Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1613/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: qərardaddan kassasiya şikayəti verilməsinin nəzərdə tutulmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 yanvar 2023-cü il tarixli, 2(103)-921/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 27 aprel 2021-ci ildə Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş kredit müqaviləsi üzrə 50.000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla, cəmi 50.030 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(011)5391/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 50.000 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
3. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin e dilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan əlavə, apellyasiya icraatı zamanı Cavabdeh “kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-921/2023 saylı qərardadı ilə Cavabdeh “kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-921/2023 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(011)- 5391/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-921/2023 saylı qərardadından narazı qalan Cavabdeh kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və qarşılıqlı iddia tələbinin icraata qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
7. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhk əməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
8. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və m araqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
9. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
10. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə.
11. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
12. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilməli və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.
14. Belə ki, Azərbaycan Respublikası MPM-in 402.2-ci maddəsində kassasiya şikayəti verilməsi mümkün olan qərardadlar dəqiq göstərilmişdir.
15. Həmin normada qarşılıqlı iddia ərizəsinin geri qaytarılma sı barədə məhkəmə qərardadları, kassasiya şikayəti verilməsi mümkün olan qərardadlara aid edilməmişdir.
16. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
17. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qərardadın MPM-nin 402.2-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qərardadlar kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
18. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti verilmiş qərardadın MPM-nin 402.2-ci maddəsində kassasiya şikayəti verilməsi istisna olunan qərardadlara aid olub-olmamasını araşdırmalı idi.
19. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
20. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)921/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Cavabdeh kassasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsı