Məhkəmə qərarları › İş №2(102)-1625/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1625/2019

27.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1625/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.10.2018-ci il tarixli 2(103)11050/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Y.Həsənov, iş № 2(010)-2843/2018) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 302 6 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.K.Xəlilov, X.A.Cəmilova və A.Q.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2018-ci ilin mart ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” ASC-dən 3000 manat məbləğində kredit götürərək Cavabdeh verməsini, lakin sonuncunun krediti qaytarmaqdan boyun qaçırdığı üçün özü tərəfindən ödənilməsini əsas göstərməklə cavabdehdən onun xeyrinə 3026 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üz rə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrli k edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı məhkəməyə müraciət edərkən tələbini təsdiq edən sübut kimi “xxxx” ASCnin 25 dekabr 2017-ci il tarixli arayışına istinad etmişdir. Həmin arayışdan görünür ki, iddiaçı 18 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə bankdan 3000 manat məbləğində kredit götürmüş və 25 dekabr 2017-ci il tarixə kimi banka olan borcunu tam ödəmişdir. İşdən görünür ki, birinci instansiya məhkəm əsində verdiyi izahatında cavabdeh iddianı qismən qəbul edərək iddiaçıya məxsus kredit borcundan 1700 manatının onun tərəfindən ödənilməsini bildirmişdir. Qətnamədən verdiyi kassasiya şikayətində isə qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını iddia etsə də bunun nədə ifadə olunmasını göstərməməklə şikayətini əsaslandırmamışdır. Tələb olunan pul məbləğinin iddiaçı tərəfindən cavabdehə borc verilməsi məqsədi ilə bankdan götürülməsi, lakin cavabdehin həmin məbləği ödəməkdən boyun qaçırması məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edildiyindən apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmasını əsaslı saymış və bu zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc münasibətlərini tənzimləyən 739, 740, 743, 442-ci maddələrinə istinad etmişdir. Az ərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı bankdan götürdüyü 3000 manatı cavabdehə verməsini sübuta yetirmiş, cavabdeh isə həmin pulun qaytarılmasını və iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəliyinin qalmamasını sübuta yetirməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun çıxarıldığından onun ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının hazırkı iş üzrə olan 15 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar