Məhkəmə qərarları › İş №2(102)-1614/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1614/2022

18.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1614/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vurulmuş zərər Azərbaycan Respublika/sı Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunu n Yevlax şəhər şöbəsinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərərlə əlaqədar ödəncin hər ay ödənilməsi, ödənilməmiş ödəncin birdəfəlik verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)1978/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra - iddiaçı) “Yevlax Kəndtikinti” 57 saylı X3 İV dərəcəli “suvaqçı” işində işləmiş və istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Bu barədə “İZ” formalı Aktı tərtib edilmiş, Tibbi Sosi al Ekspert Komissiyasının 28 yanvar 2005-ci il tarixli müayinə aktına əsasən, İddiaçı 60 faiz əmək qabiliyyətini itirməklə, müddətsiz İİ qrup əlillik verilmişdir.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2005-ci il tarixli, 314 “S” saylı sərəncamı ilə “Yevlax Kəndtikinti” 57 saylı X8 Cavabdeh2 ASC-nin balansına verilmişdir.

3. Qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 fevral 2020ci il tarixli qətnaməsi ilə Cavabdeh2 ASC-dən hər ay ödənilməli olan aylıq ödəncin 01 yanvar 2019cu ildən 01 avqust 2019-cu il tarixədək ödənilməyən 966 manat hissəsinin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mü dafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən hər ay 190 manat olmaqla, 1 avqust 2019-ci il tarixindən 1 sentyabr 2020-ci il tarixədək 13 aylıq ödənilməmiş ödəncin birdəfəlik ödənilməsinə, bu ödəncin müəssisə tərəfindən hər ay ödənilməsini, o cümlədən ona vurulmuş maddi ziyana görə hər bir cavabdehdən 1.000 manat, mənəvi zərər görə hər cavabdehdən 5.000 manat zərərin əvəzinin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, işlədiyi müəssisə Cavabdeh2 ASC-nin balansına keçənədək bütün müavinətləri ödənilmişdir. Cavabdeh2 ASC tərəfindən isə 2005-ci ildən 01 yanvar 2019-cu ilədək müavinəti tam olaraq ödənmişdir. Az ərbaycan Respublikası Nazirlər Kabinetinin 314S 21 oktyabr 2005-ci il tarixli sərəncamında 57 nömrəli X6 Cavabdeh2 ASC-nin balansına keçirilərkən təbii ki, müəssisənin borcları da Cavabdeh2 ASC-nin üzərinə qoyulmuşdur. İddiaçı 2019-cu ilin yanvar ayının 1-dək hər ay istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqdar Cavabdeh2 ASC-dən 138 manat ödənc alıb. Ancaq 2019-cu ilin yanvar ayından etibarən həmin məbləğ ona verilməmişdir. Nəticədə yanvar-iyul ayları üçün 7 ay ərzində hər ay 138 manat olmaqla 966 manat məbləğ ona ödənməmişdir. Cavabdeh2 ASC-nin Yevlax rayonunda da idarəsi fəaliyyət göstərir. Bu müəssisə onun xəsarət aldığı 57 saylı SMD-nin hüquqi varisidir. Bu səbəbdən də əmək zədəsinə görə veriləcək ödənc bu müəssisənin üzərinə qoyulmuşdur, həmin məbləğ ona ödənilməmişdir.

6. Cavabde h2 ASC iddia ərizəsinə etiraz ünvanlayaraq, iddiaçının istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərərlə əlaqədar ödəncin Cavabdeh2 ASC tərəfindən ödənilməsi hissəsində rədd edilməsini xahiş etmişdir.

7. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(039)-1784/2020 saylı mülki iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Əlizadə) iddia qismən təmin edilərək, iddiaçıya hər ay ödəniləcək aylıq ödəncin 01 avqust 2019-cu il tarixindən 01 yanvar 2020-ci il tarixədək ödənilməyən hər ay 180 manat, 01 yanvar 2020-ci il tarixindən 01 sentyabr 2020-ci il tarixədək ödənilməyən hər ay 190 manat hissəsi Cavabdeh2 ASC tərəfindən ödənilməsi, həmin ödənişin hər ay Cavabdeh2 ASC tərəfindən ödənilməsi, iddianın qalan hissədə təmin olunmamas ı qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 ASC iddiaçıya aylıq ödənci hüquqi əsası olmadan, hər hansı qərara əsaslanmadan dayandırıb. İddiaçı, iddianın maddi və mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda yaşayış minimumu ölkə üzrə 01 yanvar 2019-cu ildən 180 manat, 01 yanvar 2020-ci ildən 190 manat müəyyən edilib. Tərəflər arasındakı hazırkı mübahisəli məsələ ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 1096, 1097-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Cavabdeh2 ASC apellyasiya şikayəti verərək, qətnam ənin ləğv edilməsini xahiş etmişdir.

11. Şəki Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-383/21 saylı iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia rədd olunmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının xəsarət alması ilə nəticələnmiş istehsalatda baş vermiş bədbəxt hadisədə işəgötürənin təqsirli olması, həmin hadisəyə görə işəgötürənin hüquqi məsuliyyətə cəlb olunması müəyyən edilməmişdir. Buna görə də, iddiaçının istehsalat xəsarəti nəticəsində sağlamlığının pozulmasına görə nə işəgötürən “Yevlax Kəndtikinti” 57 nömrəli X1, nə də həmin müəssisənin birləşdiyi Cavabdeh2 ASC-dən hər hansı ödənc tələb oluna bilməz.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçının sağlamlığının pozulmasına görə ona işəgötürən tərəfindən müavinət ödənilməsi, həmin müavinətin kəsilməsi barədə heç bir sübut yoxdur.

14. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3796/2021 saylı iş üzrə 10 avqust 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), V.Həsənov və İ.Şəfiyev) iddiaçının kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının “Yevlax Kəndtikinti” 57 saylı X3 “suvaqçı” işləməsi, əmək vəzifələrini yerinə yetirərkən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində 60 faiz əmək qabiliyyətini itirməsi, ona müddətsiz İİ qrup əlillik təyin edilməsi, 01 avqust 2019-cu il tarixədək hər ay əvvəl “Yevlax Kəndtikinti” 57 saylı X1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2005-ci il tarixli, 314 “S” saylı Sərəncamından sonra isə Ca vabdeh2 ASC-dən ödənc alması faktları, tərəflərin iştirak etdikləri başqa bir mülki iş üzrə artıq qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir.

17. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində xəsarət alması, məhz “Yevlax Kəndtikinti” 57 saylı X4 təqsirkar müəssisə sayılması, 01 avqust 2019-cu il tarixədək iddiaçıya hər ay ödəncin verilməsi və sair faktlar sözügedən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, işdə iştirak edən şəxslər tərəfindən həmin faktlar yenidən mübahisələndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi bu hallara diqqət yetirmədən gəldiyi nəticəni qeyd olunan prose ssual normanın tələbləri baxımından kifayət qədər araşdırmamışdır.

18. Kassasiya kollegiyası qeyd etmişdir ki, “İZ” formalı aktda bədbəxt hadisənin səbəbinin və müəssisənin təqsirinin bilavasitə göstərilməməsi, iddiaçının tələblərinin açıq-aşkar əsassız olması nəticəsinə gəlməyə əsas vermir. Çünki, qeyd edilən normativ hüquqi aktın tələblərinə görə, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq ona dəyən zərərin əvəzi ödənilməlidir. Bunun üçün istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada aktın tərtib edilməsi kifayətdir və təqsirkar işəgötürən əmək xəsarətinə görə işçiyə dəyən zərəri ödəməlidir. Bundan başqa, işdən görünür ki, iddiaçının işləmiş olduğu “Yevlax Kəndtikinti” 57 saylı X8 sonradan Nazirlər Kabinetinin 21 oktyabr 2005-ci il tari xli, 314 “S” saylı sərəncamı ilə Cavabdeh2 ASC-nin balansına verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1978/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Eyvazov (sədrlik edən və məruzəçi), G.Abbasov və İ.Şükürov) Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində xəsarət alması, məhz “Yevlax Kəndtikinti” 57 saylı X4 təqsirkar müəssisə sayılması, 01 avqust 2019-cu il tarixədək iddiaçıya hər ay ödəncin verilməsi və sair faktlar sözügedən mülki iş ü zrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, işdə iştirak edən şəxslər tərəfindən həmin faktlar yenidən mübahisələndirilə bilməz.

21. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, “Yevlax Kəndtikinti” 57 saylı X8 Cavabdeh2 ASC balansına verildiyindən, öz hüquqi statusunu itirərək qoşulduğu hüquqi şəxsin tərkibinə daxil olub və bütün hüquq və vəzifələrini hüquq varisliyi qaydasında və təhvil aktına əsasən Cavabdeh2 ASC-yə ötürüb. Bu baxımdan “Yevlax Kəndtikinti” 57 saylı X4 öhdəlikləri üzrə məsuliyyət Cavabdeh2 ASC-nin üzərinə düşür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh2 ASC (vəkil Nümayəndə) kassasiya ş ikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.10.2005-ci il tarixli, 314 s nömrəli sərəncamına əsasən iddiaçının işlədiyi 57 saylı X2 daşınar və daşınmaz əmlakları Cəmiyyətin balansına verilmişdir. İddiaçının xəsarət aldığı 57 saylı X2 hüquqi varisi, tərkibində olduğu hüquqi şəxsi və orada çalışanların işəgötürəni “Yevlax Kəndtikinti” Trestidir. Cəmiyyətin balansına keçmiş 57 saylı X7 hüquqi şəxs deyil və məhkəmə maddi normanı düzgün tətbiq etməmişdir. Həmçinin məhkəmə tərəflər arasında mübahisəyə dair 2020-ci il 13 fevral tarixli qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin qətnaməsinə əsaslanmışdır. Lakin eyni tərəflər arasında olan eyni mülki iş üzrə iddiaçının iddia tələbinin rədd olunması barədə çıxarılmış və qanuni qüvvəyə minmiş Sabunçu Rayon Məhkəməsinin 18.02.2010-cu il tarixli, 2(008)-768/2010 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 21.09.2010-cu il tarixli, 2(103)-3810/10 nömrəli və Ali Məhkəmənin 04.02.2011-ci tarixli, 2(102)-353/11 nömrəli qətnamələri nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı teleqramla müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən h üquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

25. Maddə 239, hissə

1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

26. Maddə 239, hissə

3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edili r.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında” Qaydalar 1.1-ci bəndin. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənil ir. 1.3-cü bənd. Digər sənədlərlə yanaşı, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt olduqda da, təqsirkar işəgötürən əmək xəsarətinə görə işçiyə dəyən zərəri ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin h allarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarınd a olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olu nması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə əsasən kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və yenidən işə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

36. Məhkəmə kollegiyası nəzərə alır ki, işin müəyyən edilmiş hallarına görə iddiaçı istehsalat xəsarətini 57 №li X5 1989-cu ildə işlədiyi dövrdə almış və 2003-cü ilədək həmin müəssisə tərəfindən ona müavinət ödənilmişdir.

37. İddiaçının xəsarət aldığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 24-cü maddəsinə əsasən təsərrüfat hesabında ol ub, təhkim edilmiş əsas və dövriyyə vəsaitlərinə və müstəqil balansa malik olan dövlət müəssisələri və sair dövlət təşkilatları; dövlət büdcəsində olub, rəhbərləri kredit üzərində sərəncam vermək (qanunda müəyyən edilən istisnalardan başqa) hüquqlarından istifadə edən və müstəqil smetası olan idarələr və sair dövlət təşkilatları; sair mənbələr hesabına maliyyələşdirilən, müstəqil smeta və ya müstəqil balansa malik olan dövlət təşkilatları; SSR İttifaqının qanunvericiliyində nəzərdə tutulan hallarda digər təşkilatlar da hüquqi şəxslər hesab edilmişlər.

38. Kassasiya şikayətində istinad olunan 2010 və 2011-ci illərdə qəbul edilmiş məhkəmə aktlarının surəti iş materiallarında olmadığı, habelə kassasiya şikayətinə əlavə edilmədiyi üçün şikayətin həmin dəlilinə qiymət verilməsi mümkün olmamış dır.

36. Qeyd olunanları nəzərə alaraq Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

37. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1978/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar