Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1613/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, iddiaçı “xxxx” (İddiaçı İKB ASC) Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Natiq Sədrəddin oğlunun, Cavabdeh vəkili Ramazanov Vasif Ağasəf oğlunun iştirakları ilə, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: “ xxxx” Açıq Səhmdar Cəmiyyəti Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı İKB ASC cavabdehə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən R.Həsənov, iş 2(007)-123/2019)iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 08 оktyаbr 2015-ci il tarixli 11-G1- 1-0-557-15 saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdehdən əsаs bоrc, fаiz bоrcu və cərimə bоrcu üzrə ümumilikdə 17497. 17 ABŞ dolları icrа vахtı mаnаtа оlаn məzənnə ilə, hаbеlə ipоtеkа prеdmеtinə tutmаnın yönəldilməsinə dаir bildirişin qеydə аlınmаsı üçün ödənilmiş 30 mаnаt və dövlət rüsumu оlаrаq ödənilmiş 30 mаnаt tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın Bаkı şəhəri, ünvan 1 ünvanında еvin 58 sаylı mənzilinə yönəldilməsi, həmin mənzilin 67000 mаnаt ilkin sаtış qiyməti ilə açıq hərracdan satılaraq əldə еdilmiş vəsаitin cаvаbdеhin Bаnk qаrşısındа оlаn borcunun ödənilməsinə yönəldilməsi, cаvаbdеhin həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi və ən geci bir ay ərzində mənzil boşaldılmаqlа Bаnkа təhvil vеrilməsi qət edilmiş, iddiа tələbi sаtışdаn əldə оlunmuş vəsаit qətnаmənin icrаsınа kifаyət еtmədiyi təqdirdə qətnаmənin qаlаn hissədə ümumi qаydаdа icrа еdilməsinə dаir hissədə təmin еdilm əmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov, iş № 2(103)-12634/2019) İddiaçı İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin və cavabdeh apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 10 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: “xxxx” Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Natiq Sədrəddin oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsin in Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh vəkili Ramazanov Vasif Ağasəf oğlu izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bankla cavabdeh arasında bağlanmış 11-G1-1-0-557-15 saylı 08 оktyаbr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank borcalana 36 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 24650ABŞ dolları kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixli və saylı ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsinin təminatı olaraq cavabdehə məxsus mənzil ipoteka ilə yüklü edilmiş və yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə ekspertiza mərkəzinin 15 аprеl 2019-cu il tаriхli rəyinə görə, 26 fеvrаl 2018-ci il tаriхə (maliyyə ar ayışının verildiyi tarixə) cavabdehin Banka olan əsas borcu 15944,85АBŞ dоllаrı; fаiz bоrcu 7977,53 АBŞ dоllаrı, cərimə bоrcu 251,10 АBŞ dоllаrı, cəmi borcu 24.713,48 АBŞ dоllаrı təşkil edir. Ekspert rəyində qeyd olunmuşdur ki, borclu tərəfindən 26.02.2018-ci il tarixdən (maliyyə arayışının verildiyi tarix) sonra 6676,31 ABŞ dolları pul ödənilmiş, həmin məbləğ maliyyə arayışının verildiyi tarixə hesablanmış cəmi 24.713,48 АBŞ dolları borcdan çıxıldıqdan sonra cavabdehin Banka 17497,17 ABŞ dolları borcu qalmışdır. “xxxx” MMC-nin 27.07.2018-ci il tarixli hesabatına əsasən, ipoteka predmeti olan mənzilin bazar dəyəri 67000 manat müəyyən edilmişdir Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 4 21, 442, 443.1, 448.1, 465-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 39, 59-cu maddələrinin tətbiqi ilə razılaşmışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq, təkrar məhkəmə ekspertizası keçirməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təy in edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlillə ri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1613/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1613/2020
12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver