Məhkəmə qərarları › İş №2(102)-1626/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1626/2019

28.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1626/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, cavabdehlər x1 və x2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli, 2(008)9707/2017 saylı qətnaməsi ilə (hakim A.Rzayev) iddia tələbi qismən təmin edilərək, cavabdehlər x2 və x3 müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 1500 manat məbləğində pulun alınaraqiddiaçı x4 verilməsi v ə iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9911/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Xəlilov, X.Cəmilova və A.Hüseynov) Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, cavabdehlər x2, x3 və x5 müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pulun tutularaq iddiaçı x4 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh x2 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9911/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh x5 kassasiya şikayəti ve rərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9911/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci ildə cavabdeh x1 oğlu x6 ilə onun qızı x7 rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Təxminən 3 aydan sonra qızı yaşadığı evdən qovulmuşdur. Sonradan qızı öz hüquqlarını müdafiə etmək məqsədi ilə məhkəmədə iddia qaldırmışdır. Hazırda əmlak mübahisəsi davam edir. Məhkəmə çəkişmələrinin getdiyi bir vaxtda cavabdeh x5 övladı cavabdeh x2 ilə əlbir olaraq yaxın tanışları olan digər cavabdeh x3 yaşadığı evin şəhər telefon nömrəsini vermiş, onların məqsədi x3 tərəfindən ailənin dağılmasını təmin etmək və eyni zama nda sakit həyat tərzini pozaraq onlara psixoloji təzyiqlər göstərmək olmuşdur. Bundan sonra x3 dəfələrlə onun yaşadığı ünvana anonim zənglər edərək ailə üzvlərinin arasında nifaq salaraq ailədə ciddi stressin yaranmasına nail olmuşdur. Onun zənglərindən sonra ailə üzvləri ciddi psixoloji əsəb gərginliyi keçirmişdir. Hətta bu təzyiqlər nəticəsində 28.03.2002-ci il təvəllüdlü qızı x8 psixoloji xəstəliyə düçar olmuşdur. Nəticə etibarı ilə o, təhsil aldığı 3 nömrəli xüsusi təhsil məktəbindən xaric olunaraq evdə təhsilə cəlb olunmuşdur. Bu zənglərdən sonra dəfələrlə ailə üzvlərinin hər biri üçün yaşadıqları evə Təcili Tibbi Yardım stansiyasının həkimləri gəlmişdir. Onlar məcburiyyət qarşısında qalaraq bu anonim zənglərin araşdırılması üçün Suraxanı rayon 32-ci PB-nə rəsmi şikayət ərizəsi ilə müraciət etmişlər. Polis Bölməsi tərəfindən aparılan araşdırmaların nəticəsində məlum olmuşdur ki, bu zənglərin sifarişçisi qızının qayınanası x5 və onun övladı cavabdeh x2 olmuşlar. Onların bu sifarişindən sonra digər cavabdeh x3 yaşadıqları ünvana anonim zənglər edərək, onları narahat etmişlər. Polis bölməsində x3 izahat verərək həqiqətən də onlara zəng etməsinin sifarişçilərinin Göyçək və Aynurə olduğunu təsdiq etmişdir. Cavabdehlərin qeyri-insani hərəkətlərindən sonra 23.03.2002-ci il təvəllüdlü qızı x8 ağır xəstəliyə düçar olmuşdur. Bununla əlaqədar hələ də bir valideyn kimi onun müalicəsi ilə məşğul olur. Həkimlərin dediyinə görə övladı daima həkim nəzarəti altında yaşamalıdır. Hər gün övladına lazım olan gündəlik dərman preparatları alır. Hesab edir ki, cavabdehlərin təqsiri ucbatın dan onlara maddi və mənəvi ziyan dəymişdir. Buna görə də, cavabdehlər x1 qızı, x2 və x3 onlara vurduqları maddi ziyana görə 5000 manat və mənəvi zərərə görə 45000 manat ümumilikdə isə 50000 manat məbləğində pulun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9911/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavab deh x5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9911/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh x5 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh x3 iddiaçı x4 mənzilində olan telefon nömrəsinə zəng edərək onu telefona çağırmış və ona məlumat vermişdir ki, onun əri x9 x10 adlı qadınla yaşayır, ona mənzil və sex almışdır. x3 bu hərəkətləri x1 və x3nın sifarişi ilə etdiyini bildirir. Cavabdeh x1 oğlu iddiaçının qızı ilə nikahda olmuşdur. Nikah münasibətləri pozulmuşdur və onlar arasında münasibət yaxşı olmamışdır. Cavabdeh x2 isə x3nın qızıdır. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının mənzilinə edilən zəngin əlbir olaraq planlaşdırılması məsələsinə qiymət verir və bununla bağlı iddiaçının mövqeyini əsaslı hesab edir. Göründüyü kimi iddiaçının qızı cavabdeh x1 gəlini olmuşdur. Həmin vaxt gəlinlə onların məhkəmə mübahisələri olmuşdur. x3 x4 tanımamış. Mənzilinin nömrəsini bilməmiş, onunla heç bir münasibəti olmamışdır. x3 öz təşəbbüsü ilə x4 mənzilinin telefon nömrəsini axtarıb tapmağa və ona qeyd olunan məzmunda məlumat verməyə heç bir şəxsi marağı olmamışdır. x3 təsdiq edir ki, həmin zəngi məhz digər cavabdehlərin təşəbbüsü ilə etmişdir. Zəngin məzmununda qeyd olunan məlumatları ancaq digər cavabdehlər ona verə bilərdi. Çünki onlar bilirdi ki, x10 adlı qadın çörək sexində işləyir, həmin ərazidə yaşayır. x3 tərəfindən edilmiş zəngin başqa digər səbəbdən baş verməsinin heç bir izahı yoxdur. Həmin zəng x4 ailəsi ilə Göyçəyin ailəsi a rasında həmin vaxt baş verən münaqişəli məsələnin həlli zəmnində yaranmışdır. Həmin zəngin məqsədi məhz iddiaçının ailədaxili münasibətlərini gərginləşdirmək məqsədi daşımışdır. Bu isə cavabdehlərdən x1 və x2 mənafeyinə uyğun olmuşdur. x3 zəngin məhz onların göstərişi ilə etdiyini təsdiq edir. O, hadisə ilə bağlı bir neçə dəfə izahat vermiş və onun izahatını şübhə altına almağa heç bir hal yoxdur. Onun digər cavabdehlərin əleyhinə ifadə, izahat verməsinə əsas verən hallar da yoxdur. İddiaçı ona maddi zərər vurulması halını sübuta yetirə bilməmişdir. Bununla bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslıdır. İddiaçı vurulmuş maddi və mənəvi zərəri tələb edir. Eyni zamanda bu hadisə nəticəsində digər ailə üzvlərinə zərər dəyməsinə istinad edir. İddiaçıya izah olunur ki, o, digər ailə üzvlərinə dəyən zərəri tələb edə bilməz, hadisə nəticəsində özünə vurulmuş zərəri tələb edə bilər. İddiaçı isə özünə maddi zərər dəyməsi halını sübuta yetirə bilməmişdir. Cavabdehin zəngi iddiaçıya mənəvi zərər yetirmişdir. Cavabdehlər edilən zəngin məzmununu müəyyənləşdirərkən orta azərbaycanlı ailəsinin ümumi dünyagörüşünü, çatdırılan məlumatın iddiaçının ailəsinə necə təsir edəcəyini nəzərə almışlar. Ona görə məlumat ilk növbədə iddiaçının ərinin digər qadınla yaxın münasibətdə olması ilə bağlı olmuşdur. Ümumi qəbul edilmiş hal ondan ibarətdir ki, ər-arvad arasında ailə münasibətləri qarşılıqlı məhəbbət, inam, etibar və hörmət əsasında qurulur. Məhz həmin münasibətlərə zərbə vurmaq, ailədaxili münasibətləri kəskinləşdirmək, qarşılıqlı inamsızlıq yaratmaq üçün iddiaçıya ərinin başqa qadınla yaxın münasibətdə olması barədə məlumat çatdırılmışdır. Cavabdehlər həmin məlumatın daha da təsirli olması üçün, qadına (arvada) təsir edə biləcək üsuldan istifadə edərək, ailənin büdcəsi hesabına ərinin başqa qadına mənzil və çörək sexi alması barədə məlumatı əlavə etmişlər. Belə məlumatdan sonra qadının (arvadın) mənəvi-psixoloji vəziyyətini başa düşmək çətin deyil. Həmin məlumatın iddiaçıya mənəvi zərbə vurması, ər-arvad arasında, ailə daxilində inamsızlıq toxumu səpməsi, əsassız şübhələrə yol açması istisnasızdır. İşdə olan Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 643 saylı, 26 sentyabr 2017-ci il tarixli məktubundan görünür ki, 16.03.2016-cı il tarixdə saat 01:52 radələrində “103” xidmətinə ünvan 1 ünvanından x7 (26 yaş) adına “halı pis” səbəbi ilə çağır ış daxil olmuşdur. Çağırışı 22 saylı bölmənin həkimi Murad Əbdürrəhimov icra edərək, xəstəyə “Vegetativ damar distoniyası, hipotonik tip” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir. 17.04.2016-cı il tarixdə saat 22:42 radələrində həmin ünvandan x9 (52 yaş) adına “halı pis” səbəbi ilə daxil olan çağırışı 22 saylı bölmənin həkimi x11 icra edərək, xəstəyə (F-48.0) “Nevrasteniya” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir. 11.06.2016-cı il tarixdə saat 06:56 radələrində həmin ünvandan x4 (49 yaş) adına “halı pis” səbəbi ilə daxil olan çağırışı 22 saylı bölmənin anesteziolojireanimatoloji briqadasının həkimi x12 icra edərək, xəstəyə (F-43.0) “Stresə qarşı kəskin reaksiya” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir. 26.06.2016-cı il tarixdə saat 23:06 radələrində həmin ün vandan x8 (24 yaş) adına “halı pis” səbəbi ilə daxil olan çağırışı 22 saylı bölmənin həkimi x13 icra edərək, xəstə x8 (14 yaş) “Neyrosirkulyator distoniya, hipotonik tip” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir. 20.10.2016-cı il tarixdə saat 22:38 radələrində həmin ünvandan x8 (18 yaş) adına daxil olan çağırışı 22 saylı bölmənin həkimi x13 icra edərək, xəstə x8 (14 yaş) “Alqodismenoreya” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir. 20.10.2016-ci il tarixdə saat 00:59 radələrində həmin ünvandan x8 (15 yaş) adına daxil olan çağırışı 22 saylı bölmənin həkimi x13 icra edərək, xəstənin təcili yardımdan imtina etdiyini qeyd etmişdir. 08.04.2017-ci il tarixdə saat 17:10 radələrində həmin ünvandan x7 (24 yaş) adına “halı pis” səbəbi ilə daxil olan çağırışı 22 saylı bölmənin həkim i x14 icra edərkən, ünvanda xəstənin xəstəxanaya getdiyi bildirilmişdir. 20.04.2017-ci il tarixdə saat 21:31 radələrində həmin ünvandan x9 (54 yaş) adına “halı pis” səbəbi ilə daxil olan çağırışı 22 saylı bölmənin anesteziolojireanimatoloji briqadasının həkimi x12 icra edərək, müayinə və yardımdan imtina olunduğunu qeyd etmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağl ı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli «mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Qanunvericiliyinin, «İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafıəsi Haqqında Konvensiya»nın müddəları və Avropa İnsan hüquqları Məhkəməsinin presidentləri baxımından «mənəvi zərər» anlayışı in sanın anadangəlmə və qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 2-ci bəndinin 3-cü hissəsinin tələbinə əsasən mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, l əyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s.hallarda özünü biruzə verə bilər. Həmin qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçıya zəng vasitəsi ilə çatdırılan məlumat ona mənəvi zərər vurmuşdur. Çünki iddiaçı uzun müddətdir ailəlidir və birgə nikahdan bir neçə uşağı var. O cümlədən işdən göründüyü kimi ailədə xəstə uşaq var. Ərinin ona xəyanət etməsi və həm də ailə büdcəsinin başqa qadına israf edilməsi barədə məlumatın zəng vasitəsi ilə çatdırılması iddiaçını çox ağır mənəvi iztirab keçirməsinə, bütün ailə üzvlərinin sakit həyatını pozmasına səbəb ola bilər. Ona görə məhkəmə kollegiyası yalan məlumatın verilməsi ilə iddiaçıya mənəvi zərər vurulması ilə razılaşır. Məhkəmə kollegiyası məlumatın xarakterini, iddiaçının ailə vəziyyətini, cavabdehlərin əlbirliyini, tərəflərin mənafeyini nəzərə alaraq vurulan mənəvi zərərin ümumilikdə 2000 manat məbləğində dəyərləndirilməsi ilə razılaşır və qalan hissədə iddianı əsaslı hesab etmir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1 və x2 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar