Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1620/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi ilə, iddiaçı “xxxx” İKB ASC-nin və vəkili Bədirli Rüfət Mirrafiq oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 29 avqust 2017-ci il tarixli qətnaməsi ilə (S.İ.Mayılov, iş 2(003)-3341/2017)iddiaçı “xxxx” İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada “xxxx” İKB ASC-nin xeyrinə 29.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə 11189.87 ABŞ dolları əsas borc, 4314.69 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə olmaqla, cəmi 15704.56 ABŞ dolları borc icra vaxtı manata olan məzənnə ilə və ödənilmiş 30 manat dövlət rüsumu tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (X.A.Mərdanova (sədrlik edən və məruzəçi), İ.Ş.Vəliyev və E.M.Həsənov, iş2(103)-820/2018) Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 2(003)-3341/2017 saylı, 29 avqust 2017-ci il tarixli qətnaməsinin iddiaçı Cavabdeh1 münasibətdə dəyişdirilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı “xxxx” İKB ASC-nin xeyrinə ödənilməli olan faiz borcunun 4015,54 ABŞ dolları məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “xxxx” İKB ASC və vəkili Bədirli Rüfət Mirrafiq oğlu kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahişetmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 b irgə qaydada “xxxx” İKB ASC-nin xeyrinə 29.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə 11189.87 ABŞ dolları əsas borc, 4314.69 ABŞ dolları faiz borcu, 2856.58 ABŞ dolları cərimə, cəmi 18361.14 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı “xxxx” İKB ASC və vəkili Bədirli Rüfət Mirrafiq oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman işin bütün faktiki halları araşdırılmamış, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vaci bdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki,“xxxx” İKB ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 22-M-2-0-166-15 saylı, 29.05.2015-ci il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinə əsasən iddiaçı, Cavabdeh1 istehlak məqsədi üçün 24 ay müddətinə, illik 27%-lə 14000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh1 verilmiş borcun ödənilməsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə bank qarşısında borcalanla birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh1 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdehlər kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişlər. Cavabdehinlərin iddiaçı bank qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Lakin cavabdehlər müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliklərini tam yerinə yetirməmişlər, müqavilə üzrə borcu tam ödəməmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xe yrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İş materiallarından məlum olur ki, tərəflər arasında bağlanmış bank hesab, kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini Cavabdeh1 vermişdir. Bunun nəticəsində bankın cavabdehlərdən kredit üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdehlər isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişlər. Cavab dehlər müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstər ən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə düzgün nəticəyə gəlsə də, hesablanmış faiz borcu üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan iddiaçının təqdim etdiyi 26.04.2017-ci il tarixli maliyyə arayışından məlum olur ki, cavabdehlərin əsas borcu 11.189, 87 ABŞ dolları, faiz borcu 4314,69 ABŞ dolları cərimə borcu isə 2856,58 ABŞ dolları təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə əsas və ona hesablanmış faiz məbləğinin tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü 06 fevral 2018-ci il tarixl i qərardad ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5296 saylı, 24 avqust 2018-ci il tarixli ekspert rəyindən görünür ki, 29.05.2015-ci il tarixli, 22-M2-0-166-15 saylı bank hesab, kredit və zaminlik müqaviləsi üzrə cavabdehlərin 26 aprel 2017-ci il tarixə olan əsas borcu 11.592,53 ABŞ dolları, faiz borcu 4015,54 ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan 26.04.2017-ci il tarixli maliyyə arayışından məlum olur ki, kredit müqaviləsi üzrə əsas borcu 11.189,87 ABŞ dolları, faiz borcu 4314,69 ABŞ dolları təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə əsas və faiz borcu məbləğinin borc tələb edilən tarixə düzgün hesablanmadığı, bank tərəfindən maliyyə arayışının verildiyi, yəni 26.04.2017-ci il tarixə ödənilməsi tələb olunan faiz məbləğinin çox hesablandığı müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi əsas kredit məbləği üzrə hesablanmış faiz borcuna dair maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəsinə əsaslandığından və iddiaçının mövqeyini əks etdirdiyindən iddia tələbinin kredit borcu üzrə faiz məbləği iddia tələbində göstərilən məbləğdə deyil, ekspertiza rəyində göstərilən məbləğdə, əsas borcu isə iddiaçı tərəfindən tələb olunan məbləğdə nəzərə alınmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia ərizəsinə tələbdə göstərilənlər daxilində baxılmalı olduğundan əsas borc məbləğinin ekspertiza rəyində göstərilən hədd deyil, iddia tələbində göstərilən həddə qiymət verilməlidir və ekspert rəyi ilə m üəyyən edilmiş əsas borc məbləğinin cavabdehlərdən tutulması hüquqi müəyyənlik prinsipinə əsasən hazırkı halda istisna edildiyindən ekspertiza rəyi üzrə hesablanmış əsas borc cavabdehlərdən tututlmamalıdır. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlər tərəfindən 29.05.2015-ci il tarixli, 22-M-2-0-166-15 saylı bank hesab, kredit və zaminlik müqaviləsi əsasən iddaçıya ödənilməli olan faiz borcu 4015,54 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan məbləğin ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla cavabdehlərdən tutulması barədə və məhkəmə məsrəfləri ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin keçirdiyi ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ekpertiza tədqiqatının dəyəri cavabdehlərdən müştərək qaydada tutularaq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və proses sual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 17 oktyabr 2018-ci il tarixli, 2(103)-820/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1620/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1620/2019
13.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver