Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1618/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi, əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1916/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşi n halları
1. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 21 aprel 2023-cü il tarixli qərarına əsasən, İddiaçı əməlində Azərbaycan Respublikası CM-ın 192-ci maddəsinin tərkibi əlamətləri müəyyən olunmadığından, barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd olunmuş, İddiaçı əməlində CM-ın 178-ci maddəsinin tərkibi əlamətləri müəyyən olunmadığından, barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd olunmuş, Cavabdeh İddiaçı sələmə götürdüyü 64.500 manat müqabilində sonuncuya ödədiyi 150.000 manat pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunması barədə qərar qəbul olunmuşdur.
2. İşdə olan qəbzlərdən görünür ki, İddiaçı Rusiya Federasiyasından mütəmadi pul göndərilmişdir.
3. CD disklərdəki səs yazılarından, eləcə də “watsap” çıxarışlarından a ydın olur ki, Cavabdeh İddiaçı ilə telefon danışıqları zamanı iddiaçıdan 20.000 manat, 20.000 manat və 24.500 manat borca pul aldığını, həmin borcu tezliklə qaytaracağını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra-iddiaçı) cavabdehə Cavabdeh (bundan sonra-cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 55.500 manat pulun, eləcə də iddia qaldırarkən ödənilmiş 256 manat 50 qəpik dövlət rüsumunun, cəmi 55,756 manat 50 qəpik pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi yuxarıda qeyd olunan işin halları (bax §§1-3) ilə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh ondan ayrı-ayrı vaxtlarda 64500 manat (20000 manat, 10000 man at, 5000 manat, 5000 manat və 24.500 manat) borc almışdır. Sonradan pulun 9000 manatını qaytarsa da, 55.500 manat borcu qalmışdır. Dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh ona məxsus obyektlərini satıb verəcəyini bildirərək pulları qaytarmaqdan yayınmışdır. İddiaçı hər dəfə cavabdehə müxtəlif qohumlarından borc alıb ona verdiyini demişdir. Cavabdeh ondan ümumilikdə 64.500 manat borc aldığını və həmin puldan cəmi 9000 manatını qaytardığını və hazırda 55.500 manat borcunun qaldığını atdığı səslərlə özü də etiraf etmişdir. İddiaçı cavabdehə faizə pul vermiş və ondan külli miqdarda faiz pulu almışsa, hansı səbəbdən göndərdiyi səslərdə bir dəfə də bu barədə bildirmir. O, özü borc alarkən ona və borc alıb ona verdiyi şəxslərə borcu qaytararkən əlavə hörmət edəcəyini demişdir.
6. Cavabdehin nümayə ndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, audio yazılarda cavabdehin hansı məbləğdə pul aldığı məlum deyildir. Həmçinin əgər pul almışdırsa, məhz hazırda iddia predmeti 5500 manat puldan söhbətin getdiyi və yaxud başqa bir puldan söhbət getdiyi məlum deyildir. Yəni hazırkı məbləğdən söhbət getdiyi aparılan danışıqlardan sübut edilmir.
7. Şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, bacısı İddiaçı 4500 manat borca pul vermiş, sonradan bilmişdir ki, Fəridə həmin pulu Rəqsanəyə vermək üçün ondan istəmişdir.
8. Şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, bacısı İddiaçı ondan 10.000 manat borca pul istəmiş, o, da vermişdir. Sonradan bilmişdir ki, bacısı həmin pulu Rəqsanayə vermək üçün almışdır.
9. Şahid qismində dindirilmiş X1 ifadəsində bildirmiş dir ki, İddiaçı onun anasıdır. Cavabdeh isə tanımışdır. Anası xx.xx.2022-ci il tarixdə 20.000 manat, xx.xx.2022-ci il tarixdə 20.000 manat, xx.xx.2022-ci il tarixdə 24.500 manat pulu Cavabdeh vermişdir. Lakin Rəqsanə həmin pulu tam qaytarmamışdır. Həmin puldan hazırda 55.000 manat borcu qalmışdır.
10. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(049)-2359/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Aslanov), iddianın təmin edilməsi, Cavabdeh 55.500 manat borc pulun, ödənilmiş 256.50 manat dövlət rüsumunun, ümumilikdə 55.756,50 AZN (əlli beş min yeddi yüz əlli altı manat əlli qəpik) pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, eləcə də cavabdehin etirafedici səs yazılarından müəyyən olunur ki, cavabdeh iddiaçıdan 64.500 manat pulu üç dəfə olmaqla borc almış və pulu qaytarmaqdan boyun qaçırmışdır.
12. Hazırkı iş üzrə təqdim edilmiş sübut, yəni telefon danışıqları mötəbərlilik kriteriyasına cavab verməklə, iddia tələbini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhz buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən telefon danışığına dair CD disklər və watsapp danışıqlarına dair çıxarışlar işin halları ilə təsdiq olunduğuna görə sübut kimi qəbul edilməlidir.
13. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 442, 448.1, 462.1, 740.1, 740.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə borc verdiyi tarix xx.xx.2016-cı il tarixdən sonrakı dövrə aid olduğundan onlar arasında etibarlı borc müqaviləsi bağlanmalı idi. Həmçinin, səs yazılarında iddia tələbinin cavabdeh tərəfindən qəbul edildiyi nəzərə alınaraq, cavabdehlə bağlı gəlinən müvafiq nəticə iddiaçının tələb etdiyi borc məbləğinin (borcun tutulmasına qərar verilən məbləğin) onun borcu olduğu qənaətinə gəlməyə qanuni əsas yaratmır. Birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
16. Apellyasiya icraatı zamanı cavabdehin vəkili və nümayəndəsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsində cavabdehin vəkili olmuş Vəkil2 cavabdehə vicdanlı hüquqi yardım göstərməməsi səbəbindən, o, lazımi sübutları məhkəməyə təqdim edə bilməmişdir. O, həmçinin izahatında apellyasiya şikayətinə əlavə verəcəyini, Lənkəran ŞRPŞ-nin 21 aprel 2023-cü il tarixli qərarın ləğv olunduğunu, vəsatətində göstərdiyi sübutların apellyasiya qaydasınd a araşdırılmasını tələb etmişdir.
17. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-1916/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: T.Heydərov (sədrlik edən və məruzəçi), İ.Əsədov və S.Mayılov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, Cavabdeh İddiaçı 64.500 manat pulu üç dəfəyə olmaqla borc olaraq almış, qeyd olunan məbləğ iddiaçı tərəfindən cavabdehə verilsə də, cavabdeh öhdəliyin icrasından boyun qaçırmış, həmin borcdan bu günə qədər cavabdeh tərəfindən 9000 manatı qaytarılsa da, qalan məbləğ qay tarılmamışdır. Qeyd olunan bu hal cavabdehin etirafedici səs yazılarından da müəyyən olunur.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin etirafı yazılı sənədlərdə, yəni həm Lənkəran şəhər polis şöbəsinə yazılı şikayət ərizəsində, həmçinin iddiaçı ilə aralarında olan watsap yazışmalarında ifadə olunur ki, bu da MPM-in 106.3 və 191-ci maddələrinə uyğun olaraq faktın və ya iddianın etirafı kimi qəbul oluna bilər.
20. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin cavabdeh tərəfindən etiraf olunması səbəbi ilə, cavabdehdə borc aldığı 64.500 manatdan hansı məbləğin qaytarılmasını sübutetmə vəzifəsi kimi Cavabdeh üzərinə qoymaqda haqlı olmuşdur. Cavabdeh isə borc alınan pulun hamısının qaytarılması və iddiaçıya borcunun qalmadığını sübut ed ə bilməmişdir.
21. Hazırkı iş üzrə təqdim edilmiş sübut, yəni telefon danışıqları mötəbərlilik kriteriyasına cavab verməklə, iddia tələbini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhz buna görə də, iddiaçı tərəfindən təqdim edilən telefon danışığına dair CD disklər və vatsapp danışıqlarına dair çıxarışlar işin halları ilə təsdiq olunduğuna görə sübut kimi qəbul edilməlidir.
22. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri və apellyasiya icraatı zamanı təqdim etdiyi vəsatətlə bağlı qeyd etmişdir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh birinci instansiya məhkəmə baxışı iclasında nümayəndəsi və vəkili ilə təmsil olunmuş və iştirak etmişdir.
23. Bundan başqa cavabdeh apellyasiya icraatı zamanı izahatında bildirmişdir ki, o, birinci instansiya məhkəmə iclasında iştirak etməməsi səbəbindən sübutları təqdim edə bilməmişdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, iş materiallarında olan məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlərdən müəyyən olunur ki, o, məhkəmə yeri barədə məlumatlandırılmış, buna baxmayaraq məhkəmə iclasında (iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş üç dəfə məhkəmə baxışı təxirə salınmış xx.xx.2023-cü il tarixdə iş üzrə yekun qətnamə qəbul edilmişdir) iştirak etməyərək vəkili vasitəsi ilə təmsil olunmaq hüququndan istifadə etmişdir. Əgər hesab edirdisə ona vəkil tərəfindən vicdanlı hüquqi yardım göstərilmir, onda o, özü məhkəmədə iştirak edə və sübutlarını təqdim edə bilərdi.
24. Göründüyü kimi, cavabdehin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. Cavabdehin apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilə rək təmin edilə bilməz.
25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin iddia etdiyi kimi onun, məhkəmə iclasında iştirak etməməsi, həmçinin məhkəməyə təqdim etdiyi İddiaçı hazırkı iş üzrə Cavabdeh hədələməsi barə Lənkəran ŞRPŞ-nin müstəntiqi Aqşin Axundovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 21 aprel 2023-cü il tarixli qərarın ləğv edilməsi və yenidən araşdırılmaya qaytarılması halı da, iddiaçının cavabdehə qarşı pul tələbi iddiasının təmin olunmamasının əsası kimi qəbul edilə bilməz. Çünki həmin qərar borcun müəyyən edilməsi, yaxud borcun qaytarılması halı üçün deyil, Cavabdeh İddiaçı tərəfindən hədə qorxu ilə, pul tələb etməsi ilə bağlı olmuşdur.
26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 462.1, 529.3, 739.1, 740.1, 740.2-ci; Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 78.4, 88, 106.1, 106.3, 191-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh (vəkili Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi, iddiaçının birinci instansiya məhkəməsinə ödədiyi dövlət rüsumunun əvəzi olan 256 manat 50 qəpiyin iddiaçıya aid edilməsi, cavabdehin apelyasiya instansiya məhkəməsinə ödədiyi dövlət rüsumunun əvəzi olan 129 manatın və cavabdehin Ali Məhkəməyə ödədiyi dövlət rüsumunun əvəzi olan 129 manatın iddiaçıdan tutularaq cavabdehin xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında öhdəlik münasibətləri yaranmamışdır və cavabdeh iddiaçıya hər hansı borc sənədi verməmişdir. Mübahisəli qətnamədə isə cavabdehə polisdə (Lənkəran ŞRPŞ-də) oxutdurulmadan imzalatdırılan izahatı “borc sənədi” və iddianın təmin edilməsinin əsası” kimi qəbul edilmişdir. İddiaçı və cavabdeh arasında öhdəlik münasibətləri olmadığı üçün apellyasiya məhkəməsinin hazırki mübahisəyə həmin maddələri tətbiq etməsi yolverilməzdir. Bundan başqa, apellyasiya icraatı zamanı tərəflər arasında dəbbə pulu anlayışı mübahisəli olmadığı halda həmin anlayışı tənzimləyən MM-nin 462.1-ci maddəsinə istinad edilmişdir. İddiaçının iddia etdiyi məbləğin üç min manatdan çox olduğunu nəzərə alınarsa, iddiaçı və cavabdeh arasında yazılı formada hər hansı müqavilə bağlanmadığı üçün onların arasında borc müqaviləsi münasibətləri yaranmamışdır. Apellyasiya instansiya məhkəməsi düzgün olmayaraq Mülki Məcəllənin 739.2-ci maddəsini hazırki mübahisəyə tətbiq etmişdir.
29. Məhkəmənin iş üzrə məhkəmə iclasının audio və video yazısından da göründüyü kimi, iddiaçı tərəfin məhkəmədə özü və ya nümayəndəsi (vəkili) iştirak etmədiyi halda, sədrlik edən hakim iddiaçı tərəfin vəkili kimi davranmış, cavabdeh tərəfin izahatlarını yarıda kəsərək və vəsatətlərini təmin etməyərək, həmçinin işə baxan məhkəmə tərkibindəki digər hakimlərin mövqe bildirmələrinə mane olaraq, tələsik müşavirə otağına getmişdir. Bununla da, apelyasiya instansiya məhkəməsi tərəflərə münasibətdə müstəqil olmadığını, cavabdeh tərəfin xeyrinə olan sübutları pərdələdiyini, cavabdeh tərəfə qərəzli yanaşdığını, iddiaçı tərəfə üstünlük verdiyini və ədalətli araşdırma aparmadığını göstərmişdir.
30. Qətnamənin əsaslandırıcı hissəsində göstərilir ki, Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Halbuki, Mülki Məcəllənin 740.1-ci maddəsi kimi yazılmış həmin redaksiya halhazırda qüvvədən düşmüşdür və ümumiyyətlə, hazırda Mülki Məcəllədə belə müddəa yoxdur. Əslində, mübahisəli qətnamənin əsaslandırıcı hissəsində Mülki Məcəllənin 739.1ci maddəsinin hazırda qüvvədə olan redaksiyası düzgün yazılmamışdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, b orcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, borc alan və borc verən arasında müqavilə olmalıdır ki, bu müqavilə əsasında onların hüquq və vəzifələri yaranmış olsun. Hazırki mübahisə üzrə iddiaçının iddia etdiyi məbləğdə pulun borc olaraq cavabdehə verilməsini təsdiq edən heç bir sənəd yoxdur. Şirvan Apellyasiya Məhkəməsi isə iddiaçı və cavabdeh arasındakı münasibətlərə Mülki Məcəllənin 739.1-ci maddəsinin məzmununu tətbiq etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və m əhkəmə təminatı I.Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 33. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edil ir; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığ a və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyy ət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan baş qa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə
386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış h esab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəll ənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üz rə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Maddə
386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarları: “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının K onstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tap an qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.“ “R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitus iyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: “Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzəri ndə hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüq uq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci m addəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hü ququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.... Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; Bənd
7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayə tin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Bənd
17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hallar ı araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən gəlinən nəticə düzgün olsa da maddi hüquq norması düzgün tətbiq edilməmiş, prosessual hüquq normaların tələbləri pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
40. Mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığı üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, həmin instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir.
41. İlk o laraq, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır.
42. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqav ilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərar).
43. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır.
44. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur.
45. Bu kontekstdə, kassasiya şikayətində Mülki Məcəllənin 740.2-ci maddəsinə istinad olunaraq qeyd edilmişdir ki, mübahisəli borc məbləği üç min manatdan çox olduğundan və aralarında heç bir yazılı müqavilə bağlanmadığından, borc münasibəti araşdırılmamalı idi.
46. Məhkəmə kollegiyası şikayətin sözügedən dəlili ilə qismən razılaşır. Belə ki, MPM-in 372.7-ci maddəsi apellyasiya instansiyası məhkəməsindən tələb edir ki, həmin məhkəmə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlasın. Lakin işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılması kimi vəzifəsini tam yerinə yetirməmişdir.
47. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, Cavabdeh İddiaçı 64.500 manat pulu üç dəfəyə olmaqla borc olaraq almış, qeyd olunan məbləğ iddiaçı tərəfindən cavabdehə verilsə də, cavabdeh öhdəliyin icrasından boyun qaçırmış, həmin borcdan bu günə qədər cava bdeh tərəfindən 9000 manatı qaytarılsa da, qalan məbləğ qaytarılmamışdır.
48. Nəzərə alınsa ki, Mülki Məcəllənin 740.2-ci maddəsi ilə fiziki şəxslər arasında üç min manatdan çox məbləğli borc müqaviləsinin yazılı formada bağlanması tələb edilmişdir, habelə, eyni Məcəllənin 337.1-ci maddəsi həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdlərin etibarsız olduğunu təsbit etmişdir, o halda iddiaçı ilə cavabdeh arasında 64.500 manat məbləğlərdə borcun verilməsinə dair müqavilələrin bağlandığı anda etibarlı olmadığı (əhəmiyyətsiz olduğu) sual doğurmur.
49. Həmçinin, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması qaydası tənzimlənmişdir. Həmin normaya görə, əqd etibarsız olduqda, əgər bu Məcəlləd ə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
50. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Hazırkı mübahisə üzrə də tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlıdır. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulan restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən ə şyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur (MM-nin 1091.1, 1091.2).
51. Göründüyü kimi, məhkəmələr tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verilmiş, tətbiq edilməli olan norma tətbiq edilməmişdir (MPM 418.1, 418.2, 386).
52. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işdə 55.500 (64.500-9000=55.500) manat pulun tutulması zamanı müqavilə öhdəliyinin icrası ilə bağlı normaları deyil, əsassız varlanma ilə bağlı normaları tətbiq etməli idi.
53. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməklə, iddia tələbi təmin edilməlidir.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1916/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 55.500 manat pul, ödənilmiş 256.50 manat dö vlət rüsumu, ümumilikdə 55.756,50 AZN (əlli beş min yeddi yüz əlli altı manat əlli qəpik) pul alınaraq İddiaçı ödənilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.