Məhkəmə qərarları › İş №2(102)-1624/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1624/2020

16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1624/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin vəkili X1, Cavabdeh1 və onun vəkili X4 iştirakı ilə, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)1024/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Qaradağ rayon məhkəməsinin (hakim Rəşad Mustafayev) iş üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 84596,64 manat, faiz borcu üzrə 9446,01 manat, cərimə borcu 20 manat, ödənilmiş dövlət rüsumu 30 manat, cəmi 94,092,65 manat pulun tutularaq «İddiaçı" QSC-nin hesabına ödənilməsi; Cavabdeh1 məxsus Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Qasımov prospektində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 178,7 kvadrat metr, yaşayış sahəsi 100,3 kvadrat metr, yardımçı sahəsi 78,4 kvadrat metr, tikinti altı sahəsi 140,6 kvadrat metr olan 2 mərtəbəli, 5 otaqlı 35a nömrəli fərdi yaşayış evinin ixtisaslaşdırılmış açıq hərracdan satılması; Torpaq sahəsi və fərdi yaşayış evinin satışından əldə edilmiş vəsaitdən 94092,65 manat pulun «İddiaçı" QSC-nin xeyrinə ödənilməsi; Torpaq sahəsi və fərdi yaşayış evinin satışından götürülmüş məbləğ «İddiaçı" QSC-nin tələbini ödəməyə kifayət etməsə, çatışmayan məbləğin Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada «İddiaçı" QSC-nin xeyrinə tutulması; Torpaq sahəsi və fərdi yaşayış evinin satışından əldə edilmiş məbləğin «İddiaçı" QSC-nin tələbindən artıq olarsa, artıq məbləğin Cavabdeh1 qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Fuad Talışinski sədrlik edən və məruzəçi, Zaur Əliyev, Rafael Eyvazov) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi (fərdi yaşayış evinin ixtisaslaşdırılmış açıq hərracdan satılması hissədə) dəyişdirilmiş, Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Qasımov prospektində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan ümumi sahəsi 178,7 kvadrat metr, yaşayış sahəsi 100,3 kvadrat metr, yardımçı sahəsi 78,4 kvadrat metr, tikinti altı sahəsi 140,6 kvadrat metr olan 2 mərtəbəli, 5 otaqlı 35a nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 130000 manat müəyyən edilərək ixtisaslaşdırılmış açıq hərracdan satılması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələ həll edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə 84596,64 manat məbləğində kredit borcu, 9446,01 manat məbləğində faiz borcu və 2250 2,69 manat məbləğində cərimə olmaqla, ümumilikdə 116545,34 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə ahnması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; Tələbin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospektində mülkiyyətində olan 0,06 ha torpaq sahasi və həmin torpaq sahəsində olan yerləşən ümumi sahəsi 178,7 kvadrat metr, yaşayış sahəsi 100,3 kvadrat metr, yardımçı sahəsi 78,4 kvadrat metr, tikintialtı sahəsi 140,6 kvadrat metr olan 2 mərtəbəli, 5 otaqlı 35a nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 116545,34 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq ü çün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərrac satışından əldə olunan vəsait hesabına İddiaçı-yə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ümumi qaydada tutulması barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İpoteka predmetinin ilkin satış qiyməti düzgün qiymətləndirilməmişdir. Belə ki, əmlakın qiyməti mütəxəssis rəyində göstərilən qiymətdən daha yuxarıdır. Məhkəmə niyə məhz əmlakın 130000 manat olması barədə mütəxəssis rəyini əsas götürməsini əsaslandırmamışdır. Tərəflərin izahatları: Cavabdeh1 və onun vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı “İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansi yası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə bax an apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız cavadeh Cavabdeh1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin məzmunundan görünür ki, Cavabdeh1 qətnaməni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyəb edilməsi hissədə mübahisələndirir. Ona görə də, qətnamə Cavabdeh1 münasibətdə mübahisələndirilən hissə də kassasiya qaydasında yoxlanıldı. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 «İddiaçı” QSC ilə illik 120 ay ərzində qaytarmaq şərti ilə 100000 manat məbləğində kredit müqaviləsi bağlamışdır. xx xxxx 2013-cü il tarixli "Zaminlik Müqaviləsi"ndən göründüyü kimi, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 İddiaçı ilə zaminlik müqaviləs i bağlayaraq məsuliyyəti üzərlərinə götürmüşlər. xx xxxx 2013-cü il tarixli Alqı-Satqı müqaviləsi və İpoteka Müqaviləsindən göründüyü kimi, müqavilə tərəflər arasında bağlanmış kredit müqaviləsini təmin etmək üçün bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Qasımov prospektində yerləşən 0.06 ha torpaq sahasi və həmin torpaq sahəsində olan yerləşən ümumi sahəsi 178,7 kvadrat metr, yaşayış sahəsi 100,3 kvadrat metr, yardımçı sahəsi 78.4 kvadrat metr, tikinti altı sahəsi 140,6 kvadrat metr olan 2 mərtəbəli, 5 otaqlı 35a nömrəli fərdi yaşayış evi ipoteka predmeti kimi müəyyən olunmuş və müqavilənin 1.4-cü bəndinə görə ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 120.000 manat məbləğində qiymətləndirilmişdir. xx xxxxx 2017-ci tarixli arayışdan göründüyü kimi, cavabdehin əsas borc üzrə 84596,64 manat, faiz üzrə 9446,01 manat və cərimə üzrə 22502,69 manat, cəmi 116545, 34 ABŞ dolları borcu vardır. xx xxxx 2017-ci il tarixli bildirişin surətindən göründüyü kimi, cavabdehə borcun ödənilməsi təklif olunmuş və borcun ipoteka predmetinə yönəldiləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* saylı Çıxarışdan göründüyü kimi, Cavabdeh1 məxsus Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Qasımov prospektində yerləşən 0,06 ha torpaq sahasi və həmin torpaq sahəsində olan yerləşən ümumi sahəsi 178,7 kvadrat metr, yaşayış sahəsi 100.3 kvadrat metr, yardımçı sahəsi 78,4 kvadrat metr, tikinti altı sahəsi 140,6 kvadrat metr olan 2 mərtəbəli, 5 ot aqlı 35 a nömrəli fərdi yaşayış evi «İddiaçı” QSC-nin xeyrinə yüklü edilmişdir. xx xxxx 2017-ci il tarixli bildirişlərdən göründüyü kimi, tələbin ipotekaya yönəldilməsinə dair bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. İşdən göründüyü kimi, Cavabdeh1 «İddiaçı” QSC ilə xx xxxx 2013-cü il tarixdə kredit müqaviləsi bağlayaraq üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən bank qarşısında cavabdehlik daşıyır, bankın isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır. Hazırda Cavabdeh1 verdiyi kassasiya şikayətində ipoteka predmetinin ilkin s atış qiymətinin real bazar qiymətini əks etdirmədiyini qeyd etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmənin qərarında ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdən görünür ki, işə apellyasiya instansiyası məhkəməsində bir neçə dəfə qiymətləndirmə (əmtəəşünaslıq) ekspertizaları keçirilmiş, apellyasiya instansiyası məhkəməsi “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 003-08\MY\05-2019 saylı qiymətləndirmə hesabatına istinad edərək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, 35 a nömrəli fərdi yaşayış evinin bazar dəyəri 130000 manat müəyyən etmişdir. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin hansı səbəbdən əmlakın 130000 manat qiymətləndirilməsi barədə rəyi əsas götürməsini, digər rəylərə nə üçün qiymət vermədiyini əsaslandırmamasını göstərmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, işdən göründüyü kimi, “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli rəyi ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasimov prospektində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 178,7 kvadrat metr, yaşayış sahəsi 100,3 kvadrat metr, yardımçı sahəsi 78,4 kvadrat metr, tikintialtı sahəsi 140,6 kvadrat metr olan 2 mərtəbəli, 5 otaqlı 35a saylı fərdi yaşayış evinin bazar dəyəri 158000 manat, ümumi sahəsi 80 kvadrat metr olan 1 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 120000 manat, ümumi sahəsi 15 kvadrat metr olan qeyri-yaşayış obyektinin (gözəllik salonunun) bazar dəyəri 22000 manat, Əmlakların ümumilikdə dəyəri 360000 manat müəyyən edilmişdir. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 163/AB/19 saylı rəyinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospektində olan 0,06 ha torpaq sahəsində yerləşən 35a nömrəli fərdi yaşayış evinin bazar dəyəri 150000 manat müəyyən edilmişdir. “X7” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qiymətləndirmə üzrə ekspert rəyinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospektində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan yerləşən ümumi sahəsi 178,7 kvadrat metr, yaşayış sahəsi 100,3 kvadrat metr, yardımç ı sahəsi 78,4 kvadrat metr, tikinti altı sahəsi 140,6 kvadrat metr olan 2 mərtəbəli, 5 otaqlı 35a nömrəli fərdi yaşayış evinin bazar dəyəri 345000 manat müəyyən edilmişdir. Göründüyü kimi, mübahisəli ünvanda qiymətləndirilən fərdi yaşayış evindən əlavə digər yaşayış evi və qeyri-yaşayış evi (gözəllik salonu) olmuş, “X7” MMC-nin rəyində həmin əmlakların ümumi qiyməti göstərilmiş, “xxxx” MMC-nin rəyinə əsasən fərdi yaşyış evinin dəyəri, 158000 manat, “xxxx” MMC-nin rəyinə əsasən isə 150000 manat, “xxxx” MMC-nin rəyinə əsasən isə 130000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə mübahisəli fərdi yaşayış evinin qiymətləndirilməsi ilə bağlı daha gec olan mütəxəssis rəyini əsas götürmdüşdür. Mütəxəssi rəylərində əmlakın qiymətində kəskin fərq ipoteka ilə yüklü edilmiş, 0,06 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 178,7 kvadrat metr olan yaşayış evindən başqa, əlavə tikilmiş 80 kvadrat metrlim evin və 15 kvadrat metrlik qeyri-yaşayış sahəsinin dəyərinin də ümumi qiymətə daxil edilməsi olmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində isə yalnız ipotekaya qoyulmuş daşınmaz əmlakın qiyməti göstərilmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1024/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar