Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1614/2019 01.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, İddiaçı İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Natiq Sədrəddin oğlu, Cavabdeh2 və onun vəkili Nağıyev Azər Loğman oğlunun iştirakları ilə, Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh2 Bakı Ap ellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi, borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 aprel 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Mehdiyev, iş 2(006)-3594/2018) iddia qismən təmin edilərək, İddiaçı İKB ASC ilə cavabdeh Cavabdeh2 arasında imzalanmış 26 dekabr 2014-cü il tarixli, 27-G-1-0537-14 saylı kre dit müqaviləsinin ləğv edilməsi, cavabdeh X4 İddiaçı İKB ASC-nin xeyrinə 20925,53 ABŞ dolları əsas, 8036,06 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 29011,59 ABŞ dolları ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin 30 manat dövlət rüsumu vəsaitinin tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tiblisi prospektində yerləşən 3 otaqlı, 55,8 kv.m ümumi 40,2 kv.m yaşayış, 15,6 kv.m yardımçı sahədən ibarət evin 3 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiymətinin 80400 manat məbləğində müəyyən edilərək açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsaitin hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılması nəti cəsində əldə edilmiş vəsait qeyd edilən borcun ödənilməsinə yetərli olmadığı halda qalan məbləğin Cavabdeh2 tutulması, ipoteka predmetinin satıldıqdan bir ay sonra Cavabdeh1 Bakı şəhəri, ünvan 1 ünvanında evin 3 nömrəli mənzilini tərk etməsi və həmin mənzilin banka təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), M.Məmmədov və E.Nağıyeva, iş № 2(103)-10671/2018)cavabdeh X6 apellyasiya şikayətinin qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh2 İddiaçı İKB ASC -nin xeyrinə 20925,53 (iyirmi min doqquz yüz iyirmi beş ABŞ dolları əlli üç sent) ABŞ dolları əsas, 8036,06 (səkkiz min otuz altı ABŞ dolları altı sent) ABŞ dolları faiz, 50 (əlli) ABŞ dolları cərimə olmaqla, cəmi 29011,59 (iyirmi doqquz min on bir ABŞ dolları əlli doqquz sent) ABŞ dollarının ödəniş gününə dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla, həmçinin 30 (otuz) manat dövlət rüsumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tiblisi prospektində yerləşən 3 otaqlı, 55,8 kv.m ümumi 40,2 kv.m yaşayış, 15,6 kv.m yardımçı sahədən ibarət xx saylı evin, 3 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiymətinin 80400 (səksən min dörd yüz) manat məbləğində müəyyən edilərək açıq hərracdan satılmas ı, mənzilin satışından əldə olunmuş vəsaitin hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılması nəticəsində əldə edilmiş vəsaitin qeyd edilən borcun ödənilməsinə yetərli olmadığı halda qalan məbləğin Cavabdeh2 tutulması, ipoteka predmeti satıldıqdan bir ay sonra Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu, ünvan 1 ünvanında mənzilindən çıxarılması, mənzilin boşaldılaraq, İddiaçı İKB ASC-yə təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci iltarixli q ətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh2 vəkili Nağıyev Azər Loğman oğlu göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçı İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Natiq Sədrəddin oğlu göst ərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci iltarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki ha lları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 26 dekabr 2014-cü il tarixli, 27- G-1-0-537-14 saylı kredit müqaviləsinə görə, İddiaçı İKB ASC tərəfindən iddiaçı Abbasov Rövşən Rahib oğluna 36 ay müddətinə illik 26 faizlə 39700 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 dekabr 2014-cü il tarixli, 27G-1-0-537-14 saylı ipoteka müqaviləsinə görə, cavabdeh X2 Bakı şəhəri,ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 55,8 kv.m ümumi 40,2 kv.metr yaşayış, 15,6 kv.m yardımçı sahədən ibarət 48 nömrəli evin, 3 nömrəli mənzilin İddiaçı İKB ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 78000 AZN məbləğində qiymətləndirilir. “xxxx” MMC tərəfindən verilmiş 27 dekabr 2017-ci il tarixli, 39/E saylı ekspertiza rəyinə görə, Bakı şəhəri ünvan 1 ünvanında evin, 3 nömrəli mənzi lin bazar dəyəri 80400 manat təşkil edir. Bakı şəhəri Nəsimi rayonu 23 saylı Mənzil Kommunal İstismar Sahəsinin 1564 saylı arayışına görə, Cavabdeh1 Bakı şəhəri, ünvan 1 ünvanında mənzilində qeydiyyatdadır. İddiaçı İKB ASC-nin 11 may 2017-ci il tarixli maliyyə arayışına görə, cavabdeh Cavabdeh2 İddiaçı İKB ASC-yə 11 may 2017-ci il tarixə 20925,53 ABŞ dolları əsas, 8036,06 ABŞ dolları faiz, 286,09 ABŞ dolları cərimə faizi olmaqla, cəmi 29247,68 ABŞ dolları kredit borcu yaranmışdır. Daxili İşlər Nazirlyiinin BPQM-nin MAPS şöbəsinin arayışına və şəxsiyyət vəsiqəsinin surətinə görə, cavabdeh Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 386.1, 385.1, 445.2.1, 739, 425, 442, 448.1, 448.2, 421.2, 462.1, 467, 295, 279, 317.1, 319.1-ci maddələrini, Azərbaycan Respublikası «İpоtekа hаqqındа» Qаnunun 39.1, 39.3.3, 59.3.1, 59.4-cü maddələrini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqav ilə olmalıdır. Mülki Məcəllənin 739-cu maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Mülki Məcəllənin 442-ci mаdəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Mülki Məcəllənin 448.1-ci mаddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edil mədiyi bütün hаllаr üçün cаvаbdehdir. Mülki Məcəllənin 317.1-ci mаddəsinə görə, əgər bоrclu təminаt vаsitəsi ipоtekа оlаn tələbin ödənilməsini ləngidirsə, ipоtekа sаxlаyаn dаşınmаz əşyаnın sаtılmаsını tələb edə bilər. «İpоtekа hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun 39.1-ci mаddəsində göstərilmişdir ki, ipоtekа sаxlаyаn ipоtekа müqаviləsi üzrə tələbinin ödənilməsi üçün iddiа ilə məhkəməyə mürаciət edə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsində qeyd edilir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3.1-ci maddəsinə görə, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsaslarından biri kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə qərar qəbul edərkən onun iştirakını təmin etməmiş, bununla da çəkişmə prinsipinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası mülki işlərə baxılarkən çəkişmə prinsipinin gözlənilməsinə önəm verir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsi müəyyən edir ki, ədalət mühakiməsi, çəkişmə və tərəflərin bərabərliyi əsasında keçirilir. Məcəllədə başqa hal nəzərdə tutulmayı bsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdığı dəlillər, sübutlar və hüquqi nəticələr barədə biri-birinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerl v. Switzerland” iş üzrə qərarında qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığ ını təmin etməlidirlər. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının 98-ci vərəqində olan bildirişdən görünür ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə kassatoru məlumatlandırmış, kassator ona ünvanlanmış bildirişi qəbul etmiş və bu barədə iş materiallarının 101-ci vərəqində olan xəbərnaməyə imza etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 9-cu maddəsinin tələbləri pozulmamışdır. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsaslarından biri kimi, həmçinin prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəf indən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya inst ansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 okt yabr 2018-ci iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(102)-1614/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1614/2019
01.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver