Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-162/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: İddiaçı cavabdeh X4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:mənzildən istifadə hüququnun tatınması barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: X3 vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2(103)5624/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 11 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdeh X4 qarşı ilk iddia verərək, onun Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi 10 saylı evin 165 saylı mənzilindən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda, X5 məhkəmədə İddiaçı qarşı qarşılıqlı iddia verərək, sonuncu tərəfindən mülkiyyət hüquqlarının qanunsuz pozulması nəticəsində ona dəymiş maddi zərərə görə 31.580 manat, göstərilmiş hüquqi yardıma görə 500 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim C.C.Musayeva) ilk iddia təmin, qarşılıqlı iddia rədd edilərək, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir-Cəlal küçəsi 10 saylı evin 165 saylı mənzildən istifadə hüququnun tanınması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 02 iyul 1987-ci il tarixdə İddiaçı rəsmi nikah əsasında Faiq Cəlilovla ailə qurub və Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir-Cəlal küçəsi 10 saylı evin 165 saylı mənzilinə gəlin köçüb və hazırda ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Bakı şəhəri, Nəsimi rayon XDS İcraiyyə Komitəsinin 27 iyul 1966-cı il tarixli orderinə əsasən, sözügedən mənzil İddiaçı qaynatası Ziyafəddin Cəlilovun icarəsində olub və 25 oktyabr 2003-cü ildə sonuncu ölüb. 18 dekabr 2000-ci il tarixdə mənzil mülkiyyət hüququ üzrə mərhum X1 Cəlilo vun adına ilkin qeydiyyatdan keçib. Daha sonra, 22 iyun 2011-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Elman Cəlilov mənzili qızı Aygün Ağayevaya bağışlayıb. 21 iyul 2011-ci il tarixdə mənzil mülkiyyət hüququ Aygün Ağayevanın adına qeydə alınıb. Göründüyü kimi İddiaçı mübahisəli evə gəlin köçməklə və orada icarədarla birgə yaşayıb ümumi təsərrüfat aparmaqla mənzildən istifadə hüquq əldə edib. Eyni zamanda, X8 Cəlilovanın təqsiri üzəndən ona 31.580 manat məbləğində maddi zərər dəydiyini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməyib. Ona görə də ilk iddia təmin, qarşılıqlı iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mənzil Məcə lləsinin 53, 54-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Aygün Ağayeva apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, Z.A.Şirinov və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilib, ilk və qarşılıqlı iddialar rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məh kəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Belə ki, Bakı şəhəri, Nəsimi rayon XDS İcraiyyə Komitəsinin 27 iyul 1966-cı il tarixli, 1469 saylı orderinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir-Cəlal küçəsi 10 saylı evin 165 saylı mənzilinin icarədarı Ziyafəddin Cəlilov olub və o, 25 oktyabr 2003-cü il tarixdə ölüb. Bakı şəhəri, Nəsimi rayon XDS İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli, 100/11 saylı qərarına əsasən mənzil kirayə müqaviləsi mərhum X1 Cəlilovun adına dəyişdirilib. 18 noyabr 2000-ci il tarixlə qeydiyyat vəsiqəsinə əsasən mənzil mülkiyyət hüququ üzrə Elman Cəlilovun adına qeydə alınıb. 22 iyun 2011-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Elman Cəlilov mənzili qızı Aygün Ağayevaya bağışlayıb və 21 iyul 2011-ci il tarixdə mənzil mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb və hazırda mənzil onun mülkiyyətindədir. İddiaçı sözügedən mənzildə yaşamaqla oradan istifadə hüququ əldə etdiyini iddia etsə də, işin bu halı qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə istisna olunur. Belə ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsi- İddiaçı, Faiq Cəlilov və Rövşən Cəlilovun mənzilə köçürülmə tələbinin rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə iddia təmin edilərək, İddiaçı, Faiq Cəlilov və Rövşən Cəlilovun Bakı şəhəri, Xoca lı prospekti, 5 saylı evin 78 saylı mənzilinə köçürülməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı mübahisəli mənzildən istifadə hüququnun əmələ gəlməsi istisna olunur. Əksinə, sözügedən qətnamə ilə o, mübahisəli mənzilə deyil, Bakı şəhəri, Xocalı prospekti, 5 saylı evin 78 saylı mənzilinə köçürülüb. Eyni zamanda, X8 Cəlilovanın təqsiri üzəndən ona 31.580 manat məbləğində maddi zərər dəydiyini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməyib. Ona görə də ilk və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 146, 152164-cü maddələrinin və digər maddi, prosessual hüquq normaların ın tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, ilk iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh Aygün Ağayevanın etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanı lması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdeh Aygün Ağayevanın vəkili Vəkil2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, vəkili Vəkil1 və cavabdeh Aygün Ağayeva məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzürsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPMnin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən mü dafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Maddənin 3-cü hissəsində göstərəlir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54 -cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabil iyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istif adə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad e tdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın rədd olunmas ı hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə işə baxarkən maddi və prosessua l hüquq normalarının tələblərini pozduğunu, ilk iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, Bakı şəhəri, Nəsimi rayon XDS İcraiyyə Komitəsinin 27 iyul 1966-cı il tarixli, 1469 saylı orderinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir-Cəlal küçəsi 10 saylı evin 165 saylı mənzilinin icarədarı Ziyafəddin Cəlilov olub və o, 25 oktyabr 2003-cü il tarixdə ölüb. Bundan sonra, Bakı şəhəri, Nəsimi rayon XDS İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli, 100/11 saylı qərarı ilə mənzil kirayə müqaviləsi mərhum X1 Cəlilovun adına dəyişdirilib və 18 noyabr 2000-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mənzil mülkiyyət hüququ üzrə onun adına qeydə alınıb. 22 iyun 2011-ci il tar ixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən, Elman Cəlilov sözügedən mənzili qızı Aygün Ağayevaya bağışlayıb və 21 iyul 2011-ci il tarixli Çıxarışa əsasən, mənzil mülkiyyət hüququ üzrə onun adına qeydə alınıb və hazırda mənzil onun mülkiyyətindədir. Əvvəla, İddiaçı kassasiya şikayətində, 02 iyul 1987-ci il tarixdə rəsmi nikah əsasında Faiq Cəlilovla ailə qurduğunu, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir-Cəlal küçəsi 10 saylı evin 165 saylı mənzilinə gəlin köçdüyünü, həmin mənzilin icarədarı ilə birlikdə yaşayıb, ümumi təsərrüfat aparmaqla mənzildən istifadə hüququ əldə etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlili ilə razılaşmır. Belə ki, mübahisəli mənzilin 21 iyul 1989-cu il tarixədək mərhum Ziyafəddin Cəlilovun icarəsində, 18 noya br 2000-ci ildən Elman Cəlilovun, 21 iyul 2011-ci il tarixdən isə Aygün Ağayevanın mülkiyyətlərində olması işin mübahisə olunmayan hallarıdır. İddiaçı özü də kassasiya şikayətində bu halları inkar etməyib. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, İddiaçı mübahisəli mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün onun həmin mənzilə köçməsini iddia etdiyi dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53, 54cü maddələrində nəzərdə tutulan əsaslar olmalıdır. Həmin maddələrin mənasına görə, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ai lə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Hazırki halda İddiaçı mərhum Ziyafəddin Cəlilovun ailə üzvləri sırasına aid olmayıb və onun mübahisəli mənzildə mərhum Ziyafəddin Cəlilovla birgə yaşayıb ümumi təsərrüfat aparması mülki iş materialları ilə təsdiq olunmur. Bundan başqa, işdən görünür ki, mənzilin kirayə müqaviləsi 21 iyul 1989-cu il tarixdə Elman Cəlilovun adına dəyişdirildikdən və 1 8 noyabr 2000-ci il tarixdə mənzil mülkiyyət hüququ üzrə onun adına qeydə alındıqdan sonra mənzilin statusunda dəyişiklik baş verib və 21 iyul 2011-ci il tarixdən mənzil Aygün Ağayevanın xüsusi mülkiyyətindədir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin dəyişməsinə səbəb olur. Bu halda xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin ya şayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll edilməlidir. Eyni zamanda, “Mülki Məcəllənin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə qanunvericiliyində valideynlərin öz övladlarını və digər ailə üzvlərini, o cümlədən övladların öz valideynlərini və digər ailə üz vlərini saxlamaq vəzifəsi müəyyən edilib göstərilib. (Ailə Məcəlləsinin 13 və 15-ci fəsilləri). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Göründüyü kimi, İddiaçı qaynı qızı Aygün Ağayevanın mülkiyyətində olan mübahisəli mənzildən istifadə hüququnun qeyd olunan maddələrin tələblərinə əsasən əmələ gəlməsi və onun əvvəl qaynı Elman Cəlilovun, sonradan isə qaynı qızı Aygün Ağayevanın ailə üzvü olması mülki iş materialları istisna olunur və ailə qanunvericiliyində qayın qızının keçmiş əmis i arvadını saxlamaq vəzifəsi (aliment öhdəliyi) nəzərdə tutulamayıb. Digər tərəfdən, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsi- İddiaçı, Faiq Cəlilov və Rövşən Cəlilovun mənzilə köçürülmə tələbinin rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə iddia təmin edilərək, İddiaçı, Faiq Cəlilov və Rövşən Cəlilovun Bakı şəhəri, Xocalı prospekti, 5 saylı evin 78 saylı mənzilinə köçürülməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı mübahisəli mənzildən istifadə hüququnun əmələ gəlməsi istisna olunur. Əksinə, sözügedən qətnamə ilə o, mübahisəli mənzilə deyil, Bakı şəhəri, Xocalı prospekti, 5 saylı evin 78 saylı mənzilinə köçürülüb. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2(103)-5624/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiy
Məhkəmə qərarları › İş №2(102)-162/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-162/2022
11.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver