Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1625/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçının vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli 2(103)7311/2018 nömrəli qərardadından Cavabdeh2 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalan ması Fondu cavabdehlər “xxxx” MMC-nə və Cavabdeh2 qarşı- cavabdehlərdən Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 57 saylı, 18.03.2014-ci il tarixli təminatlı kredit xətti müqaviləsi üzrə 20.050 manat əsas borc, 5087,52 manat faiz borcu, 46855,03 manat dəbbə pulu, ümumilikdə 71992,55 manat məbləğində kredit borcunun tutulması və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Namidar Misirzadə) 22 fevral 2018-ci il tarixli, 2(011)-1287/2018 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 20050 (iyirmi min əlli) manat məbləğində əsas borc, 5000 (beş min) manat məbləğində dəbbə pulu, cəmi 25050 (iyirmi beş min əlli) manat məbləğində kredit borcu və 30 (o tuz) manat məbləğində dövlət rüsumunun “xxxx” MMC-dən alınaraq ləğv prosesində olan İddiaçı ASC-nə verilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli, 2(103)7311/2018 saylı qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli, 2(011)-1287/2018 saylı qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılaraq, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət olunmuşdur. Cavabdeh “xxxx” MMC-nin direktoru Cavabdeh2 və vəkili X2 21.06.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli, 2(103)-7311/2018 saylı qətnaməsindən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Kalbalıyev sədrlik edən və məruzəçi, V.İbayev və Ə.Əliyev) 10 sentyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin 31 iyul 2019-cu il tarixdə icraata qəbul edilməsi qərardadı ləğv edilərək, mülki iş kassasiya baxışından çıxarılaraq, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)7311/2018 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X.Sarıyev - sədrlik edən və məruzəçi, V.Həsənov və Ş.Məmmədova) 12 noyabr 2019-cu il tarixli, 2(103)-7311/2018 saylı qərardadı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli, 2(103 )-7311/2018 saylı qətnaməsindən cavabdeh “xxxx” MMC-nin direktoru Cavabdeh2 və vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 noyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, “xxxx” MMC birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmək istəsə də belə bu müddəti ötürmüş, bundan başqa, qanuni təmsilçisi və cəmiyyətin səlahiyyətli nümayəndəsi olan həm də zamin olan Cavabdeh2 artıq birinci instansiya məhkəməsinin özünə aid olan hissəsini mübahisələndirdiyi və qətnamədən məlumatlı olduğu üçün “xxxx” MMC apellyasiya şikayə ti vermə müddətini bərpa etdirə bilməz, bu müddətdə isə kassasiya şikayəti vermə müddətini də ötürə bilərdi. Verilmiş kassasiya şikayəti faktiki olaraq “xxxx” MMC-nin maraqlarına toxunduğu üçün kassasiya şikayəti verməkdə haqlı olmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İş üzrə digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümk ün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli, 2(011)-1287/2018 saylı qətnaməsindən zamin olan Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq, qətnaməni yalnız Cavabdeh2 aid hissədə yoxlayıb qiymət vermişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh “xxxx” MMC-nə aid hissədə apellyasiya qaydasında yoxlanılmamış və apellyasiya baxışının predmeti olmamışdır. Cavabdeh “xxxx” MMC birinci instansiya məhkəməsinin qətnaməsini özünə aid hissədə mübahisələndirmək əvəzinə apellyasiya instansiyası məhkəməsinin Cavabdeh2 aid hissədə qəbul etdiyi qətnamədən kassasiya şikayəti vermişdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsinin “xxxx” MMC-nə aid hissəsi apellyasiya qaydasında yoxlanılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti qaytarılır. - 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3.— 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas vermir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 403.1, 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli 2(103)7311/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1625/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1625/2020
08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver