Məhkəmə qərarları › İş №2(102)-1626/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1626/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1626/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X1 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-641/2025 nömrəli 4 fevral 2025ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh bacısının qızıdır. İddiaçı, cavabdehin müalicəsi üçün müxtəlif vaxtlarda və məbləğlərdə pul verdiyini b ildirərək aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin ona olan borcun ödənilməsi məqsədi ilə dən 15.071,36 manat pul vəsaitinin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 135,22 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xalası olan cavabdeh Rusiya Federasiyasının vətəndaşı olan iddiaçıya 2019-cu ilin sonunda müraciət edərək, iddiaçının yaşadığı Moskva şəhərinə gəlib, orada müalicə olmaq istədiyi bildirmiş və xahiş etmişdir ki, iddiaçı o nun yol, müalicə və əməliyyat xərclərini öz üzərinə götürsün və vəd vermişdir ki, müalicədən sonra borcunu qaytaracaq. İddiaçı cavabdeh ilə razılaşmış və cavabdehin bütün xərclərini ödəmişdir. Borc verilməsindən iddiaçının anası və digər qohumların məlumatlı olmuşlar. İddiaçı cavabdehin müalicəsi üçün xx.xx.2020-ci il tarixdə 342.500 rubl, xx.xx.2019-cu il tarixdə 126.540 rubl; tibbi analizlərə görə hissə-hissə cəmi 13.395 rubl, əlavə əməliyyat xərclərinə görə hissə-hissə cəmi 2.274,4 rubl, biletlərin alınmasına görə hissə-hissə 21.820 rubl və 663.48 manat, digər xərclərə görə hissə-hissə cəmi 12.908 rubl məbləğində pul xərclənmişdir. Beləliklə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 15.071,36 manat borc verilmişdir. Lakin cavabdeh tərəfindən borc qaytarılmamışdır. Cavabdeh müxtəlif bəhanə lər gətirərək, əvvəlcə pulu ödəyəcəyini bildirsə də, lakin sonunda həmin pulu verməkdən imtina etmişdir.

4. Birinci instansiya məhkəməsində cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, o, 2019-cu ilin noyabr ayının ortalarından 2020-ci ilin yanvar ayının ortalarına kimi Moskva şəhərində müalicədə olsa da, onun Moskvaya getməsi, orada yaşaması və müalicə olması bacısı Qəmərin qızı olan iddiaçının hesabına deyil, onun öz hesabına həyata keçmişdir. O, iddiaçıdan borc istəməmiş və borc almamışdır. Müalicə üçün o ümumiyyətlə Moskvaya getmək istəməmiş, Bakıda müalicə olmaq istəmişdir, lakin iddiaçı özü ona demişdir ki, əgər o iddiaçıya 3.000 ABŞ dolları versə onu Moskvada həm müalicə etdirər, həm də “Yeni il” bayramını orada birlikdə qeyd edərlər. O, bu təklif ilə razı laşmış və 3.000 ABŞ dolları məbləğində pulu iddiaçıya vermişdir. Artıq Moskva şəhərində olanda, iddiaçı, onu xəstəxanaya aparmış və bu zaman xəstəxanaya onun deyil, özünün anasının (cavabdehin bacısının) Qəmərin şəxsiyyətini təsdiq edən sənədi təqdim etmişdir, çünki Qəmər də Rusiya Federasiyasının vətəndaşıdır və bu səbəbdən “Tibbi sığortası” var. Buna görə də, onu həmin sənədlər əsasında, yəni başqa ölkənin vətəndaş kimi yox, Rusiya Federasiyasının tibbi sığortasına malik olan yerli vətəndaşı kimi əməliyyat etmişlər. Onun hesablamalarına görə onun iddiaçıya verdiyi 3.000 ABŞ dolları onun Moskvada yaşaması və müalicəsi üçün artıqlaması ilə yetərli olmuşdur. Onun xəstəxanadan kənar xərclərini isə qardaşı Lütfiyar ödəmişdir. İddiaçının belə bir yalan iddia, saxta sübutlarla məhkəməyə müraciə t etməklə onun diqqətini aralarında evlə bağlı olan mübahisəsindən yayındırmaq niyyətindədir. Belə ki, iddiaçı və iddiaçının anası ona evi zəbt etmişlər və evdən çıxmırlar, baxmayaraq ki onların həmin evdən çıxarılmaları ilə bağlı icra vərəqəsi Sabunçu Rayon İcra Şöbəsini icraatındadır. İddiaçı və iddiaçının anası icra məmurunu aldadaraq evindən çıxmaq istəmirlər. Bundan başqa nəzərə alınmalıdır ki, o, Moskvada olandan sonra 4 il 9 ay keçmişdir. Bununla da müəyyən edilir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülüb. Bu halda da iddia tələbinin rədd edilməsi üçün əsas olmuşdur.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3539/2024 saylı, 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia rədd edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh xx.xx.2019-xx.xx. 2020-ci il tarixlərdə Rusiya Federasiyasının Moskva şəhərində olmuşdur. Həmin müddətdə, yəni xx.xx.2019xx.xx.2019-cu il tarixlərdə və xx.xx.2020-ci il tarixdə müxtəlif həkim müayinələrində olmuş, ondan müxtəlif analiz nümunələri götürülmüşdür. Həmin tarixlərdə cavabdehə göstərmiş tibbi xidmətlərə görə iddiaçı tərəfindən tibb müəssisələrinə müvafiq olaraq 126.540 rubl, 342.500 rubl, 3.900 rubl və 6.795 rubl məbləğində pul vəsaitləri ödənilmişdir. Qeyd olunan hissədə iddia tələbi iş materiallarında olan sübutlarla təsdiq olunmuşdur. İddianın qalan hissəsi sübuta yetmir. İddiaçı, cavabdehin müalicəsi üçün çəkdiyi xərcin onun tərəfindən cavabdehə borc verilməsi kimi qələmə versə də, işin hallarından müəyyən edilir ki, onların arasında nə şifahi, nə də ki, yazılı surətdə “Borc müqaviləsi” bağla nmamışdır. İşin hallarından həmçinin müəyyən edilmişdir ki, cavabdeh, iddiaçının çəkdiyi və yuxarıda qeyd edilən pul vəsaitlərini iddiaçıya qaytarmamışdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh iddiaçının ödədiyi pul vəsaitini iddiaçıya qaytarmamaqla əsassız varlanmışdır. İddia tələbi qismən əsaslı olsa da, həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, cavabdeh, Moskva şəhərində ona göstərilən tibbi xidmətlərə görə iddiaçının ödədiyi pulu iddiaçıya qaytarmamaqla əsassız varlanmasına baxmayaraq, iddiaçı həmin pul vəsaitini qanunvericiliklə müəyyən edilmiş müddətdə tələb etməmiş və hüquqi nəticə etibarı ilə 1 illik iddia müddətini hər hansı üzürlü səbəb olmadan ötürmüşdür. Cavabdeh isə hazırkı mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək “iddia tələbinə iddia müddətin in tətbiqi barədə” ərizə vermişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 354.1, 372.1, 375.2, 376, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1092.3, 1095-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasi ya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi həmçinin iddia müddətini tətbiq edərkən iddiaçının Rusiya Federasiyasında yaşamasını, pul verilən ərəfələrdə “COVİD 19” pandemiyasının olmasını, bununla bağlı ölkəyə giriş-çıxışın məhdudlaşdırılmasını, eyni zamanda iddiaçının həmin ərəfələrdə göstərilən virusa yoluxmasını və bununla bağlı uzun müddət müalicə olunmasını və Azərbaycana gəlməməsini, hüquqlarının pozulmasını yalnız 2022-ci ildə bilməsini və iddia müddətinin həmin vaxtdan hesablanmalı olması hallarına qiymət verməmiş və iddia müddətinin ötürülməsi ilə bağlı idd ianın rədd edilməsinə dair qərar qəbul etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-641/2025 nömrəli mülki iş üzrə 4 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov - sədrlik edən və məruzəçi, F.Ş.Talışinski və A.N.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə tərəflərin verdikləri məlumatlara əsasən işə baxmış birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və apellyasiya baxışının nəticəsi ilə təsdiq edilmişdir ki, cavabdeh xx.xx.2019-xx.xx.2020ci il tarixlərdə Rusiya Federasiyasının Moskva şəhərində olmuş, bu müddətdə o, müxtəlif tibbi müayinələrdən keç miş və bunun üçün iddiaçı tərəfindən qeyd edilən məbləğlərdə ödənişlər edilmişdir. Cavabdeh həmin məbləğlərin əvəzini iddiaçıya qaytarmamışdır. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində onun tərəfindən cavabdehə görə edilmiş ödənişlərin daha çox məbləğdə olmasını bildirsə də, bu halı təsdiq edə biləcək sübutlarını birinci instansiya məhkəməsinə təqdim etməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirmişdir ki, iddiaçı, cavabdehin müalicəsi üçün çəkdiyi xərcin onun tərəfindən cavabdehə borc verilməsi kimi qələmə versə də, işin halları ndan müəyyən edilmişdir ki, onların arasında nə şifahi, nə də ki, yazılı surətdə “Borc müqaviləsi” bağlanmamışdır. İşin hallarından müəyyən edilmişdir ki, cavabdeh, iddiaçının çəkdiyi və yuxarıda qeyd edilən pul vəsaitlərini iddiaçıya qaytarmamışdır. Başqa sözlə, cavabdeh iddiaçının ödədiyi pul vəsaitini iddiaçıya qaytarmamaqla iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Cavabdehin xx.xx.2019-xx.xx.2020-ci il tarixlərdə Rusiya Federasiyasının Moskva şəhərində müxtəlif tibbi müayinələrdən və müalicədən keçməsi ilə əlaqədar iddiaçı tərəfindən yuxarıda qeyd edilən (sübuta yetən) məbləğlərdə ödənişlər edilmiş və iddiaçı həmin məbləğlərin qaytarılmasını cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Lakin o, digər (sübuta yetməyən) məbləğlərin qaytarılmasını cavabdehdən tələb etməkdə haqlı deyi l.

13. Birinci instansiya məhkəməsi, iddiaçı tərəfindən ödənilməsi sübuta yetməyən məbləğlərin qaytarılması barədə iddia tələbini rədd etməkdə haqlı olmuşdur.

14. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin bu nəticəsinə aid dəlilləri əsassız olmuşdur. Qeyd edildiyi kimi, işə baxmış birinci instansiya məhkəməsi, iddiaçı tərəfindən ödənilməsi sübuta yetən məbləğlərin qaytarılması barədə iddia tələbini də rədd etmiş və bu kimi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı həmin pul vəsaitini qanunvericiliklə müəyyən edilmiş müddətdə tələb etməmiş və hüquqi nəticə etibarı ilə 1 illik iddia müddətini hər hansı üzürlü səbəb olmadan ötürmüşdür. Cavabdeh isə hazırkı mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizə vermişdir.

15. İddi açı qətnamədən verdiyi apellyasiya şikayətində bildirmişdir ki, iddia ərizəsi ilə məhkəməyə gec (iş materiallarından görünür ki, iddia ərizəsi birinci instansiya məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur) müraciət etməsi üzürlü səbəblərdən baş vermişdir (daha ətraflı məlumat hazırkı qətnamənin 9-cu bəndində qeyd edilib). Lakin iddiaçının apellyasiya baxışı zamanı verdiyi məlumatlardan görünmüşdür ki, o, 2020-ci ilin sonunda, 2021-ci ilin əvvəlində hüququnun cavabdeh tərəfindən pozulduğunu artıq bilirdi, lakin o, həmin ərəfədə iddiaçıya qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin müzakirə edilən bu hissəsinə iddia müddətini tətbiq edib, tələbi rədd edərkən iddi a müddətinə iki illik müddət kimi deyil, bir illik müddət kimi yanaşsa da, onun iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən və mahiyyət etibarı ilə düzgün olmuşdur.

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 375.2, 377.1, 1095, 1091.1, 1091.2-ci, MPM-in 14.2, 77.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 375.2, 377.1, 379.1, 1095-ci, MPM-in 14.2, 76, 77.1 və 133.1 və 418-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmı şdır ki, qanunun tələbinə əsasən iddia müddətinin keçməsinə dair ərizə yazılı formada tərtib edilməklə, məhkəməyə təqdim edilməlidir ki, hazırkı halda belə bir ərizə iş materiallarında yoxdur. Bu qaydaya riayət edilməyibsə, məhkəmə iddia müddətini tətbiq edə bilməzdi. Cavabdeh tərəf, iddiaya mahiyyəti üzrə etiraz ərizəsində müddət məsələsini qaldırmışdır ki, iddiaçı tərəf olaraq etiraza münasibət bildirilmiş və iddianın gec verilməsinə səbəb kimi, iddiaçının xarici dövlətdə yaşaması, işləməsi və həmin vaxt pandemiya ilə bağlı Azərbaycana gəlmək imkanlarının olmaması ilə izah olunmuşdur. Yəni, iddiaçı tərəf olaraq, dəfələrlə məhkəmədən müddətin buraxılmasının bərpasını şifahi şəkildə xahiş etmişdir. Qanunvericilikdə isə prosessual müddətin bərpası barədə ərizənin yazılı formada verilməsi göstərişi yoxdur. Bu baxımdan, həm birinci instansiya məhkəməsi və həm də apellyasiya instansiyası məhkəməsi tələb müddəti ötürüldüyü halda prosessual müddəti bərpa edib işə baxmalı idi. Bundan başqa məhkəmənin 2(008)-3539/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə işə baxılma müddəti əlavə araşdırma aparılması zərurəti yarandığından, 2 ay müddətə artırılmışdır. İddianın əsaslılığına gəldikdə, apellyasiya insyansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən əsaslı olsa da, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülməklə verildiyindən rədd edilmişdir. Odur ki, məhkəmələr göstərilən norrmaların tələblərini pozaraq, qətnamə qəbul etmişlər. Bundan başqa, İddiaçı Rusiya Federasiyasının vətəndaşı olmaqla, orada yaşayır, işləyir. Həmin dövrdə karantin rejiminin tətbi qi ilə bağlı Azərbaycana gələ bilməmişdir. Eyni zamanda apellyasiya şikayətinə əlavə etdikləri sənəddən görünmüşdür ki, xəstəxanada olmuşdur. Bu səbəbdən, göstərilən hallar iddianın verilməsinə mane olduğunundan iddia müddətinin axımı dayandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi işdə iddiaçının xeyrinə olan kifayət qədər sübutlara qiymət verməmiş, onları nəzərə almamış, yalnız cavabdeh tərəfin sənədlərini əsas götürərək qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tər əfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

22. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

23. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

24. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

25. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

26. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

27. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.

28. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

29. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

30. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

31. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

32. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

33. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı öz hüquqlarının pozulduğunu 2021-ci ilin əvvəlində bilsə də hazırkı iddianı xx.xx.2024-cü ildə qaldırmaqla iddia müddətini ötürmüş, cavabdeh isə iddia müddətinin tətbiqi haqqında ərizə vermişdir. Belə olan halda iddia rədd edilməlidir.

43. Q anuna əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (§ 23, 28).

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldi yi nəticə və əsaslandırma ilə razılaşır.

45. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-641/2025 nömrəli 4 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar