Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1612/2019 21.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1612/2019 Bakı şəhəri 21 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili Vəkil1, Cavabdeh, vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(009)-157/2018, hakim A.V.Tanrıverdiyev) İddiaçı-nin Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 72 manat məbləğində pulun tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev, M.A.Məmmədov, H.H.Əhmədov iş № 2(103)-10166/2018) İddiaçı-nin apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ilə Cavabdeh arasında 31 oktyabr 2012-ci il tarixdə bağlan mış razılaşmaya əsasən 10.12.2014-cü il tarixdə Cavabdeh 36 ay müddətinə, illik 28 % hesablanmaqla 7.464 manat məbləğində kredit verilmişdir. 29 mart 2017-ci il tarixdə İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh 10.12.2014-cü il tarixdə verilmiş kredit üzrə 5.798 manat əsas və 2.297 manat faiz borcu olmaqla, cəmi 8.092 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya baxışı zamanı təkrar məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi üçün məhkəməyə yazılı vəsatətlə müraciət edilsə də, apellyasiya məhkəməsi bu vəsatəti təmin etməməklə prosessual hüquqlarını həyata keç irməyə imkan verməmişdir. Halbuki iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində iclas zamanı ekspert rəyi ilə tanış olduqdan sonra həmin rəylə razılaşmadığını bildirmiş, təkrar ekspertizanın keçirilməsi üçün qərardad qəbul edilməsi barədə məhkəməyə şifahi vəsatət vermişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını 10.12.2014-cü il tarixdə verilmiş 7.464 manat kredit üzrə ödənilməmiş əsas borc və faiz borcunun tutulması təşkil edir. İddiaçı bank tərəfindən iddia ərizəsinə həmin kredit üzrə ödəniş cədvəli və qalıq borcunu özündə əks etdirən maliyyə arayışı da əlavə edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, 10.12.2014-cü il tarixdə ona 7.464 manat kredit verilmiş, ödəniş cədvəli əsasında banka 11 ay mütəmadi olaraq hər ay 309 manat olmaqla, cəmi 3.400 manat ödəmiş, lakin bank iddia tələbində ödədiyi məbləği düzgün göstərməmiş, faiz borcu düzgün müəyyən edilməmişdir. Odur ki, 7.464 manat kredit alması və 11 ay ərzində 10.11.2015-ci iı tarixə kimi ödədiyi 3.400 manat ödəməsi barədə sübutların ekspertizaya təqdim edilməsini xahiş edir. Beləliklə işin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı bank tərəfindən 31.10.2012-ci il tarixli saziş əsasında cavabdehə bərpa olunan kredit xətti açılmış və kredit kartı verilmiş, 10.12.2014-cü il tarixdə 36 ay müddətinə, illik 28 faizlə 7.464 manat məbləğində kredit verilmiş, müqavilə müddəti ərzində 3.652 manat faizlə bərabər cavabdehin banka cəmi 11.116 manat qaytarması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Pr osessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu halda məkəmə iddia tələbi üzrə 10.12.2014-cü il tarixdə verilmiş kredit üzrə əsas və faiz borcunun müəyyən edilməsi barədə ekspertiza təyin etməli olduğu halda ekspert qarşısında İddiaçı ilə Cavabdeh arasında 31 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə həmin müqavilənin bağlandığı tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixdə qaytarılmayan mövcud borca hesablanmalı olan əsas borc, faiz borcu və cərimələrin məbləğinin müəyyən edilməsi barədə sualla r qoymuş və alınmış ekspertiza rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd edilən hallarına hüquqi qiymət verməməklə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Beləliklə, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, maddi və prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilməklə mübahisə həll edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəm ə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev
Məhkəmə qərarları › İş №2(102)-1612/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1612/2019
21.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver