Məhkəmə qərarları › İş №2(102)-1610/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1610/2025

29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1610/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı mülki iş üzrə QƏRARI Açar sözlər: sağlamlığa vurulmuş zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-374/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasın da yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası DTX Hərbi-tibbi Baş İdarəsi tərəfindən verilmiş epikrizdə olan qeydlərə görə İddiaçı cərrahiyyə stasionar şöbəsinə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Ona «sağ əl İİİ, İV, V barmaqların falanqa sınığı, vətər, damar və sinirlərin kəsilməsi» diaqnozu qoyulmuşdur. Xəstə xx.xx.2020-ci il tarixində ümumi anesteziya ilə V barmağın amputasiyası, yumşaq toxuma əməliyyatı, osteosintez əməliyyatı olmuşdur. Xəstənin çıxış tarixi xx.xx.2020-ci il olaraq qeyd olunub.

2. DTX Hərbi-tibbi Baş İdarəsi tərəfindən verilmiş epikrizdən müəyyən olunur ki, İddiaçı cərrahiyyə stasionar şöbəsinə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Ona «sağ əl pəncəsi İV barmaqda kontraktur» diaqnozu qoyulub. Xə stəyə xx.xx.2021-ci il tarixdə ümumi anesteziyanın tətbiqi ilə “Sağ əl İV barmaqda konyrakturun ləğvi, artrodez” cərrahi əməliyyatı icra edilmişdir. Xəstənin çıxış tarixi xx.xx.2021-ci il olaraq qeyd olunub.

3. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun 18 oktyabr 2021-ci il tarixli arayışında qeyd olunur ki, İddiaçı «sağ əlin ağır açıq travmasının cərrahi əməliyyatlarla müalicəsindən sonrakı vəziyyəti: V barmağın falanqa oynağından ekzartikulyasiyasından sonraki, İV barmağın hipotrofiyası» diaqnozu qoyulmuşdur.

4. İddiaçı xx.xx.2022-ci il tarixdə DİN-in 102 xidmətinə məlumat verərək və Nərimanov RPİ-nin 17-ci PŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarix də işlədiyi plasmas detalların hazırlanması sexinin müdüri Düzgün adlı şəxsin onu təhqir etdiyini, sinəsindən itələdiyini bildirib, qanuni tədbir görülməsini xahiş etmişdir. Həmçinin araşdırma zamanı izahatında bildirmişdir ki, xx.xx.2020-ci ildə həmin sexdə işləyərkən sağ əli dəzgahın arasında qalaraq xəsarət almışdır. Ş.Mirzəbəyovanın şikayəti əsasında Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış və toplanmış 435-C-22 nömrəli material üzrə 11 noyabr 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda aşağıdakılar əksini tapmışdır: - Məhkəmə-Tibbi Ekspertizası və PA birliyinin xx.xx.2022-ci il tarixli, 987 №-li rəyinə görə İddiaçı bədən səthində aşkar edilmiş xəsarətlər - sağ əlin İİİ-İV-V barmaqlarının şişkinlik halında əzilməsi, qançırları, açıq ya raları, İV-V barmaqların falanqa sümüklərinin sınıqları ilə müşayiət olunan sağ əlin V barmağın əl daraq proyeksiyasından travmatik amputasiyası, sağ İV barmağın kəskin nəzərə çarpan kontrakturası-ankilozu-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2020-ci il tarixdə və şəraitdə yəni, istehsalatda olan sıxıcı dəzgahın arasında qalması nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birindən az olmaqla (30 %) daimi dayanıqlı itirilməsinə səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aiddir, aşkar edilmiş xəsarət xarakter və lokalizasiyasına görə şəxsin öz-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil. - Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 10/7083 nöm rəli, xx.xx.2022-ci il tarixli rəyində qeyd olunmuşdur ki, baş vermiş hadisə ilə əlaqədar “Təşkilat, idarə müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələbləri pozulmuşdur. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırılıb hazırlanması sexində operator vəzifəsində işə buraxılmış İddiaçı iş zamanı ona tapşırılmış işin texnoloji prosesinin ardıcıllığına aid olmayan işi gördüyünə, yəni avadanlığın yuxarı hissəsində olan örtüyü çıxarıb əlini işlək vəziyyətdə olan hissələrə (presləmə) yaxınlaşdırmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, onu tərəfindən “Təşkilat, idarə müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələbləri pozulmuşdur. - Göründüyü kimi, 25 sent yabr 2022-ci il tarixdə Cavabdeh MMC-nin icarəyə götürdüyü ünvan 1 ünvanında fəaliyyət göstərən plasmas məmulatların hazırlanması sexində əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırılıb bilikləri yoxlanılmasına və fərdi mühafizə vasitələri ilə təmin edilərək plastik məmulatların hazırlanması sexində operator vəzifəsinə işə buraxılmış İddiaçı iş zamanı ona tapşırılmış işin texnoloji prosesinin ardıcıllığına aid olmayan işi görüdüyünə, yəni avadanlığın yuxarı hissəsində olan örtüyü çıxarıb əlini işlək vəziyyətdə olan hissələrə (presləmə) yaxınlaşdırmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun tərəfindən “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələbləri pozulmuş, nəticədə sağ əli dəzgahın ar asında qalaraq dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birindən az olmaqla (30 %) daimi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sağ əlin İİİ- İV-V barmaqlarının şişkinlik halında əzilməsi, qançırları, açıq yaraları, İV-V barmaqların falanqa sümüklərinin sınıqları ilə müşayiət olunan sağ əlin V barmağın əl-daraq proyeksiyasından travmatik amputasiyası, sağ İV barmağın kəskin nəzərə çarpan kontrakturası-ankilozu kimi xəsarətlər almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və daha sonra iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən (direktoru X1) xx.xx.2020-ci il tarixdə iş yerində aldığı xəsarət nəticəsində dəymiş maddi və mənəvi zərəri nəzərə alaraq, aparılmış müalicə və əməliyyatlara çəkdiyi xərcin, zərər aldığı gündən bu günə və bundan sonrakı işsiz qaldığı zaman üçün aylıq əmək haqqı (aylıq 700 manat); estetik protez əlinin xərcləri (11800 manat); işlədiyi son dörd aylıq ödənilməyən əmək haqqı (4700 manat); yaşadığı mənəvi-psixoloji sarsıntıların və komplekslərin əvəzi olaraq (10 000 manat) olmaqla, 60.000 manat pulun zərər olaraq hesablanıb birdəfəliyə alınıb ona ödənilməsi və iş yerində aldığı xəsarətin təsdiqlənərək sənədin təqdim olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ildə X3 işlətdiyi Cavabdeh MMC-nin ünvan 2 ünvanında olan plastmas hissələrinin istehsalı sexində dəzgah operatoru vəzifəsində işə başlamışdır. Əvvəllər də zgahda işlədiyi üçün kifayət qədər təcrübəsi olduğundan Gürbüz Düzgün 2018-ci ilin mart ayında yoxlamadan onu dəzgah operatoru vəzifəsində işə götürüb. İki ay işlədikdən sonra səhhətində yaranan problemlə bağlı işinə ara verməli olub. 2018-ci ilin mart ayında yenidən həmin sexdə operator vəzifəsində işə başlayıb və 25 sentyabr 2020-ci il tarixədək sexdə operator vəzifəsində çalışıb. Ona ilkin olaraq hər ay 450 manat, sonra 500 manat, daha sonra işlətdiyi əlavə iş saatları və bazar günləri nəzərə alınmaqla hər ay 700 manat əmək haqqı verilirdi. 25 sentyabr 2020-ci il tarixdə saat 08:00-də əlcəklərini geyinib dəzgahda işə başlamaq istəmiş, lakin dəzgahın nasaz olduğunu görmüş, dəzgahın nasazlığı barədə Gürbüz Düzgünə xəbər vermişdir. Sonuncu ona dəzgahı fasilələrlə işlətməyi tapşırmışdır. Hə min gün saat 13:00 radələrində nahar fasiləsinə çıxmış və nahar fasiləsindən qayıdandan sonra dəzgahı işlətməyə başlamış, dəzgah işləməmişdir. İddiaçı dəzgahın qapağını açmış, xammalı verib-verməməsini yoxlamaq istəmiş, görmüşdür ki, dəzgah xammalı vermir, bu zaman dəzgahın qapağı qəflətən bağlanmış və sağ əlinin barmağı qapağın altında qalaraq preslənmişdir. Ağrıdan qışqırmış, işçilər gəlib əlini bağlamış, Gürbüz Düzgün iş yoldaşı Şahnazla birlikdə onu Travmatologiya İnstitutuna aparmışdır. Orada barmağına tikiş qoyulub, iynələr vurulduqdan sonra evə buraxılmışdır. Lakin evdə səhhəti pisləşdiyindən iş yoldaşı Gülü həyat yoldaşı ilə gəlib onu yenə Travmatologiya İnstitutuna aparıb və xəstəxanada qalmışdır. Gürbüz Düzgün iş yerində xəsarət almağı barədə şikayət etməyəcəyi halda əlini əməl iyyat etdirəcəyinə, itirilmiş iki barmağının yerinə protez barmaq düzəltirəcəyinə, ömürlük hər ay işçi kimi 700 manat maaş verəcəyinə söz vermiş, onun sözünə inanıb həkimə evdə xəsarət aldığını demişdir. Aldığı xəsarətlə bağlı müalicəsi bir neçə ay davam edib. Xəsarət alan əlində iki dəfə xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixdə cərrahi əməliyyat edilib. Əməliyyat xərcləri işlədiyi ayların verilməmiş əmək haqları ilə ödənilib. Sonra dəfələrlə desə də, Düzgün pulu olmadığını bəhanə edib itirilmiş barmaqlarına protez düzəltdirməyib. Səhhəti bir az düzələndən sonra məcbur olub 2021-ci ilin noyabr ayında yenidən sexdə işləməyə başlayıb. 2022-ci ilin avqust ayının 11- də Düzgün ləng işləməyini bəhanə edib, onu təhqir edərək işdən qovub və işlədiyi son 4 ayın əmək haqqını da verməyib. Bundan sonra Düzgünün şikayətçi olmamağı üçün ona yalan vəd verdiyini anlayıb və iş yerində xəsarət alması barədə 102 xidmətinə zəng edib məlumat vermişdir. Xəsarət alandan sonra bilmişdir ki, Gürbüz Düzgün əmək müqaviləsi bağlamadan onu sexində qanunsuz işlədib. Hər ay əmək haqqı aldığı üçün bundan şübhələnməmişdir. O, heç bir təhlükəsizlik qaydalarına əməl etməyib və təhlükəsiz iş şəraiti yaratmayıb. İşlədiyi müddətdə iddiaçıya fərdi mühafizə vasitələrindən yalnız əlcək verilib, başqa heç nə verilməyib. X2 verdiyi xx.xx.2023-cü il tarixli məktubunda hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İşdə aldığı xəsarət nəticəsində sağ əlinin barmaqlarının hərəkəti məhdudlaşmışdır. Hesab edir ki, cavabdeh tərəfindən işdə aldığı xəsarət səbəbindən əlinin itirilmiş iki barmağının bərpası üçün lazım olan vəsaiti yəni vurduğu zərərin əvəzini ödənilməməsi qanunlarla qorunan hüququnu pozur. Cavabdeh tərəfindən iş yerində aldığı xəsarətə görə dəyən zərərin (aparılmış müalicə və əməliyyatlara çəkdiyi xərc, itirilmiş iki barmağına protez qoyulması, digər müalicə xərci və işsiz qaldığı müddət görə odəniş) əvəzi olaraq on min manat ödənilməlidir.

7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddiaya etiraz edərək qeyd etmişdir ki, Gürbüz Düzgün iddiaçıya belə bir tapşırıq verməyib. Təlimata əsasən dəzgah nasaz olanda usta düzəldir. Nərimanov rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında baş vermiş hadisə ilə bağlı tərəflərin və şahidlərin ifadələri, keçirilmiş ekspertiza rəyləri tələbin əsassız olması nət icəsinə gəlməyə əsas verir. İddiaçı iddia ərizəsində onun yoxlanmadan işə qəbul edilməsini bildirsə də, prokurorluqda verdiyi izahatında göstərmişdir: “İşə qəbul olunmamışdan öncə MMC-nin direktoru tərəfindən biliyi və dəzgahda operator kimi işləmə qabiliyyəti yoxlanılmış, yalnız bundan sonra dəzgaha buraxılmışdır”. “İşə başlamamışdan əvvəl texniki təhlükəsizlik qaydalarına riayət olunması barədə təlimat keçirilməmiş, bu barədə müvafiq jurnalı imzalamamışdır. Lakin hər gün işə başlamamışdan öncə Gürbüz Düzgün onlara şifahi qaydada texniki təhlükəsizlik qaydalarına riayət olunmasına tapşırıq vermişdir. Həmçinin işçilər fərdi mühafizə vasitələri ilə təchiz edilmişdir». İddiaçı istintaq zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, iddiaçı işə başlamamışdan əvvəl şifahi qaydada texnik i təhlükəsizlik qaydalarına riayət olunmasına direktor tapşırıq vermişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində göstərdikləri istintaqda verdiyi izahatlarla kəskin ziddiyyət təşkil edir. İşə başlamamışdan əvvəl şifahi qaydada texniki təhlükəsizlik qaydalarına riayət olunmasına direktor tapşırıq verirdi. Hadisədən sonra bütün xərclərini Düzgün bəy qarşıladı. İşçilər fərdi mühafizə vasitələri ilə təchiz edilirdi. İddiaçı iddia ərizəsində və izahatında istintaqda göstərilənləri təkzib edərək istintaqda verdiyi izahatını oxumadan imza etdiyini bildirsə də, bu barədə uzun müddət keçən məhkəmə dövründə, habelə məhkəmə onun hüquqlarını izah edərək həmin qərardan nə üçün şikayət vermədiyini və hazırda da şikayət hüququnun olduğunu izah etsə də, iddiaçı bu günə qədər həmin qərardan şikayət ve rməmişdir. Bu fakt bir daha iddiaçının tələbinin əsassızlığını sübut edir. İstintaqda izahatı alınan Düzgün Gübrüz göstərmişdir ki, «dəzgahda işləyən operator yalnız dəzgaha qəlibləri yerləşdirdikdən sonra dəzgahı işə salıb lazım olan materialı əlavə edib dəzgahın düyməsini basmaqdan, hazır malı dəzgahdan götürüb kənara qoymaqdan ibarətdir. Ədilə işə düzəlməyə gəlmiş şəxsiyyət vəsiqəsini tələb etmiş, o, faizlə pul götürdüyünü, şəxsiyyət vəsiqəsinin lombarda olduğunu əsas gətirmişdir. Bu minvalla müxtəlif bəhanələr gətirərək təqdim etmədiyindən əmək müqaviləsi bağlamamışdır. Baş vermiş hadisə ilə bağlı bütün xərcləri özü çəkmiş, iki dəfə hərbi hospitalda əməliyyat olunmuş, bununla bağlı bütün xərclər daxil olmaqla 5000 manat hərbi hospitala ödəmiş, 3000 manat müalicə xərcləri ilə yanaşı h ər ay 550 manat əmək haqqı kimi iddiaçıya ödəmişdir». Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi - Tibb Baş İdarəsinin vəkil sorğusuna cavab olaraq verdiyi iddiaçının tibb kartası və hesabfakturasının surətindən görünür ki, bütün xəstəxana və 2 əməliyyat xərcləri üçün 2542 manat xəstəxanaya pul ödənilmişdir. Bundan əlavə Gübrüz Düzgün 17 ay 550 manatdan, iddiaçıya, iddiaçının oğlu Raufa maşınının təmiri üçün 800 manat, fizoterapiyalar üçün 300+300+300 manat pul xərcləmişdir. Göründüyü kimi Düzgün Gübrüzün ödədiyi 5000 manatın yalnız göstərilən məbləği əməliyyat xərci kimi sənədləşdirilmişdir. İddiaçının şahidi Şahid2 ifadəsi ilə bağlı məhkəmənin nəzərinə çatdırır ki, həmin şahidin iş zamanı sexdə olan kamera görüntüsünü məhkəməyə təqdim etmişdir. Kamera görüntüsündən aydın olur ki, şahid iş zam anı daimi telefonla danışır, dəfələrə direktor ona irad tutsa da şahid buna əhəmiyyət vermədiyinə görə işdən qovmuşdur. Hesab edir ki, onun verdiyi ifadə qərəzlidir ona görə də sübut kimi qəbul edilməməlidir. Çünki direktora qarşı qərəzlidir. Nərimanov rayon prokurorluğunda iş üzrə təyin edilmiş məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 10/7083 nömrəli, xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı “iş zamanı ona tapşırılmış texnoloji prosesin ardıcıllığına aid olmayan iş gördüyünə, yəni avadanlığın yuxarı hissəsində örtüyü çıxarıb əlini işlək vəziyyətdə olan hissələrə (presləmə) yaxınlaşdırmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun tərəfindən “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam Qaydaları”nın 11-ci bəndinin tələblərini pozmuşdur. Göründüyü kimi iddiaçı dəzgahın yuxarı hissəsinə çıxaraq, dəzgahın üstündə olan örtüyünü çıxarıb, özü öz əlini dəzgahın işlək vəziyyətdə olan hissələrinə (presləmə) yaxınlaşdıraraq öz fərdi təhlükəsizliyini qorumamış, nəticədə qeyd olunan xəsarəti almışdır. Bununla da iddiaçının özünün qəsdi nəticəsində xəsarət almasına kifayət qədər əsaslar vardır. Bundan əlavə iddiaçı iddia ərizəsində baş vermiş hadisəni belə göstərir: “nahar fasiləsindən qayıdandan sonra dəzgahı işlətməyə başlamış, dəzgah işləməmişdir. O, dəzgahın qapağını açdı, xammalı verib-verməməsini yoxlamaq istədi. Gördü ki, dəzgah xammalı vermir. Bu zaman dəzgahın qapağı qəflətən bağlandı və sağ əlimin barmağı qapağın altında qalaraq presləndi. Cəld sol əlimlə dəzgahın qapağını açdım və sağ əlini dəzgahdan çıxartdı.” Məhkəməyə təqdim edilmiş cavabdeh təşkilatın plastik kütlə emalı sahəsi üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə 3 aprel 2017-ci il tarixli təlimatda göstərilir ki, sizə aid olmayan avadanlığı işə qoşmayın və saxlamayın, hərəkətdə olan mexanizmlərə qoruyucu örtüyü olmayan maşın hissələrinə toxunmayın, blokatorları sıradan çıxmış termoplast avadanlıqda işləməyin, bütün nöqsanlar haqqında məlumat verin və çatışmamazlıqlar aradan götürülənə qədər işə başlamayın, tökmə qəliblərin təmizlənməsini avadanlıq tam söndürüldükdən sonra yerinə yetirin, materialı vedrə vasitəsi ilə aşağıdan tökün, işləyən avadanlıq üzərində nasazlığı aradan qaldırmayın, nasaz vəziyyətdə olan avadanlıqlara toxunmayın. Avadanlıqların üst hissəsinə çıxıb iş görməyin. İddiaçı təlimatda olan məcburi göstərişləri yerinə yetirməmişdir. Onun iş prosesinə aid olmayan qadağan olunmuş işi görmüşdür. Məhkəmə tərəfindən təyin edilmiş və Əmlak eksperti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş rəylə bağlı bildirir ki, özəl ekspertiza rəyi məhkəmələr tərəfindən qəbul edilmir. Bu barədə Ali Məhkəmənin qərarlarında göstəriş də vardır. Belə ki, özəl ekspertiza rəyləri və özəl mütəxəssis rəyləri ona görə qəbul edilməzdir ki, Ədliyyə Nazirliyinin reyestrindən qeydiyyatdan keçirilməyib. Reyestrdə qeydiyyatdan keçməyən ekspert mərkəzlərinin rəyləri qəbul edilməzdir. Digər tərəfdən, məhkəməyə təqdim olunan iddiaçının hərbi xəstəxanada müayinə, müalicə və əməliyyat xərcləri cəmi 2542 manat təşkil etdiyi halda, özəl ekspertin rəyində əməliyyat xərci 6000 manat, xəstəxanada gecələmə, dərman terapiyası, aparat müayinəsi, digər xərclər 4000 manat, fizioterapevtik müalicə üçün 3000 manat müəyyən etmişdir. Bu qəbul edilməzdir. Qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının şahidləri Şahid2 və Şahid1 ifadələri və Əmlak Ekspert Mərkəzinin bu iş üzrə xx.xx.2024-cü il tarixdə verdiyi rəy sübutlar siyahısından çıxarılmalıdır.

8. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışda göstərilir ki, İddiaçı göstərilmiş tibbi xidmətlərə görə hesablanmış məbləğ 2542,03 manatdır ( xx.xx.2020-ci il tarixdə 1000 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 452 manat, xx.xx.2021-ci il tarixdə 190 manat, xx.xx.2021-ci il tarixdə 800 manat ödəniş edilmişdir).

9. Məhkəmənin qərardadı əsasında ekspert iza təyin edilmiş, 1 və 2-ci suallarda ekspert qarşısında iddiaçının əlinin müalicəsinin (əvvəlki vəziyyətinə qaytarılmasının) mümkün olub olmaması, mümkündürsə hansı prosedurların keçirilməli olduğu barədə sual qoyulmuşdur. 3-cü sualda isə iddiaçının əlinin müalicəsi (əvvəlki vəziyyətinə qaytarılması) üçün hansı məbləğdə xərc tələb olunması barədə sual qoyulmuşdur. Qərardadın 1 və 2-ci sualları üzrə “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-nin verdiyi xx.xx.2023-cü il tarixli 638/KEŞ saylı ekspert rəyində göstərilir ki, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: İddiaçı mütəxəssis müayinəsi zamanı onda «Sağ əlin ağır açıq travmasmın cərrahi əməliyyatlarla müalicəsindən sonrakı vəziyyət. V barmağın daraq-falanqa oynağının ekzartikulyasiyasından sonrakı güdülü. İV barmağın hipotrofiyası, arıqlaması, falanqaarası oynaqların ankilozu, deformasiyası, daraq- falanqa oynağının açıcı kontrakturası. İİ-İİİ barmaqların açıcı kontrakturası, əlin və barmaqların arxa və ovuc səthlərinin ovucun çoxsaylı çapıqları. İ barmağın açıcı kontrakturası, əlin qısa əzələlərinin hissəvi atrofıyası. Əlin və saidin arıqlaması. Sağ əlin funksiyasının və əmək qabiliyyətinin kəskin pozulması»nın olduğu müəyyən edildi. Hal-hazırda xəstənin sağ əlində və barmaqlarında anatomik və funksional problemləri var. Bununla əlaqədar onun fizioterapiya müalicəsinə ehtiyacı vardır. Müalicənin proqnozu barədə əvvəlcədən fikir söylənilməsi mümkün deyil.

10. Qərardadın 3-cü sualı üzrə ekspertiza aparılması Əmlak Ekspert Mərkəzinə həvalə edilmişdir. Əmlak Ekspert Mərkəzi tərəfindən verilən 06 mart 2024-cü il tarixli, ƏEM/M 71-197/24 saylı ekspert rəydə göstərilmişdir ki, iddiaçının sağ əl pəncəsində cərrahiyə işlənməsi, köməkedici vasitələrin (mil, srup) qiymətləri dərman, xəstəxanada gecələmə və s. xərcləri 10.000 manat, medikamentoz və fizioterapevtik 1 il üçün xərclər 3000 manatdır. Əlin əvvəlki vəziyyətə qaytarılması qeyri-mümkün hesab edilir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-151/2024 saylı 21 iyun 2024- cü il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən maddi zərərə görə 2.542,03 manat, mənəvi zərərə görə isə 3000 manat olmaqla, cəmi 5.542,03 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş müayinə və müalicə sənə dlərindən görünür ki, iddiaçı daim həkim nəzarətindədir və müalicə alır. Bu səbəbdən də o, ailəsinə maddi yardım göstərə bilmir və müalicə ehtiyaclarını qarşılaya bilmir.

13. İddiaçının hazırkı müalicə xərclərinin istehsalatda baş verən hadisə ilə əlaqədar olması, cavabdehin təqsirinin mövcudluğu (istehsalatda təhlükəsizlik qaydaları barədə işçilərin kifayət qədər məlumatlandırılmaması, əmək müqaviləsi bağlamalı olduğu halda bağlamaması) müəyyən edilmişdir.

14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır.

15. Məhkəmə mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, həmçinin Mülki Məcəllənin 21, 1096, 1097.1, 1097.2, 1099.1, 1099.2, 1118.1-ci, Əmək Məcəlləsinin 239-cu maddəsinin tələbələrini nəzərə alaraq hesab edib ki, İddiaçı sağlamlığına vurulmuş xəsarət nəticəsində itirdiyi qazancın əvəzi olaraq “zərər aldığı gündən bu günə və bundan sonrakı işsiz qaldığı zaman üçün aylıq əmək haqqının (aylıq 700 manat)” Cavabdeh MMC-dən onun xeyrinə tutulması hissəsində rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında münasibət əmək münasibətlərindən irəli gəlməmiş, İddiaçı ilə Cavabdeh MMC arasında əmək müqaviləsi bağlanmamışdır.

16. Məhkəmə iddiaçının sağlamlığına dəymiş zərərlə bağlı uzun müddətli müayinə və müalicələr alması, əldə edilmiş tibbi rəylərdən onun dai mi ağrılardan əziyyət çəkməsinin aydın görünməsini nəzərə alaraq məhkəmə mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması üçün qanuni əsasların olduğu qənaətinə gəlib. Zərərin məbləğinə gəldikdə isə məhkəmə mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsirini, əmlak vəziyyətini nəzərə alaraq 3000 manat məbləğində müəyyən edilməsini qanuni və ədalətli hesab edib.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096, 1097.1, 1097.3, 1099.1, 1099.2 və 1118.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iclaslarında qarşı tərəfin vəkili və şahidləri iddiaçının əlinin sexdə dəzgahda qalmasını təsdiq edirlər. Lakin bir-birinə uyğun gəlməyən izahatlar verirlər ki, bu izahatlar prokurorluqda verdikləri izahatlarla tam şəkildə uyğunlaşmır. Bu da cavabdeh tərəfin bəzi hadisələrin üzərini örtbasdır edərək bağlamağa çalışdığını təsdiq edir. Tibbi ekspertiza rəyində əlinin əvvəlki işl ək formaya qayıtmasının heç bir əməliyyatla mümkün olmayacağı, lakin fizioterapiya və müalicələrə ehtiyac olduğu qeyd edilmiş, bunun da bir faydası olub-olmamasının naməlum olduğu bildirilmişdir. Buna baxmayaraq, məhkəmə öncədən çəkmiş olduğu fizioterapiya üçün müayinə və müalicə xərclərini nəzərə almadığı kimi, bundan sonra da çəkəcəyi xərcləri nəzərə almamışdır. Rəylərdə əlinin əvvəlki vəziyyətə qaytarılmasının qeyrimümkün olduğu bildirilməsinə baxmayaraq, məhkəmə bundan sonra sağ əli ilə fiziki olaraq heç bir işi icra edə bilməyəcəyini və bunun da işləməyinə imkan verməyəcəyini, ailə başçısı olaraq evinə qazanc gətirə bilməyəcəyini də nəzərə almamışdır. Maddi qazanc əldə edə bilməməsi onun müalicə, müayinə, günlük qidalanma, geyim və s. kimi xərclərini qarşılamağına maneə yaradır. Təqdi m edilmiş əməliyyat xərcləri, eləcə də fizioterapiya və estetik protez barmağı üçün xərclərin sənədini də fakt və zərər olaraq qəbul etməyən birinci instansiya məhkəməsi bunu da yekun nəticəyə əlavə etməmişdir.

20. Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tələbdə göstərdiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, iddianın təmin edilməməsi üçün əsaslar və sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Eyni zamanda məhkəmə iclasında ifadə verən şahidlərin ifadələri iddia tələbinin əsassız olduğunu təsdiq edir. Nərimanov rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ında baş vermiş hadisə ilə bağlı tərəflərin və şahidlərin ifadələri, keçirilmiş ekspertiza rəyləri tələbin əsassız olması nəticəsinə gəlməyə əsas verir. Operatorun dəzgahın üstünə çıxması, nasaz olduğu halda dəzgaha müdaxilə etməsi, işlək vəziyyətdə müdaxilə etməsi, dəzgahın altından yuxarı əlini salması qadağandır. İddiaçının müalicə və əməliyyat xərclərinin hamısını direktor ödəmişdir. Hadisədən sonra ona hər ay pul da vermişdir. Eyni zamanda evdə müalicəsi üçün işçilərdən müalicə xərci üçün əlavə pul da göndərmiş, bazarlıq da etmişdir. Nərimanov rayon prokurorluğunda iş üzrə təyin edilmiş məhkəmətəhlükəsizlik texnikası ekspertizasının 10/7083 nömrəli, xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı «iş zamanı ona tapşırılmlş texnoloji prosesin ardıcıllığına aid olmaya n iş gördüyünə, yəni avadanlığın yuxarı hissəsində örtüyü çıxarıb əlini işlək vəziyyətdə olan hissələrə (presləmə) yaxınlaşdırmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun tərəfindən “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələbləri pozulmuşdur». Göründüyü kimi iddiaçı dəzgahın üstünə çıxaraq, dəzgahın üstündə olan örtüyünü çıxarıb, özü öz əlini dəzgahın işlək vəziyyətdə olan hissələrinə (presləmə) yaxınlaşdıraraq öz fərdi təhlükəsizliyini qorumamış, nəticədə qeyd olunan xəsarəti almışdır. Bununla da iddiacının özünün qəsdi nəticəsində xəsarət almasına kifayət qədər əsaslar vardır. Cavabdeh dəfələrlə vəsatət verərək hadisənin iddiaçının özünün qəsdi nəticəsində baş verməsini müəyyən etmək üçün ekspertiza təyin edilməsini xahiş etmiş, məhkəmə vəsatəri təmin etmiş, ekspert tərəfindən ekspertiza aparılmasından imtina olunmasına baxmayaraq, məhkəmə yenidən ekspertiza təyin edilməsindən imtina etmişdir. Məhkəməyə təqdim edilmiş cavabdeh təşkilatın plastik kütlə emalı sahəsi üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə 3 aprel 2017-ci il tarixli təlimatında göstərilir: “sizə aid olmayan avadanlığı işə qoşmayın və saxlamayın, hərəkətdə olan mexanizmlərə qoryucu örtüyü olmayan maşın hissələrinə toxunmayın, blokiatorları sıradan çıxmış termoplast avadanlıqda işləməyin, bütün nöqsanlar haqqında məlumat verin və çatışmamazlıqlar aradan götürülənə qədər işə başlamayın, tökmə qəliblərin təmizlənməsini avadanlıq tam söndürüldükdən sonra yerinə yetirin, materialı vedrə vasitəsi ilə aşağıdan tökün, iş ləyən avadanlıq üzərində nasazlığı aradan qaldırmayın, nasaz vəziyyətdə olan avadanlıqlara toxunmayın, avadanlıqların üst hissəsinə çıxıb iş görməyin”. İddiaçı təlimatda olan məcubri göstərişləri yerinə yetirməmişdir. O, iş prosesinə aid olmayan qadağan olunmuş hərəkət etmiş, onun özünün qəsdi nəticəsində xəsarət almışdır. Məhkəmə tərəfindən təyin edimiş və əmlak eksperti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş rəylə bağlı bildirir ki, özəl ekspertiza rəyi məhkəmələr tərəfindən qəbul edilmir. Ədliyyə Nazirliyinin reyestrində qeydiyyatdan keçməyən ekspert mərkəzlərinin rəyləri qəbul edilməzdir. Cavabdeh məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, hadisə iddiaçının qəsdi nəticəsində baş vermişdir. Birinci instansiya məhkəməsi maddi hüququ normalarını düzgün tətbiq etməmişdir. Belə ki, cavabdehlə iddiaçı arasında əmək münasibətlərinin yaranmaması məhkəmə tərəfindən müəyyən edilsə də, bu normaları tətbiq etmişdir. İddiaçının məhkəməyə verdiyi izahat məhkəmədə qəbul edilməmiş, eyni zamanda iddiaçının müalicə və əməliyyat xərclərinin cavabdeh tərəfindən qarşılanması iş materialları və iddiaçının ibtidai istintaqda verdiyi ifadəsi ilə öz təsdiqini tapsa da, məhkəmə buna düzgün qiymət verməmişdir. Tərəflər arasında əmək müqaviləsinin bağlanmaması iş materialları və tərəflərin izahatları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı iddiaçının stress keçirməsi, iztirab çəkməsi barədə nə psixoloqa, nə də əsəb həkiminə müraciət etməsi barədə məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Bu da qətnamənin həmin hissədə əsassız olduğunu təsdiq edir.

21. Bakı Apellyasiya Məh kəməsi Mülki kollegiyasının 2(103)-374/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər C.Musayeva (məruzəçi), F.Babayev və F.Abdıyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-151/2024 saylı 21 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iddianın rədd edilməsi qət edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

23. Belə ki, mövcud mübahisənin düzgün həlli üçün iddia tələbinin qanuni əsasının tapılması zamanı iki hal: tərəflər arasında yaranmış münasibə tlərin əmək müqaviləsi ilə rəsmiləşdirilmədiyi; buna baxmayaraq mövcud olmuş münasibətlərin müəyyən hakimiyyəttabeçilik əsasında qurulduğu nəzərə alınmalı, hazırkı mübahisənin əmək və ya mülki qanunvericilik əsasında tənzimlənməli olmasına münasibət bidlirilməlidir.

24. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması və s.) olmurlar. İşçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün sui-istifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir.

25. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və aza dlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır.

26. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hazırkı işin halları üzrə hüquqi dəyərləndirmənin Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən aparılmalı olması barədə qənaətə gəlib və göstərib ki, Əmək Məcəlləsinin istinad olunacaq 191-ci maddəsinin 1-ci hissəsinə əsasən birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyət işəgötürən və işçi yalnız əmək münasibətlərində olduğu halda daşıyırlar. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə görə isə, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır.

27. Hazırkı işdə də əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi cavabdehin üzərinə qoyulmuş öhdəlik olsa da, işdə olan sənədlərdən göründüyü kimi, bu öhdəlik onun tərəfindən pozulmuşdur. Buna baxmayaraq, tərəflər arasında işçi-işəgötürən münasibətlərinin faktiki yarandığı halı öz təsdiqini tapır. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı-işçi işəgötürənin-cavabdehin razılığı ilə faktiki olaraq işə başlamış, öz əməyinin qarşılığını almış, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə və digər qaydalara tabe olmuşdur.

28. Buna əsasən məhkəmə kollegiyası məhkəmə araşdırmasının predmeti olan mübahisəyə Əmək Məcəlləsinin 191-194-cü maddələrinin tətbiq edilməsini mümkün sayıb və göstərib ki, həmin normaların məzmununa görə də işçinin və işəgötürənin maddi məsuliyyətinin qarşılıqlı xarakteri əmək hüquq münasibətlərinin təbiətindən irəli gəlir, tərəflərdən birinin əmək münasibətlərindən irə li gələn vəzifələrindən hər hansının yerinə yetirilmədiyi halda digər subyektə vurduğu ziyanı ödəmək vəzifəsini nəzərdə tutur.

29. Qarşılıqlı maddi məsuliyyət əməyin mühafizəsini təmin edən vasitələrdən biri olduğundan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçiyə vurulan zərərə görə maddi məsuliyyət müəyyən edən Əmək Məcəlləsinin 239-cu maddəsinin müddəaları həmin Məcəllənin 191-194-cü maddələri ilə sistemli şəkildə əlaqədədir. Belə olan halda Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan məsuliyyət həmin Məcəllənin 191ci maddəsində göstərilən şərtlər olduqda yaranır.

30. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə madd i məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

31. Göründüyü kimi, işəgötürənin və işçinin bir-birinə ziyan vurması məsələsi həll edildikdə ziyanın həqiqi olması müəyyən edilməlidir. Əmək Məcəlləsinin 239-cu maddəsinə münasibətdə həqiqi (real) zərər işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması və yaxud onun həlak olmasında ifadə olunur.

32. Tərəflərin qanunazidd hərəkət və ya hərəkətsizliyi əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulmasında, vəzifələrin yerinə yetirilməməsində və yaxud lazımınca yerinə yetirilməməsində özünü göstərir. Əmək Məcəlləsinin 215-ci maddəsi ndə işəgötürənin əməyin mühafizəsi sahəsində konkret vəzifələri müəyyən edilmişdir. Həmin vəzifələrin yerinə yetirilməməsi (lazımınca yerinə yetirilməməsi) Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa əsasən işəgötürənin maddi məsuliyyət daşımasına səbəb ola bilər.

33. İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətinin şərti kimi səbəbli əlaqənin məzmunu ondan ibarətdir ki, ziyan işəgötürənin və işçinin qanuna zidd olan əməli nəticəsində baş vermiş olur. Bu zaman səbəbli əlaqə bilavasitə və yaxud vasitəli ola bilər. Bilavasitə əlaqə olmadığı hallarda tərəflərin məsuliyyəti istisna edilmir. Məhkəmə yanakı sübutların məcmusundan istifadə etməklə məsuliyyəti müəyyən edə bilər.

34. Qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu da vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191.2-ci maddəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir. 35. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyə görə də, əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə, qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər.

36. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən, digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia edən bunu sübut etməyə borcludur. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipin hazırkı işin hallarına əsasən təhlili baxımından, işəgötürən-cavabdeh öz təqsirsizliyini sübuta yetirə bilmədiyi halda təqsirli sayılır.

37. İş materiallarından göründüyü kimi cavabdeh iddiaçının istinad etdiyi hadisənin baş verməsində təqsirli olmadığını sübut etmək məqsədilə Nərimanov rayon prokurorunun 11 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara istinad etmişdir. Qeyd edilən prosessual qərar hazırkı iş üzrə preyudisial əhəmiyyət ə malik olmasa da, cavabdeh bu qərarla müəyyən edilmiş, barəsində aparılan cinayət təqibini istisna edən hallardan sübut qismində istifadə edə bilər, məhkəmə də müvafiq hüquq normalarına uyğun olaraq bu sübutlara qiymət verməlidir.

38. Belə ki, prokurorluq tərəfindən aparılan araşdırma zamanı İddiaçı verdiyi izahatdan müəyyən edilir ki, o, 2018-ci ildən aprel ayından 2020-ci ilə kimi Cavabdeh MMC-də plastmas detalların istehsalı üzrə operator işləmiş, lakin işlədiyi müddət ərzində MMC-nin rəhbəri ilə onun arasında əmək müqaviləsi bağlanmamışdır. İşə qəbul olunmamışdan ilk öncə MMC-nin direktoru tərəfindən bilikləri və dəzgahda operator kimi işləmə qabiliyyəti yoxlanılmış, yalnız bundan sonra dəzgaha işə buraxılmışdır. Texnikitəhlükəsizlik qaydalarına riayət olunması barədə təlimat keçirilm əsə də, bu barədə müvafiq jurnalı imzalamasa da, hər gün işə başlamamışdan öncə Düzgün onlara şifahi qaydada texniki-təhlükəsizlik qaydalarına riayət olunmasına dair tapşırıq verirdi. Həmçinin orada işləyən işçilər şirkət tərəfindən fərdi mühafizə vasitələri ilə təchiz edilirdi. Operator olaraq işi sexdə plastmas istehsal etməkdən ibarət olmuşdur. Hadisə baş verən günü dəzgah dayanaraq işləməmişdir. Bu barədə Düzgünə dedikdə, sonuncu fasilə ilə işləməsini bildirmişdir. O isə dəzgahın üst hissəsinə çıxaraq dəzgahın xammalı doldurubdoldurmamasına baxıb yenidən dəzgahın qarşısına keçib dəzgahın xammalı doldurmadığını görmüşdür. Dəzgahın funksiyasına görə dəzgahın işlək olduğu müddət ərzində qapısı onun tərəfindən açılmalı olduğu halda qəflətən bağlanmış və nəticədə sağ əlinin bir barmağı də zgahın arasında qalaraq preslənmişdir.

39. Araşdırma zamanı baş vermiş hadisə ilə əlaqədar texniki-təhlükəsizlik qaydalarının pozulub-pozulmamasını müəyyən etmək üçün məhkəmə tərəfindən texnikitəhlükəsizlik ekspertizası təyin edilərək rəy alınmışdır. Məhkəmə texniki-təhlükəsizlik ekspertizasının 10/7083 №-li, 5 noyabr 2022-ci il tarixli rəyi ilə baş vermiş hadisə ilə əlaqədar “Təşkilat, idarə müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələbləri pozulduğu müəyyən edilmişdir. Qeyd edilmişdir ki, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırılıb hazırlanması sexində operator vəzifəsində işə buraxılmış İddiaçı iş zamanı ona tapşırılmış işin texnoloji prosesinin ardıcıllığına aid olmayan işi görüdüyünə, yəni avadanlı ğın yuxarı hissəsində olan örtüyü çıxarıb əlini işlək vəziyyətdə olan hissələrə (presləmə) yaxınlaşdırmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun tərəfindən “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam aydaları”nın 11-ci bəndinin tələbləri pozulmuşdur.

40. Göründüyü kimi işdə olan sübutlar əsasında cavabdeh tərəfindən işçilərin əmək qanunvericiliyi ilə imperativ şəkildə tənzimlənən təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun qorunmasına dair tələblərin pozulduğu halını təsbit etmək mümkün olmamışdır. Yəni, iddiaçıya xəsarət yetirilməsi ilə nəticələnmiş hadisənin cavabdehin məsul şəxslərinin əmək qanunvericiliyində nəzərdə tutulan qaydaları pozması, vəzifələrini yerinə yetirməməsi və yaxud lazımınca yerinə yetirməməsi nəticəsində baş verdi yi müəyyən edilməmişdir.

41. Cavabdeh tərəfindən təqdim edilmiş sübutlara əsasən müəyyən olunmuş hallar işə başlamamışdan əvvəl iddiaçıya şifahi qaydada texniki-təhlükəsizlik qaydalarına riayət olunmasına dair tapşırıq verildiyi, onun fərdi mühafizə vasitələri ilə təchiz edildiyi, vəzifəsinin sexdə plastmas istehsal etməkdən ibarət olduğu, hadisə baş verən günü vəzifəsinə aid olmadığı halda onun dəzgahın üst hissəsinə çıxaraq dəzgahın xammalı doldurub-doldurmamasını yoxladığı, bununla da hadisənin cavabdehin iddiaçıya verdiyi tapşırığın icra edilməsi zamanı baş vermədiyi, onun texnoloji prosesinin ardıcıllığına aid olmayan işi görməklə “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nı pozduğu halları təkzib edən hər hansı sübut İddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Tərəfindən verilmiş vəsatətə əsasən dindirilmiş şahid ifadələri ilə də bu halların əksini müəyyən etmək mümkün olmamışdır.

42. Halbuki yuxarıda sadalanan maddələrin tələblərinə görə, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu təqsirli şəkildə vuran şəxsə aid edilməsini nəzərdə tutur. Şəxs yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, mövcud vəziyyətdə cavabdehin üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz.

43. Məhkəmə eyni zamanda hesab edib ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərlə bağlı hissədə də təmin oluna bilməz.

44. Məhkəmə kollegiyası hazırki vəziyyətdə həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-151/2024 saylı 21 iyun 2024-cü il tarixli qətnaməsi üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən hüquqi dəyərləndirmənin aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür, şikayəti yuxarıda qeyd edilənlərə uyğun olaraq əsassız sayır.

45. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096, 1097.1, 1097.3, 1099.1, 1099.2, 1118.1-ci, Əmək Məcəlləsinin 3.10, 54.1, 191.1, 191.2, 194.2, 195 “c”, 196.5, 217, 225.1, 239.1, 239.2, 290.3-cü, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarı ilə əsa slandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

46. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, yeni qərar çıxarılmasını xahiş etmişdir.

47. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun iş yerində xəsarət alması məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə təsdiq olunmuş, lakin məhkəmə ifadələri qətnamədə düzgün göstərməmişdir. Tibbi Ekspertiza rəyində və eləcə də Əmlak Ekspert Mərkəzinin rəyində əlinin əvvəlki vəziyyətə qaytarılmasının qeyri-mümkün olduğunu bildirmələrinə baxmayaraq, məhkəmə bundan sonra sağ əli ilə fiziki olaraq heç bir işi icra edə bilməyəcəyini və bunun da işləməyinə imkan verməyəcəyini nəzərə almamışdır. Ailə başçısı olar aq evinə qazanc gətirə bilmədiyi təqdirdə məhkəmə bunu da dəymiş zərər olaraq nəzərə almamışdır. Maddi qazanc əldə edə bilməməsi onun müalicə, müayinə, günlük qidalanma, geyim və s. kimi xərclərini qarşılamağına maneə yaradır. Məhkəmə bunu da nəzərə almamışdır. Təqdim edilmiş əməliyyat xərclərinin, eləcə də fizioterapiya və estetik protez barmağı üçün xərclərin sənədini də fakt və zərər olaraq qəbul etməyən məhkəmə bunu da yekun nəticəyə əlavə etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutlar və ekspert rəyi ilə onun çəkdiyi və bundan sonra çəkəcəyi xərc iddia ərizəsində tələb etdiyi məbləğə uyğundur. Buna baxmayaraq, məhkəmə işin faktiki hallarına və işdə araşdırılmış sübutlara obyektiv hüquqi qiymət verməmiş, əsassız olaraq iddia tələbini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etira zın dəlilləri

48. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

49. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

50. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

51. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

52. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

53. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

54. Maddə 1099. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

55. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

56. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

57. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

58. Maddə 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

59. Maddə 195 “c”. İşəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.

60. Maddə 217.1. İşəgötürən istehsalatda baş ve rən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.

61. Maddə 225.1. İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir.

62. Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müali cə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

63. Maddə 239.2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

64. Maddə 290.3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesab ı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində mə cburidir.

68. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

69. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

70. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

71. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

72. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

73. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

75. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

76. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı qismən təmin edən brinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını, habelə iddiaçının apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhk əməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

77. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, baxılan iddianın təmin edilməsi üçün zəruri olan şərt, iddiaçının xəsarət almasına səbəb olan hüquqa zidd əmələ yol verilməsidir.

78. Apelyasiya instansiyası məhkəməsi də məhz bu əsas üzrə işin hallarını yoxlamış və müəyyən etmişdir ki, cavabdeh bilavasitə iddiaçının xəsarət alması ilə nəticələnən qanunazidd hərəkət və ya hərəkətsizliyə yo l verməmişdir (§ 37-39, 41).

79. Apelyasiya instansiyası məhkəməsinin sübut kimi istinad etdiyi Nərimanov rayon prokurorluğunda toplanmış 435-C-22 nömrəli material üzrə 11 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda aydın şəkildə göstərilmişdir ki, məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 10/7083 nömrəli, xx.xx.2022-ci il tarixli rəyi ilə baş vermiş hadisə ilə əlaqədar “Təşkilat, idarə müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələbləri pozulmuşdur. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırılıb hazırlanması sexində operator vəzifəsində işə buraxılmış İddiaçı iş zamanı ona tapşırılmış işin texnoloji prosesinin ardıcıllığına aid olmayan işi gördüyünə, yəni avad anlığın yuxarı hissəsində olan örtüyü çıxarıb əlini işlək vəziyyətdə olan hissələrə (presləmə) yaxınlaşdırmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, onu tərəfindən “Təşkilat, idarə müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələbləri pozulmuşdur.

80. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

81. Kassasiya şikayətinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi n əticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

82. Məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

83. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-374/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar