Məhkəmə qərarları › İş №2(102)-1613/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1613/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1613/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-341/2020 nömrəli iş üzrə 04 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları xx.xx.2010-cu il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış kredit razılaşmasına əsasən Bank tərəfindən Cavabdeh2 aylıq 2.3333 faiz ödəmək şərti il ə 30 ay müddətinə 50.000 ABŞ dolları məbləğində, xx.xx.2012-ci il tarixli kredit razılaşmasına əsasən aylıq 2.3333 faiz ödəmək şərti ilə 24 ay müddətinə 5000 ABŞ dolları məbləğində kreditlər verilmişdir. Həmin kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin təminatı kimi QSC ilə Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 Nərman qızı və Cavabdeh5 arasında zaminlik müqavilələri bağlanmış, həmçinin QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, dalan 15-də yerləşən 10 nömrəli evin 10 saylı mənzili,Cavabdeh5 ilə bağlanmış xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən isə “İVECO OTOYOL-MN24.9” markalı ** TC *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2017-ci ilin mart ayında İddiaçı borcluya və zaminlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada xx.xx.2010-cu il tarixli kredit razılaşması üzrə cəmi 37.820,15 ABŞ dolları məbləğində, xx.xx.2012-ci il tarixli kredit razılaşması üzrə cəmi 14.870,99 ABŞ dolları məbləğində olmaqla umumilikdə 52.691,14 ABŞ dolları məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 21 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və s. dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi üzrə Cavabdeh2 İddiaçı-yə qarşı qar şılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia müddətini tətbiq etməklə xx.xx.2010-cu il tarixli kredit razılaşması üzrə cəmi 37.820,15 ABŞ dolları məbləğində borcun tutulması hissəsində ilk iddianın rədd edilməsi, xx.xx.2012-ci il tarixli kredit razılaşması üzrə 3635,22 ABŞ dolları əsas kredit borcu və 1597,37 ABŞ dolları faiz borcunun ondan tutulması, QSC ilə bağlanmış zaminlik müqavilələrinə xitam verilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və s. barədə iddia tələbinin rədd edilməsi və üç illik iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-197/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim: A.S.Məmmədov) ilkin iddia qismən təmin edilərək, xx xxx 2010-cu il tarixli kredit razılaşması üzrə 16.614,47 ABŞ dolları məbləğində kredit borcu, 19.964,68 ABŞ dolları məbləğində faiz borcu və 300 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 36.879,15 ABŞ dolları məbləğində pul, xx xxxxx 2012-ci il tarixli kredit razılaşması üzrə 3635,22 ABŞ dolları məbləğində kredit borcu, 4359,77 ABŞ dolları məbləğində faiz borcu və 200 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 8194,99 ABŞ dolları məbləğində pul olmaqla ümumilikdə 45.074,14 ABŞ dolları məbləğində pulun Cavabdeh2 tutularaq İddiaçı-yə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsi, dalan 15-də yerləşən 10 nömrəli evin 10a saylı mənzilinə və Cavabdeh5na məxsus olan **-TC-*** dövlət qeydiyyat nişanlı “İVECO OTOYOL-M24.9” markalı nəqliyyat vasitəsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş mənzilin ilkin satış qiymətinin 35.000 manat müəyyən edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsinin Cavabdeh2 tutularaq İddiaçı-yə ödənilməsi, dövlət rüsumunun 10 manat hissəsinin ilk iddia üzrə iddiaçının özünə aid edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, xx xxxxx 2010-cu il tarixli, xx xxx 2010-cu il tarixli, xx xxxxxx 2011-ci il tarixli zaminlik müqavilələri üzrə Cavabdeh2 və Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 Nərman qızının zaminliklərinə xitam verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 aid edilm əsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4621/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.T.Həsənov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və N.Ş.Cəfərov) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qətnaməsi “xx xxx 2010-cu il tarixli kredit razılaşması üzrə 19.964,68 ABŞ dolları məbləğində faiz borcunun və xx xxxxx 2012-ci il tarixli kredit razılaşması üzrə 4359,77 ABŞ dolları məbləğində faiz borcunun Cavabdeh2 tutularaq İddiaçı-yə ödənilməsi” hissəsində dəyişdirilmiş, Cavabdeh2 xx.xx.2010-cu il tarixli kredit razılaşması üzrə tutulan faiz borcunun məbləği 5053,48 ABŞ dolları, xx.x x.2012-ci il tarixli kredit razılaşması üzrə tutulan faiz borcunun məbləği 774,63 ABŞ dolları müəyyən edilmiş, qətnamə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2993/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər – S.F.Hacıyev (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və E.R.Vəliyeva) Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)-4621/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)341/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-197/2018 saylı qətnaməsi faiz borcu və ümumi borc məbləği hissəsində dəyişdirilmiş, Cavabdeh2 İddiaçı-nin xeyrinə xx xxx 2010-cu il tarixli kredit razılaşması üzrə tutulan faiz borcunun məbləği 5053,48 ABŞ dolları, xx xxxxx 2012-ci il tarixli kredit razılaşması üzrə tutulan faiz borcunun məbləği 774,63 ABŞ dolları müəyyən edilmiş, xx xxx 2010-cu il tarixli kredit razılaşması üzrə 16.614,47 ABŞ dolları məbləğində kredit borcu, 5053,48 ABŞ dolları məbləğində faiz borcu və 300 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 21.967,95 ABŞ dolları məbləğində pul, xx xxxxx 2012-ci il tarixli kredit razılaşması üzrə 3635,22 ABŞ dolları məbləğində kredit borcu, 774,63 ABŞ dolları məbləğində faiz borcu və 200 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 4609,85 ABŞ dolları məbləğində pul olmaqla ümumilikdə 26.577,8 ABŞ dolları məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı-yə ödənilməsi, qətnamənin Cavabdeh2 və Cavabdeh1 münasibətdə qalan hissələrdə dəyişdirilmədən, Cavabdeh1 apellyasiya şikayətinin təmin edilmədən saxlanılması qət edilmişdir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini faiz borcu və ümumi borc məbləği hissəsində dəyişdirərkən İddiaçı-nin məh kəməyə təqdim etdiyi maliyyə arayışları və əməliyyat cədvəllərinin faiz borcunun məbləği ilə bağlı Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinin doğru olmasını əsas göstərmiş və gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 448.1, 739.1 və 741-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə qismən ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında Cavabdeh2 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka i lə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtlər i pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növ lü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə Cavabdeh2 tərəfindən bor cun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissələrində mübahisələndirildiyindən kollegiya qətnamənin qanuniliyini həmin hissələrdə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kredit razılaşmalarını bağlamaqla onun iştirakçıları qarşılıqlı surətdə üzərlərinə öhdəliklər götürmüşlər. Bank razılaşmalarda müəyyən olunmuş məbləğlərdə kreditləri Cavabdeh2 verməklə öhdəliyini icra etməsinə baxmayaraq Cavabdeh2 aldığı kreditlərin müəyyən olunmuş müddətdə və qaydada qaytarılmasını təmin etməməklə müqavilə öhdəliyini pozmuşdur. Cavabdeh2 borcun ipoteka predmetlərinə yönəldilməsinin qanunsuz olmasını iddia etsə də, işə baxan məhkəmə instansiyalarına bunu təsdiq edə biləcək heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarıl ması barədə şikayətin dəlilləri əsassız olduğundan, kollegiya şikayətin dəlillərini əsassız hesab edir. Kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən hissələrdə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının qüvvəsi düzgün tətbiq olunmaqla çıxarılmış, qətnamənin ləğv edilməsinə əsas verən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Şərh olunanlara əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-341/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar