Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1619/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1619/21 (Açar sözlər: ipoteka ilə yüklü edilmiş əmlakı ilkin satış qiyməti ilə bağlı pozuntular) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3, X7 və X1 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ip oteka predmeti olan daşınmaz əmlaklara yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması» tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-783/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında xx xxxx 2013-cü il tarixdə GYF-8215 saylı Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən dövriyyə vəsaitinin artırılması məqsədi ilə 48 ay müddətinə illik 19 % hesablanmaqla 50000 (əlli min) manat məbləğində kredit ayrılmışdır. Kredit məbləği xx xxxx 2013-cü il tarixdə Cavabdeh1 ödənil mişdir. xx xxxx 2013-cü il tarixdə bağlanmış, xx xxx 2011-ci il tarixli ipoteka müqaviləsinə ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmaya görə Cavabdeh2 mülkiyyət hüququ üzrə özünə məxsus ünvan 1 ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evini ipotekaya qoymuşdur. İpoteka predmeti 70300 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh2 ilə bağlanmış ipoteka müqaviləsinin şərtlərinə görə ipoteka saxlayandan götürülmüş kredit məbləğində kreditin ssuda hesabına daxil olduğu gündən etibarən, 48 ay müddətinə hər 30 təqvim gününün bitdiyi sonuncu gün ipotekasaxlayana nağd və ya köçürülmə yolu ilə bərabər hissələrlə ödənilməsini, kreditdən istifadəyə görə illik 19 faizlə hesablanmış faizlərin isə kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 təqvim gününün bitdiyi sonuncu gün ipot eka saxlayana nağd və ya köçürülmə yolu ilə ödənilməsini öhdəsinə götürmüşdür. xx xxxxxx 2013-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309-cu və İpoteka haqqında qanunun 10.4-cü maddələrinə uyğun olaraq Cavabdeh2 tərəfindən ipoteka qoyulmuş fərdi yaşayış evinin dövlət qeydiyyatı aparılmış və həmin tarixdə DƏDRX tərəfindən bu barədə yüklülük Çıxarışı (Seriya: RX №0228046) təqdim edilmişdir.
2. Bundan başqa, cavabdeh X8 xx xxxx 2013-cü il tarixdə bağlanmış, xx xxx 2011-ci il tarixli ipoteka müqaviləsinə ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmaya əsasən mülkiyyətində olan Ağdaş şəhəri Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci km-nin sol tərəfi ndə yerləşən 54800 manat məbləğində qiymətləndirilmiş qeyri-yaşayış binasını digər Cavabdeh1 xx xxxx 2013-cü il tarixdə iddiaçı ilə bağladığı GYF-8215 № li kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoymuşdur. İpoteka qoyan X2 bağladığı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayandan götürülmüş kredit məbləğində kreditin ssuda hesabına daxil olduğu gündən etibarən 48 ay müddətinə hər 30 təqvim gününün bitdiyi sonuncu gün ipotekasaxlayana nağd və ya köçürülmə yolu ilə bərabər hissələrlə ödənilməsini, kreditdən istifadəyə görə illik 19 faizlə hesablanmış faizlərin isə kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 təqvim gününün bitdiyi sonuncu gün ipoteka saxlayana nağd və ya köçürülmə yolu ilə ödənilməsini öhdəsinə götürmüşdür. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün hazırkı mübahisə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3, X7 və X1 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmeti olan daşınmaz əmlaklara yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2013-cü il tarixli GYF-8215 saylı kredit müqaviləsi üzrə yaranmış 23177 manat əsas kredit borcu, 4479 manat faiz borcu və 5580 manat cərimə borcu olmaqla, cəmi 33236 (otuz üç min iki yüz otuz altı) manat borcun Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, xx xxxx 2013-cü il tarixli GYF8215 saylı kredit müqaviləsi üzrə borcun tu tulmasının ipooteka qoyulmuş, mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 2 ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinə və cavabdeh X6 mülkiyyətində olan Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci km-nin sol tərəfində yerləşən qeyri-yaşayış binasına yönəldilərək həmin daşınmaz əmlakların açıq hərrac yolu ilə satılması, ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 70300 manat məbləğində və cavabdeh X6 mülkiyyətində olan Ağdaş şəhəri, Bakı-AğdaşQəbələ yolunun 1-ci km-nin sol tərəfində yerləşən qeyri-yaşayış binasının hərracda ilkin satış qiymətinin 54800 manat məbləğin» müəyyənləşdirilməsinə, hərrac yolu ilə satışdan əldə edilən pul məbləğindən Cavabdeh1 xx xxxx 2013-cü il tarixli GYF-8 215 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 33236 (otuz üç min iki yüz otuz altı) manat məbləğində borcun ödənilməsinə, ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra ipoteka predmeti olan fərdi yaşayış evinin boşaldılmasına və iddia ərizəsi verilərkən dövlət büdcəsinə köçürülmüş 30 manat, sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 58 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(014)-59/2019 saylı qətnaməsi ilə (hakim Nizam Əliyev) iddia qismən təmin edilmiş, xx xxxx 2013-cü il tarixli GYF-8215 saylı kredit müqaviləsi üzrə yara nmış 16.411,12 AZN borc və 3000 AZN cərimə borcu olmaqla, cəmi 19.411,12 AZN manat borcun Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, xx xxxx 2013-cü il tarixli GYF8215 saylı kredit müqaviləsi üzrə borcun tutulmasının ipooteka qoyulmuş, mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 2 ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinə və cavabdeh X6 mülkiyyətində olan Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci kilometrliyinin sol tərəfində yerləşən qeyri-yaşayış binasına yönəldilərək həmin daşınmaz əmlakların açıq hərrac yolu ilə satılması, ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 72.000 manat məbləğində və cavabdeh X6 mülkiyyətində olan Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1- ci kilometrliyinin sol tərəfin yerləşən qeyri-yaşayış binasının hərracda ilkin satış qiymətinin 55.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə satışdan əldə edilən pul məbləğinin Cavabdeh1 xx xxxx 2013-cü il tarixli GYF-8215 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 19.411,12 AZN məbləğində borcunun ödənilməsinə yönəldilməsi, Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra ipoteka predmeti olan fərdi yaşayış evinin boşaldılması, iddia ərizəsi verilərkən dövlət büdcəsinə köçürülmüş 30 manat, sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 58 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iş üzrə təyin edilmiş qiymtləndirilmənin aparılmasına görə 800 AZN məbləğində pul un Cavabdeh1 alınaraq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir.
3. İddiaları qismən təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 298, 317, 319, 442, 445, 448, 467, 739, 741, Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun 26.1.3, 33, 34.1, 41.1, 59.1, 59.4-cü maddələrinə istinad etmişdir. a) Apelyasiya instansiyası məhkəməsindəki icraat
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- E.Hüseynov (sədrlik edən və məruzəçi) M.Hüseynov və G.Abbasov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(107)-783/2020 nömrəli qətnaməsi ilə İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)- 59/2019 saylı qətnaməsi kredit müqaviləsi üzrə hesablanmış 3000 manat cərimə borcu və ümümi məbləğ hissəsində dəyişdirilərək cərimə borcu 500 manat həddində və ümumi məbləğ 16911.12 manat müəyyən edilmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manatın iddiaçıdan alınması qət edilmişdir.
5. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385, 739, 442, 443, 448, 449, 465.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
6. İddiaçı ASC apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məh kəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı xx xxxx 2013-cü il tarixli GYF-8215 saylı kredit müqaviləsi üzrə iddia ərizəsi məhkəməyə verilən günə 23177 manat əsas kredit borcu, 4479 manat faiz borcu və 5580 manat cərimə borcu olmaqla, cəmi 33236 manat borcu yaranmışdır. Cavabdeh1 kredit müqaviləsinin qaydalarını pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizləri xx xxxxxx 2013-cü ildən başlayaraq hər ayın 26-da ödənilməsini öhdəsinə götürdüyü halda, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə onunla bağlanmış kredit müqaviləsinin 5.2-ci bəndinin tələblərinə əsasən hər gecikdirilən gün üçün müqavilənin 3.4. bəndi ilə müəyyənləşdirilən faizlər in iki misli miqdarında cərimə hesablanmışdır. Lakin məhkəmə cərimə məbləğini 3000 manat məbləğində müəyyən etməklə kreditorun pozulmuş əmlak mənafelərini nəzərə almamışdır. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyini sübut növü kimi nəzərə alan məhkəmə Cavabdeh1 banka olan 23177 manat əsas kredit və 4479 manat faiz borcunu azaldaraq cəmi 16.411,12 manat müəyyən etmişdir. Halbuki qeyd edilən rəydən görünür ki, ekspert kredit müqaviləsinin müddəti bitdikdən sonra ödənilən 6600 manat ödənişi faiz və cərimə borcundan deyil, əsas borcdan silmişdir. Belə olduğu halda məhkəmə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli idi.
8. Cavabdeh2 apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən “mülki yyət hüququ üzrə cavabdeh Qurbanov Paşa Elman oğluna məxsus ünvan 3 ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinə yönəldilərək həmin daşınmaz əmlakların açıq hərrac yolu ilə satılması” hissəsində ləğv edilərək, həmin hissədə iddia tələblərinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiya məhkəməsi, işin araşdırılması nəticəsində, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində alınmış ekspert rəyinə əsasən müəyyən edilmiş məbləğdən əlavə dəbbə faizləri hissəsində iddia tələblərini əsassız olaraq təmin etmişdir və iş üzrə həmin hissədə səhv nəticəyə gəlmişdir. Hesab edir ki, cavabdehdən 3000 manat cərimə borcunun tutulması hissəsi məhkəmə tərəfindən əsaslandırılmamışdır. Bundan başqa, qətnamə ilə kredit müqaviləsi üzrə cəmi borc 19.411,12 manat müəyyən edilmişdir. Belə olduğu halda, hər iki girovun ipoteka ilə yüklü edilməsinə ehtiyac qalmır. Çünki ən aşağı məbləğdə qiymətləndirilmiş Bakı-Ağdaş-Qəbələ yolunun l-ci kilometrliyinin sol tərəfində yerləşən 0.01 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 55000 manatdır. Yəni ən kiçik girov əmlak borc məbləğindən təxminən üç dəfə çoxdur. Nəzərə alınsa ki, Cavabdeh2 məxsus fərdi yaşayış evində hal- hazırda 2 ailə yaşayır, hazırkı kredit borcu üzrə Bakı-Ağdaş-Qəbələ yolunun l-ci km-nin sol tərəfində yerləşən 0.01 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki qeyriyaşayış sahəsinin girov əmlak kimi saxlanılması kifayətdir. Bütün yuxarıda sadalanan hallar təsdiq edi r ki, apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qismən əsassızdır və bu səbəbdən də qətnamə həmin hissələrdə ləğv edilməli, qalan hissədə isə qüvvədə saxlanılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat verərək şikayətin təmin olunmasını, cavabdehin kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçının kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 385.1. Öhdəliyə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Maddə 44
2. Öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
17. Maddə 448.1. Əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsu ludur.
20. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
21. Maddə 462.1. və
467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun:
22. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipot eka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
23. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır.
24. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İpoteka haqqında Qanun: 25. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 26. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun istinad edilən 1.0.9-cu maddəsinin məzmunundan göründüyü kimi ipoteka predmetinin ilkin satış qiymətinin anlayışının verilməsi zamanı onun həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi aydın şəkildə qeyd edilmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsinin tələbləri baxımından verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli təqdimatı əsasında ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli h üquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə baxmış və müəyyən edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi baxımından ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəm ə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 418.1., Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli g ələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Kassasiya şikayətlərinin dəlillərindən göründüyü kimi iddiaçı tutulan əsas, faiz və cərimə hissəsi ilə, eləcə də ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti ilə razı deyil, cavabdeh isə tutulan cərimə məbləği və tutmanın ipoteka ilə yüklü edilmiş hər iki əmlaka yönəldilməsi ilə razılaşmır.
35. Məhkəmə kollegiyası tərəflərin borcun məbləği ilə bağlı dəlilləri ilə razılaşmır. Əvvəla, borcun məbləği iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyn edilmişdi r. Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 25694 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx xxxx 2013-cü il tarixli, GYF-8215 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh1 xx xxxx 2017-ci il tarixinə banka olan borcu 23.011.12 AZN məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 22.687,82 AZN, faiz borcu üzrə 232,30 AZN. İş materiallarına əlavə edilmiş ekspertiza tədqiqatı zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx xxxx 2013-cü il tarixli, GYF-8215 saylı kredit müqaviləsi X4 tərəfindən xx xxxx 2017-ci il tarixdən xx xxxxx 2018-ci il tarixədək 6600 AZN məbləğində ödənişlər edilmişdir. 6600 AZN məbləğində ödənişlər nəzərə alındığı təqdirdə 16.411,12 (23.011,12-6.600) məbləğ ində borc qalacaqdır.
36. İddiaçı tərəf ödənilmiş 6600 manat məbləğin məhz cavabdehin əsas borcundan silinməsi ilə rzılaşmasa da, silinmənin hansı qaydada daha düzgün olması ilə bağlı aydın fikir bildirmir. Nəzərə almaq lazımdır ki, iş üzrə ekspert rəyi həmin sahədə xüsusi biliyə malik olan sübut növüdür. Həmin sübut məhkəmə tərəfindən başqa sübutlarla birgə qiymətləndirilsə də, rəyi şübhə altına alan hallar aşkar edilmədiyi təqdirdə rəy yazılı sübut olaraq qüvvəsini saxlayır. İddiaçı tərəf rəyin həqiqiliyini şübhə altına alan sübutlar təqdim etməmişdir.
37. Bundan başqa, hər iki tərəf cərimə məbləği ilə razılaşmır. İddiaçı cərimənin az olduğunu, cavabdeh isə artıq hesablandığını bildirir. Məhkəmə kollegiyası hər iki tərəfin dəlilini qəbul etmir və hazırkı qərarın 21-ci bəndində nəzərdə tu tulan normalara əsasən hesab edir ki, işə baxan məhkəmə cərimənin məbləğini müəyyən edərkən hər iki tərəfin mənafeyindən çıxış etmişdir.
38. Eyni zamanda iddiaçı ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti ilə razılaşmır. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin xx xxx 2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh2 məxsus Ağdaş şəhəri, Azərbaycan küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 24 nömrəli fərdi yaşayış evinin hazırki bazar qiyməti 72 000 (yetmiş iki min) manatdır. Həmin şirkət tərəfindən verilmiş eyni tarixli rəydən görünür ki, X7 məxsus Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci km-nin sol tərəfində yerləşən 0.01 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, qeyriyaşayış sahəsinin hazırki bazar qiyməti 55 000 (əlli beş min) manatdır.
39. Göründüyü kimi ipoteka ilə yüklü edilmiş əmlakların ilkin satış qiyməti kimi mövcud bazar qiymətləri əsas götürülmüşdür.
40. Hazırkı qərarın 25-27-ci bəndlərində qeyd olunan normalara görə ilkin satış qiyməti-qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İpoteka predmetinin ilkin satış qiymətinin anlayışının verilməsi zamanı onun həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi aydın şəkildə qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsinin tələbləri baxımında n verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli təqdimatı əsasında ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə baxmış və müəyyən edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi baxımından ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. 41. 38-40-cı bəndlərdə qeyd olunanları rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi əmlakın ilkin satış qiymətini müəyyən edərkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
42. Tələbin hər iki əmlaka yönəldilməsinin düzgün olmaması ilə bağl ı cavabdehin dəlili əsaslı hesab oluna bilməz. Çünki ipoteka əsas öhdəliyin təmini üsuludur və tələbin həmin əmlaklardan hansına yönəldilməsi tələbkarın hüququdur.
43. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-783/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ipotekanın ilkin satış qiyməti hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Qətnamə kassatorlara aid qalan hissədə dəyişdirilmədən saxlanılsın