Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1611/2021 22.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X, X2 (X3 və X4 üçüncü şəxs kimi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: sübut etmə yükünün bölüşdürülməsi, ekspert rəyləri arasında ziddiyyətin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xxxxx2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsindən idd iaçı X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 22 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı X cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2 və üçüncü şəxslər X3, “xxxx” MMC-nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0.172 ha torpaq sahəsinin icarə hüquqlarının əldə edilməsinə dair hərracın nəticələrinə dair xxx saylı hərrac protokolunun etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin icarə hüqularının satılmasına dair yeni hərracın keçirilməsinə, həmin torpaq sahəsində inşa edilmiş hasarın sökülməsinə və həmin torpaq sahəsindən avadanlıqların çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İşin mübahisə edilm əyən hallarından görünür ki, BŞİH Başçısının 29.02.2000-ci il tarixli sərəncamı və 10.08.2002-ci il tarixli icarə müqaviləsi əsasında 0,172 ha torpaq sahəsi “xxxx” MMC-yə 99 il müddətinə icarəyə verilmişdir.
3. Həmçinin işin mübahisə edilməyən hallarından görünür ki, 18 noyabr 2008-ci il tarixli girov müqaviləsi ilə 0,172 ha torpaq sahəsi “xxxx” MMC və X arasında bağlanmış 18 noyabr 2008-ci il tarixli kredit müqaviləsinin təminatı kimi girov qoyulmuşdur.
4. Bundan başqa işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, X xxxx» MMC, «xxxx» MMC, «xxxx» MMC-yə qarşı kredit borcunun qaytarılması və tutmanın girov predmeti olan 0,172 ha torpaq sahəsinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2011-ci tarixli qiyabi qətnaməsi ilə xxxx» MMC-dən 30.06.2009-cu il tarixli 51 saylı kredit müqaviləsindən irəli gələn 19.09.2011-ci il tarixə olan 49280.86 (qırx doqquz min iki yüz səksən min səksən altı qəpik) manat əsas kredit borcunun, 14947.32 (on dörd min doqquz yüz qırx yeddi manat otuz iki qəpik) manat kreditdən istifadəyə görə faiz borcunun cəmi 64228.18 (altmış dörd min iki yüz iyirimi səkkiz manat on səkkiz qəpik) manat vəsaitin və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla qətnamənin icra gününədək hesablanmış faizlərin,«xxxx» MMC-dən iddiaçı ilə «xxxx» MMC arasında bağlanmış 30 iyun 2009-cu il tarixli 52 saylı kredit müqaviləsi üzrə yaranmış 144236.44 (bir yüz qırx dörd min iki yüz otuz altı, 44 qəpik) manat məbləğində kredit borcunun, 30140.75 (otuz min bir yüz qırx manat, 75 qəpik) m anat məbləğində faiz borcunun, cəmi 174377.19 (bir yüz yetmiş dörd min üç yüz yetmiş yeddi manat, 19 qəpik) manat məbləğində borcun və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla qətnamənin icra gününədək hesablanmış faizlərin,«xxxx» MMC-dən iddiaçı ilə «xxxx» MMC arasında bağlanmış 23 dekabr 2009-cu il tarixli 159 saylı kredit müqaviləsi üzrə yaranmış 216500 (iki yüz on altı min beş yüz) manat məbləğində kredit borcunun, 26902.46 (iyirmi altı min doqquz yüz iki manat 46 qəpik) manat məbləğində faiz borcunun, cəmi 243402.46 (iki yüz qırx üç min dörd yüz iki manat, 46 qəpik) manat məbləğində borcun və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla qətnamənin icra gününədək hesablanmış faizlərin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində vəsaitin iddiaçı X xeyrinə tutulması, tutmanın cavabdeh «xxxx» MMCnin BŞİH Başçısının 29.02.2002-ci il tarixli, 0122 saylı icarə müqaviləsi əsasında istifadəsində olan 0,172 ha torpaq sahəsinə yönəldilməsi qət edilmişdir.
6. Həmin qətnamə əsasında verilmiş icra sənədi əsasında Sabunçu rayon icra şöbəsinin 31.05.2016-cı il tarixli sifariş məktubu ilə 0,172 ha torpaq sahəsinin icarə hüququnun (ilkin satış qiyməti 155000 manat olmaqla) hərraca çıxarlması “xxxx” MMC-yə həvalə edilmişdir.
7. Həmçinin o da mübahisə edilmir ki, “xxxx” MMC tərəfindən verilmiş xxx nömrəli protokolla BŞİH Başçısının 29.02.2000-ci il tarixli sərəncamı və 10.08.2002-ci il tarixli icarə müqaviləsi əsasında “xxxx” MMC-nin istifadəsində olan 0,172 ha torpaq sahəsinin icarə hüququ 155 000 manata qalib alıcı Cavabdeh2 satılmışdır. 8. “xxx x” MMC tərəfindən verilmiş 27.10.2008-ci il tarixli ekspert rəyi ilə “xxxx” MMC-nin icarəsində olan 0,172 ha torpaq sahəsinin bazar qiyməti 620.000 manat məbləğində müəyyən edilmişdir. 9. “xxxx” Konsaltinq şirkəti tərəfindən verilmiş 04.06.2019-cu il tarixli ekspert rəyi ilə “xxxx” MMC-nin icarəsində olan 0,172 ha torpaq sahəsinin bazar qiyməti 516.000 manat məbləğində müəyyən edilmişdir. 10. “xxxx” MMC tərəfindən verilmiş 18.12.2019-cu il tarixli ekspert rəyi ilə “xxxx” MMCnin icarəsində olan 0,172 ha torpaq sahəsinin bazar qiyməti 220.000 manat məbləğində müəyyən edilmişdir.
11. İddiaçı bildirir ki, 0.172 ha torpaq sahəsi 20.11.2007-ci tarixli Çıxarışa əsasən “xxxx” MMC-nin 99 illik icarəsində olmuşdur. Həmin torpaq sahəsi «xxxx» MMC, «xxxx» MMC, «xxxx» MMC-nin X götürdüyü kreditlər üzrə bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borc öhdəliyi yerinə yetirilmədiyinə görə X verdiyi iddia əsasında qəbul edilmiş qanuni qüvvədə olan qətnamə əsasında həmin torpaq sahəsinin icarə hüquqları X tərəfindən hərraca çıxarılaraq, 46/02 saylı Protokola əsasən, Cavabdeh2 155000 (yüz əlli beş min) manata satılmışdır. Həmin torpaq sahəsinin icarə hüquqları 2008-ci ildə girov qoyulan zaman “xxxx” MMC tərəfindən 620 000 (altı yüz iyirmi min) manat qiymətləndirilmişdir. “xxxx” X MMC tərəfindən 4 iyun 2019-cu il tarixli Hesabata əsasən, torpaq sahəsinin icarə hüquqlarının bazar qiyməti 516 000 (beş yüz on altı min manat müəyyən edilmişdir. Mübahisələndirilən hərrac tələbkar kimi X xəbəri və iştirakı olmadan keçirilmiş, icarə hüquqlarının qiyməti süni surətdə həddən artıq aşağı qiymətə satıl mışdır.
12. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 bildirir ki, iddia əsassızdır və ona görə də rədd edilməlidir.
13. Cavabdeh “xxxx” MMC və üçüncü şəxslər Bakı şəhər Sabunçu rayon icra və probasiya şöbəsi, “xxxx” MMC heç bir üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişlər.. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-449/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi ilə ( hakim Ə.Səmədov) iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.
15. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hərrac təşkilatçısı tərəfindən hərrac keçirilərkən həmin hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə iddiaçın ı (ipoteka saxlayanı) ən geci 30 gün qabaqcadan xəbərdar etməsi, ona yazılı bildiriş göndərməsi, hərracın onun iştirakı olmadan keçirilməsi, eləcədə hərrac barədə kütləvi informasiya vasitələrində elanın dərc edilməməsini sübuta yetirəcək mötəbər dəlillər məhkəməyə təqdim edilmədiyindən iddia tələbi özü-özlüyündə əsassızdır. Belə ki, göstərilən hallar üzrə sübutetmə yükü məhz elə iddiaçının üzərinə düşür.
16. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, hərracın keçirilməsi vaxtı barədə ipoteka saxlayana qanunla müəyyən edilmiş müddətlər ərzində məlumat verilməməsi, habelə qanunvericiliyə zidd olaraq hərracın keçirilməsi iddiaçı tərəfindən iddia tələbində ümumiyyətlə əsaslandırılmamış, iddia tələbinin əsası kimi də xəbəri və iştirakı olmadan hərracın keçirilməsini sübuta ye tirən dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçı tələbinin əsası kimi icra hüquqlarının qiymətinin süni surətdə həddən artıq aşağı qiymətə satılması ilə əsaslandırmış, lakin bununla bağlı qiymətləndirmə aktını ümumiyyətlə mübahisələndirməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiaçının həmin aruqmenti də əsassızdır.
17. Həmçinin məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə 0,172 ha torpaq sahəsinin icarə hüququ 155 000 manata qalib alıcı Cavabdeh2 satılmışdır. İş materiallarında isə Cavabdeh2 vicdanlı əldə edən olduğunu şübhə altına alan hər hansı sübutlar (məlumatlar) mövcud deyildir. Məhkəmə hesab edir ki, hazırkı işin halları baxımından iddiaçının gətiridiyi əsas arqument kimi torpaq sahəsinin icarə hüququnun real dəyərindən aşağı qiymətə əldə edilməsi f aktı da daşınmaz əmlakı əldə edənin vicdanlılığını şübhə altına alan birmənalı hal kimi qiymətləndirilə bilməz
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Qanunun 42.1, 43.7, 43.8, Mülki Prossesual Məcəllənin 9.1, 9.3, 88, 119.1, 217.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6644/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev-sədrlik edən və məruzəçi, E.Həsənov və X.Mərdanova) apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-449/2020 saylı, 17 m art 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır
21. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, peşəkar hüquqşünaslarla təmsil olunan bir bankın 2008-ci ildə ipotekaya qoyulan əmlakın taleyindən qətnamə qəbul edilən müddətdən sonra xəbərdar olmaması inandırıcı olmamaqla, ağlabatan mühakimə əsasında bankın keçirilmiş hərracdan məlumatlı olması qənaətinə gəlinməsi daha məntiqlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, iddiaçı, məhkəmənin əks nəticəyə gəlməsinə imkan verəcək heç bir sübut təqdim etməmiş, məhkəmənin öz təşəbbüsü ilə müvafiq hərrac işini əldə etmə cəhdi isə nəticəsiz qalmışdır - baxmayaraq ki, məhkəmə iddiaçının (xüsusilə, peşəkar hüquqşünasla təmsil olunan iddiaçının) əvəzinə sübut toplamaq vəzifəsi daşımır və mülki pr osessual qanunvericiliyin əsas prinsiplərindən olan dispozitivlik, habelə formal həqiqət prinsiplərinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilməklə, hakim tərəflərin məhkəməyə bildirdiyi və təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır.
22. Kollegiya həmçinin qeyd etmişdir ki, 0,172 ha torpaq sahəsinin icarə hüququ 155 000 manata qalib alıcı Cavabdeh2 satılmışdır. İş materiallarında isə Cavabdeh2 vicdanlı əldə edən olduğunu şübhə altına alan hər hansı sübutlar (məlumatlar) mövcud deyildir. Məhkəmə hesab edir ki, hazırkı işin halları baxımından iddiaçının gətiridiyi əsas arqument kimi torpaq sahəsinin icarə hüququnun real dəyərindən aşağı qiymətə əldə edilməsi faktı da daşınmaz əmlakı əldə edənin vicdanlılığ ını şübhə altına alan birmənalı hal kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı X kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi hərracın qanunla müəyyən edilmiş qaydada keçirildiyini sübut etmək yükünun iddiaçının deyil cavabdehin üzərinə düşdüyünü nəzərə almamışdır. Belə ki, hazırkı halda yalnız cavabdeh hərracın keçirilməsi barədə kütləvi informasıya vasitələrində elanın verildiyini və iddiaçıya bildirişin göndərildiyini kütləvi informasıya vasitəsindən çıxarışı və poçt qəbzini məhkəməyə təqdim etməklə sübut edə bilər.
25. Bundan başqa apelyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan əmlakın qiymətləndirilməsi ilə bağlı iş materiallarında olan rəylər arasında ziddiyyətin olmasını nəzərə almamış və heç bir araşdırma aparmadan “xxxx” MMC tərəfindən verilmiş 18.12.2019-cu il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir. 26.
27. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. İddiaçının vəkili izahat verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.
29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatland ırılmasına baxmayaraq iş üzrə cavabdehlər və 3-cü şəxlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin və 3-cü şəxlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
30. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
31. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əla və olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
34. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (maddə 415.2)
35. Həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 416.1.).
36. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416.2.). “İpoteka haqqında” Qanun
37. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan veri lir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır (maddə 42.1).
38. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. (maddə 42.3) Mülki Prosessual Məcəllə
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
41. Məhkəmə, əs assızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. (maddə 102.2)
42. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
43. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
44. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu v ə iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
46. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya instansiyası məhkəməs inin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır
48. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (40-41)
49. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələblərinin əsasını sübut edə bilməmişdir.
50. Bununla bağlı qeyd edilməlidir ki, hazırkı iş üzrə iddia tələbi hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində (bundan sonra KİV) elanın yerləşdirilməməsi və iddiaçının iştirakının təmin edilməməsi ilə bağlı olduğundan, hərracın keçirilməsi barədə KİV-də elanın verildiyini və iddiaçının lazımi qaydada məlumatlandırıldığını sübut etmək yükü iddiaçının deyil cavabdehin üzərinə düşür.
51. Belə ki, hərracın keçirilməsi barədə KİV-də elanın verildiyini və iddiaçının lazımi qaydada məlumatlandırıldığını məhz cavabdeh KİV-dən müvafiq çıxarışı və iddiaçıya hərracın keçirilməsi barədə bildirişin çatdırılması ilə bağlı sübutları məhkəməyə təqdim etməklə sübut edə bilərdi.
52. Apelyasiya instansiyaı məhkəməsi bu halı nəzərə almamış və iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
53. Nəzərə alınmalıdır ki, hərracın keçirilməsi barədə KİV-də elanın verilməsi hərracda iştirak etmək istəyən şəxslərin məlumatlandırılması məqdəsi daşıyır və bu elanın verilməsi hərracın təşkilatçısını ipoteka saxlayana və ipoteka qoyana hərracın keçirilməsi barədə bildirişin çatdırılması öhdəliyindən azad etmir. (37)
54. Bundan başqa iş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan mübahisə predmeti olan əmlakın bazar qiymətinin 220.000 manat məbləğində qiymətləndirilməsi ilə bağlı “xxxx” MMC tərəfindən verilmiş 18.12.2019-cu il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir.
55. Halbuki, iş materiallarında qeyd edilən ekspert rəyi ilə ziddiyyət təşkil edən “xxxx” MMC tərəfindən verilmiş 27.10.2008-ci il tarixli və “xxxx” Konsaltinq şirkəti tərəfindən verilmiş 04.06.2019-cu il tarixli ekspert rəyləri mövcuddur. Belə ki, qeyd edilən ekspert rəylərində mübahisə predmeti olan əmlakın icarə hüququnun qiyməti müvafiq olaraq 620000 və 516000 manat məbləğində müəyyən edilmişdir.
56. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi bu ziddiyyətin aradan qaldırılması üçün müvafiq araşdırma aparmalı və mübahisəyə müvafiq araşdırm anın nəticəsinə uyğun hüquqi qiymət verməlidir.
57. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır.
58. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
59. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X-NIN kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xxxxx/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.