Məhkəmə qərarları › İş №2(102)-1618/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1618/2019

21.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1618/2019 21.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Bakı şəhəri 21 fevral 2019-cu İş № 2(102)-1618/2019 il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(006)- 8532/2017, hakim E.Ə.Mehdiyev) İddiaçı cavabdeh “xxxx” İKB ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-10364/2018 X.Ə.Sarıyev, M.A.Məmmədov, Ə.İ.Qasımov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 01 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: 10 mart 2015-ci il tarixli kredit müqaviləsi əsasında “xxxx” İKB ASC tərəfindən İddiaçı 36 ay müddətinə illik 26% ödəmək şərti ilə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 19.09.2017-ci il tarixdə İddiaçı “xxxx” İKB ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, o, kredit müqaviləsi üzrə borcun götürərkən milli valyutanın birdən birə 50 faizdən çox dəyərdən düşəcəyini bilə bilməzdi, müqavilə üzrə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi birmənalıdır. Lakin apellyasiya məhkəməsi qeyd olunan halı nəzərə almamaqla qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kas sator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasında iclasında cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən hal ları ondan ibarətdir ki, 10 mart 2015-ci il tarixli kredit müqaviləsi əsasında cavabdeh bank tərəfindən iddiaçıya 36 ay müddətinə illik 26% ödəmək şərti ilə 10.000 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit məbləği iddiaçı tərəfindən qəbul edilmişdir. İddiaçı həmin kredit müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə istinad edərək tələbini onunla əsaslandırmışdır ki, həmin müqavilə xarici valyuta ilə ifadə olunduğundan və müqavilə bağlandıqdan sonra 22 dekabr 2015-ci il tarixdə ABŞ dolları kəskin şəkildə qalxdığından müqavilə üzrə öhdəliklərin icrası qeyri-mümkün olmuşdur. Müqavilə bağlanarkən o milli valyutanın bu qədər sürətlə düşəcəyini ağlabatan şəkildə əvvəlcədən görə bilməzdi. Müqavilə üzrə şəraitin əhəm iyyətli dərəcədə dəyişməsi birmənalıdır. Göründüyü kimi iddiaçı kredit müqaviləsinin etibarsızlığını mübahisələndirdiyi halda, tələbinin əsası kimi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə istinad etmişdir. Halbuki, əqdin etibarsızlığı anlayışı onu ehtiva edir ki, qeyd edilən əqd bağlandığı an qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Əqdin ləğvinin tələbi isə onu ehtiva edir ki, qeyd edilən hərəkətlər qanunun tələblərinə uyğun aparılmışdır, lakin hal-hazırda şəraitin dəyişməsi nəticəsində həmin hərəkətlərin icrası qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsi ilə əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri, mübahisə edilən və əhəmiyyətsiz əqdlərin anlayışı təsbt edilmişdir. İddiaçı kredit müqaviləsinin etibarsız hesab edilməsini tələb etsə də, müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcudluğuna istinad etməmişdir. Beləliklə, apellyasiya məhkəməsinin də qətnaməsində göstərildiyi kimi müqaviləsi bağlanarkən manatın xarici valyutaya nisbətdə dəyərinin yüksək olması, sonradan manatın dəyərinin azalması kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Bununla bərabər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə etibarsız əqdlər üzrə müddətlər müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irə li sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etm ək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi mübahisələndirilən müqavilə 10 mart 2015-ci il tarixdə bağlanılmış, iddiaçı həmin müqavilənin etibarsız hesab edilməsi barədə 19 sentyabr 2017-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar