Məhkəmə qərarları › İş №2(102)-1628/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1628/2019

15.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1628/2019 15.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 15 mart 2019-cu il İŞ № 2(102)-1628/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli, 2(103)-9352/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(004 )-2859/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.Ş.Mirzəzadə) İddiaçı MMC-nin Cavabdeh qarşı “əsas borca görə 19.170 manat, hesablanmış faizə görə 1.900 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, nümayəndəyə çəkilən xərcə görə 300 manat pul tələbinə dair” iddiası rədd edilmişdir. İddiaçı təşkilat qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli, 2(103)-9352/2018 saylı qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və E.C.Kazımov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia ərizəsi qismən təmin olunmuş və cavabdehdən əsas borca görə 19.170 manat, ö dənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutulub iddiaçı təşkilata verilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. Cavabdeh və vəkili Vəkil qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı “əsas borca görə 19.170 manat, hesablanmış faizə görə 1.900 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, nümayəndəyə çəkilən xərcə görə 300 manat pul tələbinə dair” iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh 23 iyun 2011-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı təşkilata işə qəbul edilmiş və 2013-ci ildə o, heç bir qanuni əsas olmadan iddiaçı təşkilatın hesabından 44.572,28 manat borc pul götürmüşdür. Cavabdeh həmin puldan 25.402,28 manatını 31 oktyabr 2015-ci il tarixədək h issə-hissə ödəmişdir (maliyyə arayişi işə əlavə edilir). Cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra, o, 19.170 manat qalıq borcu ödəməkdən yayınır. Dəfələrlə cavabdehə borclu olduğu pulu qaytarması barədə bildiriş (xəbərdarlıq məktubu) göndərilməsinə baxmayaraq bunun heç bir nəticəsi olmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutları düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üz rə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. İddiaçı MMC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh vəkili Vəkil iz ahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iddia ərizəsinin qismən təmin edilməsinə baxmayaraq iddiaçı təşkilat qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə kassasiya şikayəti verməmişdir. Cavabeh isə kassasiya şikayətində qətnaməni iddia əriz əsinin təmin edilməsi hissəsində mübahisələndirmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi mübahisənin predmetinin bölünən olmasını nəzərə alıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı cavabdehin kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə yeni qətnamə çıxararkən, birinci instansiya məhkəməsinin işin halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsinə, işin mübahisə olunmayan hallarına görə cavabdehin iddiaçı təşkilatdan 19.000 manat borc pul almasına, eləcə də onun əmək haqqından ümumilikdə 23.100 manat pulun tutulmasına, iddiaçı təşkilatın mühasibat uçotu məlumatlarına və audit yoxlamasının nəticələrinə görə tərtib edilmiş akt a əsasən cavabdehin iddiaçı təşkilata ödənilməmiş 19.170 manat qalıq borcunun qalmasına, birinci instansiya məhkəməsinin həmin akta tərəflərin izahatları və işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə tədqiq edib hüquqi qiymət verməməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739.1, 740.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Be lə ki, işdən görünür ki, cavabdeh 01 may 2011-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı təşkilatda “mağaza direktoru” vəzifəsinə işə qəbul edilmiş və işəgötürənin 26 noyabr 2015-ci il tarixli, 414/15 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə 30 noyabr 2015-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi üzrə öz ərizəsinə əsasən xitam verilmişdir. Eləcə də işəgötürənin digər 21 iyun 2017-ci il tarixli, 152/K saylı əmri ilə cavabdeh yenidən 23 iyun 2017-ci il tarixdən etibarən 3 ay sınaq müddətinə cavabdeh təşkilatın “Kommersiya Departamentinin Parakəndə satış Şöbəsinə” direktor vəzifəsinə işə qəbul edilmiş və işəgötürənin 31 yanvar 2018-ci il tarixli, 22/K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə 31 yanvar 2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi üzrə öz ərizəsinə əsasən xitam verilmişdir. 16 fevral 2018-ci ildə iddiaçı təşkilat hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət edərək, 2013-cü ildə cavabdehin heç bir qanuni əsas olmadan həmin təşkilatın hesabından 44.572,28 manat borc pul götürdüyünü, sonuncunun həmin pulun 25.402,28 manat hissəsini 31 oktyabr 2015-ci il tarixədək hissə-hissə qaytardığını göstərib, qalan 19.170 manat pulun cavabdehdən tutulub iddiaçı təşkilata ödənilməsini iddia etmişdir. Cavabdeh isə iddiaçı təşkilatdan 44.572,28 manat deyil, 24 oktyabr 2013-cü il tarixli, 3536 saylı kassa məxaric orderinə əsasən 2.000 manat, 01 noyabr 2013-cü il tarixli, 3647 saylı kassa məxaric orderinə əsasən 17.000 manat olmaqla, cəmi 19.000 manat borc pul alıdığını və həmin pulu da 2013-cü ilin oktyabr ayından 2015-ci ilin noyabr ayınadək əmək haqqından cəmi 23.100 manat tutulmaqla qaytardığını və hazırda iddiaçı təşkilata ödənilməmiş borcunun qalmadığını göstərib iddia tələblərinə etiraz etmişdir. Əvvəla, apellyasiya instansiyası məhkəməsi cavabdehin 2013-cü ildə iddiaçı təşkilatın hesabından cəmi 19.000 manat deyil, 44.572,28 manat borc pul götürməsini, həmin borcdan 25.402,28 manatını qaytarmasını və beliləklə də cavabdehin 01 yanvar 2018-ci il tarixə iddiaçı təşkilata ödənilməmiş 19.170 manat qalıq borcunun qaldığını göstərsə də, işdə, bu barədə heç bir mötəbər yazılı sübut yoxdur və cavabdeh borcu həmin məbləğdə etiraf etmir. Əksinə, cavabdeh tərəfin izahatından, eləcə də 24 oktyabr 2013-cü il tarixli, 3536 saylı və 01 noyabr 2013-cü il tarixli, 3647 saylı kassa məxaric orderlərindən görünür ki, cavabdeh əvvəl 2.000 manat, sonradan isə 17.000 manat olmaqla, iddiaçı təşkilatdan bütövlükdə 19.000 manat borc pul almış və həmin borcu da 2013-cü ilin oktyabr ayından 2015-ci ilin noyabr ayınadək əmək haqqından cəmi 23.100 manat tutulmaqla qaytarmışdır. Bu faktı iddiaçı təşkilat özü də qismən inkar etmir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, yalnız iddiaçı təşkilatın təqdim etdiyi ziddiyyətli sənədlərə, o cümlədən maliyyə arayışına, “xxxx” MMC-nin auditorlarının iştirakı ilə tərtib edilmiş 06 fevral 2018-ci il tarixli akta əsaslanaraq mübahisələndirilən hissədə iddia tələbini 19.170 manat məbləğdə təmin etmiş, həmin sübutların özlərinin mötəbərlilyinə prosessual qanunv erciliyin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Belə ki, sözügedən sənədlərdən, aktdan görünür ki, audit yoxlaması bilavasitə iddiaçı təşkilatın təqdim etdiyi sənədlərə əsasən aparılmış və müəyyən edilmişdir ki, həmin təşkilatın kassa sənədləri ümumiyyətlə qüvvədə olan “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa, “Kassa əməliyyatlarının aparılmasına dair” Qaydalara uyğun aparılmamışdır. Əksər hallarda xəzinə mədaxil və xəzinə məxaric orderləri tam doldurulmamış, imzalanmamış, həmin sənədlərdə bilavasitə pul alan şəxslərin pasport məlumatları qeyd edilməmişdir. Eləcə də kassa məxaric orderinin verilməsinə əsas olan sənədlər və kassadan məzaric edilən pulun istifadə edilməsini təsdiq edən xəzinə mədaxil orderlərinin qəbz hissələri mühasibat sənədlərinə əlavə edilməm işdir. Bundan başqa audit yoxlaması və cavabdehin sözügedən qalıq borcu iddiaçı təşkilatın Maliyyə Departamenti tərəfindən verilmiş maliyyə arayına əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eləcə də həmin Məcəllənin 218.1-ci maddəsində göstərilir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunm adığını müəyyən edir. Həmçinin “Mahmudovun Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin digər “Qavazovun Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında isə qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərə findən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalıdır, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübutlar təqdim etməyi təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etiba rlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar ekspertizaların keçirilməsidir (Azərbaycan Respublikası MPM-nin 77.3, 102.1, 102.2-ci maddələri). Həmin Məcəllənin 97.1-ci maddəsində göstərilir ki, ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər. Göründüyü kimi qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin, mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb edən is tənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin oluna bilər. Nəzərə almaq lazımdır ki, ekspertin, mütəxəssisin, eləcə də auditin rəyi də mülki iş üzrə sübut növlərindən biridir və hüquqi baxımından hər hansı digər sübut növünə nisbətdə heç bir üstünlüyə malik deyil. Ekspertin rəyinin məhkəmə üçün məcburi olmaması dedikdə, rəydə gəlinmiş nəticələrin, rəyin məzmununun məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması başa düşülür. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, ayrı-ayrı hallarda ekspertin, mütəxəssisin, həmçinin auditin rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspertin, mütəxəssisin, o cümlədən auditin rəyinin “xüsusi”, “müstəsna” sübut k imi qiymətləndirilməsi üçün əsas ola bilməz. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli, auditin iştirakı ilə tərtib edilmiş 06 fevral 2018ci il tarixli aktda göstərilənlərin mötəbərlilyi bir daha yoxlanılmalı, 2013-cü ildən başlayaraq cavabdehin rəsmi sənədlərə əsasən (borc müqaviləsi, kassa məxaric orderləri və sair) iddiaçı təşkilatdan hansı məbləğdə borc pul alması, iddia olunan müddətədək onun iddiaçı təşkilata hansı məbləğdə pul qaytarması dəqiqləşdirilməklə əsaslandırılmış rəy alınmalı və yalnız bundan sonra mübahisələndirilən hissədə iddia tələbinin əsaslılığına hüquqi qiymət verilməlidir. Digər tərəfdən iddiaçı təşkilat hazırkı borc hüquqi münasibətlərin 2013-cü ildən yarandığını, 31 oktyabr 2015-ci il tarixəd ək cavabdehin həmin borcdan hissə-hissə cəmi 25.402,28 manat qaytardığını iddia etdiyi halda, apellyasiya instansiyası məhkəməsi iddiaçı təşkilatın nəyə görə ötən müddət ərzində qalan 19.170 manat pul vəsaitini cavabdehdən geri tələb etməməsinin, həmçinin cavabdehi 21 iyun 2017-ci il tarixli, 152/K saylı əmrlə yenidən işə götürdüyü halda, qalan həmin borcu nəyə görə 31 yanvar 2018-ci il tarixdək cavabdehin əmək haqqından tutmasının səbəblərini aydınlaşdırmadan, onun iddiaçı təşkilata ödənilməmiş 19.170 manat qalıq borcunun olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələblərinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdə sinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddənin mənasına görə, borc müqaviləsi konsensual müqavilə olmaqla borc verənin üzərinə pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirmək vəzifəsi qoyur. Hazırki işdə isə, iddiaçı təşkilatın 2013-cü ildə həqiqətən cavabdehə 44.572,28 manat məbləğində borc pul verməsini özündə ehtiva edən heç bir yazalı sənəd, müqavilə, yazılı qəbz, kassa məxaric orderi və sair yoxdur və iddiaçı təşkilat iddia etdiyi məbləğlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etira zlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-nin 14.2-ci maddəsi). Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Əksinə, işdən görünür ki, cavabdeh iddiaçı təşkilatdan 24 oktyabr 2013-cü il tarixli, 3536 saylı kassa məxaric orderinə əsasən 2.000 manat, 01 noyabr 2013-cü il tarixli, 3647 saylı kassa məxaric orderlərinə əsasən 17.000 manat olmaql a, cəmi 19.000 manat borc pul almış, həmin borcu da 2013-cü ilin oktyabr ayından başlayraq 2015-ci ilin noyabr ayınadək hər ay əmək haqqından tutulmaqla (cəmi 23.100 manat) qaytarmışdır. Bu fakt iddiaçı təşkilatın iddia ərizəsinə əlavə etdiyi ödəniş cədvəli, auditlərin iştirakı ilə tərtib edilmiş 06 fevral 2018-ci il tarixli aktla, eləcə də iddiaçı təşkilatın nümayəndəsinin birinci, apellyasiya instansiyası məhkəməsində verdiyi izahatlarla da təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, mübahisəyə maddi, prosessual hüquq normalarının düzgün tətbiq edilməsi təmin edilməklə araşdırılan sübutlara düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli, 2(103)9352/2018 saylı qətnaməsiCavabdeh əsas borca görə 19.170 manat pulun tutulub İddiaçı MMC-nə verilməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali M

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar