin və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) 1 mərtəbəli Liter 1 və 2 cəmi - 54,7 kv.m sahəsi 12.10.2012-ci il tarixli ipoteka müqaviləsi ilə, Cavabdeh mülkiyyətində olan X məhəllədə, 0,0731 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 15 mərtəbəli binanın 3-cü girişində, 13-cü mərtəbəsində, ümumi sahəsi 159,2 kv.m olan 4 otaqlı, 62 nömrəli mənzili 06 aprel 2012-ci il tarixli ipoteka müqaviləsi ilə "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. 10 iyul 2018-ci il tarixə X1 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 74124,04 manat əsas borcu, 45206,70 manat faiz borcu, 180585,73 manat dəbbə pulu olmaqla, ümumilikdə 299916,47 manat borcu yaranmış, qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmiş, eyni zamanda qeydiyyat orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibətini bildirməmişlər.
13. Ağcabədi Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 2(017)-1396/2018 nömrəli qətnaməsi ilə (hakim E.B.Quliyev) iddia qismən təmin edilmiş, X1 "xxxx" BOKT ASC-yə 12 oktyabr 2012-ci il tarixli, 230/Ş nömrəli kredit müqaviləsi üzrə 74124,04 manat əsas kredit borcunun, 45206,70 manat faiz borcunun və 800 manat dəbbə pulu borcunun ipoteka predmeti olan X məhəllədə, 0,0731 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 15 mərtəbəli binanın 3-cü girişində, 13-cü mərtəbəsində, ümumi sahəsi 159,2 kv.m olan 4 otaqlı, 62 nömrəli mənzilin ilkin satış qiymətinin 176000 manat müəyyən edilməklə həmin əmlaka yönəldilməsi, həmin ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan puldan X1 "xxxx" BOKT ASC-yə 12 oktyabr 2012-ci il tarixli, 230/Ş nömrəli kredit müqaviləsi üzrə 74124,04 manat əsas kredit borcunun, 45206,70 manat faiz borcunun və 800 manat dəbbə pulu borcunun, həmçinin 12 manat dövlət rüsumunun əvəzinin "xxxx" BOKT ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan - Cav abdeh verilməsi, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan digər şəxslərin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə yaşayış sahəsindən çıxarılmaları və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Beyləqan filialı ilə X7 arasında 12.10.2012-ci il tarixli kredit müqaviləsinin bağlanması, onun bankdan 60 ay müddətinə 160000 manat məbləğində kredit alması, kreditdən istifadəyə görə illik 7 faiz ödəməyi öhdəsinə götürməsi, onun müqavilə öhdəliklərini yerinə yetirməməsi və hazırda X1 12.10.2012-ci il tarixli, kredit müqaviləsi üzrə 74124,04 manat əsas kredit borcu, 4520 6,70 manat faiz borcu, 180585,73 manat dəbbə pulu olmaqla, cəmi 299916,47 manat məbləğində banka borcunun qalması sübuta yetir.
15. Həmçinin müəyyən olundu ki, X7 28.12.2014-cü il tarixdə ölmüşdür.
16. Məhkəmə hesab etmişdir ki, X1 banka olan 74124,04 manat əsas kredit borcu üzrə 180585,73 manat dəbbə pulu hesablaması ədalətli deyil
17. Kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini və cəmiyyətin ümumi maraqlarının tələbləri ilə borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığını nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, tələb edilən 180585,73 manat cərimə növündə dəbbə pulu tələbi qismən təmin edilməklə, 800 manat məbləğində cərimə növündə dəbbə pulu alınaraq iddiaçıya ödənilməlidir.
18. Qanunvericilik nümayəndənin və ya əkilin göstərdiyi hüquqi y ardıma görə xərcləri ağlabatan məbləğdə müəyyən edilərək xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini xeyrinə qətnamə çıxarılanın təqdim etdiyi hesab və konkret hallar, yəni göstərilən yardımın həcmi, nümayəndələrin sayı, baxılan işin mürəkkəbliyi və s. hallarla şərtləndirmişdir. Hüquqi yardıma görə pulun ödənilməsini təsdiq edən, digər zəruri xərcləri özündə əks etdirən hər hansı bir sənəd işə əlavə edilmədiyindən hazırkı iş üzrə iddiaçı tərəfindən tələb edilən və kredit müqaviləsində qeyd edilən gecikdirilmiş borcun qaytarılması istiqamətində məhkəmə və digər səlahiyyətli orqanlara müraciət olunduğu halda nümayəndələrin, dövlət rüsumlarının ödənilməsi ilə bağlı və digər zəruri xərclər şəklində dəymiş zərərə görə 500 manat məbləğində cərimə təmin edilə bilməz.
19. Bununla yanaşı X kəndind ə X1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli Liter A-173,8 kv.m ümumi, 120,4 kv.m yaşayış və 53,4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinin və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) 1 mərtəbəli Liter 1 və 2 cəmi - 54,7 kv.m sahəsinin yüklü edilməsi barədə 12.10.2012-ci il tarixli ipoteka müqaviləsi qanunvericiliyin tələbinə uyğun dövlət qeydiyyatına alınmadığından məhkəmə hesab etmişdir ki, iddiaçının ipoteka hüququ əmələ gəlmir. Ona görə də iddia tələbi borcun X kəndində X1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsi, həmçinin həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 120,4 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi hissəsində təmin edilməməlidir.
20. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanu n normalarına uyğun qiymət verərək hesab etmişdir ki, X7 "xxxx" ASC ilə 12.10.2012-ci il tarixli kredit müqaviləsi bağlayarkən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən ipoteka ilə yüklü edilmiş, Cavabdeh mülkiyyətində olan X məhəllədə, 0,0731 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 15 mərtəbəli binanın 3-cü girişində, 13cü mərtəbəsində, ümumi sahəsi 159.2 kv.m olan 4 otaqlı, 62 nömrəli mənzilin ilkin satış qiyməti 176000 manat müəyyən edilərək açıq hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək puldan X1 12.10.2012-ci il tarixli kredit müqaviləsi üzrə 74124,04 manat əsas kredit borcu, 45206,70 manat faiz borcu və 800 manat dəbbə pulu borcu, həmçinin 12 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, ipoteka qoyulmuş yaşayış ev inə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan digər şəxslər yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmədikdə yaşayış sahəsindən çıxarılmalı və mənzil boşaldılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 310, 317.1, 319.1, 385.1, 442, 443.1, 445.1, 448.1, 467, 739.1, 739.2-ci, “İpoteka haqqında” Qanunun 11, 33, 34.1.2, 47.5, 59.3.1, 59.3.2-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 121.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
22. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir.
23. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyul 2020-ci il tarixli, 2(106)-507/2020 nömrəli qətnaməsi i lə (hakim Z.B.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər Q.B.Kərimovdan və N.F.Mirzəyevdən ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 2(017)-1396/2018 nömrəli qətnaməsi cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən faiz borcunun məbləğinin müəyyən edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinə münasibətdə dəyişdirilmiş, 12 oktyabr 2012-ci tarixli 230/Ş saylı kredit müqaviləsinə əsasən tutulmalı olan faiz məbləğinin 946,64 manat məbləğində müəyyən edilməsi, X1 "xxxx" Bank Olmayan Kredit X11 Cəmiyyətinə 12 oktyabr 2012-ci il tarixli, 230/Ş saylı kredit müqaviləsi borcunun - 74124,04 manat əsas, 946,64 manat hesablanmış faiz borcu, 800 manat dəbbə pulu, cəmi 75870,68 m anat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 494-cü məhəllədə, 0,0731 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 15 mərtəbəli binanın 3-cü girişində, 13-cü mərtəbəsində, ümumi sahəsi 159,2 kv.m olan 4 otaqlı, 62 nömrəli mənzilin ilkin satış qiymətinin 308000 manat məbləğində müəyyənləşdirilməsi, qətnamənin Cavabdeh apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-mühasibatlıq ekspertizasının 2191 saylı, 28 mart 2020-ci il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları. 12 oktyabr 20 12-ci tarixli, 230/Ş saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi 12 oktyabr 2017-ci il tarixə X3 "xxxx" ASC-yə əsas kredit məbləği üzrə 74.898,59 manat, faiz məbləği üzrə 946,64 manat təşkil edir. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarında qeyd olunan 20.02.2019-cu il tarixdə aparılmış 5.000,0 manat məbləğində ödəniş hazırki ekspertiza tədqiqatı zamanı nəzərə alınmadı.
25. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2191 saylı, 28 mart 2020-ci il tarixli rəyi nəzərə alınmaqla, 12 oktyabr 2012-ci tarixli, 230/Ş saylı kredit müqaviləsi üzrə "xxxx" BOKT ASC tərəfindən 45.206,70 manat həddində müəyyən edilmiş faiz borcunun 946,64 manat həddində müəyyən edilməsi daha dü zgün və ədalətli olardı.
26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, "xxxx" BOKT ASC tərəfindən X6 verilmiş kredit məbləğinə görə hesablanmış cərimə məbləği 180.585,73 manat təşkil etsədə, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulmasının cavabdehin əmlak mənafelərinə xələl gətirə bilməsi qeyd edilərək, kredit müqaviləsindən irəli gələn dəbbə pulunun tələbi tənasübsüz surətdə yüksək olması nəzərə alınaraq 800 manat məbləğində azaldılması və iddianın həmin hissədə qismən təmin edilməsi qanuni və əsaslıdır.
27. Bundan başqa "xxxx" MMC-nin Əmlakın qiymətləndirilməsi barədə 01 iyun 2020ci il tarixli mütəxəssis rəyinə əsasən X məhəllədə, 0,0731 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 15 mərtəbəli binanın 3-cü girişində, 13-cü mərtəbə sində, ümumi sahəsi 159,2 kv.m olan 4 otaqlı, 62 nömrəli mənzilin hazırki dövrə olan orta bazar dəyəri 308000 manat təşkil edir.
28. Qeyd olunan mütəxəssis rəyində ipoteka predmeti olan X məhəllədə, 0,0731 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 15 mərtəbəli binanın 3-cü girişində, 13-cü mərtəbəsində, ümumi sahəsi 159,2 kv.m olan 4 otaqlı, 62 nömrəli mənzilin hazırki dövrə (01 iyun 2020-ci İ tarixə) olan orta bazar dəyərinin 308.000 (üç yüz səkkiz min) manat həddində müəyyən edilməsi ətraflı əsaslandırıldığından həmin rəy nəzərə alınmalıdır.
29. Odur ki, məhkəmə kollegiyası iddiaçı "xxxx" Bank Olmayan Kredit X11 Cəmiyyətinin nümayəndəsinin iş üzrə təkrar qiymətləndirici dəvət edilməsi haqqında vəsatətini əsassız hesab etmişdir.
30. Məhkəmə kollegiyası həmçinin Cavabdeh apelyasiya şikayəti nin borcun ipoteka predmeti olan Beyləqan rayonu, Örənqala kəndində 0,12 ha torpaq sahəsi və həmçinin həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əldə olunan pul borcunun ödənilməsinə yönəldilməsi barədə dəlilinə münasibət bildirərək, həmin dəlili əsassız hesab etmişdir. Belə ki, qeyd olunan hissədə iddia tələbi təmin olunmasa da, iddiaçı həmin vəziyyətlə razılaşmış və apelyasiya şikayəti verməmişdir. Odur ki, həmin tələbin cavabdehin apelyasiya şikayətinə əsasən təmin edilməsi mümkün deyildir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
31. Qətnamədən iddiaçı və Cavabdeh kassasiya şikayətləri vermişlər.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər: E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəl iyeva və A.Abbasov) 22 fevral 2021-ci il tarixli, 2(102)-426/2021 nömrəli qərarı ilə iddiaçı "xxxx" BOKT ASC tərəfindən isə verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyul 2020-ci il tarixli, 2(106)-507/2020 nömrəli qətnaməsinin qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması, qətnamənin qalan mübahisəli hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
33. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, borcalan X7 hazırki iddia məhkəməyə verilməmişdən əvvəl ölmüşdür. Bu səbəbdən iddiaçı tərəfindən qanu na uyğun olaraq borcalan cavabdehlər siyahısına əlavə olunmamış və tələb yalnız ipotekaqoyan Cavabdeh qarşı irəli sürülərək, məhkəmə tərəfindən borcun ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilmişdir. Borclu iş üzrə tərəf olmadığı üçün Azərbaycan Respublikası MPM-in 58.1-ci maddəsinə əsasən onun hüquq varisliyinin araşdırılmasına zərurət olmamışdır.
34. Digər tərəfdən məhkəmə kollegiyasının qənaətinə görə, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq borcu müvafiq ekspertiza keçirilməklə müəyyən etmişdir.
35. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altın a alan hər hansı hal mövcud deyildir.
36. Məhkəmə kollegiyası izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
37. Cavabdeh kredit müqaviləsi üzrə müəyyən olunmuş borcun düzgün müəyyən edilməməsini göstərsə də, bunu əsaslandırmamış və işə mahiyyəti üzrə baxan məhkəmələrə sübutları (ödənilmiş, lakin borcun hesablanmasında nəzərdə tutulmamış maliyyə sənədləri, hesablamanın düzgün aparılmamasına dair mühasibatlıq sənədlərini və s.) təqdim etməmişdir.
38. Həmçinin qeyd edilmişdir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən səlahiyyətləri çərçivəsində dəbbə pulunu azaltmışlar. Müəyyən edilmiş cərimə məbləği həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğundur və onun daha da azaldılması üçün əsaslar mövcud deyildir.
39. İddiaçının kasasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq müqavilənin şərtlərinə uyğun hesablanan faiz borcunu yalnız müqavilə müddəti üçün müəyyən edərək tutmuşdur. Belə ki, apelyasiya instansiyası məhkəməsinin həmin mövqeyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cu il tarixli qərarına uyğundur.
40. Nəhayət ipoteka predmetlərinin ilkin satış qiy məti ilə bağlı izah olunmuşdur ki, “İpoteka haqqında” Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
41. İş materiallarından müəyyən olunur ki, apelyasiya instansiyası məhkəməsi "xxxx" MMC-nin Əmlakın qiymətləndirilməsi barədə 01 iyun 2020-ci il tarixli mütəxəssis rəyini əsas götürərək, ipoteka predmetinin açıq hərracdan ilkin satış qiyməti kimi həmin mənzilin orta bazar dəyəri ilə müəyyən etmişdir. Məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı araşdırma aparılmamış, müvafiq mütəxəssis rəyi alınmamışdır.
42. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tətbiqində səhvə yol vermi şdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
43. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1713/2021 nömrəli iş üzrə 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Əsədov (sədrlik edən və məruzəçi), S.Mayılov və N.Mirzəyev) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 2(017)-1396/2018 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə dəyişdirilmiş, ipoteka predmetinin likvid qiyməti 293.000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə mübahisələndirilməmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi üzrə, məhkəmə "xxxx" MMC-nin Əmlakın qiymətləndirilməsi barədə 01 iyun 2020-ci il tarixli mütəxəssis rəyini əsas götürərək, ipoteka predmetinin açıq hərracdan ilkin satış qiyməti kimi həmin mənzilin orta bazar dəyərini müəyyən etmişdir. Bu zaman ipoteka predmetinin likvid dəyəri müəyyən edilməmişdir. 45. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 46. "xxxx" MMC-nin 01 iyun 2020-ci il tarixli qiymətləndirmə rəyinə görə qiymətləndirilən fərdi yaşayış evinin 01 iyun 2020-ci il tarixinə orta bazar qiyməti 308000 manat təşkil edir.
47. X4 Məhkəməsinin sorğusuna əsasən "xxxx" MMC tərəfindən verilm iş cavabda qeyd olunmuşdur ki, 24 iyun 2021-ci il tarixdə ipoteka predmeti olan əmlakın likvid dəyəri293.000 manat təşkil edir.
48. Kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilərkən "xxxx" MMC-nin arayışında göstərilən likvid dəyəri əsas götürülməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
49. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
50. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq no rmalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
52. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
53. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qər ardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
54. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
55. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdır ılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq “İpoteka haqqında” Qanun
57. İlkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. (maddə 1.0.9) “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadı 58. “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. (11-ci bənd)
59. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən rea l bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir. (12-ci bənd) 60. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. (Nəticə hissəsi) Mülki Prossesual Məcəllə
61. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
62. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübu t etməlidir. (maddə 77.1)
63. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
64. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
65. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
66. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materiall arı ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
69. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1713/2021 nömrəli iş üzrə 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.