Məhkəmə qərarları › İş №2(102)-1618/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1618/2021

26.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1618/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1618/21 (Açar sözlər: dövlət fonduna aid mənzilə istifadə hüququnun tanınması) Bakı şəhəri, 26 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dai r mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5451/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və tələbin azaldılması barədə ərizə ilə ilə Pirallahı Rayon Məhkəməsinə müraciət edərək, xxx saylı mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı 2005-ci ildə cavabdeh X4 ilə ailə qurmuş, lakin nikahlarını 2014-cü ildə rəsmiləşdirmişlər.

3. İddiaçı Cavabdeh4la ailə qurduqdan sonra ünvan 1 ünvanına gəlin köçmüş və hazırda da orada yaşayır. İddiaçıya məxsus bütün əmlak həmin mənzildə yerləşir. 15 ildir ki, iddiaçı həmin mənzildə yaşayır və hesab edir ki, cavabdehlərlə birgə onun da həmin məzildən istifadə etmək hüququ vardır. Lakin cavabdehlər iddiaçının həmin mənzilə istifadə hüququnun tanınmasına etiraz edirlər.

4. İddiaçı tələbinin hüquqi əsası kimi Mənzil Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə istinad etmişdir.

5. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaya yazılı etiraz veriblər, etirazda göstəriblər ki, iddiaçı ailə üzvü deyil, həm də sahəsi 46,2 kv.metr olan mənzildə adambaşına düşən sahə 6,6 kv.metr olmaqla normadan azdır.

6. Cavabdeh5 iddiaya etirazını onunla əsaslandırıb ki, Cavabdeh4 onun atası, İddiaçı isə atasının ikinci həyat yoldaşıdır. Cav abdeh4 həyat yoldaşından ayrıldıqdan sonra 2006-cı il tarixdən İddiaçı ilə qeyri- rəsmi şəkildə onların qaldığı ünvan 1 ünvanında yaşamağa başlamışdır. Lakin onun kiçik yaşlarından evə qazanc gətirməsinə baxmayaraq xxx onu incitmiş, ona qarşı yad münasibət göstərmiş və daimi evdə söz-söhbət salmışdır.

7. Cavabdeh4 iddia isə tələbini qəbul edərək göstərib ki, iddiaçı X3 ilə 2005-ci ildə ailə qurmuş, lakin 2014-cü ildə nikahlarını rəsmiləşdirmişlər. Onlar ailə quran vaxtdan bəri mübahisəli mənzildə yaşayırlar. Lakin digər cavabdehlər onun ikinci həyat yoldaşı olan İddiaçı həmin mənzilə istifadə hüququnun tanınmasına etiraz edirlər.

8. Pirallahı Rayon Məhkəməsinin 2(094)-80/2020 nömrəli, 17 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı xxx saylı mənzilinə istifadə hüququn un tanınması qət edilmişdir. (hakim Rəşad Mustafayev)

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının 25 noyabr 1992-ci il tarixli 620 saylı sərəncamına əsasən vətəndaş X2 3 fevral 1991-ci il tarixdə vəfat etməsi ilə əlaqədar onun adına olan Pirallahı qəsəbəsi, C.Cabbarlı küçəsi, 12 nömrəli evin, sahəsi 46,4 kv.m olan, 3 otaqlı, 2 nömrəli mənzilin şəxsi hesabı oğlu Cavabdeh1 adına dəyişdirilmişdir. İddiaçı ünvan 2 ünvanında qeydiyyatda olmasına baxmayaraq, cavabdehlərin etiraf etdiyi kimi o, 2006-cı ildə Cavabdeh4 ilə faktiki nikaha girərək ünvan 1 ünvanında davamlı olaraq yaşayır.

10. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, hazırki mübahisəyə 01 oktyabr 2009-cu il tarixədə k qüvvədə olmuş Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmişdir) normaları tətbiq olunmalı və qətnamə həmin hüquq normalarına uyğun çıxarılmalıdır.

11. Məhkəmə mənzil hüququ ilə bağlı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin təsbit etdiyi qaydalara uyğun olaraq İddiaçı faktiki olaraq Bakı şəhəri, xxx saylı mənzilində yaşamasını nəzərə alaraq, belə nəticəyə gəlib ki, iddiaçının həmin ünvandan istifadə hüququ tanınmalıdır.

12. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 27.1, Mənzil Məcəllənin 53-cü, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1 və 2-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 apell yasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş ediblər.

14. Apellyasiya şikayətinin dəlillərinə görə qətnamədə iddia tələbinin azaldılması qeyd edilsə də, məhkəmə baxışında belə bir ərizə təqdim olunmamışdır. Belə bir ərizə təqdim olunsaydı, onda bütün cavabdehlərə də həmin ərizə verilərdi.

15. Qətnamədə cavabdehlərin İddiaçı Cavabdeh4 ilə faktiki nikaha girərək həmin ünvanda 2006-cı ildən yaşadığını etiraf etdikləri göstərilsə də, iddiaçı həmin tarixdə faktiki nikaha girmədiyindən və cavabdehlər də bunu təsdiq etmədiklərindən, məhkəmə belə ifadəni işlətməklə MPM- nin 217.3 və 217.4-cü maddəsinin tələblərini pozmuşdur.

16. Cavabdeh4 ilə İddiaçı 12 iyul 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Ona görə də iddiaçının 2006-cı ildə n həmin ünvanda yaşamasının heç bir hüquqi əsası yoxdur.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5451/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2(094)-80/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Şeyda Məhərrəmova)

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə münasibətdə qeyd edib ki, cavabdehlər özlər i də birinci instansiya məhkəməsində izahatlarında iddiaçının faktiki olaraq 2006-cı ildə Bakı şəhəri, xxx saylı mənzilinə gəlin köçdüyünü və həmin gündən bu günə kimi orada daimi yaşadığını etiraf etmişlər, bu halı apellyasiya instansiyasinda işə baxılması zamanı iştirak edən cavabdehlər bir daha təsdiq etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh Cavabdeh1 (vəkil X5) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini barədə qərar qəbul olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının əsasları

22. Kassasiya şikayətinə qarşı tərəf in yazılı etirazı daxil olmamışdır c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Mənzil Məcəlləsi (1982-ci) Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun Maddə

1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə

2. Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi il ə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

25. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən və tələb bölünməz olduğundan məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

28. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

29. İddia tələbi mənzilə istifadə hüququnun tanınması barədədir.

30. İşin məhkəmələr tərəfin dən müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisəli mənzil dövlət mənzil fonduna aiddir, İddiaçı 2006-cı ildə Cavabdeh4 ilə faktiki nikaha girərək həmin mənzildə davamlı olaraq yaşayır.

31. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaqla düzgün nəticəyə gəlmişdir.

32. Məhkəmə kollegiyası iddiaçının mübahisəli mənzildə 2006-cı ildən yaşaması faktının cavabdehlər tərəfindən təsdiq edilməməsi barədə dəlili ilə bağlı qeyd edir ki, iddiaçının mübahisəli mənzildə 20 06-cı ildən yaşaması faktını şifahi izahatlarında, apellyasiya şikayətində cavabdehlər təsdiq etmiş, üstəlik, cavabdehlərdən Cavabdeh5 və Cavabdeh2 bu faktı yazılı etirazlarında da etiraf etmişlər.

33. İddia tələbinin azaldılması barədə ərizənin cavabdehlərə təqdim edilməməsi barədə dəlil də əsassızdır. Çünki əvvəla, iddia tələbinin həcminin azaldılması barədə ərizə verilən vaxt məhkəmə iclasında kassator özü şəxsən iştirak edib və həmin iclasda iddia tələbinin azaldılması barədə ərizə elan edilib. Bundan əlavə, iddia tələbinin azaldılması barədə ərizə cavabdehlərin hər hansı hüququnu da pozmur. Çünki tələbin azaldılması barədə ərizədə iddiaçı ilkin olaraq mənzilə qeydiyyata alınması barədə iddia tələbini göstərməmiş, yalnız istifadə hüququnun tanınmasını xahiş etmişdir ki, bu tələb də əvə llcədən cavabdehlərə məlum idi. İşdən də görünür ki, cavabdehlər istifadə hüququnun tanınması ilə bağlı tələb üzrə bütün etirazlarıni bildirmiş, həmin tələb üzrə məhkəmə müdafiəsini həyata keçirmişlər.

34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən kassasiya şikayətinin dəlillərini əsasız sayır və belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənləri MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5451/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar