Məhkəmə qərarları › İş №2(102)-162/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-162/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-162/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-162/21 (Açar sözlər: Hökmlə müəyyən edilmiş preyudisial əhəmiyyətli sübutlar iddianın rədd edilməsi üçün əsasdır) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı girov predmetinin açıq hərracdan satılaraq kredit borcunun ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3772/2020 nömrəli, xx xxxx 202 0-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, kreditin təminatı olaraq “Daevo Nexia” minik markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomaşın ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında bağlanmış müqavilə öhdəlikləri cavabdeh tərəfindən icra edilməməsi səbəbindən hazırkı mübahisə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4500 manat əsas, 1076,25 manat faiz borcu olmaqla, cəmi 5576,25 manat və ödənilmiş 20 manat məbləğində dö vlət rüsumunun “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan Daevo Nexia minik markalı ** DN *** dövlət nişanlı avtomaşına yönəldilməsi, həmin avvtomobilin açıq hərracdan satılması, ipoteka predmetinin məbləği kredit borcunu ödəmədikdə tələbin borcalanın digər əmlaklarına yönəldiməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-2605/2012 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim E.Əhmədov) iddia qismən təmin edilərək, Cavabdeh 4500 manat əsas, 1076,25 manat faiz borcu olmaqla, cəmi 5576,25 manat və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Daevo Nexia minik markalı ** DN *** dövlət nişanlı avtomaşına yönəldilməs i, həmin avvtomobilin açıq hərracdan satılması qət edilmişdir. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4, 295, 297, 385.1, 442-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) xx xxxx 2020-ci il tarixli, 2(103)-3772/20 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-2605/2012 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2012-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “girov predmetinin açıq hərracda satılaraq kredit borcunun ödənilməsi” tələbinə dair iddiası təmin edilməmiş, iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dö vlət rüsumu iddiaçıya aid edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq, iddia tələbinin təmin olunmaması nəticəsinə gələrkən Azərbaycan Respublikası Müki Məcəlləsinin 337-ci, 386.1, 389.1-ci maddələrinə və MPM-nin 82.4. madəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri İddiaçı “xxxx” ASC kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 1(011)-98/16 saylı hökmündə kredit müqaviləsinin cavabdeh tərəfindən imza lanmamasını müəyyən edilsə də məhkəmələr tərəfindən araşdırılmamış, müqavilələr üzrə təkrar ekspertiza keçirilməmiş, sənədlərin surətləri kredit dosyesinə hansı halda və kim tərəfindən daxil edilməsini, həmin kreditin kim tərəfindən götürülməsi araşdırılmamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkü n hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Müki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 386.1 - zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1 - mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Prosessu al Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irə li gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi “xxxx” ASC ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya 18 ay müddətinə, illik 30% ödəmək şərtilə 4500 manat məbləğində kredit verilmiş, eyni tarixli ipoteka müqaviləsinə əsasən isə, borcun təminatı olaraq Cavabdeh məxsus “Daevo Nexia” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İddiaçı məhz həmin müqaviləyə istinad edərək hazırkı iddia ərizəsi ilə məhkəm əyə müraciət etmiş, birinci instansiya məhkəməsi də müqavilə əsasında cavabdehin öz öhdəliklərini icra etmədiyi qənaəti ilə iddianı qismən təmin etmişdir. Bununla belə, cavabdeh həmin kredit müqaviləsini mübahisələndirərək belə bir müqavilə bağlamadığını, bankdan hər hansı məbləğdə pul götürməməsi barədə etiraz etmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmdən görünür ki, iş üzrə ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh adına olan xx xxxx 2011-ci il tarixli 01 nömrəli kredit və girov müqavilələrinin 1-ci vərəqinin aşağı hissəsindəki, 2-ci vərəqində “borcalan” qrafasında “Cavabdeh” qeydlərinin qarşısındakı, xx xxxx 2011-ci il tarixli xəzinə məxaric orderində “alanın imzası” qrafasındakı, kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində “Cavabdeh” qeydinin qarşısındakı imzalarCavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı əqdin (o cümlədən kredit müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə isə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibar sız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Cavabdeh, tərəfi olduğu kredit müqaviləsinə və onunla bağlı sənədlərə imza etməmiş, müqaviləyə dair hüquqi proseslər barəsində tərəf kimi faktiki iştirak etməmiş, hərəkətləri ilə mülki hüquqlar əldə etməmiş və özü üçün mülki vəzifələr yaratmamış, müqavilə şərtləri onun iradəsi çərçivəsində müəyyənləşdirilməmiş, bankdan pul götürməmişdir. Ona görə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi əqd əhəmiyyətsiz əqd olmaqla heç bir hüquq və vəzifə yaratmır. Məhkəmə hökmü ilə əqdin saxta və etibarsız hesab olunması ilə bağlı gəldiyi nəticə hazırkı işdə təkzibedilməz sübut əhəmiyyəti kəsb edir. Həmin əqdin kim tərəfindən saxtalaşdırılıması, pulun kim tərəf indən götürülməsi və kassasiya şikayətində qeyd olunan digər hallar hazırkı mülki mühakimə icraatının baxış predmeti deyil. Mülki-prosessual qanunvericiliyin müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsini n qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3772/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar