Məhkəmə qərarları › İş №2(102)-1627/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1627/2019

15.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1627/2019 15.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 15 mart 2019-cu il İŞ № 2(102)-1627/ 2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı “X9 Azərbaycan” QSC-nin vəkili X4, nümayəndəsi X2 və Cavabdeh4 vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli, 2(103)-10958/2018 saylı qətnaməsindən iddiaçı “X9 Azərbaycan” QSC-nin nümayəndəsi X2, vəkili X4 və Cavabdeh4 vəkili, nümayən dəsi xxxoğlunun kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2(011)-416/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim S.R.Səlimova) iddiaçı “X9 Azərbaycan” QSCnin cavabdehlər “xxxx” MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 MMC-nə qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin, cərimənin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, ipoteka predmetinin boşaldılması” barədə iddiası qismən təmin edilərək, cavabdehlər “xxxx” MMC, Cavabdeh2 və Cavabdeh5 MMC-dən 14 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi, 15 oktyabr 2014-cü il tarixli saziş üzrə müştərək qaydada əsas borca görə 147.536,47 manat, faiz borcuna görə 23.312,86 manat, cərim əyə görə 1.000 manat, cəmi 171.849,33 manat, eləcə də 14 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi, 19 yanvar 2015-ci il tarixli saziş üzrə müştərək qaydada əsas borca görə 20.125,81 manat, faiz borcuna görə 3.883 manat, cəriməyə görə 200 manat, cəmi 24.208,81 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 05 saylı evin 23-cü mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 105.000 manat müəyyən edilməsi, eləcə də tutmanın Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, xxx rayonu, xxx prospekti, 28 saylı evin, 05-ci mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabın a 196.148,14 manat kredit borcunun iddiaçı təşkilata ödənilməsi, ipoteka predmetləri açıq hərracdan satıldıqdan 1 ay sonra boşaldılması və qalan hissədə iddia ərizəsinin rədd ediliməsi qət olunmuşdur. İddiaçı təşkilat və cavabdehlər Cavabdeh4, Cavabdeh2 ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli, 2(103)-10958/2018 saylı qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və E.C.Kazımov) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı təşkilatın nümayəndəsi Pərviz Bayramov, vəkili Rüfət Mirzəliyev və Cavabdeh4 nümayəndəsi, vəkili Mustafa Salmanov qətnamədən ayr ı-ayrılıqda kassasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin, cərimənin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, ipoteka predmetinin boşaldılması” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, 14 oktyabr 2014-cü il tarixdə iddiaçı təşkilatla cavabdeh “xxxx” MMC arasında 85805 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin kredit xətti müqaviləsinin şərtlərinə görə iddiaçı təşkilat tərəfindən cavabdeh “xxxx” MMC-nə 14 oktyabr 2019-cu il tarixədək 60 ay müddətinə 600.000 manat kredit xətti ayrılmışdır. Müqavilənin şərtlərinə görə kreditlər borcalana bu müqavilə müddəti ərzində kredit limiti daxilində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit sazişlərinə əsasən hissə-hissə verilir. Kredit xətti üzrə hissə-hissə verilən hər bir kreditin müddəti, məbləği, məqsədi, onun illik faiz dərəcəsi, ödənişlər üzrə qaytarılma qrafiki və sairə şərtləri tərəflər arasında bağlanan və bu müqavilənin tərkib hissəsini təşkil edən müvafiq kredit sazişiləri ilə müəyyən edilir. 15 oktyabr 2014-cü il tarixdə iddiaçı təşkilatla cavabdeh “xxxx” MMC arasında 85805 saylı kredit müqaviləsinə dair 1 saylı kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə iddiaçı təşkilat tərəfindən cavabdeh “xxxx” MMC-nə 36 ay müddətinə kreditdən istifadəyə görə illik 13 faiz olmaqla 300.000 manat kredit verilmişdir. 19 yanvar 2015-ci il tarixdə iddiaçı təşkilatla cavabdeh “xxxx” MMC arasında 85805 sa ylı kredit müqaviləsinə dair 2 saylı kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə iddiaçı təşkilat tərəfindən cavabdeh “xxxx” MMC-nə 36 ay müddətinə kreditdən istifadəyə görə illik 13 faiz olmaqla 35.000 manat kredit verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 14 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində, istifadədə olan 0.081 ha torpaq sahəsində yerləşən, 05 saylı binada yerləşən 23-cü mənzili iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ dövlət qeydiyyatına alınmaqla reyestr orqanı tərəfindən iddiaçı təşkilatın adına yüklülük barədə 10 oktyabr 2014-cü il tarixili Çıxarış verilmişdir. Eyni zamanda sözüge dən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 16 yanvar 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən digər Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, xxx rayonu, Bülbül prospekti. 28 saylı evin, 05-ci mənzili iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ dövlət qeydiyyatına alınmaqla reyestr orqanı tərəfindən iddiaçı təşkilatın adına yüklülüklə barədə 20 yanvar 2015-ci il tarixili Çıxarış verilmişdir. Həmçinin sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi iddiaçı təşkilatla digər cavabdehlər Cavabdeh2 və “xxxx” MMC arasında 14 oktyabr 2014-cü il tarixli zaminlik müqavilələri bağlamışdır. İddiaçı təşkilat kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, cavabdeh “xxxx” MMC k redit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehlərə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baxmayaraq, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər. Ona görə də cavabdehlər “xxxx” MMC, Cavabdeh2 və Cavabdeh5 MMC-dən müştərək qaydada 15 oktyabr 2014-cü il tarixli, 01 saylı saziş üzrə 147.536,47 manat əsas, 39.483,65 manat faiz, 53.024,03 manat cərimə borcunun, cəmi 240.044,15 manat kredit borcunun, 19 yanvar 2015-ci il tarixli, 02 saylı saziş üzrə 20.125,81 manat əsas, 5.336,94 manat faiz, 6.408,65 manat cərimə borcunun, cəmi 31.871,40 manat kredit borcunun, ümumilikdə isə hər iki kredit sazişi üzrə 271.915,55 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi və tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, istifadədə olan 0,081 ha torpaq sahəsində yerləşən, 05 saylı evin 23-cü mənzilinə, həmçinin digər Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, xxx rayonu, xxx prospekti, 28 saylı evin, 05-ci mənzilinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması, əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka ilə yüklü edilmiş mənzillərin satışından əldə edilmiş məbləğ kredit borcunun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdehlər “xxxx” MMC, zaminlər Cavabdeh5 MMC və Cavabdeh2 tutulması, ipoteka ilə yüklü edilmiş sözügedən mənzillərin açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılması barədə qətnamə qəbul edilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı “X9 Azərbaycan” QSC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən kredit müqaviləsi üzrə faiz və cərimə borcunu düzgün müəyyən etməməklə maddi, prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçı “X9 Azərbaycan” QSC-nin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən faiz və cərimə borcunun tutulması hissəsində dəyişdirilərək, həmin hissədə iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh4 isə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla ipoteka müqaviləsi aldat ma təsiri altında bağlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildirişi vaxtında almadığı üçün məhkəmə iclasında iştirak edib apellyasiya şikayətinin dəlilləri barədə izahat verə bilməmişdir. Cavabdeh4 kassasiya şikayətinə əlavədə iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətlərinə dair etiraz ərizələri daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı “X9 Azərbaycan” QSC-nin vəkili Rüfət Mirzəliyev, nümayəndəsi X2 öz kassasiya şikayətlərində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. Cavabdeh4 vəkili Ruhin Yolçuyev öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. Cavabdehlər “xxxx” MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 MMC, Cavabdeh4, vəkili Mustafa Salamov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiya sı məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətlərini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit, ipoteka, zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, cavabdehlərin iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borlarının yaranmasına, tutumanın ipoteka predmetlərinə yönəldilməsi üçün faktiki əsasların olmasına və beləliklə də iddia ərizəsini qismən təmin etməklə birinci instansiya mə hkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 442, 472.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi, prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görü nür ki, 14 oktyabr 2014-cü il tarixdə iddiaçı təşkilatla cavabdeh “xxxx” MMC arasında 85805 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin kredit xətti müqaviləsinin şərtlərinə görə iddiaçı təşkilat tərəfindən cavabdeh “xxxx” MMC-nə 14 oktyabr 2019-cu il tarixədək 60 ay müddətinə 600.000 manat kredit xətti ayrılmışdır. Müqavilənin şərtlərinə görə kreditlər borcalana bu müqavilə müddəti ərzində kredit limiti daxilində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit sazişlərinə əsasən hissə-hissə verilir. Kredit xətti üzrə hissə-hissə verilən hər bir kreditin müddəti, məbləği, məqsədi, onun illik faiz dərəcəsi, ödənişlər üzrə qaytarılma qrafiki və sairə şərtləri tərəflər arasında bağlanan və bu müqavilənin tərkib hissəsini təşkil edən müvafiq kredit sazişiləri ilə müəyyən edilir. 15 ok tyabr 2014-cü il tarixdə iddiaçı təşkilatla cavabdeh “xxxx” MMC arasında 85805 saylı kredit müqaviləsinə dair 1 saylı kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə iddiaçı təşkilat tərəfindən cavabdeh “xxxx” MMC-nə 36 ay müddətinə kreditdən istifadəyə görə illik 13 faiz olmaqla 300.000 manat kredit verilmişdir. 19 yanvar 2015-ci il tarixdə iddiaçı təşkilatla cavabdeh “xxxx” MMC arasında 85805 saylı kredit müqaviləsinə dair 2 saylı kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə iddiaçı təşkilat tərəfindən cavabdeh “xxxx” MMC-nə 36 ay müddətinə kreditdən istifadəyə görə illik 13 faiz olmaqla 35.000 manat kredit verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 14 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən C avabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində, istifadədə olan 0.081 ha torpaq sahəsində yerləşən, 05 saylı binada yerləşən 23-cü mənzili iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ dövlət qeydiyyatına alınmaqla reyestr orqanı tərəfindən iddiaçı təşkilatın adına yüklülük barədə 10 oktyabr 2014-cü il tarixili Çıxarış verilmişdir. Eyni zamanda sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 16 yanvar 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən digər Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, xxx rayonu, Bülbül prospekti. 28 saylı evin, 05-ci mənzili iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ dövlət qeydiyyatına alınmaqla reyestr orqanı tərəfindən iddiaçı təşkilatı n adına yüklülüklə barədə 20 yanvar 2015-ci il tarixili Çıxarış verilmişdir. Həmçinin sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi iddiaçı təşkilatla digər cavabdehlər Cavabdeh2 və “xxxx” MMC arasında 14 oktyabr 2014-cü il tarixli zaminlik müqavilələri bağlamışdır. İddiaçı təşkilat kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, cavabdeh “xxxx” MMC kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehlərə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baxmayaraq, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər. İddia ərizəs ində cavabdehlər “xxxx” MMC, Cavabdeh2 və Cavabdeh5 MMC-dən müştərək qaydada 15 oktyabr 2014-cü il tarixli, 01 saylı saziş üzrə 147.536,47 manat əsas, 39.483,65 manat faiz, 53.024,03 manat cərimə borcunun, cəmi 240.044,15 manat kredit borcunun, 19 yanvar 2015-ci il tarixli, 02 saylı saziş üzrə 20.125,81 manat əsas, 5.336,94 manat faiz, 6.408,65 manat cərimə borcunun, cəmi 31.871,40 manat kredit borcunun, ümumilikdə isə hər iki kredit sazişi üzrə 271.915,55 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi və tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, istifadədə olan 0,081 ha torpaq sahəsində yerləşən, 05 saylı evin 23-cü mənzilinə, həmçinin digər Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, xxx rayonu, xxx prospekti, 28 saylı evin, 05-ci mənzilinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması, əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka ilə yüklü edilmiş mənzillərin satışından əldə edilmiş məbləğ kredit borcunun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdehlər “xxxx” MMC, zaminlər Cavabdeh5 MMC və Cavabdeh2 tutulması, ipoteka ilə yüklü edilmiş sözügedən mənzillərin açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı təşkilatın 07 iyun 2017-ci il tarixli maliyyə arayışına görə, “xxxx” MMC-nin 03 aprel 2014-cü il, 14 oktyabr 2014-cü il tarixli, 85805 saylı kredit müqaviləsi üzrə 167.662,28 manat əsas, 21.413,64 manat faiz, 14.097,86 manat cərimə olmaqla, cəmi 203.173,78 manat kredit borcu vardır. Eləcə də Azərba ycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2017-ci il tarixli rəyinə görə, cavabdeh “xxxx” MMC-nin 09 iyun 2017-ci il tarixə iddiaçı təşkilata kredit borcu 160.313,83 manat təşkil edir, həmin borcdan da 130.025,48 manat əsas, 30.288,35 manat faiz borcunu təşkil edir. İddiaçı təşkilatın digər maliyyə arayışından isə görünür ki, cavabdeh “xxxx” MMC-nin sözügedən kredit müqaviləsi üzrə 11 dekabr 2017-ci il tarixə 15 oktyabr 2014-cü il tarixli, 01 saylı saziş üzrə 147.536,47 manat əsas, 28.828,24 manat əsas məbləğə hesablanmış faiz borcu, 30.893,56 manat hər gecikdirilmiş günə görə cərimə borcu olmaqla, cəmi 207.258,27 manat kredit borcu, 19 yanvar 2015-ci il tarixli, 02 saylı saziş üzrə 20.125,81 manat əsas, 3.883,84 manat əsas məbləğə hesablanmış faiz borcu, 3.433,38 manat hər gecikdirilmiş günə görə cərimə borcu olmaqla, cəmi 27.443,03 manat kredit borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyun 2018-ci il tarixli rəyinə görə, 16 oktyabr 2017-ci il tarixə cavabdeh “xxxx” MMC-nin iddiaçı təşkilata olan kredit borcu 170.849,33 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 147.536,47 manat, faiz borcu 23.312,86 manat təşkil edir. Həmin rəydən daha sonra görünür ki, 16 oktyabr 2017-ci il tarixə cavabdeh “xxxx” MMC-nin iddiaçı təşkilata olan kredit borcu 23.442,41 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 20.125,81 manat, faiz borcu 3.316,6 manat təşkil edir. Eyni zamanda iddiaçı təşkilatın digər maliyyə arayışına görə, sözügedən kredit müqaviləsi üzrə 29 iyun 20 18-ci il tarixə 15 oktyabr 2014-cü il tarixli, 01 saylı saziş üzrə 147.536,47 manat əsas, 39.483,65 manat əsas məbləğə hesablanmış faiz borcu, 53.024,03 manat hər gecikdirilmiş günə görə cərimə borcu olmaqla, cəmi 240.044,15 manat,19 yanvar 2015-ci il tarixli, 02 saylı saziş üzrə 20.125,81 manat əsas, 5.336,94 manat əsas məbləğə hesablanmış faiz borcu, 6.408,65 manat hər gecikdirilmiş günə görə cərimə borcu olmaqla, cəmi 31.871,40 manat kredit borcu vardır. “xxxx” MMC-nin 13 sentyabr 2017-ci il tarixli rəyinə görə, Cavabdeh4 məxsus olan Bakı şəhəri, xxx rayonu, xxx prospekti, 28 saylı evin, 5-ci mənzilinin bazar qiyməti 60 000 manat təşkil edir. Həmin Cəmiyyətin digər 13 sentyabr 2017-ci il tarixli rəyindən isə görünür ki, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəs i, 05 saylı evin 23-cü mənzilinin bazar qiyməti 105000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. HəminMəcəllənin 445.2.1.maddəsinəəsasənisə,öhdəliyinonunicrasıüçünmüəyyənləşdirilmişmüddətdəicraedilmə məsiborclununicranıgecikdirməsisayılır. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb hesab edir ki, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik hüquq münasibətlərinin yaranması, cavabdehlərin iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun qalması, işin apellyasiya instansiyası məh kəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayətləri təmin edilmədən saxlanılmış və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. İddiaçı təşkilat, həmçinin Cavabdeh4 kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, kredit borcunun, o cümlədən faiz və cərimə borclarının düzgün hesablanmamasını göstərsələr də, tələb və etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişlər. Halbuki, Az ərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzi mləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Əksinə, cavabdeh “xxxx” MMC-nin iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş faiz borcunun qalması, iş üzrə keçirilmiş ekspert rəyləri ilə də təsdiq olunur. Ona görə də kassasiya instansiyası məhkəməsi iddiaçı təşkilatın kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Hesablanmış cəriməyə gəlincə isə kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu hissədə də gəldiyi nəticə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğundur. Belə ki, həmin maddənin mənasına görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Cavabdeh4 isə kassasiya şikayətində ipoteka müqaviləsinin aldatma təsiri altında bağlanmasını və məhkəmə iclasının vaxtı və yeri haqqında bildirişləri vaxtında almadığı üçün məhkəmə iclasında iştirak edib apellyasiya şikayətinin dəlilləri barədə izahat verə bilmədiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, əvvəla işdə, ipoteka müqaviləsinin aldatma təsiri altında bağlanmasını özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Digər tərəfdən işin 133-cü vərəqində olan “poçt göndərişinin verilməsi haqqında” xəbərnaməli məktubdan görünür ki, Cavabdeh4 22 sentyabr 2018-ci il tarixdə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin 11 oktyabr 2018-ci il tarixdə keçirilən məhkəmə iclasında üzrsüz səbəblərdən iştirak etməmişdir. Bu ba xımdan onun da kassasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorların kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri də əsassız hesab edir və belə qənaət ə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı “X9 Azərbaycan” QSC-nin nümayəndəsi X2, vəkili X4 və Cavabdeh4 vəkili, nümayəndəsi xxxoğlunun kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli, 2(103)-10958/2018 saylı qətnaməsi onların kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhməd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar