Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1614/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Konstitusiya Məhkəməsının icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmaması əsası ilə iş üzrə icraatın dayandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili Nümayəndə, Cavabdeh “xxxx”MMC-nin vəkili Vəkil i ştirakı ilə, İddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qeyriyaşayış sahəsinin təhvil verilməsi və istifadəyə qanunsuz təsirlərin, maneələrin və mənzil toxunulmazlığını pozan hərəkətlərin qadağan edilməsi tələbi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2649/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında xx xxx 2019-cu il tarixdə kooperativ binada qeyri-yaşayış alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə uyğun olaraq iddiaçı müqavilə bağlanan zaman qeyri-yaşayış sahəsi nin ümumi dəyəri ******* manat pulu tam olaraq “xxxx” MMC-yə ödəmiş və borcu qalmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə MMC ilə müqavilə bağlayaraq ünvan 1 ünvanında yerləşən tikintidən 630 kvadrat metr qeyri-yaşayış sahəsini satın aldığını, əmlakın dəyəri olan ******* manatı müqavilə bağlanan gün tam şəkildə ödədiyini və borcunun qalmadığını, buna baxmayaraq MMC-nin əmlakı ona təhvil vermək öhdəliyini yerin yetirməkdən müxtəlif bəhanələrlə yayındığını irəli sürmüş, buna görə də həmin əmlakın ona təhvil verilməsi, əmlakdan istifadəyə qanunsuz təsirlərin, maneələrin və mənzil toxunulmazlığını pozan hərəkətlərin cav abdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə arasında xx xxx 2019-cu il tarixdə müqavilə bağlamış, müqaviləyə görə MMC, ünvan 1 ünvanında yerləşən tikintidən 630 kvadrat metr qeyri-yaşayış sahəsini iddiaçıya satmağı, iddiaçı isə həmin əmlakın dəyəri olan 1 575 000 manatı ödəməyi öhdələrinə götürmüşdür. Eyni tarixdə iddiaçı göstərilən məbləği MMC-nin kassasına mədaxil etmiş, bu barədə ona kassa mədaxil qəbzi və borcunun qalmadığına dair maliyyə arayışı verilmişdir. Lakin cavabdeh həmin qeyriyaşayış sahəsini ona verməkdən imtina edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim – Emin Əliyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 630 k vadrat metr qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “xxxx” MMC tərəfindən verilən xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən kooperativ binası “xxxx” MMC-yə məxsusdur və bu bunanın arxa hissəsində 630 kvadrat metr qeyri-yaşayış sahəsinin ümumi dəyəri 1 575 000 manat məbləğində alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməlidir. Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin rədd edilən hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmi şdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ləğv, yaxud etibarsız hesab edilmiş olduğu müəyyən olunmamışdır. Bu baxımdan həmin müqavilənin ləğv olunduğuna dair cavabdehin apellyasiya şikayətində irəli sürülən mülahizələrlə bağlı ümumiyyətlə araşdırma aparmağı zər uri hesab etməmişdir. İddiaçının təqdim etdiyi sübutlar (müqavilə, kassa mədaxil qəbzi, maliyyə arayışı) müqabilində, həmin müqavilənin, əmlakın dəyəri ödənilmədən bağlanmış olduğunu sübutetmə yükü bilavasitə cavabdeh MMC-nin üzərinə düşür, o isə, mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn tələblərin tətbiqi baxımından həmin halları sübut edə biləcək hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxx 2019–cu il tarixində X6 “Cavabdeh" MMC-yə ə rizə ilə müraciət edərək ünvan 2 ünvanında inşa olunan coxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kvadrat metr, ümumi dəyəri ******* manat olan qeyri yaşayış sahəsini İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. MMC tərəfindən X3 ərizəsi tərəflər arasında bağlanmış Razılaşma müqaviləsinin şərtləri nəzərə alınmaqla xx xxx 2019-cu il tarixində Cavabdeh MMC ilə İddiaçı arasında ünvan 2 ünvanda inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kvadrat metr, ümumi dəyəri ******* manat olan qeyri-yaşayış sahəsinə dair “X8-yaşayış Sahəsinin” alqısatqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilənin Mülki Məcəllənin müvafiq maddələrinin alıcılar tərəfindən pozulması ilə bağlı MMC tərəfindən mülki iş üzrə İddiaçı və X4 xx.xx.2019-cu il tarixində xəbərdarlıq məktubu göndərilmişd ir. Lakin, müqavilə tərəflərindən müqavilə öhdəliyinin yerinə yetirilməsi ilə bağlı hər hansı hərəkət həyata keçirilməmiş və xəbərdarlıq məktubuna cavab verilməmişdir. Məhkəmə bu hallara qiymər verməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək, şikayəti əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 254.1, 254.1.4 Konstitusiya Məhkəməsi nin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassas iya şikayətində mübahisələndirdiyi hissədə, yəni iddia tələbinin təmin edilən hissəsində kassasiya qaydasında yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə işə baxarkən prosessual hüquq normasının tələbini pozmuş, MPM-nin 254.1.4-cü maddəsinə istinad etsə də, normanı hazırki işə düzgün tədbiq etməyərək prosessual pozuntuya yol vermişdir. Bu isə öz növbəsində düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Belə ki, işdən görünür ki, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx xxx 2019-cu il tarixdə kooperativ binada qeyri-yaşayış sahəsinin alğı-satqısı müqaviləsinə istinad edərək həmin müqavilənin predmeti olan qeyri-yaşayış sahəsinin ona verilməsini tələb etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış həmin müqaviləyə istinad edərək iddia tələbini qismən təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi də tələbin təmin edilən hissəsində məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Lakin işdən görünür ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən X7 məhkəməyə ərizə ilə müraciət edərək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Ərizə onunla əsa slandırılmışdır ki, o, cavabdehlər İddiaçı, “xxxx” MMC-yə və X4 qarşı iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırki işin nəticəsi həmin işə baxılmasından asılıdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizəni rədd etmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, icraatın dayandırılmasınm məcburi hallarından biri Mülki Prosessual Məcəilənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsının icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəiiənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamiananadək həmin işə baxılması ümumiyyətlə, mümkün olmasın. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırda baxıian işdə tərəf olmayan şəxsin İddiaçı ilə “xxxx” Məhdud Məsuiiyyəti Cəmiyyəti arasında bağianmış müqaviləni mübahisələndirmiş olması belə bir asılılıq yaratmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu qənaəti işin hallarına uyğun olmamış, məhkəmə prosessual normanın tələblərini hazırki işə düzgün tədbiq etməmişdir. Belə ki, Z.Cəfərovun ərizəsinə əlavə etdiyi sənədlərdən müəyyən edilir ki, iddiaçının istinad etdiyi müqavilənin predmeti olmuş qeyri-yaşayış sahəsi xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən X1, sonradan o ərizə ilə MMC-yə müra ciət edərək həmin qeyri-yaşayış sahəsinin İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmiş və MMC ilə sonuncu arasında xx xxx 2019-cu iul tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Z.Cəfərovun əlavə etdiyi məhkəmə bildirişindən görünür ki, o, Abşeron Rayon Məhkəməsində cavabdehlər İddiaçı, “xxxx” MMC-yə və X5 qarşı iddia qaldıraraq həmin alqı-satğı müqavilələrini mübahisələndirmişdir. Göründüyü kimi, hazırki işdə iddiaçının tələbinin faktiki əsası kimi çıxış edən mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilə başqa məhkəmə prosesində iddia tələbinin predmeti olmuşdur. Ona görə də, hazırki işə baxılması həmin işin nəticəsindən birbaşa asılıdır. Lakin apellyasiya instansiyası məhkəməsi bu hala düzgün qiymət verməyətək ərizəni təmin etməmiş, icraatın dayandırılmasına əsas görməmişdir. Ona görə də, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyas iya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2649/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov