Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5892/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh2 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiy a Məhkəməsi Mülki kollegiyasının 2(103)-6112/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 26 dekabr 2011-ci tarixli, 2iq(82)-2171/2011 nömrəli 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qiyabi qətnaməsinin surətindən görünür ki, iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı cavabdehlər "xxxx" MMC-nə və qeyrilərinə qarşı kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi təmin edilmiş, "xxxx" MMC-dən cəmi 64228,18 manat vəsaitin və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla, "xxxx" MMC-dən cəmi 174377,19 manat məbləğində borcun və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla, "xxxx" MMC-dən 243402,46 manat məbləğində borcun və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla qətnamənin icra məbləğində vəsait iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının xeyrinə tutulması, cavabdeh "xxxx" MMC-yə BŞİH Başçısının 29.02.2002-ci il tarixli, 0122 saylı icarə müqaviləsi əsasında istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. Seriya MH ******* nömrəli, 20.11.2007-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsi "xxxx" MMC-yə 99 il müddətinə icarəyə verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 46/02 nömrəli protokolun surətindən görünür ki, "xxxx" MMCyə BŞİH Başçısının 29.02.2002-ci il tarixli, 0122 saylı icarə müqaviləsi əsasında istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin icarə hüququ 155.000 manat 02 saylı qalib alıcı Cavabdeh2 satılmışdır. "xxxx" MMC tərəfindən 27.10.2008-ci ildə verilmiş QF 681 nömrəli ekspert rəyinin surətindən görünür ki, "xxxx" MMC-nin icarəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin bazar qiymə ti 620.000 manat məbləğində müəyyən edilir. "xxxx" Konsaltinq şirkəti tərəfindən 04.06.2019-cu ildə verilmiş 190242 DT nömrəli ekspert rəyinin surətindən görünür ki, "xxxx" MMC-nin icarəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin bazar qiyməti 516.000 manat məbləğində müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh2 və üçüncü şəxslər Bakı şəhər Sabunçu rayon icra və probasiya şöbəsinə, "xxxx" MMC-nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bak ıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0.172 ha torpaq sahəsinin icarə hüquqlarının əldə edilməsinə dair hərracın nəticələrinə dair 46/02 saylı hərrac protokolunun etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin icarə hüquqlarının satılmasına dair yeni hərracın keçirilməsinə, həmin torpaq sahəsində inşa edilmiş hasarın sökülməsinə və həmin torpaq sahəsindən avadanlıqların çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC-yə BŞİH Başçısının 29.02.2002-ci il tarixli, 0122 saylı icarə müqaviləsi əsasında istifadəsində olan və ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinə icarə hüquqları “Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi” tərəfindən hərraca çıxarılaraq, 46/02 saylı Protokola əsasən, Cavabdeh2 155000 (yüz əlli beş min) manata satılmışdır. Məhkəmənin nəzərinə çatdırırlar ki, həmin torpaq sahəsinin icarə hüquqları 2008-ci ildə girov qoyulan zaman "xxxx" MMC tərəfindən 620 000 (altı yüz iyirmi min) manat qiymətləndirilmişdir. "xxxx" Konsaltinq MMC tərəfindən 4 iyun 2019-cu il tarixli Hesabata əsasən, torpaq sahəsinin icarə hüquqlarının bazar qiyməti 516 000 (beş yüz on altı min manat müəyyən edilmişdir. Mübahisələndirilən hərrac tələbkar kimi Pakistan Milli Bankının Bakı Filialının xəbəri və iştirakı olmadan keçirilmiş, icarə hüquqlarının qiyməti süni surətdə həddən artıq aşağı qiymətə satılmışdır. Məhkəmə tərəfindən təyin edilərək "xxxx" MMC tərəfindən 18.12.2 019-cu ildə verilmiş H/01PLS nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin icarəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin bazar qiyməti 220.000 manat məbləğində müəyyən edilir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-449/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hərrac təşkilatçısı tərəfindən hərrac keçirilərkən həmin hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə iddiaçını (ipoteka saxlayanı) ən geci 30 gün qabaqcadan xəbərdar etməməsi, ona yazılı bildiriş göndərməməsi, hərracın onun iştirakı olmadan keçirilməsi, eləcədə hərrac barədə kütləvi informasiya vasitələrində elanın dərc edilməməsini sübuta yetirəcək mötəbər dəlillər məhkəməyə təqdim edilmədiyindən iddia tələbi özü-özlüyündə əsassızdır. Belə ki, göstərilən hallar üzrə sübutetmə yükü məhz elə iddiaçının üzərinə düşür. Bundan başqa məhkəmə qeyd etmişdir ki, hərracın keçirilməsi vaxtı barədə ipoteka saxlayana qanunla müəyyən edilmiş müddətlər ərzində məlumat verilməməsi, habelə qanunvericiliyə zidd olaraq hərracın keçirilməsi iddiaçı tərəfindən iddia tələbində ümumiyyətlə əsaslandırılmamış, iddia tələbinin əsası kimi də xəbəri və iştirakı olmadan hərracın keçirilməsini sübuta yetirən dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçı tələbinin əsası kimi icra hüquqlarının qiymətinin süni surətdə həddən artıq aşağı qiymətə satılması ilə əsaslandırmış, lakin bununla bağlı qiymətləndir mə aktını ümumiyyətlə mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının həmin arqumentini də əsassız hesab etmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin mübahisələndirilən torpaq sahəsinin icarə hüquqlarının satılmasına dair yeni hərracın keçirilməsi, həmin torpaq sahəsində inşa edilmiş hasarın sökülməsi və həmin torpaq sahəsindən avadanlıqların çıxarılması hissəsi ilə bağlı qeyd etmişdir ki, hazırki iş üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin icarə hüququ 155 000 manata qalib alıcı Cavabdeh2 satılmışdır. İş materiallarında isə Cavabdeh2 vicdanlı əldə edən olduğunu şübhə altına alan hər hansı sübutlar (məlumatlar) mövcud deyildir. Məhkəmə hesab etmişdir ki, hazırkı işin halları baxımından iddiaçın ın gətirdiyi əsas arqument kimi torpaq sahəsinin icarə hüququnun real dəyərindən aşağı qiymətə əldə edilməsi faktı da daşınmaz əmlakı əldə edənin vicdanlılığını şübhə altına alan birmənalı hal kimi qiymətləndirilə bilməz. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəllənin 415.2, 416.1, 416.2, “İpoteka haqqında” Qanunun 42.1, 43-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)449/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının tələblərini pozulmuş, işin faktiki halları araşdırmamış, sübutetmə yükü ilə bağlı prosessual qanunvericiliyin tələblərinə əhəmiyyət verilməmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər F.Babayev-sədrlik edən və məruzəçi, E.Həsənov və X.Mərdanova)2(103)-6644/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-449/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin hallarından iddiaçının əmlakının onun cavabdeh qismində göstərdiyi "xxxx" MMC tərəfindən qiymətləndirilməd iyi aydın olur; çünki hərrac təşkilatçısının vəzifəsi sifarişçinin sifarişi əsasında hərracın keçirilməsindən ibarətdir və hərraca çıxarılan əmlakın ilkin satış qiyməti qiymətləndirici tərəfindən müəyyənləşdirilməklə bu qiymətin real olub-olmadığına hərrac təşkilatı məsuliyyət daşıya bilməz. Həmçinin icarə hüquqları iddiaçı bankda 18 noyabr 2008-ci il tarixdə ipoteka ilə yüklü edilmiş, 26 dekabr 2011-ci tarixli, 2iq(82)-2171/2011 nömrəli 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qiyabi qətnaməsi ilə həmin əmlakın açıq hərracdan satılması qət edilmişdir. Kollegiyanın qənaətinə görə peşəkar hüquqşünaslarla təmsil olunan bir bankın 2008-ci ildə ipotekaya qoyulan əmlakın taleyindən qətnamə qəbul edilən müddətdən sonra xəbərdar olmaması inandırıcı olmamaqla, ağlabatan mühakimə əsasında bank ın keçirilmiş hərracdan məlumatlı olması qənaətinə gəlinməsi daha məntiqlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qə rar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi hərracın qanunla müəyyən edilmiş qaydada keçirildiyini sübut etmək yükünün iddiaçının deyil, cavabdehin üzərinə düşdüyünü nəzərə almamışdır. Belə ki, hazırkı halda yalnız cavabdeh hərracın keçirilməsi barədə kütləvi informasıya vasitələrində elanın verildiyini və iddiaçıya bildirişin göndərildiyini kütləvi informasıya vasitəsindən çıxarışı və poçt qəbzini məhkəməyə təqdim etməklə sübut edə bilər. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Əliyev - sədrlik edən və məruzəçi, M.Əhmədov və İ.Xəlilov) 22.04.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.10.2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq iddiaçının iddia tələblərinin əsasını sübut edə bilməməsi ilə bağlı qeyd etmişdir ki, iş üzrə iddia tələbi hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində (bundan sonra KİV) elanın yerləşdirilməməsi və iddiaçının iştirakının təmin edilməməsi ilə bağlı olduğundan, hərracın keçirilməsi barədə KİV-də elanın verildiyini və iddiaçının lazımi qaydada məlumatlandırıldığını sübut etmək yükü iddiaçının deyil cavabdehin üzərinə düşür. Belə ki, hərracın keçirilməsi barədə KİV-də elanın verildiyini və iddiaçının lazımi qaydada məlumatlandırıldığın ı məhz cavabdeh KİV-dən müvafiq çıxarışı və iddiaçıya hərracın keçirilməsi barədə bildirişin çatdırılması ilə bağlı sübutları məhkəməyə təqdim etməklə sübut edə bilərdi. Həmçinin apelyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan mübahisə predmeti olan əmlakın bazar qiymətinin 220.000 manat məbləğində qiymətləndirilməsi ilə bağlı "xxxx" MMC tərəfindən verilmiş 18.12.2019-cu il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir. Halbuki, iş materiallarında qeyd edilən ekspert rəyi ilə ziddiyyət təşkil edən "xxxx" MMC tərəfindən verilmiş 27.10.2008-ci il tarixli və "xxxx" Konsaltinq şirkəti tərəfindən verilmiş 04.06.2019-cu il tarixli ekspert rəyləri mövcuddur. Belə ki, qeyd edilən ekspert rəylərində mübahisə predmeti olan əmlakın icarə hüququnun qiyməti müvafiq olaraq 620.0 00 və 516.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi bu ziddiyyətin aradan qaldırılması üçün müvafiq araşdırma aparmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. Məhkəmə kollegiyası qərarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416.1, 416.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1 və 42.3-cü maddələrinə istinadən əsaslandırılmışdır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (ha kimlər T.Səmədova - sədrlik edən və məruzəçi, İ.Şirinova və A.Tanrıverdiyeva) 2(103)-6112/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)449/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iddia qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0.172 ha torpaq sahəsinin icarə hüquqlarının Cavabdeh2 satılmış hesab edilməsinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinə dair 46/02 saylı hərrac protokolunun etibarsız hesab edilməsinə dair yeni qətnamə qəbul edilərək iddia qalan hissələrdə rədd edilmişdir. Apell yasiya instansiyası məhkəməsi əvvəl işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini nəzərə alıb “İpoteka haqqında” Qanunun mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 42.1, 44, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddələrinə əsaslanaraq qeyd etmişdir ki, hərracın keçirilməsi barədə iddiaçıya qanunvericiliyin tələblərinə uyğun qaydada məlumat verilməmiş, iddiaçıya məlumat verilməməsi mülki iş materialları ilə kifayət qədər öz təsdiqini tapmışdır. İş üzrə hərracın keçirilməsi barədə iddiaçı tərəfə məlumat verilməsinin sübutetmə yükü cavabdeh tərəfin üzərinə düşür. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərini düzgün tətbiq etməmişdir. Bundan başqa, mülki iş materiallarında o lan rəylərdən görünür, açıq hərracdan satışa çıxarılan ipoteka predmeti olan əmlakın satış qiyməti barədə kifayət qədər ziddiyyətli rəqəmlər mövcuddur. Belə ki, mübahisəli əmlak hərracda Cavabdeh2 155.000 manata satılmış, "xxxx" MMC tərəfindən verilmiş 18.12.2019-cu il tarixli ekspert rəyinə əsasən əmlaka 220000 manat, "xxxx" MMC tərəfindən verilmiş 27.10.2008-ci il tarixli və "xxxx" Konsaltinq şirkəti tərəfindən verilmiş 04.06.2019-cu il tarixli ekspert rəylərində isə mübahisə predmeti olan əmlakın icarə hüququnun qiyməti müvafiq olaraq 620.000 və 516.000 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hərracın nəticələrinə dair protokol etibarsız hesab edilməli, həmin hissədə iddia təmin olunmalı, lakin iddia tələblərinin qalan hissələrdə, yəni yeni hərracın keçirilməsi, həmin torpaq sahəsində inşa edilmiş hasarın sökülməsinə və oradan avadanlıqların çıxarılması hissələrində iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmir. Belə ki, yeni (təkrar) hərracın keçirilməli olub-olmaması məsələsinin hazırki vəziyyətdə məhkəmə qaydasında həll edilməsi üçün zərurət yoxdur və həmin məsələ müvafiq qurumlar tərəfindən qanunvericiliyin tələblərinə uyğun həll edilməlidir. Mübahisəli torpaq sahəsində mövcud olan hasarın və avadanlıqların isə məhz cavabdehlərə aid olması barədə isə iş materiallarında sübutlar təqdim olunmadığından iddia həmin hissələrdə rədd edilməlidir. İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 08.07.2021-ci il tarixli qətnamə sinin qismən iddia tələbinin təmin edilməmiş hissələrinə münasibətdə ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 08.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının kassasiya şikayətində qeyd edilmişdir ki, iddia tələbinin yeni hərracın keçirilməsi hissəsinə münasibətdə apellyasiya məhkəməsinin mövqeyi əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının pozulmuş hüquqları yalnız qanunsuz keç irilmiş hərracın nəticələrinə dair protokolun ləğvi ilə deyil, həm də qanunun tələblərinə riayət edilməklə yeni hərracın keçirilməsi ilə bərpa oluna bilər. (MPM 2.1) Apellyasiya məhkəməsi iddia tələbinin “torpaq sahəsində inşa edilmiş hasarının sökülməsinə və avadanlıqların çıxarılmasına məcbur edilməyə dair” hissəsinə münasibətdə qeyd etmişdir ki: "Mübahisəli torpaq sahəsində mövcud olan hasarın və avadanlıqların isə məhz cavabdehlərə aid olması barədə isə iş materiallarında sübutlar təqdim olunmadığından iddia həmin hissələrdə rədd edilməlidir”. Lakin apellyasiya məhkəməsi nəzərə almamışdır ki, həmin hasarın mövcudluğu və Cavabdeh2 tərəfindən inşa edilməsi mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi, bununla bağlı öz qətnaməsində qeyd etmişdir ki: "...hasarın sökülməsi və həmi n torpaq sahəsindən avadanlıqların çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, hazırki iş üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin icarə hüququ 155 000 manata qalib alıcı Cavabdeh2 satılmışdır.... Cavabdeh2 vicdanlı əldə edən olduğunu şübhə altına alan hər hansı sübutlar (məlumatlar) mövcud deyildir n Göründüyü kimi, yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilmiş həmin qətnamədə Cavabdeh2 “vicdanlı əldə edənkimi göstərilmiş və mübahisəli torpaq sahəsinin bu müddət ərzində onun sahibliyində və istifadəsində olduğu işin mübahisələndirilməyən hallarına aiddir. Belə olan halda, yəni, Cavabdeh2 sahiblik etdiyi torpaq sahəsindəki hasarın onun tərəfindən inşa edilməsinə və oradakı avadanlıqların onu n tərəfindən quraşdırılmasına dair iddiaçıdan sübut tələb etmək prosessual qanunvericiliyin sübutetmə yükünün düzgün bölüşdürülməli olması baxımındın əsaslı hesab edilə bilməz. Məhkəmənin qənaətinə görə, cavabdehin sahibliyində olmuş torpaq sahəsindəki hasarın onun tərəfindən deyil, başqa şəxs tərəfindən inşa edilməsinə və avadanlıqların başqa şəxs tərəfindən gətirilməsinə dair sübutları (hətta bu işlərin cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən edildiyi iddia edilirdisə də) iddiaçı təqdim etməli idi. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.2 və 152.3-cü maddələrinə əsasən Cavabdeh2 özünü “vicdanlı əldə edənhesab etdiyi dövrdə onun razılığı olmadan hər hansı digər şəxs həmin torpaq sahəsində hasar inşa edə bilməzdi və ya bu torpaq sahəsinə avadanlıqlar da gətirilə bilməzdi. B elə olan halda, məhkəmənin, torpaq sahəsinin Cavabdeh2 sahibliyində və istifadəsində olduğu dövrdə hasarın kim tərəfindən inşa edildiyinə və avadanlıqların kim tərəfindən gətirildiyinə dair sübutetmə vəzifəsini hansı normaya əsaslanaraq, iddiaçının üzərinə qoyduğu məlum deyil. Cavabdeh2 kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 22.04.2021-ci il tarixli, 2(102)-1611/2021 saylı qərarında qeyd etmişdir ki, iş üzrə iddia tələbi hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində elanın yerləşdirilməməsi və iddiaçının iştirakının təmin edilməməsi ilə bağlı olduğundan, hərracın keçirilməsi barədə elanın verildiyini və iddiaçının lazımi qaydada məlumatlandırıldığını sübut etmək yükü iddiaçının deyil, cavabdehin üzərinə düşür. Belə ki, hərracın keçirilməsi barədə elanın verildiyini və iddiaçının lazımi qaydada məlumatlandırıldığını məhz cavabdeh KİV-dən müvafiq çıxarışı və iddiaçıya hərracın keçirilməsi barədə bildirişin çatdırılması ilə bağlı sübutları məhkəməyə təqdim etməklə sübut edə bilərdi. İş üzrə hərracı keçirən təşkilat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Sübutların həmin təşkilat tərəfindən təqdim edilməsi tələb olunurdu. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəmədə iştirak etməməsi heçdə həmin sübutların olmaması qənaətinə gəlməyə əsas vermir. Cavabdeh olaraq məhkəmədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəmədə iştirakının təmin edilməsi xahiş edilsə də, məhkəmə tərəfindən heç bir tədbir görülməmişdir. İş obyektiv araşdırılmamış və iş üzrə qəbul edilmiş qərar qeyri-ob yektiv xarakter daşıyır. Nəticədə vicdanlı alıcı olaraq o, maddi və mənəvi zərərə məruz qalmışdır. Qeyd olunan ünvanda Cavabdeh2 tərəfindən qeyri-yaşayış obyekti inşa edilmiş və mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bir sıra maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, hüquqi məsələlər düzgün qiymətləndirilməmiş, işin həqiqi hallarına ədalət mühakiməsinin zəruri şərtlərinə uyğun hüquqi qiymət verilməmiş, eyni zamanda, məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınmamış, təqdim edilən sübutlar tam və hərtərəfli araşdırılmamış, iş üçün əhəmiyyəti olan sübutlar tələb edilməmiş, sübutlar məhkəmə tərəfindən maddi hüquq normalarına uyğun qiymətləndirilməmişdir. İş də iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini qarşı tərəfin kassasiya şikayətini dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini qarşı tərəfin kassasiya şikayətini dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə mə hkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun mübahisə yaranan dövrdə qüvvədə olan redaksiyasına əsasən: Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Maddə 42.3. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfl i və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qət namə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə kassasiya şikayətləri əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmiş, iş üzrə Mülki Prossesual Məcəlləsini 420-ci maddəsinin göstərişlərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, hərracın keçirilməsi barədə iddiaçı tərəfə məlumat verilməsinin sübutetmə yükü cavabdeh tərəfin üzərinə düşür. Lakin hərracın təşkilatçısı "xxxx" MMC tərəfindən iddiaçı qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə dair məhkəmə heç bir sübut təqdim edilməmişdir. Cavabdehin kassasiya şikayətinin bu hissə ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 də hərracın keçirilməsi vaxtı (protokolda tarix göstərilməmişdir), h ərracda bağlanmış alqı-satqı müqaviləsi, həmçinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına istinad etsə də, bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin vicdanlı alıcı olaraq maddi və mənəvi zərərə məruz qalması, qeyd olunan ünvanda qeyri-yaşayış obyekti inşa edilməsi ilə bağlı dəlilləri də hazırki iddianın rədd edilməsi üçün əsas vermir. Belə ki, keçiriləcək yeni hərracda cavabdehin yenidən iştirakı və həmin həmin torpaq sahəsinə icarə hüququnu əldə etməsi mümkündür və ya cavabdeh hüquqlarının pozulması nəticəsində təqsirli şəxslərə qarşı ümumi qaydada iddia qaldıra bilər. Apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilmiş hissəsi üzrə də gəldiyi nəticəni məhkəmə kollegiyası əsaslı hesab edir və bu hissə ilə bağlı iddiaçının kassasiya şikay ətinin dəllləri ilə razılaşmır. Belə ki, hərrac etibarsız hesab edildikdən sonra iddiaçı icra vərəqəsi üzrə tələbkar kimi icra məmurundan yeni hərracın sifariş verilməsini tələb edə bilər, həmçinin hazırki qərar qüvvəyə mindikdən sonra icra vərəqəsi üzrə icra hərəkətlərinin davam etdirilməsi və yeni hərracın keçirilməsi icra məmurunun qanundan irəli gələn vəzifəsidir. Bu məsələnin qətnamə ilə həll edilməsinə zərurət yoxdur. İddianın hərracdan əldə edilmiş torpaq sahəsində inşa edilmiş hasarın sökülməsinə və oradan avadanlıqların çıxarılması hissələrində iddianın təmin edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, keçiriləcək yeni hərracda Cavabdeh2 yenidən iştirakı və həmin torpaq sahəsinə icarə hüququnu əldə etməsi imkanı aradan qalxmamışdır. Həmin şəxsin hərracda iştirak etməməs i və ya hərracda uduzması halında müvafiq iddia torpaq sahəsinin yeni sahibinin iddiası ilə qanunla müəyyən edilmiş qaydada həll edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Həmçinin qətnamə qəbul edilərkən Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərinə əməl edilərək, kassasiya məhkəməsinin göstərişləri icra edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6112/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.