Məhkəmə qərarları › İş №2(102)-1612/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1612/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1612/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1612/21 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipotekaya yönəldilməsi) Bakı şəhəri, 26 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yakuboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, vəkil Həsənzadə Azər Həsənağa oğlunun, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili xxx iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5050/2020 nömrəli, 24 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC-nin kassasiya şikayətinə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC-nin “Sənaye” filialı ilə “xxxx” MMC arasında bağlanmış 12.01.2016-cı il tarixli, 449 saylı kredit müqaviləsinə əsasən “xxxx” MMC-yə 36 ay müddətində illik 14 faizlə 250000 manat məbləğində kredit verilmişdir.

2. Kredit öhdəliyinin təmini üsulu kimi İddiaçı ASC-nin “Sənaye” filia lı ilə Cavabdeh2 arasında bağlanmış 12.01.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan ünvan 1-ü bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. a) İş üzrə birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən İddiaçı ASC-nin xeyrinə 221518 manat əsas, 17833 manat faiz borcu, 25038,52 manat dəbbə pulu olmaqla, cəmi 276254,52 manat kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 209.1 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq və sait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra yaşayış sahəsindən çıxmadıqda cavabdehlərin məcburi qaydada çıxarılmaları və onların yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdeh “xxxx” MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, kredit müqaviləsinin 8-ci bəndində pul öhdəliyinin icra edilməsinin borcverən tərəfindən vaxtından əvvəl tələb edilməsi şərtləri və 10.2-ci bəndində dəbbə pulunun müəyyənləşdirilməsi şərtləri öz əksini tapmış, həmçinin 7ci bənddə müqavilənin qüvvədə olma müddətinin borcalanın öz üzərinə götüdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdiyi vaxtadək müəy yən edilmişdir.

5. Cavabdeh “xxxx” MMC kredit vəsaitinin 250.000 manat pul vəsaitindən istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq kreditə hesablanmış faiz borcunu müqavilənin 6 və 7-ci bəndi ilə müəyyən edilən qaydada ödəməmişdir. Belə ki, sonuncu ödəniş 13.03.2017-ci il tarixdə 1.166,67 manat olmaqla, sonradan cavabdeh tərəfindən ödəniş aparılmamışdır.

6. Cavabdehlərə kreditin qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunsa da, bu günə kimi borcun ödənilməsi üçün tədbirlər görülməmişdir.

7. Borcun məbləği 10 oktyabr 2017-ci ilə hesablanıb.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 317.1, 319.1, 319.6, 385.1, 442, 443.1, 448.1, 448.2, 739, “İpoteka haqqında” Qanunun 39.1 və 39.3.3-cü maddələrinə istinad etmişdir.

9. İddiaçı borcun məbləği hissəsində tələ bini artırıb, digər tələblər yerində qalmaqla cavabdeh “xxxx” MMC-dən İddiaçı ASC-nin xeyrinə 04 dekabr 2017-ci il tarixinə 221517,45 manat əsas, 22484,01 manat faiz borcu, 87840 manat dəbbə pulu olmaqla, cəmi 331841,46 manat kredit borcunun və 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir.

10. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi iddiaya etiraz olaraq vəsatət verib, mühasibatlıq ekspertizasının keçirilməsini xahiş edib, vəsatət onunla əsaslandırlıb ki, müqavilə müddətinin sonuna, 13 yanvar 2019-cu ilədək təxminən 320000 manat borc və faizlər ödənilməli olduğu halda, müqavilənin bitməsinə bir il qaldığı hazırki vaxtda tələb edilən məbləğin 400 min manata yaxın olması borcun həddən artıq çox hesablandığını göstərir.

11. Cavabdeh Cavabdeh2 nümayəndəsi iddiaya etiraz kimi, ipoteka pre dmetinin müqavilədə göstərilən qiyməti ilə razı olmadığını göstərib.

12. Birinci instansiya məhkəməsi 22 dekabr 2017-ci il tarixli ayrı-ayrı qərardadlarla mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin edib.

13. Məhkəmə-mühasibatlıq ekspertizasının 1272 saylı, 30.04.2018-ci il tarixli rəyinə əsasən “xxxx” MMC-nin 04 dekabr 2017-ci il tarixinə borcu 164696.16 manatdır, o cümlədən: 149.361,69 manat əsas, 15.334,47 manat faiz borcu. 14. “xxxx” MMC-nin ƏEM/A 118-446/18 saylı, 20.04.2018-ci il tarixli rəyinə əsasən ünvan 2 saylı evin 20 aprel 2018-ci il tarixinə bazar qiyməti 711000 manat təşkil edir.

15. İddiaçı borcun məbləği hissəsində tələbini yenə artırıb, digər tələblər yerində qalmaqla cavabdeh “xxxx” MMC-dən İddiaçı ASC-nin xeyrinə 29 may 2018-ci il tarixinə 221517,45 manat əsas, 3 7559,50 manat faiz borcu, 93268 manat dəbbə pulu olmaqla, cəmi 352344,95 manat kredit borcunun və 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir.

16. Həmçinin iddiaçı bankın nümayəndəsi ipoteka predmetinin təkrar qiymətləndirilməsi barədə vəsatət vermişdir.

17. Birinci instansiya məhkəməsi 30 may 2018-ci il tarixli ayrı-ayrı qərardadlarla mühasibatlıq və təkrar qiymətləndirmə ekspertizaları təyin edib.

18. Məhkəmə-mühasibatlıq ekspertizasının 16524 saylı, 01.10.2018-ci il tarixli rəyinə əsasən 29 may 2018-ci il tarixə “xxxx” MMC-nin İddiaçı ASC-yə kredit borcu 191473.39 manatdır, o cümlədən: 149361,69 manat əsas, 42111,70 manat faiz borcu. 19. “xxxx” MMC-nin 189/M saylı, 02.07.2018-ci il tarixli rəyinə görə ünvan 2 saylı evin 02.07.2018-ci il tarixinə bazar dəyəri 450000 manat təşkil edir.

20. Birinci instansiya məhkəməsi iddiaçı bankın vəsatəti əsasında 24 OKTYABR 2018-ci il tarixli qərardadla əlvaə mühasibatlıq ekspertizası təyin edib.

21. Məhkəmə-mühasibatlıq ekspertizasının 31238 saylı, 06.05.2019-cu il tarixli rəyinə əsasən “xxxx” MMC-nin İddiaçı ASC-yə 29 may 2018-ci il tarixinə borcu 259076,92 manat təşkil edir, o cümlədən: əsas borc üzrə 221.517,41 manat, faiz borcu üzrə 37.559,51 manat. Rəydə həmçinin qeyd edilib ki, tərəflər arasında imzalanmış 449 saylı, 12 yanvar 2016-cı il tarixli kredit müqaviləsində cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimənin hesablanması ilə bağlı heç bir məlumat olmadığı üçün soruşulan tarixə cavabdeh “xxxx” MMC-yə cərimə borcu hesablanmadı.

22. İddiaçı bank borcun məbləği hissəsində tələbini bi r daha artırıb, digər tələblər yerində qalmaqla cavabdeh “xxxx” MMC-dən İddiaçı ASC-nin xeyrinə 27 may 2019-cu il tarixinə 221517,45 manat əsas, müqavilə bitən tarixə ödənilməmiş 56942,26 manat faiz borcu, müqavilə bitən tarixdən 27 may 2019-cu ilədək 11457,41 manat faiz borcu, 112568,63 manat dəbbə pulu olmaqla, cəmi 402785,75 manat kredit borcunun və 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir.

23. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi mühasibatlıq ekspertizasının keçirilməsini xahiş edib, vəsatət onunla əsaslandırlıb ki, iddiaçı 27 may 2019-cu il tarixinə borcun məbləği barədə yeni iddia verib.

24. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-73/2019 saylı, 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh «xxxx» MMC-dən İddiaçı ASC-nin xeyrinə 221.517,45 (iki yüz iyirmi bir min beş yüz on yeddi manat qırx beş qəpik) manat əsas borc, 56.942,26 (əlli altı min doqquz yüz qırx iki manat iyirmi altı qəpik) manat faiz borcu, 22.151 (iyirmi iki min manat yüz əlli bir) manat cərimə borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 209.1 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 450.000 (dörd yüz əlli min) manat məbləğində müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ünvan 2 saylı ev hərracdan satıldıqdan 1 (bir) ay sonra Cavabdeh2 həmin evdən çıxmadıqda məcburi qaydada çıxarılma sı və onun ünvan 2 saylı evdən istifadə hüququna xitam verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərinin cavabdeh «xxxx» MMC-dən tutulması qət edilmişdir. (hakim Mədinə Bağırova)

25. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı ASC-nin «Sənaye» filialı 12.01.2016-cı il tarixli, 449 saylı kredit müqaviləsinə əsasən “xxxx” MMC-yə 12.01.2019-cu il tarixədək illik 14 faizlə 250.000 manat məbləğində kredit vermişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Sənaye» filialı X3 arasında 12.01.2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmış və Cavabdeh2 mülkiyyətində olan ünvan 1, ipoteka ilə yüklü edilmişdir. Cavabdeh “xxxx” MMC 250.000 manat pul vəsaitindən istifadə ets ə də, kredit müqaviləsinin şərtlərini pozaraq kreditə hesablanmış faiz borcunu müqavilənin 6 və 7-ci bəndi ilə müəyyən edilən qaydada ödəməmişdir. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. “xxxx” MMC-nin banka 221.517,45 manat əsas, müqavilə bitən 12.01.2019-cu il tarixə ödənilməmiş 56.942,26 manat faiz borcu vardır.

26. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 221.517,45 manat əsas, müqavilə bitən 12.01.2019-cu il tarixə ödənilməmiş 56.942,26 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

27. Məhkəmə cavabdehdən 112568.63 manat dəbbə pulu tutulması hissəsində iddianı qismən təmin etmiş və bunu dəbbə pulunun tənasübsüz su rətdə yüksək hesablanması ilə əsaslandırmışdır. Məhkəmə hesab edib ki, iddiaçı bankın bu məbləğdə dəbbə hesablaması ədalətli deyildir və bu məbləğinin 22.151 manat həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətlidir.

28. Birinci instansiya məhkəməsi müqavilə müddəti bitən 12.01.2019-cu il tarixdən 27.05.2019-cu il tarixə qədər ödənilməmiş 11457,41 manat faiz borcunun tutulması hissəsində isə iddia tələbini təmin etməmiş və bunu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. Həmin Qərarda qeyd olunub ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçü n nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

29. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmamasına istinad edərək, tutmanın Cavabdeh2 məxsus ipoteka predmetinə yönəldilməsini, həmin əmlakın ilkin satış qiymətinin qiymətləndirmə rəyinə əsasən 450000 manat olmasını müəyyən etmişdir.

30. Məhkəmə mövqeyini Mülki Məcəllənin 269.1, 317.1, 319.1, 442, 445, 448.1, 462.1, 467, 739.1-ci, “İpoteka haqqında” Qanunun 34.1, 59.3.1, 59.3.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

31. Cavabdeh “xxxx” MMC apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsini xahil etmişdir.

32. Apellyasiya şikayətinin dəlilləri: - 3 dəfə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, 2 dəfə kredit borcu 200000 manatdan aşağı məbləğdə, 3-cü dəfə isə 259076,92 manat məbləğində hesablanmışdır. Lakin məhkəmə əvvəl keçirilmiş 2 ekspertizanın hansı səbəbdən sübut kimi qəbul edilməməsinə dair hər hansı bir əsaslandırma aparmamışdır. - “xxxx” MMC cavabdeh tərəf olaraq 06.05.2019-cu il tarixli 31238 saylı ekspert rəyi ilə razı olmadıqlarını və bundan əlavə iddiaçı tərəfindən iddia həcminin artırılması səbəbindən həmin məbləğin düzgün hesablanıb-hesablanmamasının yoxlanılmasının müəyyən edilməsi üçün ekspertizanın k eçirilməsini məhkəmədən xahiş etsə də, məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir.

33. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11555/2019 saylı, 24 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-73/2019 saylı mülki iş üzrə qəbul etdiyi 10 iyun 2019cu il tarixli qətnaməsi kredit borcunun məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Raqib Qurbanov (sədrlik edən, məruzəçi), Etibar Nəbiyev, Aida Hüseyn)

34. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edib ki, iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəylər ilə təsdiq olunur. Cavabdeh isə bor cun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir.

35. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 102-ci maddəsində əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsaslarına istinad edərək, iş üzrə əlavə və ya təkrar məhkəmə ekspertizasının təyin edilməsi üçün əsas görməyib.

36. Apellyasiya məhkəməsi qeyd edib ki, birinci instansiya məhkəməsində hər dəfə yeni məhkəmə mühasibatlıq ekspertizanın təyin edilməsi iddiaçının iddia tələblərinin artırılması ilə bağlı ərizə verməsi ilə əlaqədar olmuşdur. Həmçinin məhkəmə-mühasibatlıq ekspertizasının 06.05.2019-cu il tarixli 31238 saylı rəyindən qeyd olunmuşdur ki, hər günə düşən faiz məbləği 86,15 manat təşkil edir. Həmin rəydə 29 may 2018-ci il tarixə olan borc hesablanmışdır. Həmin tarixdən müqavilənin bitmə tarixinə, yəni 13 yanvar 2019-cu il tarixə qədər olan müddət 295 gün, həmin müddətə hesablanan faiz borcu isə 25414,25 (295 x 86,15 = 25414,25) manat təşkil edir.

37. Apellyasiya məhkəməsinin mövqeyinə görə müqavilənin bitmə tarixinə olan cəmi faiz borcu 62973,76 (37559,51 + 25414,25 = 62973,76) manat təşkil edir, iddiaçı isə həmin tarixə daha az məbləğdə, yəni cəmi 56942,26 manat məbləğində faiz borcunun tutulması tələbini irəli sürmüşdür ki, bu da faiz borcunun düzgün hesablanmaması nəticəsinə gəlmək üçün heç bir əsas vermir.

38. Apellyasiya məhkəməsi qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşm ışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

39. Cavabdeh “xxxx” MMC kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini, yeni qərar çıxarılmasını xahiş etmişdir.

40. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun – borcun məbləğinin düz olmaması, borc məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməməsi – əsaslandırılıb.

41. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-848/2020 saylı, 25 fevral 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli, 2(103)11555/2019 saylı qətnaməsi borc məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.

42. Kassasiya məhkəməsi qeyd edib ki, id diaçı iddia tələbində borc məbləğinin müqavilənin bitmə tarixinədək, yəni 13 yanvar 2019-cu ilədək müəyyən edilməsini xahiş etmiş, apellyasiya instansiyası məhkəməsi də məhz həmin tarixə özü tərəfindən borc məbləğinin müəyyən edilməsinə dair hesablama aparsa da, həmin hesablama üzrə səhv nəticəyə gəlmişdir.

43. Kassasiya məhkəməsi mövqeyi nə görə apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsinə əlavə kimi təsbit olunmuş “Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli”ndə nəzərdə tutulmuş hesablamanı nəzərə almamışdır. Həmin hesablama üzrə müqavilənin bitmə tarixinə 250.000 manat əsas borc, 70.000 manat faiz borcu, yəni cəmi 320.000 manat borc ödənilməlidir. İddiaçının təqdim etdiyi arayışda əsas borcdan 28482 manat, faiz borcundan isə 40833 manat ödənildiyi göstərilmişdir. Qə tnamə ilə tutulacaq məbləğ isə 221.517,45 manat əsas borc və 56.942,26 manat faiz borcu müəyyən edilmişdir. Adi hesablama üzrə həmin məbləğlərin ödəniş cədvəlindəki nəzərdə tutulan cəmi 320.000 manat borcdan çox olduğu müəyyən edilir.

44. Kassasiya məhkəməsi işə yenidən baxan məhkəmənin yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli olmasını, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməli olmasını göstərmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

45. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5050/2020 nömrəli, 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmi ş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-73/2019 saylı iş üzrə 10 iyun 2019-cu il tarixli qətnaməsi araşdırılan - borc məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən, məruzəçi), Qürbət Əsgərov, Azad İmanov)

46. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, 26.02.2016-cı il tarixdən 13.03.2017-ci il tarixə qədər faiz borcundan cəmi 40.833,37 manat, əsas borcdan isə bir dəfə, elə 13.03.2017-ci il tarixdə 28.482,55 manat ödəniş edilmişdir. Əsas borc məbləği olan 250.000 manat məbləğində kreditin gündəlik (1 gün üçün) faizləri 97,22 manat (250.000x14%/360=97,22), həmin faizlərin hesablanmalı olduğu müddət isə 426 gün, yəni kreditin verildiyi 12.01.2016-cı il tarixdən əsas sonuncu ödənişin edil diyi 13.03.2017-ci il tarixə qədər olduğu müəyyən edilir ki, bu da 41.416 manat (97,22x426) təşkil edir. 13.03.2017-ci il tarixə qədər ödənilməli olan faiz borcu 41.416 manat olduğu halda, 40.833,37 manat faiz borcu ödənilmişdir. Belə olan halda, həmin tarixə ödənilməmiş qalan faiz borcu 582,63 manat (41,416-40.883,37) təşkil etmişdir.

47. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi başqa bir hala görə 13.03.2017-ci il tarixdə əsas borc üzrə 28.482,55 manat ödəniş edilmiş və həmin ödənişdən sonra əsas borc 221.517,45 manat qalmışdır. Qalıq qalmış əsas borc məbləği olan 221.517,45 manat məbləğində kreditin gündəlik (1 gün üçün) faizləri 86,14 manat (221.517,45x14%/360=86,14), həmin faizlərin hesablanmalı olduğu müddət isə 669 gün, yəni sonuncu ödənişin edildiyi 13.03.2017-ci il tar ixdən müqavilə müddətinin bitdiyi 12.01.2019-cu il tarixə qədər olduğu müəyyən edilir ki, bu da 57.631,45 manat (86,14x669) təşkil etmişdir.

48. Apellyasiya instansiyası işin müəyyən edilmiş bu hallarına əsasən müəyyən edib ki, müqavilə müddəti bitdiyi tarixə MMC-nin əsas borcu 221.517,45 manat, faiz borcu isə 58.214,08 manat (582,63+57.631,45) olmuşdur.

49. Apellyasiya instansiyası iddiaçının 221.517,45 manat əsas borc və 56.942,26 manat məbləğində faiz borcu tələb etməsini nəzərə alaraq hesab edib ki, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsi verilmiş tələb daxilində qətnamə çıxarmaqda haqlı olmuşdur.

50. Apellyasiya instansiyası borc məbləğinin yuxarıda göstərilən qadyada müəyyən etməyin mümkün old uğunu nəzərə alaraq hesab edib ki, bunun üçün ekspertiza tədqiqatına ehtiyac yoxdur və işdəki ekspert rəyləri hazırki işin həlli baxımından əhəmiyyət kəsb etmir.

51. Apellyasiya instansiyası kassasiya instansiya məhkəməsinin göstərişlərinə münasibətdə qeyd edib ki, kredit müqaviləsinə əsasən, bir qayda olaraq bank (kreditor) müəyyən pul məbləğini müəyyən müddətə istifadə etmək üçün borcluya verməyi, sonuncu isə həmin vəsaiti təyinatı üzrə istifadə edib, onu razılaşdırılmış müddətdə geri qaytarmağı və istifadə üçün təyin olunmuş haqq (faiz) ödəməyi öhdələrinə götürürlər. Kredit öhdəlikləri təminatlı və ya təminatsız olmaqla, sərbəst və ya annuitet qaydada geri qaytarılma xarakteri daşıyır. Sərbəst ödəniş halında borclu hər ay faizləri öləmək şərti ilə əsas borcu kredit müqaviləsinin müddəti bitənədək istənilən vaxt ödəyə bilər. Annuitet ödənişlə götürülmüş kreditlər isə hər ay həm əsas borcun bir hissəsi, həm də həmin vaxta geri qaytarılmamış əsas borc məbləğinə hesablanmış faiz borcunun bərabər hissələrlə aylıq, rüblük və ya başqa qaydada müəyyənləşdirilən dövri ödənilməsini ehtiva edir. Bankların kreditləri əsasən annuitet qaydada geri qaytarma şərti ilə verməsi daha az riskə məruz qalmaq, borclunun ödəniş qabiliyyətini vaxtında analiz edərək ödəniş qabiliyyəti olmayan borcludan krediti ləngimədən geri tələb etmək və s. məqsədini güdür. Ancaq nəzərə almaq lazımdır ki, həm sərbəst, həm də annuitet ödəniş halında faizlər mövcud olan əsas borc qalığına hesablanır və faiz borcunun hesablanması heç də annuitet ödəniş üçün verilmiş ödəniş cədvəlindən asılı deyildir. Məsələn, bor clunun hər hansı ayda ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğdən artıq əsas borcundan ödəniş etməsi növbəti aylar üçün ödənilməsi nəzərdə tutulmuş faizlərin azalmasına, az ödəniş etməsi isə faizlərin artmasına səbəb olacaqdır.

52. Apellyasiya instansiyasının mövqeyinə görə ödəniş cədvəlində göstərilən yekun faiz məbləği ödənilməsi məcburi olan yox, planlaşdırılan məbləğdir və həmin faiz məbləğinin məhz həmin həddə ödənilməsi yalnız borclu bütün ödənişlərini ödəniş cədvəlində göstərilmiş tarixlərdə və məbləğlərdə apardıqda baş verir. Əks təqdirdə, ödənilən yekun faiz məbləği ödəniş cədvəlində göstərilən yekun faiz məbləğindən fərqli (az və ya çox) olacaqdır və bu da normaldır. Başqa sözlə, borclu nə qədər gec ödəniş etsə, bir o qədər çox faiz ödəmək məcburiyətindədir (müqavilə müddəti üçü n normal faiz dərəcəsi ilə, müqavilə müddətindən sonra isə illik 5 faizlə). Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

53. Cavabdeh “xxxx” MMC kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

54. Kassasiya şikayəti apellyasiya və əvvəlki kassasiya şikayətinin dəlillərinə uyğun – borcun məbləğinin düz olmaması, borc məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməməsi –əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri

55. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

56. Məhkəmə kollegiyasının iclasında cavabdeh xxxx MMC-nin nümayəndə si və vəkili Xəlilov hikmət Əjdər oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.

57. Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və vəkil Həsənzadə Azər Həsənağa oğlu kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər.

58. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Məcəllə Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin mə zmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 4

20. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

60. Hazırkı işdə mübahisə predmeti yalnız borcun məbləğidir, həm apellyasiya, həm də əvvəlki kassasiya baxışlarında qətnamə yal nız borc məbləği hissəsində yoxlandığlndan hazırda məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

63. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

64. Məhkəmə kollegiyası borcun məbləği ilə bağlı apellyasiya məhkəməsinin dəyərləndirməsini (hazırki qərarın 46-50-ci bəndləri) işin müəyyən edilmiş hallarına uyğun olaraq əsaslı hesab edir və əlavə izaha zərurət duymur.

65. Cavabdeh iş üzrə təkrar ekspertiza keçirilməməsini göstərsə də, apellyaisya məhkəməsi buna zərurət görməmişdir.

66. Məhkəmə kollegiyası da qeyd edir ki, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsini şərtlətini müəyyən etmişdir. Mübahisə tərəfinin yenidən ekspertiza təyin etməsini bildirməsi özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Pr osessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

67. Qətnamədən görünür ki, apellyasiya məhkəməsi MPM-in 420-ci maddəsinin tələblərinə əməl edərək hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-848/2020 saylı, 25 fevral 2020-ci il tarixli qərarında şərh edilən göstərişlərə əməl edərək, faiz borcunun hesablanması qaydasına da qiymət vermişdir. Kollegiya həmin hissəni əsaslı sayır və hazırki qərarın 51-52-ci bəndlərində qeyd edilənləri bir daha təkrar etməyə lüzum görmür.

68. Həmçinin apelyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

69. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən kassasiya şikayətinin dəlillərini əsasız sayır və belə q ənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

70. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5050/2020 nömrəli, 24 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar