Məhkəmə qərarları › İş №2(102)-1621/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1621/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1621/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun ödənilməsi, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)348/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. “TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli kredit müqaviləsi (bundan sonra – kredit müqaviləsi) ilə sonuncuya illik 18.7 % faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 14500 manat məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə 12,800.80 manat əsas, 2,985.54 manat faiz, 2,633.62 manat cərimə borcu olmaqla, cəmi 18419.96 manat məbləğində borcun və ödənilmiş 141.27 AZN məhkəmə xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etm əmiş, müqavilə üzrə tələbləri pozmuşdur. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu cavabsız qalmışdır.

5. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində cavabdehin banka olan borcu aşağıdakı kimi göstərilmişdir: xx.xx.2023-cü il tarixə - iddia ərizəsinin verildiyi günə: əsas borc üzrə 12800.80 manat, faiz borcu üzrə 1748.77 manat; xx.xx.2023-cü il tarixə (qərardadın tarixi) əsas borc üzrə 12800.80 manat, faiz borcu üzrə 2466,89 manat; xx.xx.2024-cü il tarixə (ekspert rəyi verilən tarix) əsas borc üzrə 12800.80 manat, faiz borcu üzrə 2985.54 manat.

6. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(067)-222/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 12800,80 manat əsas, 1748,77 manat faiz, 200 manat cərimə borcu və 134.25 manat məhkəmə xərcinin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə).

7. Mövqeyini Mülki Məcəllənin 385.1, 442, 445.2.1, 445.3, 448.1, 449.4, 458, 467, 739-cu maddələri ilə əsaslandıran məhkəmə iş üzrə keçirilmiş ekspertizanın rəyinə istinad etməklə iddia tələbinin qismən təmin olunmalı olduğu nəticəsinə gəlmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyator şikayəti belə əsasland ırmışdır ki, kredit müqaviləsindəki imza cavabdehə məxsus deyil. İşə baxan birinci instansiya məhkəməsi isə həmin müqavilənin etibarlılığını yoxlamaq üçün ekspertiza təyin etməli olduğu halda, etməmişdir. Cavabdeh məhkəmə prosesi barədə məlumatlandırılmamış, məhkəmə iclasında iştirakı təmin olunmamışdır.

10. İddiaçı apellyasiya şikayətinə qarşı etirazını belə əsaslandırmışdır ki, hazırkı mübahisəyə dair birinci instansiya məhkəməsinin 5 iclası keçirilmiş və hər iclasa dair cavabdehə rəsmi qaydada bildiriş, eləcə də xx.xx.2024-cü il tarixdə qətnamənin surəti göndərilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri işin həllini uzatmaq məqsədi daşıyır. Belə ki, o, imzanın ona məxsus olmadığı barədə dəlil irəli sürsə də, buna dair hər hansı sübut təqdim etməmişdir.

11. Sumqayıt Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-348/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Səyyad Qafari və Afiq Hüseynzadə).

12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddia tələbindən, habelə cavabdeh tərəfindən təkzib edilməyən hallardan sonuncunun kredit vəsaitini əldə etdiyi, lakin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirmədiyi müəyyən olunur.

13. Bununla belə, kredit müqaviləsindəki imzanın cavabdeh tərəfindən icra edilməməsi halı səthi dəlil deyil, birbaşa mübahisənin hüquqi müqəddəratını həll edəcək dəlildir. Yəni bu dəlilin formal şəkildə apellyasiya şikayətində bir c ümlə ilə qeyd edilməsi-yəni dəlilin əsaslandırılmaması (kredit müqaviləsi barədə tərəfin hansı formada məlumatlı olması, həmin müqavilə üzrə ödənişlərin kim tərəfindən icra edilməsi, yaxud bank tərəfindən cavabdehin aldadılması hallarının nədən ibarət olması) ağlabatan mühakimə hesab edilə bilməz. Digər tərəfdən bu halların, yaxud onlardan hər hansı birinin mövcud olması ilkin variantda əsaslandırılmadığından bu formada məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsi yolverilməzdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz.

14. İkinci dəlilə münasibətdə məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış, hətta sonuncu hər dəfə iclaslar ın təxirə salınması barədə məhkəməyə teleqramlar da ünvanlamışdır (i/m səh. 3839, 46-47, 54, 97, 107, 121 (məhkəmə qərarını alması barədə qəbz)).

15. Məhkəmə kollegiyası yekun olaraq qeyd etmişdir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Odur ki, cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəlikləri vardır. Apellyasiya şikayətinin dəlilləri isə şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, məhkəmə proseslərini süni şəkildə uzatmaqdan, eləcə də yaranmış borcu yubatmaqdan başqa bir şey deyildir.

16. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 6.2, 14.2.1, 385.1, 386.1, 445.1, 739.1, 740-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (vəkil Cavabdeh) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti imzanın cavabdehə məxsus olmamasına dair apellyasiya şikayətinin dəlili ilə əsaslandırılmışdır.

19. Kassator şikayətinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.1, 337.2, 739.2-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq, şikayətin əsassız olduğu üçün təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəy işdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməs i, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

25. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Madə 739.1 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

28. Maddə 740 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlid ir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməs inin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh kredit müqavi ləsindən irəli gələn öhdəliklərini tam yerinə yetirmədiyinə görə iddia təmin edilmiş həcmdə əsaslıdır.

39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

40. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mül ki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayı t Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)348/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar